Türkiyənin ampülü sönmə ərəfəsində Hakimiyyət dəyişə bilər
Tarix: 28-01-2014, 11:01 |
Çap et
Türkiyənin SONAR araşdırma şirkəti 17 dekabr “korrupsiya və rüşvət əməliyyatı”nın 4 nazirin istefasından sonrakı müddətin seçimə təsirini araşdırıb.
Şirkət əməkdaşları 26 vilayət və 30 kənddə 3025 vətəndaşla üz-üzə sorğu aparıb. Sorğunun ən diqqət çəkən nəticəsi hakim AKP-nin səs faizinin təkpartiyalı iqtidar qurmağa imkan verməməsidir.
Respondentlər “bu bazar günü ümumi seçki olarsa hansı partiyaya səs verərsiniz?” sorğusuna 42% AKP-yə, 30% CHP-yə, 19% isə MHP-yə səs verəcəyini bildirib.