"Birinci ağzından vurdum, dişləri qırıldı" .....                     Onlayn ticarət mağazaları BAĞLANACAQ? .....                     “Dələduzluğun kökünü kəsmək üçün…” .....                     Turizm təbliğatına milyonlarla vəsait xərclənir, amma turist sayı azalır .....                     Səhmdarlar qərar verdi: .....                     DOST Agentliyi bu şirkətlə nəhəng müqavilə bağladı .....                     Culfaya yeni icra başçısı təyin edilib .....                     Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib .....                     Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub .....                     Naxcıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub .....                     Azərbaycanda biznesmenlərin 3 milyonunu alan dəstəyə HÖKM OXUNDU .....                     Şamil Müzəffərliyə AZCON-da vəzifə verildi .....                     Xalq artistinin hovuz şəkilləri tənqidə səbəb oldu .....                     "Zibillik içində yaşayırıq, təcili yardım belə gəlmir" .....                     Kafedə işıqları yandırmaq üstündə həmcinsinə xəsarət yetirən qadınla bağlı .....                     Deputatdan kartdan-karta qərarına ETİRAZ .....                     ​"4 saat işlə, 4 saat məzuniyyətdə ol!" .....                     Paşinyan Simonyana “yox” deyib .....                     Universitetlərə qəbul olmaq üçün ixtisas seçiminin aparılacağı tarix açıqlanıb .....                     "45 manatlıq köçürməyə görə kartımız bloklanıb" .....                     Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et .....                     Dünya kənd təsərrüfatı istehsalının 59 faizi 4 ölkənin payına düşür .....                     Eşqi Bağırovun çətiri altında yeni HOQQABAZLIQLAR... .....                     Azərbaycanda qızını boğan ata həbsdə öldü .....                     Rüşvətə görə həbs edilən keçmiş vəzifəli şəxsdən .....                     Rusiyada gəmini talan etdi, 20 il axtardılar .....                     Krımda hərbçi xidmət yoldaşlarını və üç mülki şəxsi güllələyib .....                     Daşla avtomobilin şüşəsini sındırdı, daha sonra bıçaqla yaraladı .....                     İrəvanda məhkum məhkəmədən qaçıb .....                     Naxçıvanda məmurlar iş vaxtı QUMAR OYNAYIRLAR... .....                     Şagirdlər arasındakı mübahisə böyüdü: Valideyn məktəb önündə döyüldü .....                     Sərhəddə quruyan nəhəng: .....                     KTMT-dən Ermənistana növbəti xəbərdarlıq .....                     6 regionda DOST binalarının təmiri .....                     Putinin təhdidindən sonra Qərbdən Paşinyana mesaj göndərilib: .....                     4,5 milyon manata bina təmiri .....                     Qəzzada vəziyyətlə bağlı Trampla fikir ayrılıqlarım var .....                      "BRAVO"da müştəriləri RƏSMƏN ZƏHƏRLƏYİRLƏR! .....                     "Daha nə? Yəni bəhanəniz nədir? Hansı nağıla inanaq?" .....                     "Paşa Sığorta" müştəriləri ÇİLƏDƏN ÇIXARIR... .....                 

Tokayevin Türkiyəyə səfərinin geosiyasi əhəmiyyəti - İNCƏLƏMƏ
Tarix: 4-08-2025, 15:13 | Çap et

Hardasa bir həftə əvvəl (29 iyul 2025) Qazaxıstan prezidenti Qasım Cömərd-Tokayevin Türkiyəyə səfəri baş tutdu. Bəri başdan deyim ki, bu səfəri nəinki Türkiyə-Qazaxıstan və Türk dünyasının geopolitikasında, hətta bütün dünya miqyasında mühüm dəyişikliklərə yol açacaq dəyişikliklərin başlanğıcı saymaq olar. Amma təəssüf ki, nə Türkiyə, nə də Azərbaycan mediası bu səfər üzərində layiqincə dayanmadı. İzlədiyim Qazax mediası da, fikrimcə, səfərin əhəmiyyətinə yetərincə diqqət ayırmadı. Mümkündür ki, bu sükut Rusiyanın diqqətini yeni problemlərə cəlb etmək istənməməsindən irəli gəlir. Bununla belə, bəzi məqamlara diqqət yetirməyin vacibliyini anlayır və bəzi kiçik analizlərimlə səfərə işıq tutmaq istəyirəm.
Sual edə bilərsiniz: Tokayevin bu səfəri dünya geosiyasətində hansı dəyişiklərə yol aça bilər? Və bundan Azərbaycan nə qazanacaq?
Bu suallara cavab vermək üçün ilk öncə iki liderin görüşündə hansı məsələlərin müzakirə olunduğuna qısa nəzər salmağa ehtiyac var.
Sözsüz ki, Ərdoğan və Tokayevin imzaladığı 20-dən artıq sazişin içəriyi ilə tanış olmadığımdan liderlərin görüşdən sonra mətbuat konfrasında səsləndirdiyi fikirlərə əsaslanaraq bəzi düşüncələrimi sizinlə paylaşacağam. Gəlin, bunun üçün də Rəcəb Tayib Ərdoğanın fikirlərinə nəzər salaq.
Türkiyə prezidentinin iddialarına görə, Tokayevlə görüşdə əsasən bu mövzuları ələ alıblar:
- Orta dəhlizin istifadəsi;
- Mədənçilik və nadir torpaq elementlərinin birgə hasilatı;
- Müdafiə, enerji, elm və texnologiyaya qədər bir çox məsələlər;
- Qazax neftinin Türkiyə üzərindən dünya bazarına çıxarılması;
- Hərbi sənaye məsələləri;
- FETÖ ilə mübarizə;
- Təhsil;
- Kipr-Qazaxıstan münasibətləri;
- Rusiya-Ukrayna, Qəzza məsələsi və s.
Mənim diqqətimi çəkən əsas məsələ Orta dəhlizdən istifadə, nadir torpaq elementlərinin birgə istehsalı və Qazax neftinin Türkiyə üzərindən Qərbə nəqlidir. Məlum oluduğu kimi, görüşdən bir neçə gün qabaq Rusiya Qazaxıstan neftinin Qara dəniz limanlarından Qərbə ixracını dayandırmışdı. Rusiya tərəfi bunu neft ixracı ilə bağlı yeni qanun hazırlığı ilə əlaqələndirmişdi. Hazırlanan yeni qanunvericilik layihəsinə görə, Qazaxıstan bundan sonra FSB-dən icazə alaraq öz neftini onun Novorossiyski limanından Qərbə nəql edə biləcək. Təbii ki, bu, Qazaxıstanın öz təbii sərvəti üzərindəki suverenlik hüquqlarına ziddir və yeri gələndə kommersiya sirrinin faş edilməsi deməkdir. Görünür, Qazaxıstan bununla razılaşmayıb Transxəzər layihəsi üzərindən neft nəqlinə qərar verib. Qeyd edim ki, indiyədək Xəzər Boru Kəməri Konsorsiumu (CPC) vasitəsilə Rusiya üzərindən Avropaya nəql olunan qazax nefti qardaş ölkənin ümumi neft ixracının 80%-ni təşkil edirdi. Bundan sonra isə Qazax “qara qızıl”ının hamısı Azərbaycan və Türk üzərindən Avropaya çatdırılacaq. Bu da öz növbəsində Avropanı Türkiyədən və Azərbaycandan asılı vəziyyətə salacaq.
Eyni şəkildə “Bir kəmər, bir yol” layihəsinin Orta dəhlizi də Qazaxıstanın Xəzər üzərindən nəqlinə başlaması ilə ölkəmizin və Türkiyənin dünya ticarətindəki çəkisini xeyli artıracaq. Qeyd edim ki, Orta dəhlizlə transfer edilən Çin mallarının 85%-i Qazaxıstandan keçirdi və qardaş ölkə rus basqısı nəticəsində onu şimal dəhlizi ilə ünvanlarına göndərirdi. İndisə, Çinin demək olar ki, bütün məhsulları Azərbaycan və Türkiyə üzərindən keçəcək. Prezident İlham Əliyevin bir müddət əvvəl Pekində xüsusi təmtəraqla qarşılanmasının altında yatan əsl səbəb də yəqin ki, bu idi.
Qazaxıstanın şimal dəhlizindən orta dəhlizə keçməsi dünyanın quru ticarəti marşrutunun dəyişməsi deməkdir və bu da bizim beynəlxalq nüfuzumuzu qaldırdığı kimi, Rusiyanın çəkisinin azaldır, onu nüfuzdan düşmüş fiqura çevirir. Hər iki ehtimal bizim xeyrimizədir və həm Qazaxıstanın, həm Türkiyənin, həm də Azərbaycanın təhlükəsizlik səviyyəsini yüksəldir. Bizim və qardaş ölkələrin təhlükəsizliyi həm də Çinin, Avropa İttifaqının və Zəngəzur dəhlizindən 30%-lik pay alan ABŞ-ın da maraqlarına uyğundur və Rusiya bütün bu qüvvələri qarşısına ala bilməz.
“Bir kəmər, bir yol” projesinin şimal istiqamətindən orta dəhlizə dəyişilməsinin bir başqa müsbət nəticəsi təkcə Çinin deyil, həm də Yaponiya, digər Şərqi Asiya ölkələrini Mərkəzi Asiya və Xəzər dənizi, Azərbaycan və Türkiyə vasitəsilə Rusiya Federasiyasından yan keçməklə Avropaya birləşdirə bilər. Artıq orta dəhlizə böyük ümidlər bağlanıb: həcmlər 2,7 milyon tona çatıb və 2030-cu ilə qədər 3 dəfə arta bilər.
Məsələnin digər mühüm tərəfi odur ki, Qazaxıstanın bu addımından sonra Rusiya istəsə belə, onu özünün məşhur “qeyri-dost” ölkələr siyahısına da sala bilməz. Çünki dünyanın ən uzun sərhədlərindən biri Rusiya ilə Qazaxıstan arasındadır - 7644 kilometr. Qazaxıstanı “qeyri-dost” ölkə elan etsə, onda təxminən 8 min km-lik sərhədlərinə sərhədçilər toplaya ki, bu da indiki anda Rusiyanın bacaracağı iş deyil. Moskva istəsə belə, bu qədər əsgəri tapa bilməz. Bu zamanadək Qazaxıstanın dostluğuna inanıb sərhədlərinə belə xərc çəkməyən Rusiya artıq yeni situasiya ilə üz-üzədir. Sabah Qazaxıstana Türkiyə və ya ABŞ əsgərləri təşrif buyuranda məcburən sərhədlərinə əsgər yerləşdirməlidir. Bu isə Ukrayna cəbhəsindən xeyli sayda hərbçini cənub sərhədlərinə daşımaq zərurəti yaradır.
Ən əsası, Rusiya bundan sonra Qazaxıstan sərhədlərindən keçib gələn hərbi strateji məhsullara, o cümlədən ikili texnologiyalara da bel bağlaya bilməz. Çünki Qazaxıstanın indi yeni strateji müttəfiqləri olacaq və Astana (Nur-sultan) həqiqi dostu qoyub yalançı dostla flört eləməz. Və üstəlik, o yalançı dost rusdursa.
Digər mühüm mövzu təhlükəsizlikdir. Türkiyənin NATO-ya üzv olması Qazaxıstan üçün də mühüm əhəmiyyət kəsb edir. 2025 Qlobal Atəş Gücü İndeksinə görə, Türkiyə 0,1902 balla 145 ölkə arasında 9-cu, Qazaxıstan isə 1,1016 indekslə 57-ci yerdədir. Tokayevlə Ərdoğanın imzaladığı 20 müqavilə arasında hərbi əməkdaşlığın gücləndirilməsi sazişi də var. Baxmayaraq ki, bu iki ölkənin hər biri fərqli texnologiyalardan istifadə edir. Türkiyə NATO standartlarına uyğun silahlanır. Qazaxıstan isə hələ də rusun sınıq-salxaq silahlarından istifadə edir. Yəqin ki, Türkiyə və Qazaxıstan arasında əlaqələr gücləndikcə, Qazax hərbi gücü də NATO standartlarına keçəcək. Bu da Rusiya və həm də İran üzərində hərbi çəmbəri daha da daraldacaq və onların əl-qolunu bağlayıb yeni reallıqlarla razılaşmaq məcburiyyətində qoyacaq.
Bir sözlə, Tokayevin Türkiyəyə səfəri iqtisadiyyatdan tutmuş hərbə qədər bütün sahələrdə yeni konfiqurasiyalar yaradır və Türk dünyasının simasını dəyişdirir.
Heydər Oğuz - "DİA-AZ"








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Birinci ağzından vurdum, dişləri qırıldı" - Həbsxanada məhkumu öldürən Nurullah
Bu gün, 14:43
Onlayn ticarət mağazaları BAĞLANACAQ? — "Rəqabəti qorumaq üçün..."
Bu gün, 14:38
“Dələduzluğun kökünü kəsmək üçün…” - Tanınmış vəkildən ÇAĞIRIŞ
Bu gün, 14:36
Turizm təbliğatına milyonlarla vəsait xərclənir, amma turist sayı azalır - NƏ BAŞ VERİR?
Bu gün, 13:09
Səhmdarlar qərar verdi: - Şirkət ləğv olunur, borclar hesablanacaq
Bu gün, 13:07
DOST Agentliyi bu şirkətlə nəhəng müqavilə bağladı - TƏFƏRRÜAT
Bu gün, 13:05
Culfaya yeni icra başçısı təyin edilib - SƏRƏNCAM
Bu gün, 13:02
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib - BUNDAN SONRA...
Bu gün, 13:00
Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM
Bu gün, 12:59
Naxcıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub - SƏRƏNCAM
Bu gün, 12:52
Azərbaycanda biznesmenlərin 3 milyonunu alan dəstəyə HÖKM OXUNDU - TƏFƏRRÜAT
Bu gün, 12:49
Şamil Müzəffərliyə AZCON-da vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:42
Xalq artistinin hovuz şəkilləri tənqidə səbəb oldu - FOTO
Bu gün, 12:39
"Zibillik içində yaşayırıq, təcili yardım belə gəlmir" - Gəncə sakinləri şikayətçidirlər
Bu gün, 12:29
Kafedə işıqları yandırmaq üstündə həmcinsinə xəsarət yetirən qadınla bağlı QƏRAR
Bu gün, 12:17
Deputatdan kartdan-karta qərarına ETİRAZ - "Əhali də daha çox ona yönələ bilər..."
Bu gün, 12:12
​"4 saat işlə, 4 saat məzuniyyətdə ol!" — Şəkidə təhsil sistemində biabırçılıq!
Bu gün, 12:08
Paşinyan Simonyana “yox” deyib - Qərb tərəfdaşları onu “panikaya düşməməyə” çağırıb
Bu gün, 11:59
Universitetlərə qəbul olmaq üçün ixtisas seçiminin aparılacağı tarix açıqlanıb - AÇIQLAMA
Bu gün, 11:49
"45 manatlıq köçürməyə görə kartımız bloklanıb" - Vətəndaş Leo Bankdan şikayətçidir
Bu gün, 11:47
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et - DİQQƏT
Bu gün, 11:42
Dünya kənd təsərrüfatı istehsalının 59 faizi 4 ölkənin payına düşür - SİYAHI
Bu gün, 11:33
Eşqi Bağırovun çətiri altında yeni HOQQABAZLIQLAR... - İLGİNC İDDİALAR...
Bu gün, 11:18
Azərbaycanda qızını boğan ata həbsdə öldü - azadlığa çıxmağa 3 ili qalmışdı...
Bu gün, 11:08
Rüşvətə görə həbs edilən keçmiş vəzifəli şəxsdən XƏBƏR VAR
Bu gün, 11:06
Rusiyada gəmini talan etdi, 20 il axtardılar - Azərbaycanda gizlənibmiş
Bu gün, 11:03
Krımda hərbçi xidmət yoldaşlarını və üç mülki şəxsi güllələyib
Bu gün, 10:53
Daşla avtomobilin şüşəsini sındırdı, daha sonra bıçaqla yaraladı – 3 il HƏBS CƏZASI
Bu gün, 10:48
İrəvanda məhkum məhkəmədən qaçıb - “Shamshyan.com”
Bu gün, 10:47
Naxçıvanda məmurlar iş vaxtı QUMAR OYNAYIRLAR... - ŞOK İDDİA
Bu gün, 10:44
Şagirdlər arasındakı mübahisə böyüdü: Valideyn məktəb önündə döyüldü - TƏFƏRRÜAT
Bu gün, 10:38
Sərhəddə quruyan nəhəng: - Urmiya gölü faciəsi Azərbaycan üçün nə deməkdir?
Bu gün, 10:32
KTMT-dən Ermənistana növbəti xəbərdarlıq - AÇIQLAMA
Bu gün, 10:28
6 regionda DOST binalarının təmiri 4.5 milyon manata başa gələcək
Bu gün, 10:26
Putinin təhdidindən sonra Qərbdən Paşinyana mesaj göndərilib: - Təşvişə düşmə, Rusiya dağılır
Bu gün, 10:23
4,5 milyon manata bina təmiri – TENDER
Bu gün, 10:19
Qəzzada vəziyyətlə bağlı Trampla fikir ayrılıqlarım var - Netanyahu
Bu gün, 09:59
 "BRAVO"da müştəriləri RƏSMƏN ZƏHƏRLƏYİRLƏR! - BU NƏDİ BELƏ?
Bu gün, 09:56
"Daha nə? Yəni bəhanəniz nədir? Hansı nağıla inanaq?" - "Kapital Bank" ARTIQ AĞ EDİR...
Bu gün, 09:47
"Paşa Sığorta" müştəriləri ÇİLƏDƏN ÇIXARIR... - "Bərbad sığorta şirkətidir... uzaq durun!"
Bu gün, 09:40
Paşinyanın “eyni hamam, eyni tas” komandası - GƏLİŞMƏ
Bu gün, 09:31
Azərbaycan nefti ucuzlaşıb
Bu gün, 09:28
ABŞ beş ölkədə diplomatik missiyasını bağlamağa hazırlaşır - “Reuters”
Bu gün, 09:26
Məşhur Türkiyə şirkətinin Bakı filialı BAĞLANDI: - Dövlətə vergi ÖHDƏLİYİ QALDI
Bu gün, 08:18
Bakıdan İrəvana XƏBƏRDARLIQ - Sülh nə bir gecədə, nə də...
Bu gün, 08:16
Moskvanın İrəvanla bağlı nə planı var... - GƏLİŞMƏ
Bu gün, 07:43
Danimarka ABŞ təcavüzünə qarşı ordu SƏFƏRBƏR EDİR
Bu gün, 07:38
Ramin Məmmədovun rəis təyin etdiyi Qüdrət Əliyev kimdir - DTX-nın həbs etdiyi icra başçısı ilə... (FOTO)
Bu gün, 07:36
Kartdan-karta limit: Vətəndaşa problem, yoxsa gecikmiş qərar? - AKTUAL
Bu gün, 07:15
QHT sektorunda MÜƏMMALI DURUM - SAXTA İMZA iddiası...
Bu gün, 07:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru