Ruhani də Xəzər dənizi ilə bağlı qeyri-müəyyənliyə qarşıdır
Tarix: 17-02-2014, 09:42 |
Çap et
“Xəzər bölgə üçün əməkdaşlıq, sülh və təhlükəsizlik dənizidir”.
“Fars” xəbər agentliyinin verdiyi məlumata görə, bunu İran prezidenti Həsən Ruhani Tehranda Türkmənistanın xarici işlər naziri Rəşid Meredovu qəbul edərkən bildirib.
Onun sözlərinə görə, sahilyanı ölkələr Xəzər dənizinin hüquq statusunun müəyyənləşdirilməsi üçün əməkdaşlığı artırmalıdır: “Dənizin ətraf mühitinin mühafizəsi, ekosisteminin qorunması, təhlükəsizliyinin təmin edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi üçün sahilyanı ölkələr arasında əməkdaşlıq gücləndirilməlidir”.