Hökumət büdcə xərclərini azaldır .....                     Türkiyə, Suriya və İsraili bir araya gətirəcək format yaradılır .....                     Azərbaycanın payı Rusiyaya yaxınlaşır .....                     Şəkidə əmlak kompleksi 2 milyon manata .....                     Bakının məşhur restoranları tam qənaət rejiminə keçib: Bir ədəd salfetka da pulla satılır .....                     İranda Tramp üçün “ölüm fondu: .....                     Yanmasın deyə pəncərədən tullanıb öldü .....                     D-8-dən Orta Dəhlizə: Azərbaycan və İndoneziya arasında yeni təmas nöqtələri .....                     Atatürk Mərkəzi gözətçi və sürücü ilə xidməti müqavilə bağlayıb .....                     "İşə düzəlməkdə də ciddi çətinlik çəkir, AMMA..." .....                     Xaçmazın 85 illik məktəbi baxımsız vəziyyətdədir .....                     “Azərbaycan və Türkiyə yeni dövlət yaradır: adı isə…” .....                     Sabirabadda KURYOZ OLAY: oğul toyuq üstündə anasını döydü .....                     Binəqədi sakinləri Elxan Allahverdiyevdən narazıdır .....                     “David Seliverstov”un “Xüsusi Xidmət İdarəsi” şousunun İTTİHAM AKTI DA ÜZƏ ÇIXDI .....                     "Nar" inklüziv məşğulluğun təşviqinə töhfə verir .....                     Kolleclərə qeydiyyat başlayıb .....                     Rusiyanın Hindistan planları... .....                     "FHN-dən gələn cavab məktubları “yola verdim” məsəlinə dönüb…” .....                     Məhkəmə piyadanın ölümünə səbəb olan sürücü ilə bağlı qərar çıxardı .....                     Rusiya və Ukrayna arasında “103-ün 103-ə” prinsipi üzrə əsir mübadiləsi olub .....                     Azərbaycandan xaricə milyonlar çıxaran dəstə: Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri... .....                     Qaş düzəldən yerdə göz çıxarmaq... .....                     Trampın yeni planı İranı qəzəbləndirdi .....                     Etibar Əliyev Əlisa Nicatı sərt tənqid etdi: .....                     "Sevmək sevilməkdən daha gözəldir" .....                     Azərbaycan və Türkiyənin birgə müəssisəsinin rəhbərliyində iki mühüm təyinat baş tutub .....                     Gürcüstan və Azərbaycan arasında pul “axını” istiqamətini dəyişib .....                     Rəqibinin üzünü bıçaqlayan Rustəm 10 min dollara barışıb: .....                     AAYDA sədri Cavid Kərimova yüksək vəzifə verdi .....                     Vüsal Nəsirli Rafael Məmmədova yüksək vəzifə verdi .....                     "Mərkəzi Azəri" platformasında planlaşdırılmış profilaktik işlər aparılacaq .....                     MTK-larda yeni özbaşınalıq: beş min gətir... .....                     Bakının axtardığı o 3 TƏXRİBATÇI... .....                     Sevgilisinin qızıllarını oğurladı, borclarını ödədi .....                     Bərdə xəstəxanasında DƏHŞƏT: Bir ayın xəstəsi necə öldü? .....                     “Ayıbdır vallah, xəcalət çəkirəm, kişi səhnədə kişi kimi geyinməlidir...” .....                     Bu dəfə İsraili Türkiyənin əlindən BAKI DA ALA BİLMƏYƏCƏK... .....                     Sabir Adnayevin sığorta şirkətinin mənfəəti 3 dəfə azalıb, zərərlilik 100%-ə yaxınlaşıb .....                     Moskvadan Bakıya SENSASİON hücum: .....                 

Türkiyə polisi Ərdoğan və Gülən arasında qalıb
Tarix: 11-02-2014, 09:01 | Çap et
Türkiyə polisi Ərdoğan və Gülən arasında qalıb
ABŞ və Britaniya mətbuatı Türkiyə baş naziri ilə onun keçmiş müttəfiqi, Pensilvaniyada könüllü sürgündə olan sufi vaizi Fethullah Gülen arasında “müharibə”ni geniş işıqlandırır.

Lakin bu dəfə Britaniyanın nüfuzlu “The Guardian” qəzeti bu qarşıdurmaya, necə deyərlər, “mikroskopla” baxıb.

Qəzetin yazdığına görə, bəzi polis zabitləri Gülen-in gözəgörünməz şəbəkəsi üzərinə hücumu dəstəkləsələr də, düşünürlər ki, bütün bunlar hökumətin korrupsiya əməllərini pərdələməməlidir.

“The Guardian”ın məqaləsində, fərdi polislərdən söz açılır, hərçənd yazıda onların əsl adlarının gizlədildiyi etiraf olunur.

“Türker Yilmaz polis akademiyasındakı təlimlərinə təzəcə başlamışdı ki, sistemin necə işlədiyini anladı, - yazır “The Guardian” – yaxşı iş, yaxşı maaş, karyera – bunların hamısı baş qərargahı Pensilvaniyada olan gözəgörünməz islamçı şəbəkəyə sədaqətdən asılı idi”.

Namaz qılanlara, oruc tutanlara “5”

"Onlar hər bir kursant üçün dosye tərtib edirdilər və onlara 1-dən 5-dək qiymət verirdilər – deyir Türker, - 5 bal namaz qılanlara, oruc tutanlara və dilinə içki dəyməyənlərə verilirdi”.

Türker Yılmaz qəzetə bildirib ki, hər şey polis məktəblərindən başlanır.

O bu şəbəkəyə daxil olmaq barədə təklifi dərhal rədd edib. Lakin fethullaçılar bununla əl çəkməyiblər.

“Bir də görürsən, dostlarından kimsə səni başqa bir dostun evinə qonaq aparmaq istəyir. Orada müəyyən kitablara baxırsan, şam edirsən. Sonradan bu cür qonaqlıqlar daha müntəzəm xarakter alır. Tələbənin də pulu az olur, axı. Onlar kömək edirlər. Pulsuz yemək, qalmaq üçün pulsuz yer. Lakin elə ki, bu sistemə daxil oldun onlar sənin həyatını idarə edirlər və sistem səni sorur. Polis məktəbini qurtaranda isə istədiyin bölmədə işin təmin olunur” – deyir Yılmaz.

Ən maraqlı sual bundan ibarətdir ki, Erdoğan və Gülen arasında korrupsiya qovğası qopmasaydı, bu sistem hələ nə müddətdə belə işləyə bilərdi?

Anonim tənqid, anonim qarğış

Ötən ilin dekabrında baş nazirin yaxın çevrəsinə qarşı korrupsiya ittihamları irəli sürüləndə, Recep Tayyip Erdoğan bu daşın onun bostanına haradan atıldığını hamıdan yaxşı bilirdi.

O dərhal özünə qarşı qəsdin Gülen davamçılarından qaynaqlandığını elan etdi və korrupsiya araşdırmasında iştirak edən yüzlərlə polis və ədliyyə işçisi vəzifələrini itirdilər və ya başqa işlərə köçürüldülər.

Erdoğan elan etdi ki, söhbət dövlət içində dövlət yaratmaq istəyənlərdən gedir.
Ən maraqlısı isə budur ki, baş nazir çıxışlarında “yalançı peyğəmbər” deyə işarə etdiyi şəxsin adını indiyədək bir dəfə də açıq deməyib. Öz növbəsində Gülen də internet qarğışlarında yalnız “korrupsiyaya qarşı mübarizə aparanları hədəfləyənləri” hədələyir və ad çəkmir.

Bunun səbəbini anlamaq çətindir. Keçmiş müttəfiqlərdən heç biri cızıqdan çıxmaq istəmir, hərçənd ən adi insanlar da artıq ortada heç bir cızığın qalmadığını başa düşürlər.

Avropa ilə məxfi söhbət

“The Guardian” qəzetinin məqaləsindəki ən maraqlı məqamlardan biri Erdoğan-ın bu hadisələrdən sonra Avropa İttifaqının rəsmiləri ilə gizli aparılmış danışıqlarına müəyyən işıq salınmasıdır.

Adlarının çəkilməsini istəməyən vəzifəli Brüssel rəsmiləri qəzetə bildiriblər ki, Türkiyə baş naziri özünün Gülen-lə çarpışmasının ölüm-dirim məsələsi olduğunu etiraf edib.

Həmin rəsmilər deyiblər ki, Erdoğan “paralel dövlət” adlandırdığı adamların axırına çıxmaq əzmində olduğunu söyləyib.

“The Guardian” yazır ki, Gülen şəbəkəsinin ədliyyə və təhlükəsizlik sistemlərindəki fəaliyyəti uzun müddət nəzarətsiz qalıb.

Təhqiqat jurnalisti Ahmet Şık bu barədə məqalələrinə görə, keçmiş polis rəisi Hanefi Avcı isə şəbəkənin gizli fəaliyyətini faş edən kitabına görə həbsxanaya atılıblar.

“Lakin bunlar baş verəndə, Erdoğan və Gülen hələ müttəfiq idilər” – yazır qəzet.

ABŞ səfiri həyəcan təbili çalırdı

2009-cu ildə ABŞ-ın Ankaradkı səfiri James Jeffrey dövlət departamentinə yazırdı ki, “Türkiyə milli polisinin fethullahçılar tərəfindən idarə edildiyini qəti təsdiq etmək mümkün deyil, lakin buna şübhəsi olan demək olar, yoxdur”.

7 il polis sistemində işləmiş Oğuz Gün bildirir ki, belə gizli qruplar çox təhlükəlidir.

“Gülen-in qruplaşması isə onlarla eyni dəyərləri və həyat tərzini bölüşməyənləri hədəfləyir” – deyib Gün.

Keçmiş polis fethullahçılardan qurtulmaq üçün başqa sahələrə - məxfi kəşfiyyata, anti-terror və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə bölümünə keçirilməsi üçün ərizələr yazıb.

Lakin onun sözlərinə görə, fethullahçı hərəkatın xeyir-duası olmadan belə köçürmələr qeyri-mümkün olub.

“Əgər birisindən soruşsan ki, sən kəşfiyyat bölümündə necə iş tapmısan, cavab verərdi kİ, dualar elədim və tapdım. Elə dostlarım var ki, 6 dil bilirlər, lakin onları məntəqələrin qapısında gözətçi qoyurdular. Lakin başqa, daha az qabiliyyətli adamlar yüksək vəzifələrə fethullahçı hərəkata daxil olduqları üçün yetişirdilər”, - deyir Oğuz Gün.

“Erdoğan və Gülen bir-birinin tayıdır”

“The Guardian”-nın məqaləsində deyilir ki, Erdoğan-nın komandasının korrupsiyaya bulaşması barədə ittihamların Gülen-in düşərgəsindən qaynaqlandığı və bu ittihamların doğru olduğu heç bir şübhə oyatmır, çünki bu ittihamları təhlükəsizlik və ədliyyə sisteminə daxil olmuş fethullahçı vəzifəlilər irəli sürüblər.

“Belə görünür ki, Erdoğan indi təkcə vaizi yox, həm də özünə qarşı korrupsiya itthamlarını darmadağın etmək istəyir” – yazır qəzet.

Jurnalist Şık 2011-ci ildə yazdığı kitabda bildirirdi ki, fethullahçı hərəkata qarşı mübarizə aparılması hələ Erdoğan-ın haqlı olması demək deyildir, lakin hərəkata daxil ədliyyə və polis rəsmilərinin də korrupsiya ilə bu cür mübarizəsi demokratik sayıla bilməz.

Jurnalist bu nəticəyə gəlir ki, qarşı-qarşıya duran qüvvələr bir-birinin tayıdır və Türkiyə odla su arasında qalıb.

Bir çox polis zabitləri korrupsiyaya qarşı mübarizənin müsbət bir hal olduğunu qeyd edirlər, lakin onlar buna da inanırlar ki, dini bir hərəkatın ədliyyə sisteminə soxulmasına hökumətin özü şərait yaradıb.

Qurunun oduna yaş da yana bilər

Yılmaz Gün deyir ki, o, nəhayət polis sıralarının dini hərəkat davamçılarından təmizlənməsini alqışlayır.

O xatırlayır ki, “heç kəs səni namaz qılmağa və ya oruc tutmağa məcbur etmirdi. Lakin onlar hər bir polis nəfəri üçün dosye yığırdılar. Hamı bunu bilirdi, lakin səsini çıxarmırdı”.

“The Guardian” yazır ki, Erdoğan-ın etdiyi kurs dəyişikliyi nəhəngdir. Beləki, onun hakim Ədalət və İnkişaf Partiyası uzun illər hakimiyyətdə olması üçün Gülen-in hərəkatına, bu hərəkatın təşkilatçılığına, pul və nüfuzuna arxalanıb.

Qəzet yazır ki, hələ iki il əvvəl Gülen hərəkatına qarşı söz deyəni, hökumətin özü çox sərt şəkildə cəzalandırırdı.

Jurnalist Ahmet Şık millətçi təşkilata üzvlükdə və hərbi çevrilişə cəhddə ittiham edilərək həbsə atılıb və yalnız 2012-ci ildə şərti olaraq azadlığa buraxılıb.

​Keçmiş polis rəisi və keçmiş fethullahçı Hanefi Avcı 2010-cu ildə Gülen tərəfdarlarının polis sıralarına necə soxulduqlarını ifşa edən kitab yazdıqdan sonra terrorçuluqda ittiham olunub və həbsxanaya salınıb.

Avcı həmin kitabda polis sıralarında olan fethullahçıların telefonlara necə gizli qulaq asdqılarından və şahid ifadələrini necə saxtalaşdırdıqlarından yazmışdı.

“The Guardian” keçmiş polis zabitlərinə istinadən yazır ki, polis və ədliyyə sistemindəki fethullahçılara qarşı təmizləmə əməliyyatına əslində sakit bir şəkildə dörd il bundan əvvəl başlanıb və on minlərlə polis nəfəri barədə təhqiqat aparılıb.

Lakin bir çox polis zabiti Gülen hərəkatına qarşı təqiblərdən narahatdır.

Onlar qorxurlar ki, “qurunun oduna yaş da yana bilər”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hökumət büdcə xərclərini azaldır – Gələn ilə hazırlıq?
Dünən, 17:59
Türkiyə, Suriya və İsraili bir araya gətirəcək format yaradılır - AÇIQLAMA
Dünən, 17:56
Azərbaycanın payı Rusiyaya yaxınlaşır - GƏLİŞMƏ...
Dünən, 17:16
Şəkidə əmlak kompleksi 2 milyon manata - SATIŞA ÇIXARILDI
Dünən, 17:15
Bakının məşhur restoranları tam qənaət rejiminə keçib: Bir ədəd salfetka da pulla satılır - AXI NİYƏ?
Dünən, 17:10
İranda Tramp üçün “ölüm fondu: - Ekspert kampaniyanın gizlinini açıqladı
Dünən, 17:04
Yanmasın deyə pəncərədən tullanıb öldü - Qəlyana görə kafeyə od vuran Familin İŞİ
Dünən, 17:02
D-8-dən Orta Dəhlizə: Azərbaycan və İndoneziya arasında yeni təmas nöqtələri - İNCƏLƏMƏ
Dünən, 16:58
Atatürk Mərkəzi gözətçi və sürücü ilə xidməti müqavilə bağlayıb – Əmək Məcəlləsində nə yazılıb?
Dünən, 16:53
"İşə düzəlməkdə də ciddi çətinlik çəkir, AMMA..." - GİLEY
Dünən, 16:41
Xaçmazın 85 illik məktəbi baxımsız vəziyyətdədir - VİDEO
Dünən, 16:35
“Azərbaycan və Türkiyə yeni dövlət yaradır: adı isə…” - ilginc İDDİA
Dünən, 16:26
Sabirabadda KURYOZ OLAY: oğul toyuq üstündə anasını döydü - TƏFƏRRÜAT
Dünən, 15:51
Binəqədi sakinləri Elxan Allahverdiyevdən narazıdır - Həbs olunacağı deyilirdi...
Dünən, 15:45
“David Seliverstov”un “Xüsusi Xidmət İdarəsi” şousunun İTTİHAM AKTI DA ÜZƏ ÇIXDI – RESİDİVİSTİN SONU?
Dünən, 15:37
"Nar" inklüziv məşğulluğun təşviqinə töhfə verir - VİDEO
Dünən, 15:33
Kolleclərə qeydiyyat başlayıb -DİQQƏT
Dünən, 15:26
Rusiyanın Hindistan planları... - Kreml istəyir ki...
Dünən, 15:24
"FHN-dən gələn cavab məktubları “yola verdim” məsəlinə dönüb…” - Jurnalist Kəmaləddin Heydərova müraciət etdi
Dünən, 13:30
Məhkəmə piyadanın ölümünə səbəb olan sürücü ilə bağlı qərar çıxardı
Dünən, 13:28
Rusiya və Ukrayna arasında “103-ün 103-ə” prinsipi üzrə əsir mübadiləsi olub
Dünən, 13:26
Azərbaycandan xaricə milyonlar çıxaran dəstə: Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri... - TƏFƏRRÜAT
Dünən, 13:14
Qaş düzəldən yerdə göz çıxarmaq... - Kartlara qoyulan limit hansı problemləri yaradıb?
Dünən, 13:12
Trampın yeni planı İranı qəzəbləndirdi - Tehranın son rıçağı əlindən alınır
Dünən, 13:05
Etibar Əliyev Əlisa Nicatı sərt tənqid etdi: - “Xalqı qoyun adlandıran ikinci nadan”
Dünən, 13:04
"Sevmək sevilməkdən daha gözəldir" - Vüsalə
Dünən, 13:01
Azərbaycan və Türkiyənin birgə müəssisəsinin rəhbərliyində iki mühüm təyinat baş tutub - BUNDAN SONRA...
Dünən, 13:00
Gürcüstan və Azərbaycan arasında pul “axını” istiqamətini dəyişib - TƏFƏRRÜAT
Dünən, 12:57
Rəqibinin üzünü bıçaqlayan Rustəm 10 min dollara barışıb: - “Kriminal avtoritet” cəzadan belə yayındı
Dünən, 12:56
AAYDA sədri Cavid Kərimova yüksək vəzifə verdi - ƏMR
Dünən, 12:54
Vüsal Nəsirli Rafael Məmmədova yüksək vəzifə verdi - FOTO
Dünən, 12:50
"Mərkəzi Azəri" platformasında planlaşdırılmış profilaktik işlər aparılacaq - Bu gündən
Dünən, 12:48
MTK-larda yeni özbaşınalıq: beş min gətir... - NƏ ETMƏLİ?
Dünən, 12:18
Bakının axtardığı o 3 TƏXRİBATÇI... – Rusiya özü cəzalandıracaq?
Dünən, 12:16
Sevgilisinin qızıllarını oğurladı, borclarını ödədi - TƏFƏRRÜAT
Dünən, 12:11
Bərdə xəstəxanasında DƏHŞƏT: Bir ayın xəstəsi necə öldü? - İTTİHAM VAR
Dünən, 11:59
“Ayıbdır vallah, xəcalət çəkirəm, kişi səhnədə kişi kimi geyinməlidir...” - Xalq artistindən ETİRAZ
Dünən, 11:47
Bu dəfə İsraili Türkiyənin əlindən BAKI DA ALA BİLMƏYƏCƏK... - FAKT BUDUR!
Dünən, 11:40
Sabir Adnayevin sığorta şirkətinin mənfəəti 3 dəfə azalıb, zərərlilik 100%-ə yaxınlaşıb - DETALLAR
Dünən, 11:34
Moskvadan Bakıya SENSASİON hücum: - Həmin şəxslərə əmri kim verib?
Dünən, 11:29
Mağazanın 90 min manatını mənimsəyən satış məsləhətçisinə şərti cəza verildi
Dünən, 11:21
Zaxarova və “Pandora qutusu” - İkili standartların bumeranq effekti
Dünən, 11:12
Milli Park , yoxsa gəlir mənbəyi? - VİDEO
Dünən, 11:07
Hasar mübahisəsinə görə əmisi oğlunu daşla vuran şəxsə 4 il HƏBS CƏZASI
Dünən, 10:56
"QHT işi" üzrə təqsirləndirilən Qalib Bayramova cəza istənilib - TƏFƏRRÜAT
Dünən, 10:55
Nə Zəfər Qurbanov, nə də Əhməd Məlikov ixtisasca aqrar mütəxəssis deyillər... - ONA GÖRƏ DƏ...
Dünən, 10:53
Psixiatriya xəstəxanasına yerləşdirilən Elşad Xosedən YENİ XƏBƏR
Dünən, 10:46
Ərdoğandan müharibə ANONSU: Bakı üçün KRİTİK seçim - NƏ ETMƏLİ?
Dünən, 10:42
Lombard sahibinin 140 min manatını mənimsəməyən mütəxəssisi ilə bağlı QƏRAR
Dünən, 10:41
Şərur təhsilində AĞLASIĞMAZ İŞLƏR... - BU NƏDİ BELƏ?
Dünən, 10:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru