Amerikada Bəşər Əsədə qarşı plan hazırlanır
Tarix: 15-02-2014, 11:29 |
Çap et
ABŞ Prezidenti Barak Obama bəyan edib ki, ölkə hakimiyyəti Suriya dövlət başçısı Bəşşar Əsəd rejiminə qarşı təzyiqin gücləndirilməsi üzrə tədbirləri nəzərdən keçirir.
Trend-in məlumatına görə, bu barədə RİA Novosti "Frans Press" agentliyinə istinadən xəbər verir.
B. Obama İordaniya Kralı II Abdullah ilə görüş zamanı bildirib: "Biz bu məsələni qısa müddət ərzində həll edəcəyimizi gözləmirik, bununla belə, Suriyada humanitar vəziyyəti yaxşılaşdırmaq üçün dərhal zəruri addımlar atılmalıdır".
Qeyd edək ki, 2011-ci ilin mart ayında Suriyada başlayan münaqişə artıq 100 mindən çox insanın həyatına son qoyub.