Şagirdlər arasındakı mübahisə böyüdü: Valideyn məktəb önündə döyüldü .....                     Sərhəddə quruyan nəhəng: .....                     KTMT-dən Ermənistana növbəti xəbərdarlıq .....                     6 regionda DOST binalarının təmiri .....                     Putinin təhdidindən sonra Qərbdən Paşinyana mesaj göndərilib: .....                     4,5 milyon manata bina təmiri .....                     Qəzzada vəziyyətlə bağlı Trampla fikir ayrılıqlarım var .....                      "BRAVO"da müştəriləri RƏSMƏN ZƏHƏRLƏYİRLƏR! .....                     "Daha nə? Yəni bəhanəniz nədir? Hansı nağıla inanaq?" .....                     "Paşa Sığorta" müştəriləri ÇİLƏDƏN ÇIXARIR... .....                     Paşinyanın “eyni hamam, eyni tas” komandası .....                     Azərbaycan nefti ucuzlaşıb .....                     ABŞ beş ölkədə diplomatik missiyasını bağlamağa hazırlaşır .....                     Məşhur Türkiyə şirkətinin Bakı filialı BAĞLANDI: .....                     Bakıdan İrəvana XƏBƏRDARLIQ .....                     Moskvanın İrəvanla bağlı nə planı var... .....                     Danimarka ABŞ təcavüzünə qarşı ordu .....                     Ramin Məmmədovun rəis təyin etdiyi Qüdrət Əliyev kimdir .....                     Kartdan-karta limit: Vətəndaşa problem, yoxsa gecikmiş qərar? .....                     QHT sektorunda MÜƏMMALI DURUM .....                     5 manatlıq "Arpaçay Pro" MMC-nin külli miqdarda vergi borcu üzə çıxdı .....                     Azərbaycanın sürətlə silahlanması Ermənistanda qorxu yaratdı .....                     Tramp Ukraynaya niyə “Patriot” raketlərini vermir? .....                     Bakıda ev almaq istəyənlərin nəzərinə: qiymətlər kəskin dəyişir .....                     ATƏT-in fəaliyyətdə olan sədri İqnazio Kassis .....                     "Biləvçay" MMC fəaliyyətini DAYANDIRDI: Dövlətə 24 min manatdan çox ÖHDƏLİYİ QALDI .....                     Səhiyyə Nazirliyinin həbsdə olan keçmiş idarə rəisi .....                     Xalq artisti qalmaqallı şirkətlə əlaqələrini kəsib .....                     İran atom bombasından güclü silah tapıb .....                     "Lənkəran-Çay-5" ASC bağlandı .....                     “Ermənistanın İrana ərazi iddiası… Necə olacaq?” .....                     ABŞ Ermənistandakı TRIPP+ fondunun maliyyəsini ikiqat artırdı! .....                     NATO-nun Ukraynaya silah tədarükünü əlaqələndirən komandanlığı ABŞ-da qalıb .....                     Zülfəli İsmayılov bu QÜDRƏTİ kimdən alır? .....                     "Axı bunların əksəriyyəti həm də vaxtı ilə məmur olublar!" .....                     Ruslar Özbəkistan vətəndaşını deportasiya edəcək... .....                     İrəvanda qadınlar hakimiyyəti ələ keçirib... .....                     "Evdə iydən otura bilmirik" .....                     "“Sorry”, Nolan qardaş, bu səfər o döyül qaqa..." .....                     Kartdan karta köçürməyə QADAĞA gəlirsə... .....                 

Üçüncü Dünya müharibəsi təhlükəsi? – Yaxın 5 ildə 5 böyük münaqişə...
Tarix: 1-09-2025, 06:40 | Çap et

“Politico” qəzeti ABŞ kəşfiyyatının məlumatları və ekspertlərin rəylərinə istinad edərək yazır ki, yaxın beş ildə dünyada beş böyük münaqişə alovlana bilər.

Nəşrin məlumatına görə, eskalasiya ehtimalı ən çox Hindistanla Pakistan arasındadır. Hər iki ölkə oxşar nüvə arsenalına malikdir. Lakin Pakistanın hərbi doktrinasında nüvə silahından istifadə şərtinin çox aşağı həddə olması xüsusi narahatlıq doğurur.

Potensial münaqişə ocaqlarından biri də Çinlə Tayvan arasındakı qarşıdurmadır. Bu da Asiyada güc balansını dəyişə bilər. “Politico” qeyd edir ki, ABŞ ənənəvi olaraq Tayvanı dəstəkləyib. Amma Donald Trampın bu xətti nə dərəcədə qətiyyətlə davam etdirəcəyi hələlik bəlli deyil.

Digər risklər arasında Rusiyanın Baltik ölkələrinə mümkün müdaxiləsi də var. Bu da NATO üçün sınaq olacaq. Eyni zamanda, Hindistan-Çin sərhədində də gərginlik yüksək olaraq qalır və burada böhranın qarşısını almaq üçün hələ də təsirli mexanizm mövcud deyil.

Nəhayət, ekspertləri ən çox narahat edən məsələ Koreya yarımadasındakı vəziyyətdir. Nüvə silahına malik Kim Çen In rejimini qətiyyən proqnozlaşdırmaq mümkün deyil və onun ölkədə hakimiyyətini gücləndirməyə yönəlmiş istənilən addımı münaqişənin kəskinləşməsinə səbəb ola bilər.

Bütün kəşfiyyat və ekspert hesabatları onu göstərir ki, bəşəriyyət artıq Üçüncü Dünya müharibəsinin astanasındadır? Üstəlik, proqnozlaşdırılan münaqişələrin iştirakçısının çoxunun nüvə silahına malik olduğunu nəzərə alsaq, bu, milyonlarla insanın həyatını itirməsi, eləcə də müasir sivilizasiyanın sonu demək deyilmi?

Bu proqnozlara münasibət bildirən politoloq, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu Pressklub.az-a açıqlamasında bildirib ki, hazırda Üçüncü Dünya müharibəsi barədə çoxlu söz-söhbət var, amma onun nə dərəcədə real olduğunu indidən söyləmək çətindir.

“Amma bir fakt artıq aydındır – İkinci Dünya müharibəsindən sonra mövcud olan qlobal təhlükəsizlik sistemi bu gün tamamilə dağılır. Və yeni qlobal müharibə üçün yalnız bu deyil, dəyişən iqtisadi vəziyyət də təhdid yaradır. Yəni, 1990-cı ilə – SSRİ-nin süqutuna qədər dünyada ikiqütblü sistem mövcud idi. O zaman hər şey aydın idi – qarşı-qarşıya duran tərəflər vardı və onların arasında mövcud dünya nizamını qorumaq üçün müəyyən razılaşmalar da mövcud idi. Təhlükəsizlik sistemi də məhz bu nizamın mövcudluğunu təmin edirdi.

Amma bu sistem dağıldı. O, xüsusilə Rusiyanın Ukraynaya hücumundan sonra tam çökdü. Buna görə də indi Üçüncü Dünya müharibəsi riskinin real olması barədə danışmaq əsassız deyil. Bunun üçün real zəminlər mövcuddur.

Yaddan çıxarmayaq ki, 1990-cı ildən sonra yeni nüvə dövlətləri meydana çıxdı – Hindistan, Pakistan, Şimali Koreya, Çin. Bəli, çin bundan əvvəl də nüvə dövləti idi. Amma o zaman bugünkü imkanları yox idi. İsrail də faktiki olaraq nüvə dövlətidir. Müxtəlif mənbələrə görə, İsrailin təxminən 100 nüvə başlığı var”.

Ərəstun Oruclunun fikrincə, nüvə müharibəsi təhlükəsini artıran digər amillər də mövcuddur: “Əgər biz nisbətən bu yaxınlarda nüvə silahı əldə etmiş dövlətlərə nəzər yetirsək, onların əksəriyyəti avtoritar üsullarla idarə olunur. Məsələn, Pakistanın rəsmi hərbi doktrinasında nüvə silahından istifadə şərtinin aşağı həddə olduğu məlumdur. Digər nüvə ölkələrinin doktrinalarında nüvə silahından istifadə üçün konkret mexanizmlər, hərbi və siyasi hakimiyyətdəki bu və ya digər rəsmi şəxslərin razılığı tələb olunur. Amma məsələn, Şimali Koreyada kimsə diktatorun əmrinə tab olmaya və nüvə zərbəsi endirmək barədə sənədi imzalamaya bilərmi? Məncə, mümkün deyil. Hətta eyni sualı Rusiya, Hindistan və ya Pakistan üçün də vermək olar. Bütün bunlar onu göstərir ki, hüquqi kollaps mövcuddur. Bu da kütləvi qırğın silahlarının, o cümlədən nüvə silahının istifadəsi üçün əlverişli zəmin yaradır”.

O, qeyd edir ki, ilk baxışdan Birləşmiş Ştatlarda bütün münasibətlər hüquqi mexanizmlərlə tənzimlənir. “Amma bu ölkədə də hüquqi sistem artıq tənəzzülə uğrayır. Gəlin, son hadisələrə baxaq – açıq-aydın nümunə: ABŞ-ın hərbi kəşfiyyat rəhbəri İranın nüvə obyektlərinə endirilən zərbələrin nəticələri barədə məruzə təqdim edir, bu məruzə Donald Trampın xoşuna gəlmir və nəticədə o, vəzifədən uzaqlaşdırılır. Və indi sual yaranır: məsələn, Pentaqonun nüvə silahının tətbiqinə görə prezidentlə bərabər məsuliyyət daşıyan yüksək vəzifəli şəxsləri Trampın iradəsinə qarşı çıxa bilərlərmi? Halbuki, ABŞ-da hüquqi mexanizmlər hələ tam dağıdılmayıb. Bütün bunlar həqiqətən də, qlobal müharibənin başlaya biləcəyi təhlükəsini real edir.

Artıq bir çox beynəlxalq mərkəzlər proqnozlaşdırıblar ki, 2025-ci ildə dünyada genişmiqyaslı müharibənin başlaya biləcəyi 10 potensial ocaq mövcuddur. Əgər müharibə başlasa (bunu heç kim istisna edə bilməz), iş kütləvi qırğın silahlarına qədər gedib çıxsa, təbii ki, bu, sivilizasiyanın faktiki sonu olacaq. Onlar hansısa mərhələdə dayana biləcəklərmi, bunu önləyə biləcəklərmi? Bunlar çox böyük suallardır. Təəssüf ki, mən bu məsələdə nikbinliyə əsas verəcək səbəblərin yetərli olmadığını düşünürəm.

Halbuki bir daha deyirəm: nüvə doktrinalarının fərqliliyinə baxmayaraq, qlobal təhlükəsizlik sisteminin dağılmasına qədər nüvə təhlükəsizliyi sahəsində müəyyən razılaşdırılmış addımlar mövcud idi. Karib böhranından sonra ABŞ ilə Sovet İttifaqı arasında məhz nüvə təhlükəsizliyi ilə bağlı hətta birbaşa telefon rabitəsi də qurulmuşdu. Bu gün isə Rusiya bəzi rəsmi şəxslərin dili ilə dünyanı nüvə silahı ilə hədələyir, Şimali Koreya isə ümumiyyətlə heç bir beynəlxalq norma ilə hesablaşmır – deməli, onlardan hər cür addım gözləmək olar. Çünki bu gün nüvə silahı əsasən avtoritar, populist və korrupsiyalaşmış liderlərin əlindədir. Bu isə təbii ki, böyük fəlakətlərin, ilk növbədə də nüvə silahının tətbiqi ilə qlobal müharibələrin yaranması riskini daha da artırır.

Ümid edək ki, hələ də müəyyən razılaşdırma mexanizmləri mövcuddur və bəzi əlaqə kanalları işləkdir. Amma bu gün başqa bir təhlükə də realdır: müxtəlif ölkələrin nüvə doktrinalarında əksini tapan müddəalar real həyatda, praktikada işləmir. Sadəcə kağız üzərində formallıq, vəssalam. Əgər bu belədirsə, onda şübhəsiz ki, dünyanı qat-qat həssas və müdafiəsizdir”, – Oruclu yekunlaşdırıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şagirdlər arasındakı mübahisə böyüdü: Valideyn məktəb önündə döyüldü - TƏFƏRRÜAT
Bu gün, 10:38
Sərhəddə quruyan nəhəng: - Urmiya gölü faciəsi Azərbaycan üçün nə deməkdir?
Bu gün, 10:32
KTMT-dən Ermənistana növbəti xəbərdarlıq - AÇIQLAMA
Bu gün, 10:28
6 regionda DOST binalarının təmiri 4.5 milyon manata başa gələcək
Bu gün, 10:26
Putinin təhdidindən sonra Qərbdən Paşinyana mesaj göndərilib: - Təşvişə düşmə, Rusiya dağılır
Bu gün, 10:23
4,5 milyon manata bina təmiri – TENDER
Bu gün, 10:19
Qəzzada vəziyyətlə bağlı Trampla fikir ayrılıqlarım var - Netanyahu
Bu gün, 09:59
 "BRAVO"da müştəriləri RƏSMƏN ZƏHƏRLƏYİRLƏR! - BU NƏDİ BELƏ?
Bu gün, 09:56
"Daha nə? Yəni bəhanəniz nədir? Hansı nağıla inanaq?" - "Kapital Bank" ARTIQ AĞ EDİR...
Bu gün, 09:47
"Paşa Sığorta" müştəriləri ÇİLƏDƏN ÇIXARIR... - "Bərbad sığorta şirkətidir... uzaq durun!"
Bu gün, 09:40
Paşinyanın “eyni hamam, eyni tas” komandası - GƏLİŞMƏ
Bu gün, 09:31
Azərbaycan nefti ucuzlaşıb
Bu gün, 09:28
ABŞ beş ölkədə diplomatik missiyasını bağlamağa hazırlaşır - “Reuters”
Bu gün, 09:26
Məşhur Türkiyə şirkətinin Bakı filialı BAĞLANDI: - Dövlətə vergi ÖHDƏLİYİ QALDI
Bu gün, 08:18
Bakıdan İrəvana XƏBƏRDARLIQ - Sülh nə bir gecədə, nə də...
Bu gün, 08:16
Moskvanın İrəvanla bağlı nə planı var... - GƏLİŞMƏ
Bu gün, 07:43
Danimarka ABŞ təcavüzünə qarşı ordu SƏFƏRBƏR EDİR
Bu gün, 07:38
Ramin Məmmədovun rəis təyin etdiyi Qüdrət Əliyev kimdir - DTX-nın həbs etdiyi icra başçısı ilə... (FOTO)
Bu gün, 07:36
Kartdan-karta limit: Vətəndaşa problem, yoxsa gecikmiş qərar? - AKTUAL
Bu gün, 07:15
QHT sektorunda MÜƏMMALI DURUM - SAXTA İMZA iddiası...
Bu gün, 07:14
5 manatlıq "Arpaçay Pro" MMC-nin külli miqdarda vergi borcu üzə çıxdı - Sahibi kimdir?
Bu gün, 07:10
Azərbaycanın sürətlə silahlanması Ermənistanda qorxu yaratdı – “savaş ssenarisi...”
Bu gün, 07:08
Tramp Ukraynaya niyə “Patriot” raketlərini vermir? - Polkovnik
Bu gün, 07:06
Bakıda ev almaq istəyənlərin nəzərinə: qiymətlər kəskin dəyişir – Yeni rəqəm
Bu gün, 07:05
ATƏT-in fəaliyyətdə olan sədri İqnazio Kassis Azərbaycana ilk rəsmi səfərinə başlayıb
Bu gün, 07:03
"Biləvçay" MMC fəaliyyətini DAYANDIRDI: Dövlətə 24 min manatdan çox ÖHDƏLİYİ QALDI - TƏFƏRRÜAT
Bu gün, 06:15
Səhiyyə Nazirliyinin həbsdə olan keçmiş idarə rəisi - : “Mənimkimilərin sayəsində...”
Bu gün, 06:14
Xalq artisti qalmaqallı şirkətlə əlaqələrini kəsib - “Kadrlarımı yayımlayıblar, bu doğru deyil”
Bu gün, 06:11
İran atom bombasından güclü silah tapıb - "Newsweek"
Bu gün, 06:08
"Lənkəran-Çay-5" ASC bağlandı - FOTO
Bu gün, 06:06
“Ermənistanın İrana ərazi iddiası… Necə olacaq?” – Yeqoyan
Bu gün, 06:02
ABŞ Ermənistandakı TRIPP+ fondunun maliyyəsini ikiqat artırdı! – 402 milyon
Bu gün, 06:01
NATO-nun Ukraynaya silah tədarükünü əlaqələndirən komandanlığı ABŞ-da qalıb
Bu gün, 05:58
Zülfəli İsmayılov bu QÜDRƏTİ kimdən alır? - NARAZILIQ VAR...
Bu gün, 03:28
"Axı bunların əksəriyyəti həm də vaxtı ilə məmur olublar!" - keçmiş deputat
Bu gün, 03:12
Ruslar Özbəkistan vətəndaşını deportasiya edəcək... - SƏBƏB
Bu gün, 03:07
İrəvanda qadınlar hakimiyyəti ələ keçirib... - SİYAHI
Bu gün, 03:05
"Evdə iydən otura bilmirik" - GİLEY
Bu gün, 03:01
"“Sorry”, Nolan qardaş, bu səfər o döyül qaqa..." - Nura Suri
Bu gün, 02:54
Kartdan karta köçürməyə QADAĞA gəlirsə... - AKTUAL
Bu gün, 02:28
Prezidentə müraciət olundu - TƏXRİBATÇILAR İŞ BAŞINDA!
Bu gün, 02:23
Mingəçevir şəhərində yolların cari və əsaslı təmiri işlərini bu şirkət görəcək – 1.5 milyona
Dünən, 18:08
Xurafat fanatizmi necə qidalandırır? -TURAL İRFAN YAZIR
Dünən, 18:04
Kəndlini kənddə saxlamaq üçün: - İş, məktəb, pul, ev, əyləncə...
Dünən, 17:59
Venesuelada böyük qələbə qazanmışıq, İran nüvəsizləşdirilib - Tramp
Dünən, 17:54
Saleh Məmmədovun Müseyib Həmzəyevlə Almaniyada şərikli biznesi -DETALLAR
Dünən, 17:53
"Paşinyan sülh kursunu Rubinyan vasitəsilə davam etdirəcək" - Qafar Çaxmaqlı
Dünən, 17:49
Müdafiə Nazirliyinə 4 milyonluq mebel satacaq ŞİRKƏT MƏLUM OLDU - TƏFƏRRÜAT
Dünən, 17:47
İran regionda gərginlik və qeyri-sabitliyin genişlənməsini istəmir - Pezeşkian
Dünən, 17:44
​Deputatla jurnalistin məhkəmə mübarizəsi: Qələbə ilə başa çatan iki proses – REPORTAJ
Dünən, 17:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru