Ermənistan Rusiyaya qarşı sanksiyalara QOŞULUR .....                     Bakıda lazeroloqu öldürməyə cəhddə təqsirləndirilən şəxs 10,5 il azadlıqdan məhrum edilib .....                     Tehran TRİPP layihəsi üzrə Ermənistanla heç bir razılığa gəlməyib .....                     Unibankda kredit ödənişi ilə bağlı müştəri narazılığı .....                     Paşinyan niyə Qriqoryanı vurub Simonyanı önə çəkdi? .....                     Marketdən şampun və dezodorant götürdü, ödəniş etmədi .....                     Rusiyanın Ermənistanla yerüstü əlaqəsi kəsildi .....                     Ət bazarında xəstəlik təlaşı: .....                     Bu şadlıq sarayı müsadirə olunaraq hərraca çıxarıldı .....                     Naxçıvan Regional DOST Mərkəzinə direktor təyin edildi .....                     “Bank VTB Azərbaycan”la bağlı nə baş verir? .....                     Azərbaycanda ŞOK OLAY: Qohumlarının aldığı arvaddan imtina etdi, məhkəməlik oldu .....                     “Məkkə sazişi” və Azərbaycan: Bakı yeni bloka qoşulmalıdırmı? .....                     “Ermənistan Azərbaycanın arzusunu yerinə yetirməklə məşğuldur”  .....                     İsrailə minlərlə ton hərbi texnika gətirildi .....                     “Avroviziya”-da qaydalar dəyişdi: .....                     258 milyon manatlıq Naxçıvan planı: Blokadadan regional mərkəzə .....                     Deputat QHT-si getdi, məmur QHT-si gəldi: qrant islahatının yeni modeli .....                     “Məni efirə çıxarmaq üçün 800 manat istəyən veriliş bağlandı” .....                     Veysəloğlu Şirkətlər Qrupu BMT Qlobal Sazişinin üzvü olaraq CoP hesabatını təqdim edib .....                     Metronun “28 May” stansiyasından qeyri-müəyyənliyə: yeni dövr başlayır .....                     Bakı-Tehran münasibətlərində yeni səhifə açılırmı? .....                     Ermənistandan Azərbaycana hansı məhsullar gətirilə bilər? .....                     Marketə iki dəfə girib oğurluq və soyğunçuluq edən şəxsin cəzası azaldıldı .....                     "Yeni ulduz" geri qayıdır: Necə keçiriləcək? .....                     Həmkarlar İttifaqında Sahib Məmmədov GESTAPOSU .....                     İran səfirinin addımı müzakirə doğurdu .....                     “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC eyni şirkətə 8-ci dəfə tender verib .....                     Mübariz Əhmədoğlu Fazil Mustafaya sərt cavab verdi .....                     Polşa yaxın günlərdə Ukraynaya “Patriot” raketləri verəcək .....                     Niderland şirkəti Bakıdakı fəaliyyətini dayandırdı .....                     İran səfirinin sərgi macəraları: .....                     “Azsığorta” zərərlə işləməyə başlayıb .....                     Peşə məktəbi pelet sobalar üçün 51,5 min manatlıq material alır .....                     İcra hakimiyyəti prospektin 500 metrlik hissəsini 138 min manata abadlaşdırmaq istəyir .....                     Nazir Musa Paşayevə yüksək vəzifə verdi .....                     Generalın qızı ilə bağlı iddia .....                     Xəstəxanalardakı uzman həkimlər .....                     Dünya sülhünə ən böyük təhdid hesab edilən ölkələr .....                     Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib .....                 

İranda NƏ BAŞ VERİR? - Hədəfdə prezidentdir, yoxsa...
Tarix: 30-07-2021, 08:45 | Çap et
İranda NƏ BAŞ VERİR?
İranda iyulun ortalarından etibarən başlayan aksiyalar davam edir. Cənubi qonşumuzda səngiməyən su qıtlığı problemindən yaranan və getdikcə böyüməkdə olan etirazlarda Qərbin marağı olduğu aydındır. Bu, ötən yazımızda geniş təhlil edilib. Amma bu etirazların mühafizəkarların namizədi İbrahim Rəisinin prezident seçilməsindən dərhal sonraya təsadüf etməsi diqqət çəkir.

Bu aksiyalarla bağlı son məlumatlardan biri budur ki, İran administrasiyası aksiyaları dayandırmaq üçün İraq və Suriyadan 4 min Haşdi Şabi milisini gizlicə aksiyaların başladığı bölgəyə gətirib. İddialara görə, məsələ ilə bağlı Bağdadda İran səfirinin, Haşdi Şabi milis qrupunun liderinin və Hizbullah nümayəndələrinin iştirakı ilə Xuzistandakı vəziyyətə dair gizli toplantı keçirilib. Toplantı 4 saat davam edib. İclasda İran İslam Keşikçiləri Korpusunun komandanı general İsmail Kaanin mesajı səsləndirilib. General küçə toqquşmalarında fəal və uğurlu iştirak edən milislərdən ibarət qüvvələr formalaşdırılmasını tələb edib. Plana görə, milislər ABŞ-ın hava hücumlarından qorunmaq və diqqət çəkməmək üçün silahsız və mülki geyimdə 4 qrup şəklində İrana daxil olub.

İraqın rəsmi mənbələri mediada yayılan iddiaları təsdiq edib. İranın beynəlxalq münasibətlər üzrə mütəxəssisi Rıza Talibi bu silahlıların İraqda olduğu kimi İranda da aksiyaların qarşısını almaq üçün qətliamlar törədə biləcəyindən narahatdır. Bu qüvvələr “qətliam briqası” kimi də çağırılır.

Maraqlıdır ki, indi farsların yaşadığı Xuzistan vilayətindən başlayaraq ölkənin digər vilayətlərinə də yayılan aksiyalarda əsas hədəf həm də ölkənin Ali dini lideri Ayətullah Əli Xameneyidir. Xameneyidən narazıların olduğu yeni fakt deyil, ancaq son illər ilk dəfədir ki, ölkənin Ali dini lideri bu səviyyədə etirazlara tuş gəlir.

Səbəb nədir? Yeni prezidentin hakimiyyətə gəlməsindən dərhal sonra bu etirazların qızışmasının dini liderin İbrahim Rəisiyə seçkidə verdiyi dəstəklə əlaqəsi varmı?

Sabiq dövlət müşaviri Qabil Hüseynli hər şeyin Rəisinin prezident seçilməsindən qaynaqlandığını düşünür: “Açığı deyək ki, bundan əvvəlki xalq ayaqlanmalarında hədəf kimi Xameneyi seçilirdi. O, həm yaşlıdır, həm də ölkənin idarəçiliyində çox odioz fiqurlara yer verirdi. Mühafizəkar adı altında əli qana batmış adamların hakimiyyətin yuxarı pilləsinə gətirilməsinə imkan yaradır. Bu nöqteyi-nəzərdən su problemi bir bəhanə ola bilər. Amma ölkədə əhali həddindən artıq narazıdır. Ölkənin idarəedilməsi, məmur özbaşınalığı əlaqədar olaraq xalqın ciddi etirazları var. Xameneyinin uzun illər verdiyi dəstəyin nəticəsi olaraq Rəisinin prezident seçilməsi xalqın qəzəbini coşduran sonuncu damla oldu. Doğrudur, burada müəyyən siyasi dairələrin də rolunun olduğunu inkar etmək olmaz. Çünki Rəisi elə bir fiqurdur ki, ölkənin əksər, hətta dini dairələri tərəfindən qəbul edilmir. Bu nöqteyi-nəzərdən Rəisinin prezident seçilməsi bardağı daşıran son damla oldu. Amma bununla yanaşı, ölkədə molla rejimindən çox ciddi narazılıq var. Rəisinin timsalında bu rejimin nə demokratiyaya, nə insan haqlarına, nə də insanların elementar hüquqlarına fikir vermədiyi bir daha ortalığa çıxdı. Zənnimcə, xalqın əsas hədəfi Xameneyiyə çevrilmiş görünsə də, ölkədəki bürokratik dini rejimə qarşı çevrilib. Bu rejimi aradan qaldırmaq onların əsas hədəfləridir”.

Politoloq Məhəmməd Əsədullazadə isə bunları dedi: “İranda su çatışmazlıqlarına qarşı Xuzistanda keçirilən aksiyalar artıq ölkə üzrə geniş yayılıb. Artıq bu, siyasi çalarlar almaqla Ali dini rəhbərə qarşı yönəlib. Hesab edirəm ki, bundan istifadə edən qüvvələr var. Bu, əsasən İran daxilində son baş verən siyasi dəyişikliklərdən qaynaqlanır. Çünki bu seçkilərdə Ali dini rəhbər islahatçıları seçkiyə buraxmadı və onların məşhur namizədlərini çıxdaş etdi. Ona görə də bu kimi aksiyaların Ali dini rəhbərə yönəlməsi təsadüfi deyil. Bu seçkilərdə konkret olaraq estafeti mühafizəkarlara verərək, rəqabətli seçkilər keçirmədilər. Bunun nəticələri İran üçün çox ağır olacaq və artıq onun işartıları görünür. Su çatışmazlığından istifadə edən siyasi qüvvələr İran sistemində çalışacaqlar ki, çat yaratsınlar. Onsuz da Ali dini rəhbər bu seçkidə İran hakimiyyət sistemində bu problemin əsasını qoydu. Bu etirazlarda Əli Laricanı və digər islahatçıların əlinin olduğunu istisna etmirəm. Mühafizəkarların seçilən namizədi Rəisi İranın daxili və xarici siyasətini idarə edə bilməyəcək və ciddi problemlər yaradacaq. İran daxilində siyasi qüvvələr arasında artıq yekdil qərarlar haçalanır və ölkədə dini rejimin hakimiyyətdə qalması uzun proses kimi olmayacaq”.
//musavat.com//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan Rusiyaya qarşı sanksiyalara QOŞULUR
Bu gün, 18:52
Bakıda lazeroloqu öldürməyə cəhddə təqsirləndirilən şəxs 10,5 il azadlıqdan məhrum edilib - TƏFƏRRÜAT
Bu gün, 18:46
Tehran TRİPP layihəsi üzrə Ermənistanla heç bir razılığa gəlməyib - İranlı general
Bu gün, 18:38
Unibankda kredit ödənişi ilə bağlı müştəri narazılığı - GİLEY
Bu gün, 18:17
Paşinyan niyə Qriqoryanı vurub Simonyanı önə çəkdi? - sensasion detallar
Bu gün, 18:10
Marketdən şampun və dezodorant götürdü, ödəniş etmədi - Həbs olundu
Bu gün, 18:06
Rusiyanın Ermənistanla yerüstü əlaqəsi kəsildi
Bu gün, 17:51
Ət bazarında xəstəlik təlaşı: - UCUZLAŞACAQ?
Bu gün, 17:48
Bu şadlıq sarayı müsadirə olunaraq hərraca çıxarıldı – Fotolar
Bu gün, 17:41
Naxçıvan Regional DOST Mərkəzinə direktor təyin edildi - ƏMR
Bu gün, 17:39
“Bank VTB Azərbaycan”la bağlı nə baş verir? - Nizamnamə kapitalını 221 milyon azaldır
Bu gün, 17:34
Azərbaycanda ŞOK OLAY: Qohumlarının aldığı arvaddan imtina etdi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Bu gün, 17:31
“Məkkə sazişi” və Azərbaycan: Bakı yeni bloka qoşulmalıdırmı? - AKTUAL
Bu gün, 17:24
“Ermənistan Azərbaycanın arzusunu yerinə yetirməklə məşğuldur”  - Tatevin Hayrapetyan
Bu gün, 16:36
İsrailə minlərlə ton hərbi texnika gətirildi
Bu gün, 16:33
“Avroviziya”-da qaydalar dəyişdi: - Bu ölkələrə QADAĞA
Bu gün, 16:27
258 milyon manatlıq Naxçıvan planı: Blokadadan regional mərkəzə - RƏY
Bu gün, 16:24
Deputat QHT-si getdi, məmur QHT-si gəldi: qrant islahatının yeni modeli - BU NƏDİ BELƏ?..
Bu gün, 16:16
“Məni efirə çıxarmaq üçün 800 manat istəyən veriliş bağlandı” – “Yeni ulduz”un Habili
Bu gün, 16:14
Veysəloğlu Şirkətlər Qrupu BMT Qlobal Sazişinin üzvü olaraq CoP hesabatını təqdim edib - Azərbaycanın FMCG sektorunda ilk
Bu gün, 16:10
Metronun “28 May” stansiyasından qeyri-müəyyənliyə: yeni dövr başlayır - “Yaşıl” və “Qırmızı xətt”lər arasında
Bu gün, 16:06
Bakı-Tehran münasibətlərində yeni səhifə açılırmı? - ŞƏRH
Bu gün, 16:02
Ermənistandan Azərbaycana hansı məhsullar gətirilə bilər? – AÇIQLAMA
Bu gün, 16:00
Marketə iki dəfə girib oğurluq və soyğunçuluq edən şəxsin cəzası azaldıldı
Bu gün, 15:58
"Yeni ulduz" geri qayıdır: Necə keçiriləcək? - Mübariz Tağıyevdən açıqlama
Bu gün, 15:56
Həmkarlar İttifaqında Sahib Məmmədov GESTAPOSU - Şok FAKTLAR
Bu gün, 15:53
İran səfirinin addımı müzakirə doğurdu – Politoloq məsələyə münasibət bildirdi
Bu gün, 15:49
“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC eyni şirkətə 8-ci dəfə tender verib - ARAŞDIRMA
Bu gün, 15:24
Mübariz Əhmədoğlu Fazil Mustafaya sərt cavab verdi - Mübahisə qızışdı
Bu gün, 15:21
Polşa yaxın günlərdə Ukraynaya “Patriot” raketləri verəcək
Bu gün, 15:17
Niderland şirkəti Bakıdakı fəaliyyətini dayandırdı
Bu gün, 15:15
İran səfirinin sərgi macəraları: - “Artsax” pavilyonunda göy qutabı
Bu gün, 15:13
“Azsığorta” zərərlə işləməyə başlayıb
Bu gün, 15:11
Peşə məktəbi pelet sobalar üçün 51,5 min manatlıq material alır - DETALLAR
Bu gün, 15:09
İcra hakimiyyəti prospektin 500 metrlik hissəsini 138 min manata abadlaşdırmaq istəyir
Bu gün, 14:43
Nazir Musa Paşayevə yüksək vəzifə verdi - ƏMR
Bu gün, 14:40
Generalın qızı ilə bağlı iddia -Natiq Əliyev kimdir?
Bu gün, 14:35
Xəstəxanalardakı uzman həkimlər KİMLƏRDİR?
Bu gün, 13:08
Dünya sülhünə ən böyük təhdid hesab edilən ölkələr – 7 ölkədə sorğu
Bu gün, 13:01
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib - "Yaxın vaxtlarda..."
Bu gün, 12:59
Ramiz Mehdiyevin kürəkəninin iddiası təmin edilmədi - Ali Məhkəmə NÖQTƏNI qoydu
Bu gün, 12:56
Açıq ürək əməliyyatı olunan Aqil Məlikov evə buraxıldı - "Evimdəyəm, ocağımdayam..."
Bu gün, 12:53
Orxan Rəhimov direktor təyin edildi - ƏMR
Bu gün, 12:44
Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər - Paşinyandan AÇIQLAMA
Bu gün, 12:40
Ermənistanda hərbçinin güllələnmiş meyiti tapıldı
Bu gün, 12:32
“Dinamo” göylə gedir, “Qarabağ” isə yerini göstərməyə hazırlaşır - Bakıdakı böyük savaş
Bu gün, 12:27
Paşinyan Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib - Ermənistan mediası
Bu gün, 12:20
Sabiq deputatın dövlətə 1 milyondan çox borcu var - DETALLAR
Bu gün, 12:18
Rusiyada doğum səviyyəsinə görə lider region açıqlandı - KİV
Bu gün, 12:12
Ermənistan Aİ-yə kənd təsərrüfatı ixracatçılarına 14 milyon dollardan çox subsidiya ödəyəcək
Bu gün, 12:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru