Türkiyəyə 196 min, Ermənistana 110 min, Azərbaycana isə 10 min gürcü turist səfər edib .....                     Azərbaycanda 7 şirkət fəaliyyətini dayandıraraq holdingə qoşuldu .....                     «Etibarsız təchizatçı» elan olunan «Best Auto Service» MMC-yə büdcə pullarını KİM ÖTÜRÜR? .....                     FHN Kəramət Böyükçölə məxsus 3 obyektin istismarına icazə verdi: Sahəsi 1 480 kv. metrdir .....                     Şıxov çimərliyində iki qadın dənizdə boğulub .....                     ABŞ gerçəkdənmi BOMBA QITLIĞI YAŞAYIR? .....                     Barmaqları amputasiya olunan qaziyə niyə əlillik verilmir? .....                     Avropanın enerji nəhəngi Bakıdakı ofisini bağladı .....                     AZAL Naxçıvana artan tələbatla bağlı sərnişinlərə müraciət edib .....                     "Partiyada işlər nisbətən sakit gedir" .....                     Xəstəliyinə görə aldığı müavinət dayandırıldı və... .....                     Agentlik Neftçalada jurnalistdən hər biri 72 min manata 20 ədəd ev alır .....                     Ermənistanda gözlənilməz qərar: .....                     “Tramp marşrutu”nun icrası ilə bağlı fəal işlər gedir .....                     Vətəndaş “İrşad”dan narazılıq edir .....                     "Atəşgah Sığorta" 1 milyon manat zərər edib .....                     Azərbaycanın Niderlanddakı səfiri geri çağırılaraq Belçikaya .....                     Azərbaycanın İsveçrədəki səfiri geri çağırılıb .....                     Mənzurədən QINAQ ATƏŞİ: .....                     Prezident Əliyev 2 səfiri geri çağırdı .....                     Tramp sözünü geri götürdü: .....                     “Sərnişin əlavə pul ödəməməlidir!” .....                     Ukraynanın Baş Kəşfiyyat İdarəsi .....                     Bu şirkətlər tenderlərdə qalib olmaq üçün saxta sənədlər təqdim edirmişlər .....                     Yol polisi qaydaları pozan Əməkdar artisti cəzalandırdı .....                     Vardaynanın arvadı Bakıya gəlmək istəyir .....                     “O, mənim evimi yıxıb, oğlumu öldürüb...” .....                     İrəvan təhlükəli oyuna gedir, Moskva səbrini itirir .....                     Xankəndidən Vaşinqtona: Cənubi Qafqazı dəyişdirən yeddi İl .....                     "Qeyrət" təşkilatının təsisçisi dünyasını dəyişdi .....                     Qarabağ ərazisinə düşən ABŞ kəşfiyyat təyyarəsindəki 9 nəfər .....                     "Hazırda Azərbaycanla dialoqumuz var, Azərbaycanla ticarət aparırıq..." .....                     “Paşinyan Rusiyadan gələn təhlükəni dərk edir” .....                     Rüşvətə görə həbs edilən keçmiş vəzifəli şəxslə bağlı qərar verildi .....                     “Olivia”dan uşaq üçün alınan məhsul xarab çıxdı .....                     Reklam bazarını kimlər “öldürür”? .....                     Bakıdakı “yəhudi”nin qurbanları .....                     Sumqayıtda 5-ci mərtəbədən yıxılan uşaq sağ qalıb .....                     90 min manatlıq mənzili sahibinin xəbəri olmadan satan şəxs .....                     Müctəba Xamenei ölüb .....                 

“Ərdoğan, yoxsa Kılıcdaroğlu” sualı dəyişdi: İmamoğlu, yoxsa Kılıcdaroğlu? - BAKIDAN BAXIŞ...
Tarix: 14-06-2023, 11:08 | Çap et
“Ərdoğan, yoxsa Kılıcdaroğlu” sualı dəyişdi: İmamoğlu, yoxsa Kılıcdaroğlu?
Türkiyədə keçirilən son prezident və parlament seçkilərindən sonra aparıcı müxalifət partiyası hesab olunan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlunun istefası ilə bağlı müzakirələr gündəmə gəlib. Bəzi müxalifət təmsilçiləri iddia edirlər ki, hakim “Cümhur İttifaqı”nın qələbə qazanmasına səbəb partiya sədrinin gənclərə yol açmaması, öz namizədliyi məsələsində israr etməsi olub.

Kılıcdaroğlunun vahid namizədliyi ilə bağlı qərar verilərkən “Millət İttifaqı”nda təmsil olunan İYİ Partiya sədri Meral Akşener “Bizim namizədimiz ya Ankara Böyükşəhər Bələdiyyəsinin rəhbəri Mansur Yavaş, ya da İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlu olmalıdır” deyərək bu qurumu tərk etdiyini bəyan etmişdi. Sonradan “Millət İttifaqı”na geri dönən Akşener Kılıcdaroğlunun seçki təbliğatında fəal iştirak etdi.

Bu arada Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlunun CHP sədrliyinə namizədliyi müzakirə olunur. İmamoğlunun özü də bu təklifin lehinə olduğunu açıqlayıb və deyib ki, dəyişikliklərin olmasında qərarlıdır: “Mən dəyişikliyə dair fikrimdə qəti qərarlıyam. Bu, bizim partiyada da olmalıdır ki, ölkədə fərdlərdən asılı nizam deyil, daimi demokratiya nizamı mövcud olsun. İstanbuldakı dəyişiklik çox yaxşı nəticə verdiyi kimi, siyasətdə, xüsusən də müxalifətdə baş verən bu dəyişikliyin və öz partiyamdan başlayan bu qığılcımın Türkiyə üçün çox yaxşı nəticə verəcəyinə əminəm. Televiziya ekranları və ya mikrofonlar vasitəsi ilə ardıcıl mövqeyimlə yanaşı, ekranlar vasitəsi ilə siyasi partiyamın sədrinə və ya üzvlərinə mesaj göndərməyi də yanlış hesab edirəm. Mənim namizəd olduğum tək bir şey var: ölkəmizdə eynilə İstanbulda olduğu kimi böyük bir dəyişiklik istəyirəm”.

İmamoğlunun bu açıqlaması onun CHP liderliyinə iddiası kimi qiymətləndirilir. Görəsən, onun partiya rəhbəri seçilməsi CHP-nin fəaliyyətində hansı dəyişikliklərə gətirib çıxara bilər?

DİA.AZ-ın məlumatına görə, Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev AYNA-ya açıqlamasında deyib ki, Türkiyə ictimaiyyəti tarixi siyasi qərarını elan edib: “İstər prezident, istərsə də parlament seçkilərində Türkiyə seçiciləri hakim “Cümhur İttifaqı”na etimad göstərdi. Hesab edirəm ki, bu, Türkiyənin öz müstəqil gələcəyinə növbəti investisiya qoyuluşu idi. Məhz Prezident Rəcəb Tayyib Ərdoğanın qətiyyəti və praqmatik siyasəti nəticəsində Türkiyə bu gün dünyanın aparıcı diplomatik oyunçularından biridir. NATO çərçivəsində ABŞ və Qərb dövlətləri ilə müttəfiqlik etsə də, digər dövlətlər kimi, Qərbin tapşırıqlarını qeyd-şərtsiz icra etmir. Müstəqil və balanslaşdırılmış xarici siyasət kursu Türkiyənin güclənməsinin təminatçısı rolunda çıxış edir”.

“Seçkiöncəsi Türkiyəyə qarşı təzyiqlər gücləndi. Çünki maraqlı dairələr onların iradəsinə tabe olmayan Türkiyə iqtidarını qəbul etmək istəmirdilər. Türkiyə müxalifətinə ciddi dəstək nümayiş olundu, hətta aparıcı müxalifət partiyaları bir araya gələrək vahid namizədini elan etdi. Lakin bütün bu təzyiqlər nəticəsiz qaldı. Heç şübhəsiz, bu qələbə Türkiyədə ənənəvi siyasətin davamı, eləcə də müxalifətin növbəti dəfə məğlubiyyəti kimi tarixə düşdü”, - deyə deputat bildirib.

Türkiyə müxalifətinin gələcək taleyindən danışan Məhəməlyev Kılıcdaroğlunun istefa verəcəyini ehtimal edir: “Təsəvvür edin ki, bu adam 12 dəfə ardıcıl seçkiyə qatılıb və hamısında da məğlub olub. Bu, bir siyasi lider üçün çox pis göstəricidir və yəqin ki, bundan sonra siyasətdən getməlidir. Əks halda rəhbəri olduğu Cümhuriyyət Xalq Partiyası müxalifət partiyası kimi əhəmiyyətini itirəcək. Ümumiyyətlə, Kamal Kılıcdaroğlunu heç zaman ciddi siyasi xadim kimi qəbul etməmişəm. Düzdür, bu seçkilərdə Kılıcdaroğlu yox, digər namizəd də olsaydı, məğlub olacaqdı. Çünki Türkiyə seçiciləri müstəqil siyasətin davamına səs verdilər. Bu seçkilərdən sonra Türkiyə müxalifəti yenidən dizayn olunacaq. Kılıcdaroğlu sədrlikdən getməsə, CHP aparıcı müxalifət partiyası olaraq yerini digər partiyaya verəcək. Bu baxımdan hesab edirəm ki, bu dəyişiklik qaçılmazdır və baş verəcək”.

DİA.AZ bildirir ki, politoloq Zərdüşt Əlizadə isə proseslərə bir qədər fərqli yanaşır. Onun AYNA-ya dediyinə görə, CHP-də indiki sədrlik davası “toydan sonra nağara” əhavlatına bənzəyir: “Türkiyədə seçkilər başa çatıb. Bütün müxalifət birləşdi və Ərdoğana qarşı Kılıcdaroğlunu rəqib çıxardı. Xaricdən də müəyyən dəstək aldılar. Normal seçki kampaniyası da apardılar. Lakin məğlub oldular”.

“İndi deyirlər ki, guya Kılıcdaroğlu olmsayadı, müxalifət udacaqdı. Heç bir fərqi olmayacaqdı. Türkiyə seçicilərinin təxminən yarıdan bir az çoxu Ərdoğana dəstək göstərir. Bu, onun və komandasının elektoratıdır. Nisbət də buna uyğun tənzimləndi”, - deyə analitik söyləyib.

Əlizadənin fikrincə, son seçkidə müxalifətdə hansı namizədin olmasından asılır olmayaraq, nəticələr indikidən çox da fərqlənməyəcəkdi: “İndi də “CHP-nin sədri kim olsun” dartışması açılıb. Kim olur-olsun, nə dəyişəcək ki?! İstəyir Kılıcdaroğlu olsun, istəyir İmamoğlu, Türkiyə siyasətində canlanma yaratmaq mümkün olmayacaq. Elə bir dövrdə yaşayırıq ki, insanlar artıq praqmatikdir. Onları gəlişigözəl sözlərlə aldatmaq, şirnikləndirici vədlərlə yanında saxlamaq mümkün deyil”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Türkiyəyə 196 min, Ermənistana 110 min, Azərbaycana isə 10 min gürcü turist səfər edib - NECƏ GƏLSİNLƏR Kİ...
Bu gün, 16:17
Azərbaycanda 7 şirkət fəaliyyətini dayandıraraq holdingə qoşuldu - SİYAHI
Bu gün, 16:16
«Etibarsız təchizatçı» elan olunan «Best Auto Service» MMC-yə büdcə pullarını KİM ÖTÜRÜR? - ADLAR BƏLLİ...
Bu gün, 16:10
FHN Kəramət Böyükçölə məxsus 3 obyektin istismarına icazə verdi: Sahəsi 1 480 kv. metrdir - Şairin özü isə belə REAKSİYA VERDİ
Bu gün, 15:59
Şıxov çimərliyində iki qadın dənizdə boğulub
Bu gün, 15:53
ABŞ gerçəkdənmi BOMBA QITLIĞI YAŞAYIR? - ŞƏRH
Bu gün, 15:50
Barmaqları amputasiya olunan qaziyə niyə əlillik verilmir? - Video
Bu gün, 15:44
Avropanın enerji nəhəngi Bakıdakı ofisini bağladı -Azərbaycana TƏSİRLƏRİ
Bu gün, 15:42
AZAL Naxçıvana artan tələbatla bağlı sərnişinlərə müraciət edib - DİQQƏT
Bu gün, 15:36
"Partiyada işlər nisbətən sakit gedir"
Bu gün, 14:33
Xəstəliyinə görə aldığı müavinət dayandırıldı və... - NARAZILIQ VAR...
Bu gün, 14:22
Agentlik Neftçalada jurnalistdən hər biri 72 min manata 20 ədəd ev alır - İLGİNC
Bu gün, 14:12
Ermənistanda gözlənilməz qərar: - Müxalif deputat parlament sədrinin müavini seçildi
Bu gün, 14:03
“Tramp marşrutu”nun icrası ilə bağlı fəal işlər gedir - Sona Qazaryan
Bu gün, 14:00
Vətəndaş “İrşad”dan narazılıq edir - “Kondisioner bir ay sonra sıradan çıxdı, problemi həll etmirlər”
Bu gün, 13:49
"Atəşgah Sığorta" 1 milyon manat zərər edib - TƏFƏRRÜAT
Bu gün, 13:43
Azərbaycanın Niderlanddakı səfiri geri çağırılaraq Belçikaya TƏYİN OLUNDU
Bu gün, 13:42
Azərbaycanın İsveçrədəki səfiri geri çağırılıb - SƏRƏNCAM
Bu gün, 13:41
Mənzurədən QINAQ ATƏŞİ: - “Biz sənət üçün özümüzü öldürürdük, indikilər isə...”
Bu gün, 13:39
Prezident Əliyev 2 səfiri geri çağırdı - SƏRƏNCAM
Bu gün, 13:36
Tramp sözünü geri götürdü: - Ağ Ev şokda
Bu gün, 13:31
“Sərnişin əlavə pul ödəməməlidir!” - Hüquqşünasdan metro AÇIQLAMASI
Bu gün, 13:28
Ukraynanın Baş Kəşfiyyat İdarəsi Rusiyanın iki S-400-nü məhv edib
Bu gün, 13:22
Bu şirkətlər tenderlərdə qalib olmaq üçün saxta sənədlər təqdim edirmişlər - SİYAHI
Bu gün, 13:17
Yol polisi qaydaları pozan Əməkdar artisti cəzalandırdı - VİDEO
Bu gün, 13:04
Vardaynanın arvadı Bakıya gəlmək istəyir - AÇIQLAMA
Bu gün, 13:02
“O, mənim evimi yıxıb, oğlumu öldürüb...” – Şəkidəki faciə ilə bağlı nazirə müraciət
Bu gün, 13:00
İrəvan təhlükəli oyuna gedir, Moskva səbrini itirir - ŞOK DETALLAR
Bu gün, 12:09
Xankəndidən Vaşinqtona: Cənubi Qafqazı dəyişdirən yeddi İl - İNCƏLƏMƏ
Bu gün, 12:05
"Qeyrət" təşkilatının təsisçisi dünyasını dəyişdi
Bu gün, 12:00
Qarabağ ərazisinə düşən ABŞ kəşfiyyat təyyarəsindəki 9 nəfər NECƏ SAĞ QALDI?
Bu gün, 11:58
"Hazırda Azərbaycanla dialoqumuz var, Azərbaycanla ticarət aparırıq..." - Ermənistanın ABŞ-dakı səfiri deyir ki...
Bu gün, 11:55
“Paşinyan Rusiyadan gələn təhlükəni dərk edir” - ŞƏRH
Bu gün, 11:47
Rüşvətə görə həbs edilən keçmiş vəzifəli şəxslə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 11:45
“Olivia”dan uşaq üçün alınan məhsul xarab çıxdı – Foto
Bu gün, 11:43
Reklam bazarını kimlər “öldürür”? – Zəif medianın ölkə üçün təhlükəsi…
Bu gün, 11:39
Bakıdakı “yəhudi”nin qurbanları - Sensasion adlar
Bu gün, 11:36
Sumqayıtda 5-ci mərtəbədən yıxılan uşaq sağ qalıb
Bu gün, 11:30
90 min manatlıq mənzili sahibinin xəbəri olmadan satan şəxs AZADLIĞA BURAXILDI
Bu gün, 11:29
Müctəba Xamenei ölüb - Lisak
Bu gün, 11:28
YAP-da qadın sədrlərin sayı açıqlanıb
Bu gün, 11:26
Məktəb qarşısında tanışını bıçaqlanan şəxs məhkəmə zalında HƏBS EDİLDİ
Bu gün, 11:24
"Pul qazanmaq üçün şeytanın da ağlına gəlməyənləri edirlər..." - BURASI NAXÇIVANDIR!
Bu gün, 11:17
FHN qəzalı vəziyyətə düşmüş evlərin təmirinə 5,2 manat milyon xərcləyəcək
Bu gün, 11:09
Qumar pulunu leqallaşdıran Rusiya vətəndaşları ilə bağlı QƏRAR
Bu gün, 11:08
Dövlət Məşğulluq Agentliyi köhnə TENDER PARTNYORUNA üstünlük verdi - DETALLAR
Bu gün, 11:07
Almaniyanın enerji şirkətinin Azərbaycandakı nümayəndəliyi - BAĞLANIR
Bu gün, 11:06
Xadimə işlədiyi evdən 80 min manatlıq qızıl üzüklər oğurladı – HÖKM
Bu gün, 11:05
Neft Fondu «Google»un səhmlərinə 466 MİLYON DOLLAR YATIRIB - TƏFƏRRÜAT
Bu gün, 11:04
“Belə valideynin xoşbəxt övladı olur” – Aygün Kazımovanın uşaqlarla maraqlı anları
Bu gün, 11:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru