Yanukoviç koalisiya hökumətinin yaradılmasına hazırdır
Tarix: 13-02-2014, 12:46 |
Çap et
Ukrayna Prezidenti Vladimir Yanukoviç koalisiya hökumətinin yaradılmasına hazırdır. Bunu Ukrayna Ali Radasının spikeri Vladimir Rıbak bildirib. Trend-in məlumatına görə, bu barədə Rusiya mətbuatı xəbər yayıb.
Yanvarın sonlarında "Batkivşina" fraksiyasının lideri Arseni Yatsenyuk Prezidentin Nazirlər Kabinetinə rəhbərlik etmək təklifini rədd etmişdi. Sonralar o bəyan etmişdi ki, yalnız müxalifət nümayəndələrindən təşkil ediləcəyi halda Ukrayna hökumətinə rəhbərlik etməyə hazırdır.
Rıbak xatırladıb ki, Prezident Baş nazir vəzifəsini müxalifət nümayəndəsinə təklif edib. Eyni zamanda, spiker müxalifətin Nazirlər Kabinetinin bütün tərkibini formalaşdırmaq təklifini qəbuledilməz sayır. Hakim Ukrayna Regionlar Partiyasının mətbuat xidməti Rıbakdan sitat gətirir: "Ukrayna Prezidenti koalisiya hökumətinin yaradılmasına razıdır. Belə imkan hələ var".
Ukraynada mitinqlər 2013-cü ilin noyabrında, Nazirlər Kabinetinin Avrointeqrasiyaya dair danışıqlara fasilə verildiyini elan etməsindən sonra başlayıb.