"Partiyada işlər nisbətən sakit gedir" .....                     Xəstəliyinə görə aldığı müavinət dayandırıldı və... .....                     Agentlik Neftçalada jurnalistdən hər biri 72 min manata 20 ədəd ev alır .....                     Ermənistanda gözlənilməz qərar: .....                     “Tramp marşrutu”nun icrası ilə bağlı fəal işlər gedir .....                     Vətəndaş “İrşad”dan narazılıq edir .....                     "Atəşgah Sığorta" 1 milyon manat zərər edib .....                     Azərbaycanın Niderlanddakı səfiri geri çağırılaraq Belçikaya .....                     Azərbaycanın İsveçrədəki səfiri geri çağırılıb .....                     Mənzurədən QINAQ ATƏŞİ: .....                     Prezident Əliyev 2 səfiri geri çağırdı .....                     Tramp sözünü geri götürdü: .....                     “Sərnişin əlavə pul ödəməməlidir!” .....                     Ukraynanın Baş Kəşfiyyat İdarəsi .....                     Bu şirkətlər tenderlərdə qalib olmaq üçün saxta sənədlər təqdim edirmişlər .....                     Yol polisi qaydaları pozan Əməkdar artisti cəzalandırdı .....                     Vardaynanın arvadı Bakıya gəlmək istəyir .....                     “O, mənim evimi yıxıb, oğlumu öldürüb...” .....                     İrəvan təhlükəli oyuna gedir, Moskva səbrini itirir .....                     Xankəndidən Vaşinqtona: Cənubi Qafqazı dəyişdirən yeddi İl .....                     "Qeyrət" təşkilatının təsisçisi dünyasını dəyişdi .....                     Qarabağ ərazisinə düşən ABŞ kəşfiyyat təyyarəsindəki 9 nəfər .....                     "Hazırda Azərbaycanla dialoqumuz var, Azərbaycanla ticarət aparırıq..." .....                     “Paşinyan Rusiyadan gələn təhlükəni dərk edir” .....                     Rüşvətə görə həbs edilən keçmiş vəzifəli şəxslə bağlı qərar verildi .....                     “Olivia”dan uşaq üçün alınan məhsul xarab çıxdı .....                     Reklam bazarını kimlər “öldürür”? .....                     Bakıdakı “yəhudi”nin qurbanları .....                     Sumqayıtda 5-ci mərtəbədən yıxılan uşaq sağ qalıb .....                     90 min manatlıq mənzili sahibinin xəbəri olmadan satan şəxs .....                     Müctəba Xamenei ölüb .....                     YAP-da qadın sədrlərin sayı açıqlanıb .....                     Məktəb qarşısında tanışını bıçaqlanan şəxs məhkəmə zalında .....                     "Pul qazanmaq üçün şeytanın da ağlına gəlməyənləri edirlər..." .....                     FHN qəzalı vəziyyətə düşmüş evlərin təmirinə .....                     Qumar pulunu leqallaşdıran Rusiya vətəndaşları ilə bağlı .....                     Dövlət Məşğulluq Agentliyi köhnə TENDER PARTNYORUNA üstünlük verdi .....                     Almaniyanın enerji şirkətinin Azərbaycandakı nümayəndəliyi .....                     Xadimə işlədiyi evdən 80 min manatlıq qızıl üzüklər oğurladı .....                     Neft Fondu «Google»un səhmlərinə 466 MİLYON DOLLAR YATIRIB .....                 

Çin ipində oynayan mehriban düşmənlər: - Tehran-Ər-Riyad münasibətlərinin Cənubi Qafqaza sirayəti
Tarix: 23-06-2023, 15:48 | Çap et
Çin ipində oynayan mehriban düşmənlər:
İranla Səudiyyə Ərəbistanı Çinin vasitəsilə barışdıqdan sonra ikitərəfli münasibətləri keçmişi yaddan çıxarıb, gələcəyə baxmaq prinsipi ilə qurmağa başladılar.
Ancaq strateji “beyin hüceyrələri”ndə keçmişin izləri dərin izlər buraxıb, Tehranla Ər-Riyad bir-birinə qarşı jestlər etsələr də, ölkələrin xarici siyasət doktrinası dəyişməz olaraq qalır.
Bu doktrinanın dəyişəcəyi gözləntilərinə qapılmaq da mənasızdır, sadəcə olaraq, situativ gedişatlar iki dövləti bir-birinə yaxınlaşdırır.
Çin özünün ekspansiya siyasətini həmin yaxınlaşmanın arasına yerləşdirərək maraqlarını böyüdür, İranla Səudiyyə Ərəbistanı da Pekinin boy atan ağaclarının qol-budaqlarından yapışaraq irəliyə getməyi hədəfləyirlər.
Hədəflərə çatmaq üçün Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Tehrana səfər edərək Prezident İbrahim Rəisi və iranlı həmkarı Hüseyn Əmir-Abdullahianla görüşlər keçirdi.
Onun ayağı İran torpaqlarına dəyər-dəyməz Tehranın xarici siyasətindəki radikallığın qülləsi olan SEPAH ölkədəki aksiyaları təşkil edən 20 ölkə içərisində Səudiyyə Ərəbistanının olduğunu da iddia etdi.
Bu açıqlamanın müəllifi SEPAH-ın kəşfiyyat rəisi Məhəmməd Kazemidir, elə bununla da göründü ki, keçmiş gələcək siyasət üçün önəmli faktor olaraq qalır.
İran diplomatiyası üzərinə nizə qaldıran SEPAH üçün normal münasibətlər anlayışı yoxdur, o, öz enerjisini radikal yanaşmalardan və bununla bağlı anlayışlardan alır.
SEPAH gücünü sövdələşmələr və İran siyasətindəki səlahiyyətlərin mənimsənilməsi ilə qurduğu imperiya əsasında formalaşdırır. Buraya nəhəng biznes şəbəkəsindən tutmuş qara-qura işlərə qədər böyük bir areal daxildir.
Fərhanın Tehrana səfəri zamanı Əmir-Abdullahianla mətbuat konfransı zamanı insidentin yaşanması xəbərləri də yayılıb, bu qalmaqal, həqiqətən, baş veribsə, səbəbi yenə SEPAH-dır.
“Iran International” yazır ki, iyunun 17-də Fərhanla Əmir-Abdullahian arasında danışıqların yekununda keçiriləcək mətbuat konfransının yeri qəfil dəyişdirilib.
İran XİN otağın dəyişdirilməsinin səbəbini texniki problemlə əlaqələndirir.
Hərçənd, sosial şəbəkələrdə müzakirə gedir ki, Səudiyyə Ərəbistanının nümayəndə heyəti SEPAH-ın Qüds Qüvvələrinin həlak olan komandanı Qasım Süleymaninin portretinin asıldığı məkanda media önünə çıxmaqdan imtina edib.
Görünür ki, İranda SEPAH başda olmaqla Səudiyyə Ərəbistanına qarşı istehzalı mövqenin dirçəlməsində maraqlı olanlar var. Səudiyyə Ərəbistanından olan nümayəndə heyətinin həssaslığı nəzərə alınmayaraq Qasım Süleymaninin portretinin asılması da elə radikal qüvvələrin əl işi kimi görünür.
İranla Səudiyyə Ərəbistanı arasındakı münasibətlərdə keçmiş düşmənçiliyə eyham vuran baxışlar qalacaq, Fərhanın Tehrana səfəri regionda sülh yolunda inkişaf kimi qiymətləndirilsə də, tərəflərin Yəmənlə bağlı baxışları dəyişmir. Hərçənd, sülhdən danışmaq da yersizdir, uzun müddətdir Yəməndə bir-birinə qarşı proksi müharibə aparan İranla Səudiyyə Ərəbistanı əks tərəfləri dəstəkləməyə davam edəcəklər.
Yəni münasibətlər “mehriban düşmən” müstəvisində qalacaq, diplomatik münasibətlər bərqərar olsa da, strateji yanaşmalardakı bazalardan əl çəkilməyəcəyini görmək mümkündür.
Çin üçün də mütləq barışıq lazım deyil, idarəolunan nizamlanma prosesi onun genişlənmə siyasəti üçün kifayət edir - ən azından, indi üçün.
Çünki Çin ABŞ-nin Yaxın Şərq siyasətindəki axsamalardan dolayı qlobal nizama alternativ baxış təqdim etməyə çalışır. Buna görə də İranla Səudiyyə Ərəbistanı arasında mübahisələr qalsa da, onları bir araya gətirən formullar Çin üçün diplomatik qələbə sayıla bilər.
Çin-Səudiyyə Ərəbistanı-İran üçbucağındakı diplomatiya Cənubi Qafqaz regionunda da təsirlər yaratmaqdan uzaqda deyil.
Nəzərə almalıyıq ki:
- Səudiyyə Ərəbistanı Azərbaycanın dəstəkçisidir, Ermənistanla münasibətləri yoxdur;
- Çin Azərbaycanın və Gürcüstanın geoiqtisadi önəmlərindən pay götürməyi davam etdirmək niyyətindədir;
- İran Ermənistanı strateji müttəfiqi kimi görür, Gürcüstanda proksi qüvvə formalaşdırmağa cəhd edir;
- İran Zəngəzur dəhlizinin Azərbaycan və Türkiyə üçün strateji əhəmiyyətinə maneə yaratmaq istəyir.
İranın Cənubi Qafqaz siyasəti Səudiyyə Ərəbistanından fərqli olaraq daha dinamikdir və aktual gündəliyə söykənir, ona görə də Tehran çalışacaq ki, Çini öz tərəfinə çəksin.
Səudiyyə Ərəbistanı isə Azərbaycan-Türkiyə müttəfiqliyindən əldə edəcəyi dividendləri Ermənistanın və İranın maraqları naminə xərcləməkdə maraqlı deyil.
İstənilən vəziyyətdə, Cənubi Qafqaz platforması İranla Səudiyyə Ərəbistanındakı münasibətlərin normallaşması fonunda yeni ssenarilərə hazırlaşmalıdır.
Aqşin Kərimov - DİA.AZ








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Partiyada işlər nisbətən sakit gedir"
Bu gün, 14:33
Xəstəliyinə görə aldığı müavinət dayandırıldı və... - NARAZILIQ VAR...
Bu gün, 14:22
Agentlik Neftçalada jurnalistdən hər biri 72 min manata 20 ədəd ev alır - İLGİNC
Bu gün, 14:12
Ermənistanda gözlənilməz qərar: - Müxalif deputat parlament sədrinin müavini seçildi
Bu gün, 14:03
“Tramp marşrutu”nun icrası ilə bağlı fəal işlər gedir - Sona Qazaryan
Bu gün, 14:00
Vətəndaş “İrşad”dan narazılıq edir - “Kondisioner bir ay sonra sıradan çıxdı, problemi həll etmirlər”
Bu gün, 13:49
"Atəşgah Sığorta" 1 milyon manat zərər edib - TƏFƏRRÜAT
Bu gün, 13:43
Azərbaycanın Niderlanddakı səfiri geri çağırılaraq Belçikaya TƏYİN OLUNDU
Bu gün, 13:42
Azərbaycanın İsveçrədəki səfiri geri çağırılıb - SƏRƏNCAM
Bu gün, 13:41
Mənzurədən QINAQ ATƏŞİ: - “Biz sənət üçün özümüzü öldürürdük, indikilər isə...”
Bu gün, 13:39
Prezident Əliyev 2 səfiri geri çağırdı - SƏRƏNCAM
Bu gün, 13:36
Tramp sözünü geri götürdü: - Ağ Ev şokda
Bu gün, 13:31
“Sərnişin əlavə pul ödəməməlidir!” - Hüquqşünasdan metro AÇIQLAMASI
Bu gün, 13:28
Ukraynanın Baş Kəşfiyyat İdarəsi Rusiyanın iki S-400-nü məhv edib
Bu gün, 13:22
Bu şirkətlər tenderlərdə qalib olmaq üçün saxta sənədlər təqdim edirmişlər - SİYAHI
Bu gün, 13:17
Yol polisi qaydaları pozan Əməkdar artisti cəzalandırdı - VİDEO
Bu gün, 13:04
Vardaynanın arvadı Bakıya gəlmək istəyir - AÇIQLAMA
Bu gün, 13:02
“O, mənim evimi yıxıb, oğlumu öldürüb...” – Şəkidəki faciə ilə bağlı nazirə müraciət
Bu gün, 13:00
İrəvan təhlükəli oyuna gedir, Moskva səbrini itirir - ŞOK DETALLAR
Bu gün, 12:09
Xankəndidən Vaşinqtona: Cənubi Qafqazı dəyişdirən yeddi İl - İNCƏLƏMƏ
Bu gün, 12:05
"Qeyrət" təşkilatının təsisçisi dünyasını dəyişdi
Bu gün, 12:00
Qarabağ ərazisinə düşən ABŞ kəşfiyyat təyyarəsindəki 9 nəfər NECƏ SAĞ QALDI?
Bu gün, 11:58
"Hazırda Azərbaycanla dialoqumuz var, Azərbaycanla ticarət aparırıq..." - Ermənistanın ABŞ-dakı səfiri deyir ki...
Bu gün, 11:55
“Paşinyan Rusiyadan gələn təhlükəni dərk edir” - ŞƏRH
Bu gün, 11:47
Rüşvətə görə həbs edilən keçmiş vəzifəli şəxslə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 11:45
“Olivia”dan uşaq üçün alınan məhsul xarab çıxdı – Foto
Bu gün, 11:43
Reklam bazarını kimlər “öldürür”? – Zəif medianın ölkə üçün təhlükəsi…
Bu gün, 11:39
Bakıdakı “yəhudi”nin qurbanları - Sensasion adlar
Bu gün, 11:36
Sumqayıtda 5-ci mərtəbədən yıxılan uşaq sağ qalıb
Bu gün, 11:30
90 min manatlıq mənzili sahibinin xəbəri olmadan satan şəxs AZADLIĞA BURAXILDI
Bu gün, 11:29
Müctəba Xamenei ölüb - Lisak
Bu gün, 11:28
YAP-da qadın sədrlərin sayı açıqlanıb
Bu gün, 11:26
Məktəb qarşısında tanışını bıçaqlanan şəxs məhkəmə zalında HƏBS EDİLDİ
Bu gün, 11:24
"Pul qazanmaq üçün şeytanın da ağlına gəlməyənləri edirlər..." - BURASI NAXÇIVANDIR!
Bu gün, 11:17
FHN qəzalı vəziyyətə düşmüş evlərin təmirinə 5,2 manat milyon xərcləyəcək
Bu gün, 11:09
Qumar pulunu leqallaşdıran Rusiya vətəndaşları ilə bağlı QƏRAR
Bu gün, 11:08
Dövlət Məşğulluq Agentliyi köhnə TENDER PARTNYORUNA üstünlük verdi - DETALLAR
Bu gün, 11:07
Almaniyanın enerji şirkətinin Azərbaycandakı nümayəndəliyi - BAĞLANIR
Bu gün, 11:06
Xadimə işlədiyi evdən 80 min manatlıq qızıl üzüklər oğurladı – HÖKM
Bu gün, 11:05
Neft Fondu «Google»un səhmlərinə 466 MİLYON DOLLAR YATIRIB - TƏFƏRRÜAT
Bu gün, 11:04
“Belə valideynin xoşbəxt övladı olur” – Aygün Kazımovanın uşaqlarla maraqlı anları
Bu gün, 11:03
Bakıda qayınanasını bıçaqlayan şəxsə şərti cəza verildi
Bu gün, 11:02
Azərbaycanda şirkətlər ayrıldı - NİZAMNAMƏ KAPİTALI 50 MİN MANAT AZALDILDI
Bu gün, 11:01
Polis kapitanı çayda boğulub - FOTO
Bu gün, 10:58
Əməkdar artistdən kobud qayda pozuntusu: yolu kəsib mahnı oxudu - VİDEO
Bu gün, 10:56
"Güclü sənətin qarşısını heç kim kəsə bilməz"
Bu gün, 10:55
“Bakıda Almaniya ilə rəsmi danışıqlar aparılmayıb” – Qaluzin deyir ki...
Bu gün, 10:21
"Bu, bizim üçün Allahın ən böyük möcüzələrindən biri oldu"
Bu gün, 10:13
Qazaxıstan BTC və Bakı-Supsanı əlavə neft ixracı marşrutları kimi nəzərdən keçirir - "İnterfaks-Qazaxıstan"
Bu gün, 10:09
Vaşinqtondan başlanan sülh prosesi - MƏQALƏ
Bu gün, 09:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru