Yanukoviç saxlanıldı, onu paytaxt Kiyevə gətirirlər
Tarix: 24-02-2014, 10:08 |
Çap et
Ukrayna prezidenti Krımda saxlanılıb, hazırda onu paytaxt Kiyevə gətirirlər. ANS PRESS-in məlumatına görə, bunu müxalif UDAR partiyasının deputatı Vladimir Kurennıy öz Facebook hesabında yazıb. "Həbs edilib? İnformasiya 80 faiz doğrudur!!! Yoxlayırıq".
Qeyd edək ki, Maydanda 80 nəfərin ölümü, 645 nəfər insanın xəsarət almasından sonra prezident Viktor Yanokoviç Xarkova getmək adı ilə paytaxt Kiyevdən çıxmışdı. Ancaq Xarkov hava limanından göyərtəsində prezident olan təyyarənin enmədiyi bildirilmişdi. Bundan sonra Ukrayna prezidentinin bəzi ərəb ölkələri də daxil olmaqla müxtəlif ölkə rəhbərlərindən siyasi sığınacaq istədiyini ancaq rədd cavabı aldığı bildirilirdi.