Azərbaycanda qızını boğan ata həbsdə öldü .....                     Rüşvətə görə həbs edilən keçmiş vəzifəli şəxsdən .....                     Rusiyada gəmini talan etdi, 20 il axtardılar .....                     Krımda hərbçi xidmət yoldaşlarını və üç mülki şəxsi güllələyib .....                     Daşla avtomobilin şüşəsini sındırdı, daha sonra bıçaqla yaraladı .....                     İrəvanda məhkum məhkəmədən qaçıb .....                     Naxçıvanda məmurlar iş vaxtı QUMAR OYNAYIRLAR... .....                     Şagirdlər arasındakı mübahisə böyüdü: Valideyn məktəb önündə döyüldü .....                     Sərhəddə quruyan nəhəng: .....                     KTMT-dən Ermənistana növbəti xəbərdarlıq .....                     6 regionda DOST binalarının təmiri .....                     Putinin təhdidindən sonra Qərbdən Paşinyana mesaj göndərilib: .....                     4,5 milyon manata bina təmiri .....                     Qəzzada vəziyyətlə bağlı Trampla fikir ayrılıqlarım var .....                      "BRAVO"da müştəriləri RƏSMƏN ZƏHƏRLƏYİRLƏR! .....                     "Daha nə? Yəni bəhanəniz nədir? Hansı nağıla inanaq?" .....                     "Paşa Sığorta" müştəriləri ÇİLƏDƏN ÇIXARIR... .....                     Paşinyanın “eyni hamam, eyni tas” komandası .....                     Azərbaycan nefti ucuzlaşıb .....                     ABŞ beş ölkədə diplomatik missiyasını bağlamağa hazırlaşır .....                     Məşhur Türkiyə şirkətinin Bakı filialı BAĞLANDI: .....                     Bakıdan İrəvana XƏBƏRDARLIQ .....                     Moskvanın İrəvanla bağlı nə planı var... .....                     Danimarka ABŞ təcavüzünə qarşı ordu .....                     Ramin Məmmədovun rəis təyin etdiyi Qüdrət Əliyev kimdir .....                     Kartdan-karta limit: Vətəndaşa problem, yoxsa gecikmiş qərar? .....                     QHT sektorunda MÜƏMMALI DURUM .....                     5 manatlıq "Arpaçay Pro" MMC-nin külli miqdarda vergi borcu üzə çıxdı .....                     Azərbaycanın sürətlə silahlanması Ermənistanda qorxu yaratdı .....                     Tramp Ukraynaya niyə “Patriot” raketlərini vermir? .....                     Bakıda ev almaq istəyənlərin nəzərinə: qiymətlər kəskin dəyişir .....                     ATƏT-in fəaliyyətdə olan sədri İqnazio Kassis .....                     "Biləvçay" MMC fəaliyyətini DAYANDIRDI: Dövlətə 24 min manatdan çox ÖHDƏLİYİ QALDI .....                     Səhiyyə Nazirliyinin həbsdə olan keçmiş idarə rəisi .....                     Xalq artisti qalmaqallı şirkətlə əlaqələrini kəsib .....                     İran atom bombasından güclü silah tapıb .....                     "Lənkəran-Çay-5" ASC bağlandı .....                     “Ermənistanın İrana ərazi iddiası… Necə olacaq?” .....                     ABŞ Ermənistandakı TRIPP+ fondunun maliyyəsini ikiqat artırdı! .....                     NATO-nun Ukraynaya silah tədarükünü əlaqələndirən komandanlığı ABŞ-da qalıb .....                 

Rusiya XİN-i artıq çoxdan səyyar sirkə çevrilib - HƏQİQƏTƏN DƏ...
Tarix: 27-08-2025, 06:44 | Çap et

Ukrayna avqustun 24-də Müstəqillik Gününü qeyd etdi. Ya təsadüfdən, ya da qəsdən, həmin gün təcavüzkar ölkənin xarici işlər naziri Sergey Lavrovun NBC telekanalına verdiyi müsahibə işıq üzü gördü. O, bildirdi ki, Ukrayna yalnız bir şərtlə “mövcudluğunu davam etdirə bilər” – əgər Rusiya tərəfindən ilhaq edilmiş ərazilərdən “imtina edərsə”. Bundan əvvəl “Reuters” öz mənbələrinə istinadən xəbər vermişdi ki, Vladimir Putin müharibəni dayandırmaq üçün məhz bunu şərt kimi irəli sürüb.

