Moskva Paşinyanı açıq-aşkar HƏDƏLƏDİ .....                     Prosesi Azərbaycan Ordusu başlatdı .....                     Rusiyada Ermənistan istehsalı olan bir sıra suların satışı qadağan edilib .....                     "Brent" neftinin qiyməti 81 dollardan aşağı düşdü .....                     Sülh sazişi bu il imzalana bilər .....                     Birinin borcuna görə hamının suyunu kəsən komendatdan .....                     Bakıda 22,5 milyon manata .....                     Əcnəbi turistlər bu il Şuşada neçə gecə qalıblar? .....                     Məcburi köçkünlərin qaldığı başqa vətəndaşlara məxsus evlərin taleyi necə olacaq? .....                     Paşinyana yaxın kanal Karapetyanı ələ saldı .....                     “ITOCHU” Azərbaycandan çıxmır .....                     İki dəfə yüksək məbləğdə cərimələnən məşhur klinika borca düşdü .....                     Paşinyan niyə Putinə tez-tez zəng edir? .....                     Rusiyada bloger Hüseyn Həsənova 4 il qiyabi hökm oxunub .....                     "Birinci ağzından vurdum, dişləri qırıldı" .....                     Onlayn ticarət mağazaları BAĞLANACAQ? .....                     “Dələduzluğun kökünü kəsmək üçün…” .....                     Turizm təbliğatına milyonlarla vəsait xərclənir, amma turist sayı azalır .....                     Səhmdarlar qərar verdi: .....                     DOST Agentliyi bu şirkətlə nəhəng müqavilə bağladı .....                     Culfaya yeni icra başçısı təyin edilib .....                     Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib .....                     Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub .....                     Naxcıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub .....                     Azərbaycanda biznesmenlərin 3 milyonunu alan dəstəyə HÖKM OXUNDU .....                     Şamil Müzəffərliyə AZCON-da vəzifə verildi .....                     Xalq artistinin hovuz şəkilləri tənqidə səbəb oldu .....                     "Zibillik içində yaşayırıq, təcili yardım belə gəlmir" .....                     Kafedə işıqları yandırmaq üstündə həmcinsinə xəsarət yetirən qadınla bağlı .....                     Deputatdan kartdan-karta qərarına ETİRAZ .....                     ​"4 saat işlə, 4 saat məzuniyyətdə ol!" .....                     Paşinyan Simonyana “yox” deyib .....                     Universitetlərə qəbul olmaq üçün ixtisas seçiminin aparılacağı tarix açıqlanıb .....                     "45 manatlıq köçürməyə görə kartımız bloklanıb" .....                     Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et .....                     Dünya kənd təsərrüfatı istehsalının 59 faizi 4 ölkənin payına düşür .....                     Eşqi Bağırovun çətiri altında yeni HOQQABAZLIQLAR... .....                     Azərbaycanda qızını boğan ata həbsdə öldü .....                     Rüşvətə görə həbs edilən keçmiş vəzifəli şəxsdən .....                     Rusiyada gəmini talan etdi, 20 il axtardılar .....                 

Kreml rusiyalıları YouTube-dan uzaqlaşdıra biləcəkmi?.. - GƏLİŞMƏ
Tarix: 27-07-2025, 06:01 | Çap et

llərdir ki, Rusiyanın texnologiya tənzimləyiciləri "YouTube"un təsir dairəsinə qarşı dişlərini qıcayaraq mübarizə aparırlar. Bu videoplatforma, əsasən, senzurasız xəbərlər, məlumat və əyləncənin əsas mənbəyidir, üstəlik, bir çox rusiyalı inflüenserlər və bloqerlər üçün mühüm gəlir mənbəyidir.

Rəsmilər "Google"a məxsus bu platformanı ləngidərək izləyiciləri bezdirmək məqsədilə videoların yüklənmə sürətini dözülməz dərəcədə azaldıblar. Onlar həmçinin "YouTube"un serverlərini Rusiya ərazisində yerləşdirməsi üçün Silikon vadisi şirkətini təhdid ediblər. Məqsəd isə bu yolla platformanın internet trafikinə daha effektiv nəzarət edə bilməkdir.

Eyni zamanda, hakimiyyət orqanları tənzimləyicilərin tam nəzarətində olacaq yerli alternativ platformalar yaratmağa cəhd göstəriblər.

Bəs bütün bu səylər nə nəticə verir? Ekspertlərin sözlərinə görə, hələ istədikləri nəticəyə çatmayıblar, amma bu, çox yaxındadır.

Uzun illərdir üzərində işlənən bu təşəbbüs Kremlin dəstəklədiyi daha genişmiqyaslı bir kampaniyanın – Rusiyada "idarə olunan" internet qurmaq planının tərkib hissəsidir. Belə internetdə istifadəçilərə yalnız məhdud seçimlər təklif olunur, informasiya azadlığı görüntüsü yaradılır və fəaliyyətləri yaxından izlənilir.

Keçən həftə Rusiya rəsmiləri "Meta"ya məxsus geniş istifadə olunan "WhatsApp" mesajlaşma tətbiqini ölkədə bloklamaq istiqamətində işlədikləri barədə siqnal veriblər.

""YouTube" Rusiyada son dərəcə güclüdür", - Alman Xarici Əlaqələr Şurasının Rusiya interneti üzrə tədqiqatçısı Filipp Ditrix bildirib.

"Bu, hökumət üçün ciddi təhlükədir. Əgər bir platformaya tam nəzarət edə bilirsinizsə –hansı videonun yayımlanacağını, hansının isə yox – bunu müəyyənləşdirə bilirsinizsə, bu, çox böyük üstünlük deməkdir", - o müsahibəsində deyib.

"Onlar əsas oyunçudur"

Milyonlarla rusiyalı videoyayım xidmətlərinə baxır. "YouTube" Rusiyada ən populyar platformadır və bu tendensiya 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğal müharibəsi başlayandan sonra daha da güclənib.

Ölümündən əvvəl korrupsiyaya qarşı mübarizəsi ilə tanınan müxalifət lideri Aleksey Navalnı tənqidi araşdırmalarını və şərhlərini "YouTube"da yayımlayırdı və bu videolar təkcə Rusiyada on milyonlarla baxış toplayırdı. Həmçinin, Yuri Dudun "YouTube" kanalına Rusiyada və xaricdə 10 milyondan çox insan abunədir. Onun iti, sürətli tempdə keçən müsahibələri böyük maraq doğurur.

"Mediascope"un bazar araşdırmasına görə, 2024-cü ilin ikinci yarısında Rusiyada 95.9 milyon yeniyetmə və yetkin şəxs ayda ən azı bir dəfə "YouTube" platformasını ziyarət edib.

Lakin bu rəqəm 2025-ci ilin ilk yarısında azalmağa başlayıb, çünki Rusiyanın tənzimləyici orqanları platformanın sürətini yavaşlatmağa başlayıblar.

"YouTube"a potensial rəqib kimi Rusiyanın internet məkanında azı beş videoyayım layihəsi ortaya çıxıb və onlardan biri də "RuNet"dir.

Rusiyanın "Facebook" ekvivalenti olan "VK" tərəfindən yaradılmış "VK Video" baxış sayına görə "YouTube"dan geri qalır, lakin auditoriyasını tədricən artırmaqdadır.

Digər platformalara isə "Qazprom"a məxsus "Rutube", 2022-ci ildə "Yandex"dən ayrılmış "Zen", eləcə də VK-ya məxsus olan və "Facebook"a bənzəyən digər sosial media platforması - "Video OK" daxildir.

F.Ditrixin fikrincə, hazırda "YouTube" üçün ən real alternativ "VK Video"dur. O hesab edir ki, çox güman ki, "VK Video" Rusiyada "YouTube"u tamamilə əvəz edəcək.

"Məncə, yeganə real və böyük alternativ "VK Video"dur. Düşünürəm ki, bu, əsas oyunçudur. Onların pulu var, dövlət dəstəyi var və bu sahəyə tam güclə girəcəklər", - o bildirib. "Onların serverləri, infrastrukturu, yaxşı proqram təminatı və yaxşı mühəndislər var. Əgər ayrılan vəsaitlər korrupsiyaya uğramasa, doğrudan da, lazım olan yerə getsə, "VK" uğur qazanacaq".

Putinin etibarlı adamı Yuri Kovalçukun nəzarətində olan SOGAZ sığorta şirkəti dövlətə məxsus təbii qaz nəhəngi - "Qazprom"un media qolu olan "Qazprom Media"nın əsas səhmdarlarından biridir. "Qazprom Media" da Kremlin rəsmi videoları yayımlamaq üçün tez-tez istifadə etdiyi "Rutube"un sahibidir.

VK-nin icraçı direktorunun atası Kremlin daxili siyasət rəhbəri olan Vladimir Kiriyenkodur. Kovalçukun böyük qardaşı oğlu Stepan da VK-da vitse-prezidentdir və digər fəaliyyətləri ilə yanaşı, "VK Video"nun inkişafına kömək edib.

Ditrix bildirib ki, hazırda "VK Video"nun ən böyük problemi onun auditoriya sayının etibarlılığıdır: "Onun fəallıq göstəricilərinin - kliklər, bəyənmələr, paylaşımlar, baxış müddəti - həqiqi, yoxsa saxta olduğunu ölçməyin real yolu yoxdur".

"Firewall"dakı növbəti kərpic

Rusiya hakimiyyətinin internet üzərində nəzarəti gücləndirmək səyləri 1990-cı illərin sonlarına qədər gedib çıxır. O vaxt yaradılan Operativ Axtarış Fəaliyyətləri Sistemi əslində internet üçün nəzərdə tutulmuş müşahidə vasitəsi idi.

İllər ərzində hakimiyyət orqanları internet şirkətlərinə nəzarəti artıran bir sıra qanunlar qəbul edib və tənzimləyici qurum "Roskomnadzor"un səlahiyyətlərini genişləndiriblər. Aparıcı yerli texnologiya nəhəngləri — "Yandex", VK, Mail.ru, "Wildberries" — Kremlə yaxın mülkiyyətçilərin əlində cəmləşib.

Həmçinin, vətəndaşların hakimiyyətin diqqətini çəkmədən məzmun oxumasına, baxmasına və ya yükləməsinə imkan verən virtual özəl şəbəkələrin (VPN) istifadəsini cinayət sayaraq qadağan ediblər. Qanunvericilər hətta VPN axtarışını cinayət hesab etməyi nəzərdən keçirir.

Prezident Vladimir Putin martda televiziyada yayımlana Kremldəki görüşündə rəsmilərdən "Microsoft" və "Zoom" kimi xarici texnologiya şirkətlərini boğmağı tələb edib. "Sadəcə onları boğmalısınız. Mən tamamilə razıyam", - Putin deyib.

"Məncə, onlar Şimali Koreya modeli yox, Çin modelinə doğru irəliləyirlər", - Ditrix bildirib. "İnsanlar düşünür ki, tam kəsilmə olacaq. Bu isə mümkün deyil. Belə olsa, iqtisadiyyata nüvə zərbəsi olardı".

"YouTube"dan uzaqlaşdırmaqla yanaşı, hakimiyyət orqanları həmçinin "super tətbiq" yaratmağa da çalışırlar. Bu tətbiq rusiyalılara çoxsaylı funksiyalar təqdim edəcək: söhbət etmək, bank əməliyyatları aparmaq, tanış olmaq, taksi çağırmaq, vergi ödəmək, musiqi yükləmək, oyun oynamaq, yemək sifariş etmək, şəkil paylaşmaq.

VK-nın hazırladığı "Max" adlı proqram martda sınaqdan keçirilib. Keçən ay Putin deyib ki, bütün dövlət xidmətləri "Max"a verilməlidir.

"Əsasən hökumət olaraq etməli olduğunuz şey ideyalar tapmaqdır: insanları bu tətbiqdən istifadə etməyə necə məcbur edək, amma buna açıq şəkildə göstəriş vermədən. Bunu üçün də ekosistemi tamamilə əvəzolunmaz etməlisiniz. Bu tətbiq vasitəsilə siz əslində hər şeyi edə bilərsiniz", - Ditrix bildirib.

Hökumət vətəndaşları populyar mesajlaşma tətbiqlərindən də uzaqlaşdırmağa çalışdığını gizlətmir. "Mediascope"nin məlumatına görə, hazırda Rusiyada ən populyar messencerlər "Telegram" və "WhatsApp"dır.

Rusiyanın tanınmış internet fəalı Sarkis Darbinyan "Current Time"a deyib: "Rusiyaları onilliklər ərzində istifadə etdikləri rahat və tanış platformalardan köçməyə məcbur etmək və tamamilə təhlükəli "Max"a etibar etmək çətin işdir".

"Ona görə də, mənə elə gəlir ki, "YouTube"da olduğu kimi, bizi burada da eyni ssenari gözləyir. "VK Video"nun populyarlığının sürətli artımı, Rusiya hakimiyyətinin etiraf etməsə də, "YouTube"u bloklamağa başlaması ilə eyni vaxtda başlayıb", o deyib.

Yazını AzadlıqRadiosunun aparıcı beynəlxalq müxbiri Mayk Ekkel hazırlayıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskva Paşinyanı açıq-aşkar HƏDƏLƏDİ - Görünəni odur ki...
Bu gün, 16:41
Prosesi Azərbaycan Ordusu başlatdı – Rusiya kritik qərar verə bilər
Bu gün, 16:39
Rusiyada Ermənistan istehsalı olan bir sıra suların satışı qadağan edilib
Bu gün, 16:37
"Brent" neftinin qiyməti 81 dollardan aşağı düşdü
Bu gün, 16:36
Sülh sazişi bu il imzalana bilər - “Paşinyan 300 min imza ilə buna getsə…”
Bu gün, 16:34
Birinin borcuna görə hamının suyunu kəsən komendatdan ŞİKAYƏT VAR
Bu gün, 16:32
Bakıda 22,5 milyon manata Təbiət Tarix Muzeyi yaradılacaq
Bu gün, 16:29
Əcnəbi turistlər bu il Şuşada neçə gecə qalıblar? - SİYAHI
Bu gün, 16:28
Məcburi köçkünlərin qaldığı başqa vətəndaşlara məxsus evlərin taleyi necə olacaq? - AKTUAL
Bu gün, 16:23
Paşinyana yaxın kanal Karapetyanı ələ saldı
Bu gün, 16:19
“ITOCHU” Azərbaycandan çıxmır – SOCAR-la əməkdaşlıq genişlənəcək
Bu gün, 15:57
İki dəfə yüksək məbləğdə cərimələnən məşhur klinika borca düşdü
Bu gün, 15:53
Paşinyan niyə Putinə tez-tez zəng edir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:50
Rusiyada bloger Hüseyn Həsənova 4 il qiyabi hökm oxunub p “Vedomosti”
Bu gün, 15:33
"Birinci ağzından vurdum, dişləri qırıldı" - Həbsxanada məhkumu öldürən Nurullah
Bu gün, 14:43
Onlayn ticarət mağazaları BAĞLANACAQ? — "Rəqabəti qorumaq üçün..."
Bu gün, 14:38
“Dələduzluğun kökünü kəsmək üçün…” - Tanınmış vəkildən ÇAĞIRIŞ
Bu gün, 14:36
Turizm təbliğatına milyonlarla vəsait xərclənir, amma turist sayı azalır - NƏ BAŞ VERİR?
Bu gün, 13:09
Səhmdarlar qərar verdi: - Şirkət ləğv olunur, borclar hesablanacaq
Bu gün, 13:07
DOST Agentliyi bu şirkətlə nəhəng müqavilə bağladı - TƏFƏRRÜAT
Bu gün, 13:05
Culfaya yeni icra başçısı təyin edilib - SƏRƏNCAM
Bu gün, 13:02
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib - BUNDAN SONRA...
Bu gün, 13:00
Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM
Bu gün, 12:59
Naxcıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub - SƏRƏNCAM
Bu gün, 12:52
Azərbaycanda biznesmenlərin 3 milyonunu alan dəstəyə HÖKM OXUNDU - TƏFƏRRÜAT
Bu gün, 12:49
Şamil Müzəffərliyə AZCON-da vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 12:42
Xalq artistinin hovuz şəkilləri tənqidə səbəb oldu - FOTO
Bu gün, 12:39
"Zibillik içində yaşayırıq, təcili yardım belə gəlmir" - Gəncə sakinləri şikayətçidirlər
Bu gün, 12:29
Kafedə işıqları yandırmaq üstündə həmcinsinə xəsarət yetirən qadınla bağlı QƏRAR
Bu gün, 12:17
Deputatdan kartdan-karta qərarına ETİRAZ - "Əhali də daha çox ona yönələ bilər..."
Bu gün, 12:12
​"4 saat işlə, 4 saat məzuniyyətdə ol!" — Şəkidə təhsil sistemində biabırçılıq!
Bu gün, 12:08
Paşinyan Simonyana “yox” deyib - Qərb tərəfdaşları onu “panikaya düşməməyə” çağırıb
Bu gün, 11:59
Universitetlərə qəbul olmaq üçün ixtisas seçiminin aparılacağı tarix açıqlanıb - AÇIQLAMA
Bu gün, 11:49
"45 manatlıq köçürməyə görə kartımız bloklanıb" - Vətəndaş Leo Bankdan şikayətçidir
Bu gün, 11:47
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et - DİQQƏT
Bu gün, 11:42
Dünya kənd təsərrüfatı istehsalının 59 faizi 4 ölkənin payına düşür - SİYAHI
Bu gün, 11:33
Eşqi Bağırovun çətiri altında yeni HOQQABAZLIQLAR... - İLGİNC İDDİALAR...
Bu gün, 11:18
Azərbaycanda qızını boğan ata həbsdə öldü - azadlığa çıxmağa 3 ili qalmışdı...
Bu gün, 11:08
Rüşvətə görə həbs edilən keçmiş vəzifəli şəxsdən XƏBƏR VAR
Bu gün, 11:06
Rusiyada gəmini talan etdi, 20 il axtardılar - Azərbaycanda gizlənibmiş
Bu gün, 11:03
Krımda hərbçi xidmət yoldaşlarını və üç mülki şəxsi güllələyib
Bu gün, 10:53
Daşla avtomobilin şüşəsini sındırdı, daha sonra bıçaqla yaraladı – 3 il HƏBS CƏZASI
Bu gün, 10:48
İrəvanda məhkum məhkəmədən qaçıb - “Shamshyan.com”
Bu gün, 10:47
Naxçıvanda məmurlar iş vaxtı QUMAR OYNAYIRLAR... - ŞOK İDDİA
Bu gün, 10:44
Şagirdlər arasındakı mübahisə böyüdü: Valideyn məktəb önündə döyüldü - TƏFƏRRÜAT
Bu gün, 10:38
Sərhəddə quruyan nəhəng: - Urmiya gölü faciəsi Azərbaycan üçün nə deməkdir?
Bu gün, 10:32
KTMT-dən Ermənistana növbəti xəbərdarlıq - AÇIQLAMA
Bu gün, 10:28
6 regionda DOST binalarının təmiri 4.5 milyon manata başa gələcək
Bu gün, 10:26
Putinin təhdidindən sonra Qərbdən Paşinyana mesaj göndərilib: - Təşvişə düşmə, Rusiya dağılır
Bu gün, 10:23
4,5 milyon manata bina təmiri – TENDER
Bu gün, 10:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru