Türkiyənin Şimali İraq və Suriyada keçirdiyi əməliyyatda 89 terrorçu məhv edilib
Tarix: 29-04-2017, 10:42 |
Çap et
Türkiyə Hərbi Hava Qüvvələrinin İraqın şimalındakı Şengal dağı ilə Suriyanın şimal-şərqində yerləşən Karaçok dağı bölgələrində yerləşən PKK hədəflərinə qarşı keçirdiyi əməliyyatda 89 terrorçu məhv edilib.
SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərərgahı məlumat yayıb.
Məlumata əsasən 25 apreldə keçirilmiş hava əməliyyatında PYD/YPG/PKK düşərgələrində 40-dan çox terrorçu, Suriyanın şimalındakı Karaçokdakı hava əməliyyatında isə 49 terrorçu məhv edilib.