Ukrayna yalnız o halda mövcud olmaq hüququna malikdir ki, insanları buraxsın. Kiyevdəkilər Novorossiya, Donbas və Krımda keçirilmiş bir neçə referendumda rus mədəniyyətinə mənsub olduqlarına qərara verən insanları “terrorçular”, “fərdlər” adlandırırlar”, – Lavrov “izah edib”. Onun iddiasına görə, guya Ukrayna hakimiyyəti “ruslara mənsub olan hər şeyi məhv etməyi” qarşısına məqsəd qoyub.

Lavrov həmçinin bəyan edib ki, Ukrayna ilə bağlı istənilən təhlükəsizlik təminatları “Rusiyanın əsas maraqlarını” nəzərə almalıdır. “Xatırladım ki, 2022-ci ilin aprelində Ukrayna tərəfini bu müharibəyə son qoya biləcək sənədin təqdim edilməsi qane edirdi. Həmin sənəd Ukraynanın neytral, bloklara qoşulmayan, nüvə silahı olmayan ölkə olacağı barədə bəyanatla başlayırdı”, – nazir bildirib.

Rusiya XİN rəhbəri Volodimir Zelenskini “rejimin de-fakto başçısı” adlandırıb, lakin onun legitimliyinə şübhə edib. Lavrovun versiyasına görə, “Ukrayna Konstitusiyasına əsasən” Zelenskinin prezident səlahiyyətləri başa çatıb. Bununla belə, o əlavə edib ki, Putin Ukrayna lideri ilə görüşməyə “hazırdır”, lakin sənədlərin imzalanması üçün “imzanı legitim şəxsin atacağına” aydınlıq olmalıdır.

Lavrov həmçinin iddia edib ki, Rusiya “heç vaxt və heç bir halda” mülki obyektlərə zərbə endirmir. Moskvanın rəsmi nümayəndəsinin bu cür açıq yalanı isə artıq heç kəsi təəccübləndirmir. Onun sözlərinə görə, Rusiya kəşfiyyatında “etibarlı məlumatlar” var və hücumlar guya yalnız hərbi obyektlərə və silah istehsalı ilə bağlı müəssisələrə yönəlib.

Lavrov bu çıxışı ilə nə demək istəyib? Əslində, bu müsahibə Trampın Rusiya ilə danışıqlardan gözlədiyi bütün nəticələri heçə endirir. Tamamilə aydındır ki, Lavrov öz rəhbərinin mövqeyini təkrarlayır və görünür, artıq Putinlə danışıqlara ümid etməyə dəyməz. Bu halda, məntiqi olaraq, Ukraynanı elə silahlarla gücləndirmək lazımdır ki, təcavüzkar uzun müddət tab gətirə biləcəyinə şübhə etsin. Yəni onları sülhə məcbur etmək lazımdır.

Ukraynanın keçmiş informasiya siyasəti nazir müavini, Postinformasiya Cəmiyyəti İnstitutunun direktoru, Kiyev-Moqilyansk Akademiyasının müəllimi Dmitro Zolotuxin Pressklub.az-a açıqlamasında bununla bağlı fikirlərini bölüşüb.

Onun sözlərinə görə, Sergey Lavrov və Mariya Zaxarovanın “təlxək” şouları artıq çoxdan diplomatiya və beynəlxalq münasibətlərlə heç bir əlaqəsi olmayan ayrıca siyasi fəaliyyət janrına çevrilib. “Lavrovun üzərində “SSRİ” yazılmış sviter geyərək verdiyi kobud eyham və Zaxarovanın “Kalinka-malinka” rəqsi Rusiya XİN-ni çoxdan səyyar sirkə çevirib.

Buna görə də, Lavrovun çəkinmədən hətta Ağ Evin sakinlərini belə “kəskin suallarla sancan” amerikalı jurnalist Kristen Uelkerin suallarına cavabları maraqlıdır. Lavrovun şousunu təhlil edərkən soyuqqanlı olmaq və onun şüur axınını müəyyən meyarlarla dəyərləndmək lazımdır. Əvvəlcə geosiyasi konteksti müəyyənləşdirək. Sonra informasiyanın təqdim edilməsi formasını nəzərə alaq. Nəhayət, onun səsləndirdiyi fikirlərin məzmununu təhlil edək.

Beləliklə, makrosəviyyədə anlayırıq ki, Kremlin Dağlıq Qarabağla bağlı apardığı “vasitəçilik” fəaliyyəti yalnız öz maraqlarını təmin etməyə və üstünlüklər əldə olunması üçün münaqişənin davam etməsinə yönəlib. Amma Donald Tramp münaqişənin yenidən alovlanmasının qarşısını almaq üçün siyasi iradə nümayiş etdirərək öz potensialından istifadə etməyə çalışdı.

Bu sadə faktlar göstərir ki, münaqişələrin dayandırılması prinsipcə Rusiyanın geosiyasi maraqlarına daxil deyil. Başqa sözlə, Sergey Lavrov ayaqlarını yerə döyüb rəqs etməyə və bizi sülhün bərqərar olması üçün aparılan birgə işin nəticəsindən yayındırmağa çalışır. Jurnalist müsahibə zamanı dəfələrlə onu bu istiqamətə yönəltməyə cəhd göstərdi. Lakin Qarabağ məsələsində olduğu kimi, Lavrov problemin effektiv həllində maraqlı deyil. O, yalnız öz cılız geosiyasi faydaları naminə münaqişənin davamının təbliğində maraqlıdır.

Kremlin makrosəviyyəli düşüncə tərzindən informasiyanın təqdimetmə formasına keçək. Hazırda Kremlin xarici siyasət kursunu daimi öz aralarında rəqabət aparan üç şəxs təmsil edir. Bunlar Putinin köməkçisi Yuri Uşakov, nazir Sergey Lavrov və Kremlin xüsusi nümayəndəsi Kirill Dmitriyevdir.

Dmitriyevin və Lavrovun mediadakı fəallığını (bu, Ankoric sammitindən sonra onun üçüncü və ya dördüncü müsahibəsidir) nəzərə alsaq, Rusiya xarici işlər naziri hiss edir ki, gənc həmkarı Dmitriyev onu geridə qoymağa başlayır. Bu proseslərin qarşısını almaq üçün Lavrov mediaya verdiyi müsahibələrdə “Putindən daha çox Putin olmaq” məcburiyyətində qalır. Sergey Lavrovun hərbi ritorikası əslində Kirill Dmitriyevlə xarici siyasət gündəmində birincilik uğrunda pərdəarxası mübarizəsinin nəticəsidir”, – alim vurğulayıb.

O, kontekstdən və formadan sonra məzmuna keçib. “Sergey Lavrovun söz yığını dəfələrlə müzakirə olunmuş eyni məsələlərin təkrarından ibarətdir. Jurnalist Kristen Uelker bir neçə dəfə onu tarixi proseslərin müzakirəsindən gələcəyə dair perspektivlərə yönəltməyə çalışır, amma Lavrov hər dəfə onu səthilikdə günahlandırır və suallara mahiyyəti üzrə cavab verməkdən imtina edir.

Əslində isə o, birbaşa etiraf edə bilmir ki, Putinin Donald Trampa verdiyi Vladimir Zelenski ilə şəxsi görüş vədi yalandır – necə ki, Putinin bir çox əvvəlki bəyanatları da yalan çıxmışdı. Lavrov öz söz yığını ilə məhz bu faktı pərdələməyə çalışır. Putinlə Zelenski arasında heç bir görüş olmayacaq, çünki Putin Zelenski ilə görüşməkdən qorxur.

Lakin Trampa verilən vəd Putinin telefon zəngi zamanı səslənmişdi. Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt açıqlama verib. İndi isə Lavrovun bütün sözləri rəhbərini öz vədini yerinə yetirməmək məsuliyyətindən yayındırmağa yönəlib. Ən çox təəccüb və gülüş doğuran da məhz budur.

Tramp Dağlıq Qarabağ nümunəsində sülh naminə ciddi geosiyasi addımlar atmaq istəyini göstərdi. Buna görə də prezident İlham Əliyev Trampın Nobel Sülh Mükafatına namizədliyi perspektivlərini müsbət dəyərləndirdi. Deməli, Trampın hansısa oyuna girdiyini düşünmək üçün əsas yoxdur. O, sadəcə doğrudan da başa düşmür ki, Vladimir Putin hansı səbəbdən dəfələrlə onu aldadır və yerinə yetirməyə hazırlaşmadığı vədlər verir.

Bu halda Sergey Lavrov sadəcə kukla teatrındakı obrazdır və ona tapşırılan sözləri deyir. Onun sözlərini ciddi qəbul etməyə dəyməz.

Ukraynada sülhə aparan yeganə yol artıq Azərbaycanın siyasi rəhbərliyi tərəfindən nümayiş etdirilən yoldur: işğala razılaşmamaq və həqiqət uğrunda mübarizə aparmaq. Bu məsləhət və dəstəyə görə İlham Əliyevə minnətdarıq və Lavrovla Dmitriyev arasındakı daxili çəkişmələri görməzlikdən gələrək bu strategiyaya sadiq qalmağa çalışacağıq”, – deyə Zolotuxin yekunlaşdırıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda qızını boğan ata həbsdə öldü - azadlığa çıxmağa 3 ili qalmışdı...
Bu gün, 11:08
Rüşvətə görə həbs edilən keçmiş vəzifəli şəxsdən XƏBƏR VAR
Bu gün, 11:06
Rusiyada gəmini talan etdi, 20 il axtardılar - Azərbaycanda gizlənibmiş
Bu gün, 11:03
Krımda hərbçi xidmət yoldaşlarını və üç mülki şəxsi güllələyib
Bu gün, 10:53
Daşla avtomobilin şüşəsini sındırdı, daha sonra bıçaqla yaraladı – 3 il HƏBS CƏZASI
Bu gün, 10:48
İrəvanda məhkum məhkəmədən qaçıb - “Shamshyan.com”
Bu gün, 10:47
Naxçıvanda məmurlar iş vaxtı QUMAR OYNAYIRLAR... - ŞOK İDDİA
Bu gün, 10:44
Şagirdlər arasındakı mübahisə böyüdü: Valideyn məktəb önündə döyüldü - TƏFƏRRÜAT
Bu gün, 10:38
Sərhəddə quruyan nəhəng: - Urmiya gölü faciəsi Azərbaycan üçün nə deməkdir?
Bu gün, 10:32
KTMT-dən Ermənistana növbəti xəbərdarlıq - AÇIQLAMA
Bu gün, 10:28
6 regionda DOST binalarının təmiri 4.5 milyon manata başa gələcək
Bu gün, 10:26
Putinin təhdidindən sonra Qərbdən Paşinyana mesaj göndərilib: - Təşvişə düşmə, Rusiya dağılır
Bu gün, 10:23
4,5 milyon manata bina təmiri – TENDER
Bu gün, 10:19
Qəzzada vəziyyətlə bağlı Trampla fikir ayrılıqlarım var - Netanyahu
Bu gün, 09:59
 "BRAVO"da müştəriləri RƏSMƏN ZƏHƏRLƏYİRLƏR! - BU NƏDİ BELƏ?
Bu gün, 09:56
"Daha nə? Yəni bəhanəniz nədir? Hansı nağıla inanaq?" - "Kapital Bank" ARTIQ AĞ EDİR...
Bu gün, 09:47
"Paşa Sığorta" müştəriləri ÇİLƏDƏN ÇIXARIR... - "Bərbad sığorta şirkətidir... uzaq durun!"
Bu gün, 09:40
Paşinyanın “eyni hamam, eyni tas” komandası - GƏLİŞMƏ
Bu gün, 09:31
Azərbaycan nefti ucuzlaşıb
Bu gün, 09:28
ABŞ beş ölkədə diplomatik missiyasını bağlamağa hazırlaşır - “Reuters”
Bu gün, 09:26
Məşhur Türkiyə şirkətinin Bakı filialı BAĞLANDI: - Dövlətə vergi ÖHDƏLİYİ QALDI
Bu gün, 08:18
Bakıdan İrəvana XƏBƏRDARLIQ - Sülh nə bir gecədə, nə də...
Bu gün, 08:16
Moskvanın İrəvanla bağlı nə planı var... - GƏLİŞMƏ
Bu gün, 07:43
Danimarka ABŞ təcavüzünə qarşı ordu SƏFƏRBƏR EDİR
Bu gün, 07:38
Ramin Məmmədovun rəis təyin etdiyi Qüdrət Əliyev kimdir - DTX-nın həbs etdiyi icra başçısı ilə... (FOTO)
Bu gün, 07:36
Kartdan-karta limit: Vətəndaşa problem, yoxsa gecikmiş qərar? - AKTUAL
Bu gün, 07:15
QHT sektorunda MÜƏMMALI DURUM - SAXTA İMZA iddiası...
Bu gün, 07:14
5 manatlıq "Arpaçay Pro" MMC-nin külli miqdarda vergi borcu üzə çıxdı - Sahibi kimdir?
Bu gün, 07:10
Azərbaycanın sürətlə silahlanması Ermənistanda qorxu yaratdı – “savaş ssenarisi...”
Bu gün, 07:08
Tramp Ukraynaya niyə “Patriot” raketlərini vermir? - Polkovnik
Bu gün, 07:06
Bakıda ev almaq istəyənlərin nəzərinə: qiymətlər kəskin dəyişir – Yeni rəqəm
Bu gün, 07:05
ATƏT-in fəaliyyətdə olan sədri İqnazio Kassis Azərbaycana ilk rəsmi səfərinə başlayıb
Bu gün, 07:03
"Biləvçay" MMC fəaliyyətini DAYANDIRDI: Dövlətə 24 min manatdan çox ÖHDƏLİYİ QALDI - TƏFƏRRÜAT
Bu gün, 06:15
Səhiyyə Nazirliyinin həbsdə olan keçmiş idarə rəisi - : “Mənimkimilərin sayəsində...”
Bu gün, 06:14
Xalq artisti qalmaqallı şirkətlə əlaqələrini kəsib - “Kadrlarımı yayımlayıblar, bu doğru deyil”
Bu gün, 06:11
İran atom bombasından güclü silah tapıb - "Newsweek"
Bu gün, 06:08
"Lənkəran-Çay-5" ASC bağlandı - FOTO
Bu gün, 06:06
“Ermənistanın İrana ərazi iddiası… Necə olacaq?” – Yeqoyan
Bu gün, 06:02
ABŞ Ermənistandakı TRIPP+ fondunun maliyyəsini ikiqat artırdı! – 402 milyon
Bu gün, 06:01
NATO-nun Ukraynaya silah tədarükünü əlaqələndirən komandanlığı ABŞ-da qalıb
Bu gün, 05:58
Zülfəli İsmayılov bu QÜDRƏTİ kimdən alır? - NARAZILIQ VAR...
Bu gün, 03:28
"Axı bunların əksəriyyəti həm də vaxtı ilə məmur olublar!" - keçmiş deputat
Bu gün, 03:12
Ruslar Özbəkistan vətəndaşını deportasiya edəcək... - SƏBƏB
Bu gün, 03:07
İrəvanda qadınlar hakimiyyəti ələ keçirib... - SİYAHI
Bu gün, 03:05
"Evdə iydən otura bilmirik" - GİLEY
Bu gün, 03:01
"“Sorry”, Nolan qardaş, bu səfər o döyül qaqa..." - Nura Suri
Bu gün, 02:54
Kartdan karta köçürməyə QADAĞA gəlirsə... - AKTUAL
Bu gün, 02:28
Prezidentə müraciət olundu - TƏXRİBATÇILAR İŞ BAŞINDA!
Bu gün, 02:23
Mingəçevir şəhərində yolların cari və əsaslı təmiri işlərini bu şirkət görəcək – 1.5 milyona
Dünən, 18:08
Xurafat fanatizmi necə qidalandırır? -TURAL İRFAN YAZIR
Dünən, 18:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru