Ermənistan bu kəndi Azərbaycana qaytaracaq .....                     Qəbiristanlıqdan güldan, marketdən “Redbul” oğurladı, .....                     Nazir müavininə ağır itki .....                     Azərbaycan nefti 95.5 dollara satılır .....                     Bakıdan Tbilisiyə gedən qatarda müəmma: Nə baş verir? .....                     Ermənistanın ikili oyunu: nə gözlənilir? .....                     Elə bil kimsə buraları şumlayıb... .....                     Adnan Əhmədzadənin Minerva Marina tankerindən 100 milyonluq əməliyyatı .....                     Gəncəli erməni agentinin gizli əməliyyatı və 70 il sonrakı seçkilərdə Moskva izi .....                     "Rzayev Group"un 700 mindən çox vergi borcu üzə çıxdı .....                     “Türk anakondası” İranı mühasirəyə alır .....                     ABŞ-nin 533 milyon dollar xərclədiyi zavod bir mərmi belə istehsal etməyib .....                     Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? .....                     SOCAR KÜTLƏVİ İXTİSAR DALĞASINI ETİRAF ETDİ .....                     Ukrayna-Rusiya savaşında YENİ MƏRHƏLƏ... .....                     Kəramətdən gözləntiniz nə idi? .....                     Hörmüz boğazı SEPAH-ın nəzarətindən çıxıb .....                     Bu sahədə də ermənilərdən geri qalmağa başlamışıq... .....                     «Araz 2011 A» tikinti şirkəti kimə nə qədər verib ki... .....                     Bakıda qoçu peyda olub: YOL KƏSİRLƏR... .....                     "Bank ilə 3 gündür əlaqə saxlayıram, AMMA..." .....                     Fazil Mustafadan Mübariz Əhmədoğluna SƏRT SÖZLƏR .....                     ARƏSTƏ HÜSEYNOVA KÜÇƏSİ... .....                     Cavid Qurbanovun KƏLBƏCƏR PLANI .....                     "Bu keyfiyyətimizi itirmək olmaz..." .....                     Burda KORRUPSİYA QOXUSU aşkar duyulur .....                     Neft Qaz Çıxarma İdarəsində OĞURLUQ .....                     Həm vaxt itkisidir, həm də... .....                     Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi .....                     Ukrayna-Rusiya savaşından qalib çıxan Şimali Koreya... .....                     Ermənistan Sünikdə hərbi mövcudluğunu niyə gücləndirir? .....                     Ünvanlı sosial yardıma niyə imtina cavabı gəlir? .....                     “Metsamor AES-in istismar şərtləri ilə bağlı qərarı Bakı vermir” .....                     Azərbaycanlı mütəxəssislər Ermənistanda 2 ay tədqiqat aparıblar .....                     Bakı-Tbilisi qatarında BİLET QALMAQALI: .....                     “Yeni Klinika”nın İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub .....                     “Mərmər İnşaat” şirkətinin mənfəəti 42% azalıb .....                     Göygöldə kişi ona pul verməyən arvadını şalı ilə boğaraq öldürmək istədi .....                     TRIPP mesajının pərdəarxası: İrəvanın məqsədi Tehranı inandırmaqdır? .....                     Vüsal Nəsirlini Saleh Məmmədovun kadrları ilə nə birləşdirir? .....                 

İsraillə İranın müharibəsi hər an başlaya bilər: fitil çəkilib? - ŞOK GƏLİŞMƏ
Tarix: 21-10-2021, 08:52 | Çap et
İsraillə İranın müharibəsi hər an başlaya bilər: fitil çəkilib?
İsrail hökuməti İranın nüvə obyektlərinə qarşı potensial hücuma hazırlıq üçün 1.5 milyard dollar ayırıb. “Yeni Müsavat”yazır ki, bu haqda İsrailin “Channel 12" telekanalı bildirir. Məlumata əsasən, ordunun İrana qarşı potensial hücuma hazırlaşdırılması üçün vəsaitin 1 milyard dolları bu ilin büdcəsindən, 500 milyon dolları isə gələn ilin büdcəsindən xərclənəcək. Vəsait müxtəlif tipli təyyarələrə, pilotsuz uçan aparatlara, kəşfiyyat məlumatlarının toplanılmasına, o cümlədən peyklərlə kəşfiyyatın aparılmasına, nüvə obyektlərinə zərbələrin endirilməsi üçün əlavə vasitələrin və unikal silahların əldə edilməsinə xərclənəcək.

Amma İsrail-İran müharibəsi başlasa, bölgə qan çanağına çevrilə bilər. Bu, bəlkə də üçüncü dünya müharibəsinin başlanması sayıla bilər. Çünki bu savaşda iki tərəf savaşmayacaq, bölgədəki güclər də müharibəyə qoşulacaq. Məsələn, Fələstin, oradakı “Həmas” qüvvələri, Livanda mənzillənmiş “Hizbullah” İran tərəfinə dəstək verə bilər, eyni zamanda Suriyada Əsəd rejimi də müəyyən qədər kömək göstərəcək, həmçinin Yəməndə husilər İranın yanında yer alacaq. İsrailə isə İranla yola getməyən bəzi ərəb dövlətləri gizli şəkildə, kollektiv Qərb isə aşkar şəkildə dəstəyini verə bilər. Bütün bu faktorlar isə İsrail-İran müharibəsi başladığı halda regionun fəlakətə çevrilməsini qaçılmaz edir. Bundan başqa, sərhəd ölkələr, o cümlədən Azərbaycan da bu müharibənin olmasında maraqlı deyil. Əvvəla, bizim İsraillə yüksək səviyyədə münasibətlərimiz var, İranla da hazırda əlaqələr gərgin olsa da, qonşumuzdur və onun müharibə aparması təbii ki, regiona hərtərəfli - iqtisadi, humanitar, qaçqın axını və s. təsirlərini göstərəcək.

Ona görə illərdir ki, bir-birini hədələyən İsrail və İranın müharibəyə başlamasını heç özləri də arzulamazlar. Lakin belə görünür ki, savaşın fitili çəkilməkdədir və əgər yayılan məlumatlar səhihdirsə, İsrail 1.5 milyard vəsait ayırıbsa, deməli, qeyri-müəyyən gələcək üşün hazırlıq gedir. Bəs bu xəbər İranın bizə qarşı aqressiyasını heç olmasa azaldacaqmı, yoxsa daha da artıracaq? İsrail İrana hücuma başlasa, Tehranın Azərbaycana qarşı davranışı necə olacaq? Bu müharibə ölkəmizə necə təsir edəcək?

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, İsrailin İrana qarşı nəzərdə tutduğu nüvə obyektlərinə hücumun fitili çoxdan çəkilib: “Sadəcə, bu günə qədər İsraili dayandıran və hərəkətlərindən çəkindirən Amerika olub. Hər iki ölkənin İranla bağlı fərqli baxışları var. Birləşmiş Ştatlar İranın nüvə silahına yiyələnməsinə xeyli vaxt qaldığını söyləyir, İsrail isə tez zamanda əldə edəcəklərini bildirir. Ancaq ABŞ-ın altılıq sazişindən çıxmasından sonra Tehran uranın saflaşdırılması istiqamətində xeyli addımlayıb və müəyyən nailiyyətlər də əldə edib. Ona görə İsrail hesab edir ki, nüvə obyektlərinə hücumun çox ciddi nəticələri ola bilər”.

Q.Hüseynli İrana hücum ediləcəyi halda növbəti dünya müharibəsinin başlanacağı ehtimalını az sayır: “İrana havadan hücumlar mülki əhaliyə zərər vurmayacaq. Bu mənada lokal xarakterli hərbi əməliyyatların icrasından söhbət gedir. Sözsüz ki, SEPAH-ın ”Qüds" qərargahına və rəhbər heyətinə zərbə endirilə bilər. Bundan sonra İranın hərbi potensialında ciddi zəifləmələrin şahidi olacağıq, amma mülki sənayesi öz yerində qalacaq, dünyada təhlükəli rezonans yaradacağını da güman etmirəm. Dünyanın bir hissəsi sükutla qarşılayacaq, bir hissəsi isə İranın nüvə silahı əldə etmək imkanından məhrum edilməsini dəstəkləyəcək". Politoloqun sözlərinə görə, Azərbaycana təsirləri mümkündür: “Qonşuda olan yanğının digər qonşuya sıçraması təhlükəsi var. Ona görə bunu arzulamırıq. Çünki bölgədə humanitar problemlər başlaya bilər. Panikaya düşmüş əhali qaçmağa başlayacaq. Amma biz bölgəmizdə, qonşumuzda müharibənin olmasını istəmirik”.

Politoloq Azad Məsiyevin sözlərinə görə, İrana qarşı Qərb, İsrail və ABŞ birgə fəaliyyətdədir: “Hətta bəzi siyasətçilər İranı yeri üzündən silmək bəyanatı verirdilər. İsrail və İran arasında böyük düşmənçilik var. Bu konfliktin olmaması üçün diplomatik danışıqlar aparılırdı. Hətta ABŞ və Rusiya təhlükəsizlik şurası rəhbərlərinin görüşü də baş tutmuşdu. Ancaq İsrail öz təhlükəsizliyini təmin etmək üçün İranı neytrallaşdırmaq istəyir və Tehranın nüvə bombası əldə etməsini əngəlləməyə çalışır. Ona görə İranı vurmaq üçün məqam axtarırlar”.

A.Məsiyev qeyd etdi ki, artıq nüvə danışıqları dayanıb və İran bu müzakirələri bərpa etməsə, Tehrana fayda verməyəcək: “Həmçinin müharibə baş versə, Azərbaycana da zərər edəcək. Milyonlarla soydaşlarımız yaşayır, kütləvi şəkildə qaçqın ola bilər. Bəşəriyyət bu münaqişənin qarşısını almalıdır, ABŞ və Rusiya regionda yeni qaynar ocağın yaranmasına imkan verməməlidir. Çünki tək bizə yox, Türkiyəyə də təsir göstərəcək. Odur ki, belə bir fəlakətin baş verməməsi üçün dünya gücləri səylərini artırmalıdırlar”.

Siyasi şərhçi Ramiyə Məmmədova yaxın zamanda irimiqyaslı hərbi əməliyyatlar gözləmir. Onun fikrincə, İsrail tərəfi 1.5 milyard ayrılması haqda informasiyaları sızdırmaqla İranın gözünün odunu almağa və onu nüvə silahı əldə etmək təşəbbüslərindən çəkindirməyə çalışır: “Zənnimcə, əsas strategiya buna hesablanıb. Əlbəttə, İranı vurmaq İsrailin köhnə arzusudur. Lakin hər şey göründüyü qədər primitiv deyil, yaxşı bilirlər ki, bu zərbələr sonra hansı nəticələrə gətirib çıxara bilər. Amma bir müddət əvvəl İranın kimya aliminin sui-qəsdi kimi əməliyyatlar, hansısa nüvə obyektlərinin hədəfə alınması istisna deyil”.

Ekspertin sözlərinə görə, hətta İsrail İrana planlaşdırdığı kimi zərbələr endirsə belə, nüvə proqramına ciddi zərər gətirməyəcək: “Söhbət yalnız 1-2 illik gecikmədən gedə bilər. Amma dünya gücləri genişmiqyaslı əməliyyatları dəstəkləmir. Azərbaycan da bölgədə müharibə istəmir. Biz 44 günlük savaşdan sonra regionda sülh, kommunikasiyaların bərpası niyyətindəyik. İsrail-İran müharibəsi isə planlarımızı uzunmüddətli ertələyə bilər”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan bu kəndi Azərbaycana qaytaracaq - “Hraparak”
Bu gün, 09:47
Qəbiristanlıqdan güldan, marketdən “Redbul” oğurladı, həbs olundu
Bu gün, 09:40
Nazir müavininə ağır itki
Bu gün, 09:29
Azərbaycan nefti 95.5 dollara satılır
Bu gün, 09:26
Bakıdan Tbilisiyə gedən qatarda müəmma: Nə baş verir? - AKTUAL
Bu gün, 08:11
Ermənistanın ikili oyunu: nə gözlənilir? - ŞƏRH
Bu gün, 08:07
Elə bil kimsə buraları şumlayıb... - Nə başçı, nə də deputat maraqlanmır...
Bu gün, 08:05
Adnan Əhmədzadənin Minerva Marina tankerindən 100 milyonluq əməliyyatı – SENSASİON DETALLAR
Bu gün, 07:56
Gəncəli erməni agentinin gizli əməliyyatı və 70 il sonrakı seçkilərdə Moskva izi - Rusiya niyə Fransanın 2027-ci il prezident seçkilərinə maraq göstərir?
Bu gün, 07:45
"Rzayev Group"un 700 mindən çox vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:41
“Türk anakondası” İranı mühasirəyə alır — "Silah və hərbi qüvvə Zəngəzurdan daşınacaq"
Bu gün, 07:38
ABŞ-nin 533 milyon dollar xərclədiyi zavod bir mərmi belə istehsal etməyib - “ProPublica”
Bu gün, 07:34
Azərbaycanlı biznesmeni Türkiyədə kim öldürüb? – Vacib detallar açıqlandı
Bu gün, 07:31
SOCAR KÜTLƏVİ İXTİSAR DALĞASINI ETİRAF ETDİ - TƏFƏRRÜAT
Bu gün, 07:07
Ukrayna-Rusiya savaşında YENİ MƏRHƏLƏ... - Nüvə silahı artıq yada düşmür...
Bu gün, 07:01
Kəramətdən gözləntiniz nə idi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:48
Hörmüz boğazı SEPAH-ın nəzarətindən çıxıb – ŞOK İDDİA
Bu gün, 06:44
Bu sahədə də ermənilərdən geri qalmağa başlamışıq... - MALƏSƏF...
Bu gün, 06:40
«Araz 2011 A» tikinti şirkəti kimə nə qədər verib ki... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:36
Bakıda qoçu peyda olub: YOL KƏSİRLƏR... - AYNA şefinin nəzərinə...
Bu gün, 06:26
"Bank ilə 3 gündür əlaqə saxlayıram, AMMA..." - GİLEY
Bu gün, 06:17
Fazil Mustafadan Mübariz Əhmədoğluna SƏRT SÖZLƏR - "Məzhəbçi zehniyyətə sahib..."
Bu gün, 06:05
ARƏSTƏ HÜSEYNOVA KÜÇƏSİ... - Nəriman Qasımoğlu yazır...
Bu gün, 05:59
Cavid Qurbanovun KƏLBƏCƏR PLANI - İndi də orda HÖKM EDİR...
Bu gün, 05:57
"Bu keyfiyyətimizi itirmək olmaz..." - İlqar Məmmədov
Bu gün, 05:50
Burda KORRUPSİYA QOXUSU aşkar duyulur - MÜRACİƏT
Bu gün, 05:44
Neft Qaz Çıxarma İdarəsində OĞURLUQ - Niyə araşdırılmır?
Bu gün, 05:31
Həm vaxt itkisidir, həm də... - REPLİKA
Dünən, 18:07
Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi
Dünən, 18:00
Ukrayna-Rusiya savaşından qalib çıxan Şimali Koreya... - Görünəni odur ki...
Dünən, 17:55
Ermənistan Sünikdə hərbi mövcudluğunu niyə gücləndirir? - AÇIQLAMA
Dünən, 17:49
Ünvanlı sosial yardıma niyə imtina cavabı gəlir? - AKTUAL
Dünən, 17:46
“Metsamor AES-in istismar şərtləri ilə bağlı qərarı Bakı vermir” - Yeqoyan
Dünən, 17:44
Azərbaycanlı mütəxəssislər Ermənistanda 2 ay tədqiqat aparıblar - KİV
Dünən, 17:24
Bakı-Tbilisi qatarında BİLET QALMAQALI: - Ekspert problemin kökünü açıqladı
Dünən, 17:23
“Yeni Klinika”nın İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin olunub - BUNDAN SONRA...
Dünən, 17:21
“Mərmər İnşaat” şirkətinin mənfəəti 42% azalıb - HESABAT
Dünən, 17:13
Göygöldə kişi ona pul verməyən arvadını şalı ilə boğaraq öldürmək istədi - TƏFƏRRÜAT
Dünən, 17:09
TRIPP mesajının pərdəarxası: İrəvanın məqsədi Tehranı inandırmaqdır? - Görünəni odur ki...
Dünən, 16:56
Vüsal Nəsirlini Saleh Məmmədovun kadrları ilə nə birləşdirir? - ARAŞDIRMA
Dünən, 16:51
Ermənistanda cinayətlərin sayı Azərbaycandan 5 dəfə çoxdur - RƏQƏMLƏR
Dünən, 16:48
Türkan İLK DƏFƏ AÇIQLADI: - "Bunu kiminsə acığına etmədim"
Dünən, 16:38
Yeni attestatlar xaricdə keçərlidirmi? - Agentlik açıqladı
Dünən, 16:36
“Rabitəbank” səhmdarları Müşahidə Şurasının tərkibi və “Capital Partners”lə bağlı toplanır
Dünən, 16:30
Agentlik imtina edir, məhkəmə bərpa edir: “Nəticədə əlil 2 il əziyyət çəkir” - AXI NİYƏ?..
Dünən, 16:25
Zəngəzur dəhlizi açılır: Naxçıvanın geosiyasi çəkisi KƏSKİN ARTIR - ŞƏRH
Dünən, 16:21
“Onlar insan ovuna çıxırlar” - Kremldən məmurlara tapşırıq
Dünən, 16:12
"Qapını göstəriblər və deyiblər ki..." - "Kimə istəyirsən şikayət edə bilərsən!"
Dünən, 16:09
Şəki Rayon Məhkəməsinə yeni hakim təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:02
Ağcabədidə toyda mübahisəyə görə 2 qohumun qətli ilə bağlı məhkəmə başlayır
Dünən, 16:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru