Keçmiş səhra komandiri Kosovonun baş naziri seçilib
Tarix: 8-09-2017, 08:51 |
Çap et
Kosovo prezidenti keçmiş səhra komandiri olmuş Ramush Haradinaj-ı baş nazir postuna təyin edib və ona yeni hökumət formalaşdırmaq mandatı verib. Bununla da bu Balkan ölkəsində aylardır davam edən siyasi böhranın sona çatdığı görünür.
Prezident Hashim Thaci R.Haradinaj-ı sentyabrın 7-də bu vəzifəyə təyin edib. Bundan az öncə Kosovo parlamenti Kosovo Demokratik Partiyasından (PDK) Kadri Veseli-ni spiker seçib. Ölkənin siyasi mühitinin sabitləşməsi yönündə bu, vacib addım sayılır.
Kosovonun müstəqilliyi uğrunda mübarizə aparmış R.Haradinaj 2005-ci ildə qısa müddətə baş nazir postunu tutub. Ancaq keçmiş Yuqoslaviyada hərbi cinayətlərlə bağlı BMT məhkəməsində mühakimə olunmamışdan istefa verib. O, daha sonra bəraət alıb.
Ancaq Serbiya onu 1998-99-cu illərdə Kosovo müharibəsi zamanı qətl və işgəncə ittihamlarıyla axtarır.