Bütün yollar San-Fransiskoya aparır - GƏLİŞMƏ
Tarix: 16-10-2023, 11:27 | Çap et
 Vaşinqton Pekinlə dialoqu müxtəlif formalarda davam etdirir. ABŞ dövlət katibi Entoni Blinken Çinə səfəri zamanı münasibətlərdəki gərginliyi azaltmaq üçün danışıqlar apardı. Onun ardınca, amerikalı senatorlar Çinə səfər ediblər. Nümayəndə heyətinə demokratların Senatdakı çoxluğunun lideri Şak Şumer başçılıq edib. Senatorlar Pekində xarici işlər naziri Van Yi və Çin lideri Tsi Cinpinlə görüşüblər. Senatorların səfəri iki ölkə arasındakı münasibətlərdə yeni gərginliklə yadda qalıb. Naməlum şəxs avtomobilini Çinin Amerikanın San-Fransisko şəhərindəki konsulluq binasının üzərinə sürüb. Pekin bu insidentin ciddi şəkildə araşdırılmasını tələb edib. Çinin San-Fransiskodakı konsulluq binasına keçmiş illərdə də hücumlar olub, 2014-cü ildə konsulluq binasını yandırmaq istəyiblər. Problem ondadır ki, San-Fransikoda çinlilərin böyük diasporu mövcuddur və həmin çinlilər kommunsit sisteminə nifrət edirlər. Noyabrın 11-17 tarixlərində isə San-Fransiskoda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq təşkilatının sammiti keçiriləcək. Həmin tədbirə Çin lideri də dəvətlidir. Vaşinqton həmin tədbirə qədər şəhərdə təhlükəsizlik tədbirlərini gücləndirməlidir. İki ölkə arasında xəfiyyə qalmaqalları da bitmir. “The New York Times” nəşrinin yazdığına görə, San-Fransiskoda ABŞ vətəndaşı keçmiş yüksək rütbəli hərbçi həbs olunub. Həmin hərbçinin ölkəsinin gizli məlumatlarını Çinə ötürdüyü məlum olub. Həmin hərbçi bir müddət Honkonqda yaşayıb, ABŞ-a geri döndükdən sonra həbs olunub. Bu arada, “The Washington Post” dərgisində yayımlanan məqalədə, ABŞ prezidenti Co Baydenin Tsi Cinpinlə görüşməyə çalışdığı yazılıb. Blinkenin və demokrat senatorların Pekinə səfərlərinin əsas məqsədini də bu təşkil edib. Bu istəyə baxmayaraq, görüşə mane olan açıqlamalar var. Co Bayden çıxışlarının birində Tsi Cinpini diktator adlandırıb, Çin lideri isə ABŞ-ın imperialist siyasət yürütməkdə ittiham edib. Yaxın Şərqdəki son qanlı hadisələr də Vaşinqtonla Pekin arasında fikir ayrılığı yaradıb. Vaşinqton hesab edir ki, Pekinin İsrailə hücum edən Həmas təşkilatını əməlini pisləməməsi yanlış idi. Pekinə səfər edən senatorlar bununla bağlı narazılıqlarını bildiriblər. “Mən Çin xalqını İsrailə xalqına dəstək verməyə çağırıram” deyən senator Şumer Pekinin İsraillə Həmas arasında bərabərlik işarəsinin qoyulmasının doğru olmadığını vurğulayıb. ÇİN Xarici İşlər Nazirliyinin bəyanatında Yaxın Şərqdəki problemlərin həlli Fələstinin müstəqil dövlət kimi tanınmasından keçdiyi bildirilib. Bu Vaşinqtonun xoşuna gəlməyib. Pekin Səudiyyə Ərəbistanı ilə İran arasında vasitəçi kimi uğur qazandıqdan sonra eyni uğuru Fələstinlə İsrail arasında danışıqlarda qazanacağını ümid edirdi. Ancaq bu alınmadı. “Atlas” Araşdırmalar Mərkəzi DİA.AZ

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Cəlilabadda xanım bələdiyyə sədri yol təmirində FOTOSESSİYA ELƏTDİRDİ - azyaşlı uşağı da qucağında...
Bu gün, 12:11 |
|
|
|
| • "İndi isə artıq konkret sənəd ortadadır..." - deputat
Bu gün, 11:41 |
|
|
|
| • TRIPP layihəsi işə düşür - Tramp müharibə riskinin üzərindən birdəfəlik xətt çəkdi
Bu gün, 11:36 |
|
|
|
| • Trampın iki zəngi, Vaşinqtonun yeni hesabı - ŞƏRH
Bu gün, 11:29 |
|
|
|
| • Azərbaycanda iki vəkil HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 10:30 |
|
|
|
| • İrandan "Məkkə" sazişinə reaksiya: - Düzgün yolu tapmayıblar!
Bu gün, 10:23 |
|
|
|
| • Suriyanın keçmiş kəşfiyyat rəhbəri Rusiyada yaşayır - BBC
Bu gün, 08:55 |
|
|
|
| • ETSN buralara niyə nəzarət etmir ki... - “Necə oldu ki, bu qədər çox olan canlı yoxa çıxdı?”
Bu gün, 08:44 |
|
|
|
| • Rusiyanın Güney Qafqazda sıxışdırılması... - VƏ...
Bu gün, 08:35 |
|
|
|
| • ŞAH İSMAYIL XƏTAİ İLƏ MÜSAHİBƏ - Beş yüz il əvvələ gedən reportaj
Bu gün, 08:14 |
|
|
|
| • Zelenski Belqrada niyə dəvət olundu? – Vuçiçin gizli strategiyası
Bu gün, 08:01 |
|
|
|
| • Naxçıvanda şəhid ailələrinə ÖGEYÇİLİK - ETİRAZ VAR!
Bu gün, 07:59 |
|
|
|
| • " 3 saat boyu istidən bir təhər olmuşuq..." - "Park Cinema"dan şikayət...
Bu gün, 07:48 |
|
|
|
| • Güney Qafqazda sülh... NƏ QƏDƏR YAXINIQ? - AKTUAL
Bu gün, 07:37 |
|
|
|
| • "Bir bəsit suala cavab vermək bu qədərmi çətindir?" - GİLEY
Bu gün, 07:31 |
|
|
|
| • "Biz indi "Nəsimi ili" ilə bağlı verilişə Afət Fərmanqızını dəvət edək?" - ANIM
Bu gün, 07:22 |
|
|
|
| • Bu adamın kürəyindəki əl... KİMİNDİR? - İTTİHAM VAR...
Bu gün, 07:16 |
|
|
|
| • "Hamı Şah İsmayıldan danışır…" - keçmiş deputat
Bu gün, 07:10 |
|
|
|
| • Cənubi Qafqazdakı otuz illik dramın sonu - Kremlin mifinin üzərindən xətt çəkildi
Bu gün, 06:56 |
|
|
|
| • Büdcə pulları ilə ŞÜBHƏLİ RƏFTAR - BU NƏDİ BELƏ?
Bu gün, 06:51 |
|
|
|
| • Aktrisadan kədərli paylaşım - FOTO
Bu gün, 06:46 |
|
|
|
| • AYNA şefi bax beləcə milyonçu olur... - QƏPİK-QƏPİK QARƏT...
Bu gün, 06:40 |
|
|
|
| • Cənubi Qafqazda böyük dəyişiklik başlayır - GƏLİŞMƏ
Bu gün, 06:30 |
|
|
|
| • Azərbaycan ilə Ermənistan arasında "sular durulur"? - İNCƏLƏMƏ
Bu gün, 06:27 |
|
|
|
| • NVIDIA-dan Ermənistana nəhəng süni intellekt yatırımı – 250 MVt-lıq layihə
Bu gün, 06:22 |
|
|
|
| • Türkiyənin Ukrayna daxil olmaqla bir neçə ölkədə yeni səfirləri təyin olunub - “Resmi Gazete”
Bu gün, 06:18 |
|
|
|
| • “İranı Qəzzanın gününə salmaq istəyirlər” – Pezeşkian
Dünən, 13:41 |
|
|
|
| • Azərbaycanın ən çətin günlərində yanımızda idi... - Azərbaycan xalqı İmran Xanı niyə unutmur?
Dünən, 13:38 |
|
|
|
| • Bakı-Vaşinqton xəttində yeni mərhələ: - 7,5 milyard dollarlıq müqavilələr nə vəd edir?
Dünən, 13:35 |
|
|
|
| • Qazaxda taxıl biçini başa çatıb
Dünən, 13:31 |
|
|
|
| • Azərbaycandan sonra Türkiyə də Ermənistan üçün məhdudiyyətləri qaldırdı - Rubinyan
Dünən, 13:29 |
|
|
|
| • "O, Rasim Balayevi tapıb kinoya gətirdi, onun üzərində dayandı, təkid etdi..." - Xalq artisti
Dünən, 12:55 |
|
|
|
| • İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: - Səbəb Rusiya ilə bağlıdır
Dünən, 12:53 |
|
|
|
| • Abxaziya və Cənubi Osetiyanın Rusiyada qalmasına imkan verməyəcəyik - Gürcüstan Prezidenti
Dünən, 12:47 |
|
|
|
| • Vardanyan “yatır”, Taleb hürür: bir-birini tapan iki maliyyə spekulyantı - ARAŞDIRMA
Dünən, 12:44 |
|
|
|
| • ABŞ Ermənistandan Konstitusiyaya düzəlişlər üzrə öhdəliyinin icrasını tələb etməlidir - Şaffer
Dünən, 12:40 |
|
|
|
| • Paşinyan İlham Əliyevə zəng edib
Dünən, 12:37 |
|
|
|
| • Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir? – Hüquqşünasdan AÇIQLAMA
Dünən, 12:35 |
|
|
|
| • Maliyyə Nazirliyi bu il dövlət qurumlarında - 91 milyon manat yeyinti tapıb
Dünən, 12:32 |
|
|
|
| • "Qərbi Azərbaycanda 6000 illik yaşa malik nəsil var" - Görün, kimin nəsli imiş...
Dünən, 12:31 |
|
|
|
| • Bunlara görə də Şah İsmayıl bizimdir, biz Səfəvilər dövlətinin varisiyik! - İqbal Ağazadə
Dünən, 12:29 |
|
|
|
| • Ermənistanda qalmaqallı həbs - Keçmiş baş nazirin oğlu saxlanıldı
Dünən, 12:26 |
|
|
|
| • Hacıqabulda qayınata qızını döyən kürəkənini belə CƏZALANDIRDI - TƏFƏRRÜAT
Dünən, 12:24 |
|
|
|
| • Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: - "Əgər..."
Dünən, 12:21 |
|
|
|
| • 4 azərbaycanlı cinayət başında yaxalandı: - Məsciddən 150 minlik oğurluq (FOTO)
Dünən, 12:17 |
|
|
|
| • “Fazil Mustafa saytların dost siyahısındadır” - Ləman Ələşrəfqızı
Dünən, 12:15 |
|
|
|
| • Blogerin əri xanımının ad günündə vəfat edibmiş
Dünən, 12:14 |
|
|
|
| • DOST Agentliyinin TENDERYEYƏN "dostu"... - "İnnova İnşaat" 11 milyonluq tenderlərin qalibi olub
Dünən, 12:02 |
|
|
|
| • Səfərbərliyə cavabdeh generalın qızı pul müqabilində səfərbərlikdən yayınmağa kömək edir... —"MEDUZA"
Dünən, 11:49 |
|
|
|
| • “Bakı Metropoliteni” əlilliyi olan əməkdaşını vəzifəsindən əsas gətirmədən azad etdi - Vüsal Aslanov da kömək etmədi
Dünən, 11:43 |
|
|
|
|