Rusiyanın hərbi aviasiyası Ermənistanda təlimlərə başlayıb
Tarix: 19-04-2017, 08:30 |
Çap et
Rusiya Cənub Hərbi Dairəsinin (CHD) döyüş aviasiyası və hava hücumundan müdafiə bölmələri Ermənistanda döyüş hazırlığı səviyyəsinin yoxlanılması məqsədi ilə təlimlərə başlayıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə CHD mətbuat xidmətinin rəisi polkovnik Vadim Astafyev bildirib.
Hərbçilər, həmçinin, “Kamhud” və “Alagöz” dağ poliqonlarında zenit-raket kompleksləri qarşılıqlı uzlaşma şəraitində hava hədəflərinin vurulması və müşayiət edilməsi kimi müxtəlif döyüş tapşırıqlarını praktiki şəkildə icra edəcəklər.
Təlimlərə 500-dək hərbçi, 100-dən çox hərbi xüsusi texnika, o cümlədən, “Buk-M1-2”, “S-300B” zenit-raket kompleksləri, Rusiyanın Ermənistandakı “Erebuni” aviabazasından MİQ-29 qırıcı təyyarələr, “Mi-24P” və “Mi-8MT” helikopterləri cəlb olunub.