Ermənistan bu kəndi Azərbaycana qaytaracaq .....                     Qəbiristanlıqdan güldan, marketdən “Redbul” oğurladı, .....                     Nazir müavininə ağır itki .....                     Azərbaycan nefti 95.5 dollara satılır .....                     Bakıdan Tbilisiyə gedən qatarda müəmma: Nə baş verir? .....                     Ermənistanın ikili oyunu: nə gözlənilir? .....                     Elə bil kimsə buraları şumlayıb... .....                     Adnan Əhmədzadənin Minerva Marina tankerindən 100 milyonluq əməliyyatı .....                     Gəncəli erməni agentinin gizli əməliyyatı və 70 il sonrakı seçkilərdə Moskva izi .....                     "Rzayev Group"un 700 mindən çox vergi borcu üzə çıxdı .....                     “Türk anakondası” İranı mühasirəyə alır .....                     ABŞ-nin 533 milyon dollar xərclədiyi zavod bir mərmi belə istehsal etməyib .....                     Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? .....                     SOCAR KÜTLƏVİ İXTİSAR DALĞASINI ETİRAF ETDİ .....                     Ukrayna-Rusiya savaşında YENİ MƏRHƏLƏ... .....                     Kəramətdən gözləntiniz nə idi? .....                     Hörmüz boğazı SEPAH-ın nəzarətindən çıxıb .....                     Bu sahədə də ermənilərdən geri qalmağa başlamışıq... .....                     «Araz 2011 A» tikinti şirkəti kimə nə qədər verib ki... .....                     Bakıda qoçu peyda olub: YOL KƏSİRLƏR... .....                     "Bank ilə 3 gündür əlaqə saxlayıram, AMMA..." .....                     Fazil Mustafadan Mübariz Əhmədoğluna SƏRT SÖZLƏR .....                     ARƏSTƏ HÜSEYNOVA KÜÇƏSİ... .....                     Cavid Qurbanovun KƏLBƏCƏR PLANI .....                     "Bu keyfiyyətimizi itirmək olmaz..." .....                     Burda KORRUPSİYA QOXUSU aşkar duyulur .....                     Neft Qaz Çıxarma İdarəsində OĞURLUQ .....                     Həm vaxt itkisidir, həm də... .....                     Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi .....                     Ukrayna-Rusiya savaşından qalib çıxan Şimali Koreya... .....                     Ermənistan Sünikdə hərbi mövcudluğunu niyə gücləndirir? .....                     Ünvanlı sosial yardıma niyə imtina cavabı gəlir? .....                     “Metsamor AES-in istismar şərtləri ilə bağlı qərarı Bakı vermir” .....                     Azərbaycanlı mütəxəssislər Ermənistanda 2 ay tədqiqat aparıblar .....                     Bakı-Tbilisi qatarında BİLET QALMAQALI: .....                     “Yeni Klinika”nın İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub .....                     “Mərmər İnşaat” şirkətinin mənfəəti 42% azalıb .....                     Göygöldə kişi ona pul verməyən arvadını şalı ilə boğaraq öldürmək istədi .....                     TRIPP mesajının pərdəarxası: İrəvanın məqsədi Tehranı inandırmaqdır? .....                     Vüsal Nəsirlini Saleh Məmmədovun kadrları ilə nə birləşdirir? .....                 

Pentaqon rəhbərini Kiyevə gətirən SƏBƏB - ABŞ doğurdanmı müharibə istəyir?
Tarix: 21-10-2021, 09:29 | Çap et
Pentaqon rəhbərini Kiyevə gətirən SƏBƏB
Co Baydenin hakimiyyətə gəlməsi ilə Ağ Ev siyasətində Moskvaya qarşı sezilən sərt ritorika son günlərdə özünü daha bariz formada nümayiş etdirməkdədir. Belə ki, Pentaqon rəhbəri Lloyd Austinin oktyabrın 19-da Ukraynaya rəsmi səfəri çərçivəsində ölkənin müdafiə naziri Andriy Taranla görüşdən sonra keçirilən mətbuat konfransında Kremlin ünvanına səsləndirdiyi sərt ittihamlar ciddi narahatlıq doğurub.

Xüsusilə də, Austinin Rusiyanı Krımı işğalı və Donbasda münaqişənin əsas banisi olaraq adlandırması və sülh danışıqlarından boyun qaçırmaqda günahlandırması regionda vəziyyətin yenidən gərginləşməsi ehtimallarını ortaya çıxarıb. Ələxsus da, məhz görüşün keçirildiyi gün Amerika qırıcı təyyarələrinin Qara dəniz üzərində uçuşlar həyata keçirməsi qeyd olunan ehtimalları daha da gücləndirib.

Digər maraqlı nüans isə, Austinin səfər gündəliyi ilə bağlıdır.

Belə ki, Pentaqon rəhbəri Ukrayna səfərindən öncə Tiflisi ziyarət edərək, Gürcüstanın müdafiə naziri ilə də görüş keçirmişdi. Burada da ABŞ hər zamankı kimi quru vədlərlə Rusiya qarşısında rəsmi Tiflisin mövqeyini dəstəkləmək yerinə, detalları ictimaiyyətə açıqlanmayan ikitərəfli təhlükəsizlik memorandumunun imzalandığını elan etdi. Bundan əlavə, Austinin Kiyevdən sonra Ruminayaya da səfər etməsi planlaşdırılır və Vaşinqton rəsmisinin Şərqi Avropa ölkələrinə səfərləri oktyabrın 21-22-də Brüsseldə keçiriləcək NATO ölkələrinin müdafiə nazirlərinin sammitindən öncəyə təsadüf edir.

Və diqqətdən yayınmamalı olan digər önəmli nüans isə Moskva cəbhəsindən gəlib. Belə ki, Austinin sərt açıqlamalarından cəmi bir neçə saat sonra Rusiyanın dövlət mətbaut orqanı olan “ria novosti”də Sergey Lavrovun “Ukrayna məsələsində ABŞ-la dialoqu bərpa etdik” açıqlaması ictimaiyyətə elan olunub. Sözügedən dialoqun ABŞ dövlət katibinin müavini Viktoriya Nulandla görüş zamanı bərpa olunduğunu və Nulandın Kreml səfərinin oktaybrın 11-12-də baş tutduğunu nəzərə alsaq, Lavrovun görüşdən bir həftədən çox vaxt keçdikdən sonra bu informasiyanı mətbuata açıqlaması daha böyük maraq doğurub.

Ağ Evin üzünü Şərqi Avropaya tutmasının səbəbləri

Təbii ki, daha əvvəl də Vaşinqton Rusiya qarşısında Ukrayna və Gürcüstan kartlarını oynamaqla problemli məsələlərdə mövqeyini dəfələrlə ortaya qoyub. Lakin bunlar o qədər də ciddi nəticələr verməyib.

İndiki situasiyada bu mövzuların yenidən qabardılmasının səbəbləri ilə bağlı ekspertlərin açıqlamaları isə iki önəmli nöqtəyə diqqəti yönəldib:

1. ABŞ regionda itirdiyi nüfuzunu yenidən qaytarmaq istəyir. Belə ki, Azərbaycanın Qarabağda qələbəsindən sonra regionda rəsmi Bakının yaratdığı yeni geosiyasi reallıq Ağ Evin bölgədən kənar qalmasına gətirib çıxarıb. Bundan əlavə, rəsmi Ankara ilə “F-35”-lər məsələsindən sonra ABŞ NATO-nun bölgədəki əsas gücü olan Türkiyə ilə də münasibətlərdə problemlər yaşayır. Belə olan halda, Ağ Evin regionda itirdiyi nüfuzunu Gürcüstan və Ukryana kartları ilə gücləndirmək istəməsi başa düşüləndir.

2. Vaşinqtonun Əfqanıstan uğursuzluğunu unutdurmaq niyyəti. Belə ki, Amerika qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra Talibanın hakimiyyətə gəlməsi Bayden administrasiyasını amerikalıların böyük əksəriyyətinin tənqid hədəfinə çevirib. Təsadüfi deyil ki, məhz bu hadisədən sonra ABŞ prezidentinin siyasi reytinqi ölkə tarixində ən aşağı faizlərə qədər geriləyib. Bu səbəbdən də, Baydenin itirdiyi reytinqini kompensasiya etməsi üçün yeni variantlar ortaya atması vacibdir.

Austinin səfərindən sonra regionu nə gözləyir?

Ümumilikdə isə, istər Austinin açıqlamasında qabartdığı sülh danışıqları məsələsini, istərsə də, Lavrovun ABŞ-la dialoq fikirlərini nəzərə alsaq, Donbas məsələsində diplomatik addımların atılmasının daha real variant olduğunu qeyd edə bilərik.

Lakin regionda lokal gərginliklərin baş verməsi də istisna edilmir. Xüsusilə də, rusiyalı politoloqlar ABŞ-ın verdiyi dəstəyin Qara dənizdə, daha dəqiqi isə Kerç boğazında müəyyən təxribatların baş verməsi ehtimallarını artırdığı qənaətindədirlər.

Bunlardan əlavə, Ağ Evin yaxın dövrdə Ukrayna və Gürcüstanın NATO ilə inteqrasiyasına mühüm diqqət yetirəcəyini də proqnozlaşdıra bilərik.

Lakin ümumilikdə, indiki situasiyada və yaxın perspektivdə genişmiqyaslı hərbi əməliyyatların baş verməsi o qədər də real görünmür.

Murad Əhmədov, Bizim.Media








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan bu kəndi Azərbaycana qaytaracaq - “Hraparak”
Bu gün, 09:47
Qəbiristanlıqdan güldan, marketdən “Redbul” oğurladı, həbs olundu
Bu gün, 09:40
Nazir müavininə ağır itki
Bu gün, 09:29
Azərbaycan nefti 95.5 dollara satılır
Bu gün, 09:26
Bakıdan Tbilisiyə gedən qatarda müəmma: Nə baş verir? - AKTUAL
Bu gün, 08:11
Ermənistanın ikili oyunu: nə gözlənilir? - ŞƏRH
Bu gün, 08:07
Elə bil kimsə buraları şumlayıb... - Nə başçı, nə də deputat maraqlanmır...
Bu gün, 08:05
Adnan Əhmədzadənin Minerva Marina tankerindən 100 milyonluq əməliyyatı – SENSASİON DETALLAR
Bu gün, 07:56
Gəncəli erməni agentinin gizli əməliyyatı və 70 il sonrakı seçkilərdə Moskva izi - Rusiya niyə Fransanın 2027-ci il prezident seçkilərinə maraq göstərir?
Bu gün, 07:45
"Rzayev Group"un 700 mindən çox vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:41
“Türk anakondası” İranı mühasirəyə alır — "Silah və hərbi qüvvə Zəngəzurdan daşınacaq"
Bu gün, 07:38
ABŞ-nin 533 milyon dollar xərclədiyi zavod bir mərmi belə istehsal etməyib - “ProPublica”
Bu gün, 07:34
Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? – Vacib detallar açıqlandı
Bu gün, 07:31
SOCAR KÜTLƏVİ İXTİSAR DALĞASINI ETİRAF ETDİ - TƏFƏRRÜAT
Bu gün, 07:07
Ukrayna-Rusiya savaşında YENİ MƏRHƏLƏ... - Nüvə silahı artıq yada düşmür...
Bu gün, 07:01
Kəramətdən gözləntiniz nə idi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:48
Hörmüz boğazı SEPAH-ın nəzarətindən çıxıb – ŞOK İDDİA
Bu gün, 06:44
Bu sahədə də ermənilərdən geri qalmağa başlamışıq... - MALƏSƏF...
Bu gün, 06:40
«Araz 2011 A» tikinti şirkəti kimə nə qədər verib ki... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:36
Bakıda qoçu peyda olub: YOL KƏSİRLƏR... - AYNA şefinin nəzərinə...
Bu gün, 06:26
"Bank ilə 3 gündür əlaqə saxlayıram, AMMA..." - GİLEY
Bu gün, 06:17
Fazil Mustafadan Mübariz Əhmədoğluna SƏRT SÖZLƏR - "Məzhəbçi zehniyyətə sahib..."
Bu gün, 06:05
ARƏSTƏ HÜSEYNOVA KÜÇƏSİ... - Nəriman Qasımoğlu yazır...
Bu gün, 05:59
Cavid Qurbanovun KƏLBƏCƏR PLANI - İndi də orda HÖKM EDİR...
Bu gün, 05:57
"Bu keyfiyyətimizi itirmək olmaz..." - İlqar Məmmədov
Bu gün, 05:50
Burda KORRUPSİYA QOXUSU aşkar duyulur - MÜRACİƏT
Bu gün, 05:44
Neft Qaz Çıxarma İdarəsində OĞURLUQ - Niyə araşdırılmır?
Bu gün, 05:31
Həm vaxt itkisidir, həm də... - REPLİKA
Dünən, 18:07
Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi
Dünən, 18:00
Ukrayna-Rusiya savaşından qalib çıxan Şimali Koreya... - Görünəni odur ki...
Dünən, 17:55
Ermənistan Sünikdə hərbi mövcudluğunu niyə gücləndirir? - AÇIQLAMA
Dünən, 17:49
Ünvanlı sosial yardıma niyə imtina cavabı gəlir? - AKTUAL
Dünən, 17:46
“Metsamor AES-in istismar şərtləri ilə bağlı qərarı Bakı vermir” - Yeqoyan
Dünən, 17:44
Azərbaycanlı mütəxəssislər Ermənistanda 2 ay tədqiqat aparıblar - KİV
Dünən, 17:24
Bakı-Tbilisi qatarında BİLET QALMAQALI: - Ekspert problemin kökünü açıqladı
Dünən, 17:23
“Yeni Klinika”nın İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub - BUNDAN SONRA...
Dünən, 17:21
“Mərmər İnşaat” şirkətinin mənfəəti 42% azalıb - HESABAT
Dünən, 17:13
Göygöldə kişi ona pul verməyən arvadını şalı ilə boğaraq öldürmək istədi - TƏFƏRRÜAT
Dünən, 17:09
TRIPP mesajının pərdəarxası: İrəvanın məqsədi Tehranı inandırmaqdır? - Görünəni odur ki...
Dünən, 16:56
Vüsal Nəsirlini Saleh Məmmədovun kadrları ilə nə birləşdirir? - ARAŞDIRMA
Dünən, 16:51
Ermənistanda cinayətlərin sayı Azərbaycandan 5 dəfə çoxdur - RƏQƏMLƏR
Dünən, 16:48
Türkan İLK DƏFƏ AÇIQLADI: - "Bunu kiminsə acığına etmədim"
Dünən, 16:38
Yeni attestatlar xaricdə keçərlidirmi? - Agentlik açıqladı
Dünən, 16:36
“Rabitəbank” səhmdarları Müşahidə Şurasının tərkibi və “Capital Partners”lə bağlı toplanır
Dünən, 16:30
Agentlik imtina edir, məhkəmə bərpa edir: “Nəticədə əlil 2 il əziyyət çəkir” - AXI NİYƏ?..
Dünən, 16:25
Zəngəzur dəhlizi açılır: Naxçıvanın geosiyasi çəkisi KƏSKİN ARTIR - ŞƏRH
Dünən, 16:21
“Onlar insan ovuna çıxırlar” - Kremldən məmurlara tapşırıq
Dünən, 16:12
"Qapını göstəriblər və deyiblər ki..." - "Kimə istəyirsən şikayət edə bilərsən!"
Dünən, 16:09
Şəki Rayon Məhkəməsinə yeni hakim təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:02
Ağcabədidə toyda mübahisəyə görə 2 qohumun qətli ilə bağlı məhkəmə başlayır
Dünən, 16:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru