Arxasında nazir imzası dayanan məşhur MAHNILAR .....                     Rusiyada qadınlar qan puluna yerikləyir .....                     İrəvandan Kiyevə artan müəmmalı zənglər .....                     Zəngəzur dəhlizi İran üçün daha KABUS deyil? .....                     Nazirliyin xarici borcu 100 milyon dollardan çoxdur .....                     Kino Agentliyi "Filming Azerbaijan"ın direktoruna dəbbə pulu ödəyəcək .....                     Tehranın Xəzərin 50 faizinə iddia etmək hüququ yoxdur .....                     Özbaşına qalan Nizami rayonunun başçısına VACİB SUAL: .....                     ABŞ-İran müharibəsi nəticəsində dünya 2,6 mlrd. barel neft itirib .....                     Dövlət Sığorta Agentliyinin sabiq vəzifəli şəxsi növbəti dəfə şikayətini geri götürdü .....                     “Sms-lə müğənni seçmək çətindir, yaxşı oxuyan uşaqlar tez çıxırdı...” .....                     Türkiyədən FETÖ: “Yeni Süleymançılar” şəbəkəsinə qarşı 100 milyardlıq böyük əməliyyat .....                     Qriqoryan Paşinyandan narazı qalıb .....                     BDU-nun müəlliminin evindən 1,6 milyon manat oğurluq edən qohumların .....                     "Öz pulumu bu günə qədər geri ala bilmirəm" .....                     Nikol Paşinyan yenidən seçkilərə hazırlaşır .....                     Gəlinini “uşaqlarının qayğısına qalmırdı, boğazını kəsdim” deyən qayınata ilə bağlı .....                     Meydanda məğlubiyyət, meydandan kənar qalmaqal .....                     “Atena Group”a yeni təyinat .....                     Qonşu qadını şantaj etməkdə təqsirləndirilən şəxsə bəraət verildi .....                     "Tvente" - "Qarabağ" oyununun başlama saatı açıqlanıb .....                     Şahin Allahverdiyevin şirkəti dövlətə borclandı .....                     Ukraynanın Rusiyada əsas hədəfi: .....                     Neftçilərə verilən SÜD PULU da kəsildi .....                     Biz axı niyə beləyik... .....                     Ceyhun Cəlilov İlk sınaqdan ÇIXA BİLMƏDİ .....                     Ölkədə insanların real gəlirləri artmır... .....                     Putinin son bəyanatının ən ciddi nəticəsi budur... .....                     ETN və MÜTDA-da mütəşəkkil büdcə talanı .....                     "Bu layihəni birbaşa Milli Məclisə də təqdim edə bilərdik" .....                     Nvidia gəldi Ermənistanı seçdi, pul yatırdı... söhbətləri... .....                     "4 yaşı var, heç vaxt belə ağır xəstələnməyib" .....                     Biləcəridə evlər söküldü, ağaclar kökündən çıxarıldı .....                     Naxçıvanda keçmişimizə ÖGEY MÜNASİBƏT .....                     Sabunçuda yaşıllığa qənim kəsilən KİMDİR? .....                     Düzgün yaza bilmirlər... səhhətimiz də onlara əmanət... .....                     Ermənistan mallarına GÜVƏNƏ BİLƏRİKMİ? .....                     Dərman bahalaşıb, yoxsa xəstə artıb? .....                     "Qızılbaş Group" MMC-nin vergi borcu var .....                     Tramp ABŞ aviadaşıyıcılarında köhnə texnologiyanın bərpasını əmr edib .....                 

İngiltərə və ABŞ Rusiya və Çini aralarında bölüşdürüblər? – “Beynəlxalq düzən” təhdidi
Tarix: 4-05-2021, 09:29 | Çap et
İngiltərə və ABŞ Rusiya və Çini aralarında bölüşdürüblər?
Böyük Britaniyanın Xarici İşlər Naziri Dominik Raab və ABŞ Dövlət Katibi Antony Blinken bu gün Londonda keçiriləcək G7 Xarici İşlər nazirləri toplantısından qabaq görüşüblər.

Ovqat.com Böyük Britaniya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, nazirlər görüş zamanı "Rusiyanın sistematik olaraq sabitliyi pozan hərəkətləri"ni və “Çinin Sincan Uyğur Muxtar Bölgəsi və Hong Kongdakı fəaliyyətlərini müzakirə ediblər.

Toplantıda həmçinin Əfqanıstan, İran və Efiopiyadakı son durum barədə də fikir mübadiləsi aparılıb.

Görüşdən sonra keçirilən mətbuat konfransında London və Vaşinqtonun bir sıra məsələlərdə "çiyin-çiyinə" olduqları mesajı verilib. Blinken, ABŞ-ın İngiltərədən "daha yaxın müttəfiqi və ortağının olmadığını" diqqətə çatdırıb.

Jurnalistlərin suallarına cavab verən Böyük Britaniyanın Xarici İşlər naziri D.Raab isə Rusiyanın qeyri-rəsmi də olsa G7 görüşlərinə qatılmaması ilə bağlı hər hansı bir düşüncələrini bildirərkən deyib ki, bu məsələdə hər şey Moskvadan asılıdır. Londonun yaxşı diplomatik münasibətlərə qapısının "həmişə açıq" tutduğunu vurğulayan Raab bunun ancaq Rusiyanın davranışlarını dəyişməsi halında mümkünlüyünü bildirib.

"Dəyişdirilməsi lazım olan davranış Rusiyanın beynəlxalq hüququn əsas normalarına zidd olan və BMT Təhlükəsizlik Şurasının daimi üzvünə yaraşmayan hərəkətləridir”,-deyən nazir qeyd edib ki, bu hərəkətlər təkcə kiber hücumları, dezinformasiya siyasətləri, müxalif lideri Aleksey Navalnının insan haqları pozulması ilə də məhdudlaşmır. Rusiya həm də öz torpaqlarında bəyənmədiyi şəxsləri kimyəvi hücumla zəhərləmələrə və regionda yürütdüyü "qorxu siyasəti və güc nümayişi"nə son qoymalıdır.

"Rusiya ilə daha yaxşı bir əlaqə qurmaq fürsətimiz hələ də var və bunu alqışlayırıq. Ancaq hər şey Rusiyanın davranış və hərəkətlərdən asılıdır", - Dominik Raab belə deyib.

Eyni dəyərləri bölüşən və çoxtərəfli sistemi qorumaq istəyən ölkələr topluluğuna tələbat və ehtiyacın artdığını vurğulayan Raab Avstraliya, Cənubi Koreya, Hindistan və Cənubi Afrikanın Xarici İşlər nazirlərinin də G7 sammitinə dəvət edilməsini bunun əlaməti sayır və Londonda keçirilən sammitin eyni dəyərləri paylaşan ölkələr modelinə keçidin nümayişi kimi qiymətləndirir.

Qeyd edək ki, G-7 sammitlərinə ev sahibliyi edən ölkələrin bəzi dövlətləri də toplantılara çağırmaq haqqı var və Böyük Britaniyalı nazirin sözlərindən belə anlaşır ki, London adlarını sadladığı dövlətlərə üstünlük verib.

ABŞ dövlət katibi Blinken də ABŞ-ın Rusiya ilə daha sabit münasibət qurmaq istədiyini, bunun Kremlin hərəkətlərindən asılı olduğunu təsdiqləyib.

"Prezident Bayden bu barədə fikirlərini çoxdan açıq-aşkar ortaya qoyub. Əgər Rusiya ehtiyatsız və ya aqressiv olmağı seçərsə, cavab verəcəyik. Amma biz vəziyyəti gərginləşdirməyə çalışmırıq, daha sabit, daha proqnozlaşdırıla bilən bir münasibətə üstünlük veririk. Rusiya necə hərəkət edərsə, biz də ona qarşı adekvat davranacağıq”, - Blinken belə deyib.

Böyük Britaniyalı həmkarı Raabdan fərqli olaraq Blinkenin üzərində əsas dayandığı məsələ isə “Çin təhdidi” olub. Blinken Qərbin Pekini "məhdudlaşdırmağa" və ya "boğmağa" çalışmadığını söyləyib. Həyata keçirməyə çalışdıqları siyasətin ancaq beynəlxalq qaydalara əsaslanan sistemi qorumaq olduğunu bildirən Blinken vurğulayıb ki, Çin mövcud dünya düzəninə meydan oxuduğu üçün Vaşinqtonun təpkiləri ilə qarşılaşır: "Hər hansı bir ölkə, Çin və ya başqa birisi mövcud qaydalara əsaslanan nizama meydan oxuyarsa, yaxud onu pozan hərəkətlər edər və aşındırmağa çalışarsa, öhdəliklərini yerinə yetirməzsə, biz ayağa qalxar, illərlə oturuşmuş dünya düzənini müdafiə edərik".

London sammitinə gəlməmişdən əvvəl ABŞ-da bir televiziya proqramına müsahibə verən Blinken Çini ən ciddi düşmən kimi xarakterizə edərək demişdi: "Çin ABŞ-ın dünyada qorumağa qərarlı olduğu qaydalara əsaslanan düzəni pozmaq və ya meydan oxumaq üçün hərbi, iqtisadi və diplomatik potensiala sahib yeganə ölkədir. Məqsədimiz Çini dayandırmaq və ya yıxmaq deyil, meydan oxuduğu mövcud dünya düzənini qorumaqdır".

Dövlət katibi 31 Mart tarixində ABŞ administarsiyası üçün hazırlanan “2020-ci il İnsan Hüquqları Hesabatı”nın təqdimatında isə Pekinin Sincanda Uyğur Türklərinə qarşı həyata keçirdiyi insan haqları pozuntularını "soyqırım" kimi qiymətləndirmişdi.

Ümumiyyətlə, ABŞ və Böyük Britaniya yetkililərinin çıxışlarına diqqət yetirdikdə, Rusiya ilə Çinə qarşı mübarizəni öz aralarında bölüşdürdükləri sezilir. Sanki Londonun öhdəsinə Rusiyanı, ABŞ-ın öhdəsinə isə Çini çökdürmək vəzifəsi düşüb. Təsadüfi deyil ki, Böyük Britaniyanın bir müddət əvvəl açıqlanan "Qlobal Britaniya: Rəqabət Çağında" başlıqlı hərbi doktrinasında Rusiya “ən böyük düşmən (təhdid)” elan olunmuş və önümüzdəki 10 ildə onun regional təsir gücünün azaldılması üçün heç nəyin əsirgənməyəcəyi vurğulanmışdı. Çin isə həmin doktrinada daha çox intellektual mülkiyyəti oğurlayan və iqtisadi təhlükəsizliyi təhdid etməyə çalışan bir rəqib kimi dəyərləndirilmişdi. ABŞ-ın Dövlət Departamenti isə Çini dünya düzənini hərbi, iqtisadi cəhətdən pozmağa qadir yeganə güc olaraq görür və bu xüsus Blinkenin açıqlamalarında aydın şəkildə nəzərə çarpır.

Heydər Oğuz,
Ovqat.com








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Arxasında nazir imzası dayanan məşhur MAHNILAR - SİYAHI
Bu gün, 11:29
Rusiyada qadınlar qan puluna yerikləyir - ARAŞDIRMA
Bu gün, 11:17
İrəvandan Kiyevə artan müəmmalı zənglər - NƏ BAŞ VERİR?
Bu gün, 11:03
Zəngəzur dəhlizi İran üçün daha KABUS deyil? - AKTUAL
Bu gün, 11:00
Nazirliyin xarici borcu 100 milyon dollardan çoxdur - RƏSMİ
Bu gün, 10:55
Kino Agentliyi "Filming Azerbaijan"ın direktoruna dəbbə pulu ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 10:47
Tehranın Xəzərin 50 faizinə iddia etmək hüququ yoxdur - İranın keçmiş səfiri
Bu gün, 10:43
Özbaşına qalan Nizami rayonunun başçısına VACİB SUAL: - Şirin Mirzəyev 68A və 76A arasında tikiliyə icazə necə verilib?
Bu gün, 10:42
ABŞ-İran müharibəsi nəticəsində dünya 2,6 mlrd. barel neft itirib - SAUDİ ARAMCO
Bu gün, 10:27
Dövlət Sığorta Agentliyinin sabiq vəzifəli şəxsi növbəti dəfə şikayətini geri götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:25
“Sms-lə müğənni seçmək çətindir, yaxşı oxuyan uşaqlar tez çıxırdı...” - Mübariz Tağıyevdən “Yeni ulduz” açıqlaması
Bu gün, 10:23
Türkiyədən FETÖ: “Yeni Süleymançılar” şəbəkəsinə qarşı 100 milyardlıq böyük əməliyyat - Bakı ayağında hansı şirkətin adı keçir?
Bu gün, 10:16
Qriqoryan Paşinyandan narazı qalıb - Ermənistan hakimiyyətində QALMAQAL
Bu gün, 10:13
BDU-nun müəlliminin evindən 1,6 milyon manat oğurluq edən qohumların CƏZALARI AZALDILDI
Bu gün, 10:10
"Öz pulumu bu günə qədər geri ala bilmirəm" - GİLEY
Bu gün, 10:07
Nikol Paşinyan yenidən seçkilərə hazırlaşır - “Hraparak”
Bu gün, 09:57
Gəlinini “uşaqlarının qayğısına qalmırdı, boğazını kəsdim” deyən qayınata ilə bağlı QƏRAR
Bu gün, 09:55
Meydanda məğlubiyyət, meydandan kənar qalmaqal - VİDEO
Bu gün, 09:53
“Atena Group”a yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 09:45
Qonşu qadını şantaj etməkdə təqsirləndirilən şəxsə bəraət verildi - TƏFƏRRÜAT
Bu gün, 09:44
"Tvente" - "Qarabağ" oyununun başlama saatı açıqlanıb - UEFA Konfrans Liqası
Bu gün, 09:36
Şahin Allahverdiyevin şirkəti dövlətə borclandı - FOTO
Bu gün, 07:32
Ukraynanın Rusiyada əsas hədəfi: - Vura bilmir...
Bu gün, 07:30
Neftçilərə verilən SÜD PULU da kəsildi - ETİRAZ VAR!
Bu gün, 07:19
Biz axı niyə beləyik... - REPLİKA
Bu gün, 07:02
Ceyhun Cəlilov İlk sınaqdan ÇIXA BİLMƏDİ - İDDİA
Bu gün, 06:58
Ölkədə insanların real gəlirləri artmır... - FAKT BUDUR!
Bu gün, 06:52
Putinin son bəyanatının ən ciddi nəticəsi budur... - İNCƏLƏMƏ
Bu gün, 06:36
ETN və MÜTDA-da mütəşəkkil büdcə talanı - Təhsilimizin gələcəyinə vurulan zərbə...
Bu gün, 06:32
"Bu layihəni birbaşa Milli Məclisə də təqdim edə bilərdik" - İlqar Məmmədov
Bu gün, 06:19
Nvidia gəldi Ermənistanı seçdi, pul yatırdı... söhbətləri... - real deyil və manipulyasiyadır!
Bu gün, 06:09
"4 yaşı var, heç vaxt belə ağır xəstələnməyib" - FOTO
Bu gün, 05:56
Biləcəridə evlər söküldü, ağaclar kökündən çıxarıldı – Ərazini alan sahibkar kimdir ki?..
Bu gün, 05:51
Naxçıvanda keçmişimizə ÖGEY MÜNASİBƏT - İTTİHAM VAR...
Bu gün, 05:42
Sabunçuda yaşıllığa qənim kəsilən KİMDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 05:38
Düzgün yaza bilmirlər... səhhətimiz də onlara əmanət... - FOTOFAKT
Bu gün, 05:32
Ermənistan mallarına GÜVƏNƏ BİLƏRİKMİ? - Onlardan çox xəyanət görmüşük axı...
Bu gün, 05:24
Dərman bahalaşıb, yoxsa xəstə artıb? - NƏ BAŞ VERİR?
Bu gün, 05:21
"Qızılbaş Group" MMC-nin vergi borcu var - FOTO
Bu gün, 05:17
Tramp ABŞ aviadaşıyıcılarında köhnə texnologiyanın bərpasını əmr edib - “The Wall Street Journal”
Bu gün, 05:13
Ermənistan Rusiyaya qarşı sanksiyalara QOŞULUR
Dünən, 18:52
Bakıda lazeroloqu öldürməyə cəhddə təqsirləndirilən şəxs 10,5 il azadlıqdan məhrum edilib - TƏFƏRRÜAT
Dünən, 18:46
Tehran TRİPP layihəsi üzrə Ermənistanla heç bir razılığa gəlməyib - İranlı general
Dünən, 18:38
Unibankda kredit ödənişi ilə bağlı müştəri narazılığı - GİLEY
Dünən, 18:17
Paşinyan niyə Qriqoryanı vurub Simonyanı önə çəkdi? - sensasion detallar
Dünən, 18:10
Marketdən şampun və dezodorant götürdü, ödəniş etmədi - Həbs olundu
Dünən, 18:06
Rusiyanın Ermənistanla yerüstü əlaqəsi kəsildi
Dünən, 17:51
Ət bazarında xəstəlik təlaşı: - UCUZLAŞACAQ?
Dünən, 17:48
Bu şadlıq sarayı müsadirə olunaraq hərraca çıxarıldı – Fotolar
Dünən, 17:41
Naxçıvan Regional DOST Mərkəzinə direktor təyin edildi - ƏMR
Dünən, 17:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru