Daha bir milyarder Putini qəzəbləndirib
Tarix: 8-09-2016, 09:22 | Çap et
 Rusiyada Vladimir Putin hakimiyyətə gələndən Rusiya kapitalizminin ilk onilliyində milyardlar qazanmış şəxslər bir-bir dənlənib: həbsə atılıblar, ölkədən qovulublar, sərvətlərindən əl çəkməyə, yaxud gəlirsiz layihələrdə iştiraka məcbur ediliblər. İndi də növbə, deyəsən, Viktor Vekselberg-ə çatıb. Onun bəzi baş menecerlərinə hücum göstərir ki, Kremlə sadiqliyin davamlı nümayişi də işə yaramır. Bu barədə В«BloombergВ»də Leonid Bershidsky yazır.
В«Hər şey 2000-ci il iyulun 28-dən başlanıb. Putin Rusiya biznesinin generalları ilə ilk rəsmi görüşünü keçirdi. Media maqnatı Vladimir Gusinsky görüşdə deyildi, həbsdəydi, Putin onun televiziya stansiyasını ələ keçirmək üzrəydi. Media orqanları da daxil olmaqla, müxtəlif aktivləri vasitəsilə Putin-in seçilməsinə kömək etmiş Boris Berezovsky də iclasda yoxuydu, Londondaydı. Bir neçə ay sonra heç qayıtmamağa qərar verəcəkdi, çünki həbs olunacaqdı. Az sonra neft şirkətini itirəcək və 10 il həbsdə yatacaq Mikhail Khodorkovsky isə iclasdaydı. Bankir Sergei Pugachev də ordaydı. Amma indi Fransadadır, Rusiyadakı holdinqləri əlindən çıxıbВ», - müəllif yazır.
SADİQLİK
В«Vekselberg də iclasdaydı, bir sıra varlı rusiyalı ilə birlikdə o, Putin-in zamanında pis yaşamayıb, başını aşağı salıb, ödənişlərini edib. В«BloombergВ»in milyarderlər siyahısında 14.2 milyard dollar sərvətinin olduğu göstərilən Vekselberg özünün bir patriot imicini yaradıb, Rusiyanın itirdiyi xəzinənin bir hissəsini ölkəyə qaytarıb. Məsələn, dünyada ən böyük В«Fabergé» pasxa yumurtaları kolleksiyası, filosof Ivan Ilyin-in arxivi bu siyahıdadır. Putin də çıxışlarında Ilyin-dən tez-tez sitatlar gətirir. Dmitry Medvedev-in prezidentliyi dövründə isə onun sevimli layihəsi olan Skolkovo İnnovasiya Mərkəzini könüllü idarə edib. Qısası, hakimiyyətə sadiqliyini, bir an da olsun, əldən verməyibВ», - məqalədə vurğulanır.
Amma bazar ertəsi hökumətin istintaq komitəsi milyarderin iki yaxın həmkarını, Boris Vainzikher və Yevgeny Olkhovik-i saxlayıb, üçüncü, Mikhail Slobodin isə axtarılır. Slobodin Rusiyanın 3 böyük mobil operatorundan biri – В«VimpelComВ»un direktoru, Vekselberg şirkətinin idarə heyətinin üzvüdür. O, xaricdə olduğundan saxlanmayıb. İndi Rusiyaya qayıdacağı bəlli deyil, amma həbslər barədə xəbər yayılan kimi В«VimpelComВ»dan istefa verib.
KORRUPSİYA MEXANİZMİ
Olkhovik Vekselberg-in В«RenovaВ» holdinqinin direktoru idi. Vainzikher isə В«T PlusВ» şirkətini idarə edirdi, bu şirkət Rusiya enerji istehsalının 7 faizinə nəzarət edir.
Müəllif bu ittihamların Putin-in birbaşa qəzəbindən doğduğunu vurğulayır. Avqustun 8-də şimaldakı Komi regionunun qubernatoru Sergei Gaplikov Putin-ə məktub yazıb, şikayətlənib ki, Vorkuta şəhərindəki istilik zavodu sərmayəsizlik üzündən sıradan çıxmaqdadır. 80 min nəfəri istiliklə təmin edən bu şirkətin sahibi В«T PlusВ» onu satmağı planlaşdırır, çünki şəhərin istilikpaylayıcı şəbəkəsi bir neçə aydır ödənişləri etmir. Məktubda bu şəbəkənin bir ofşor-şirkətlə bağlı olduğu vurğulanırdı.
Putin buna dərhal reaksiya verib. Elə Kominin keçmiş qubernatoru Vyacheslav Gaizer bir il öncə saxlanmışdı. O, regionda korrupsioner təşkilat qurmaqda ittiham olunur. Dərhal araşdırma aparılıb və şirkətin 3 meneceri Gaizer administrasiyasına rüşvət verməklə yüksək istilik tarifləri qoymaqda ittiham olunub.
KREMLİN GİROVU
Müəllif yazır ki, buaykı parlament seçkiləri öncəsi Komi korrupsiya qalmaqalı hakim Vahid Rusiya Partiyasının dəyirmanına su tökəcək. Axı sıravi rusiyalılardan çox az adam böyük biznesin ölkədə müsbət dəyişiklik yaratmasına inanır.
В«Vekselberg-in də narahat olunası çox şey var. Yaxın dostlarının həbsi, baş ofisində araşdırmalar Kremlin ondan dəyərli nəsə istədiyinin göstəricisidir. Tezliklə üzə çıxa bilər ki, В«T PlusВ» aktivləri hansısa dövlət şirkətinə, yaxud Putin-in milyarder dostlarından birinə faydalı ola bilər. Ondan nə istənildiyini tez anlayan milyarder sərvətini qoruya bilir. Məsələn, В«Brooklyn NetsВ»in sahibi Mikhail Prokhorov-un ofisində bir neçə dəfə axtarış aparıldı. Sonucda anladı ki, RBC media şirkəti Putin-in ailə biznesini araşdırıb. İşə yeni redaktorlar götürdü və təqiblər də dayandı. Həmkarları kimi Vekselberg də Kremlin girovudur, onun sərvəti istənilən formada yenidən bölüşdürülə bilər. O səbəbdən də Putin-in korrupsiyaya baxışı ikiüzlüdürВ», - müəllif yazır.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Binəqədi sakinləri Elxan Allahverdiyevdən narazıdır - Həbs olunacağı deyilirdi...
Bu gün, 15:45 |
|
|
|
| • “David Seliverstov”un “Xüsusi Xidmət İdarəsi” şousunun İTTİHAM AKTI DA ÜZƏ ÇIXDI – RESİDİVİSTİN SONU?
Bu gün, 15:37 |
|
|
|
| • "Nar" inklüziv məşğulluğun təşviqinə töhfə verir - VİDEO
Bu gün, 15:33 |
|
|
|
| • Kolleclərə qeydiyyat başlayıb -DİQQƏT
Bu gün, 15:26 |
|
|
|
| • Rusiyanın Hindistan planları... - Kreml istəyir ki...
Bu gün, 15:24 |
|
|
|
| • "FHN-dən gələn cavab məktubları “yola verdim” məsəlinə dönüb…” - Jurnalist Kəmaləddin Heydərova müraciət etdi
Bu gün, 13:30 |
|
|
|
| • Məhkəmə piyadanın ölümünə səbəb olan sürücü ilə bağlı qərar çıxardı
Bu gün, 13:28 |
|
|
|
| • Rusiya və Ukrayna arasında “103-ün 103-ə” prinsipi üzrə əsir mübadiləsi olub
Bu gün, 13:26 |
|
|
|
| • Azərbaycandan xaricə milyonlar çıxaran dəstə: Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri... - TƏFƏRRÜAT
Bu gün, 13:14 |
|
|
|
| • Qaş düzəldən yerdə göz çıxarmaq... - Kartlara qoyulan limit hansı problemləri yaradıb?
Bu gün, 13:12 |
|
|
|
| • Trampın yeni planı İranı qəzəbləndirdi - Tehranın son rıçağı əlindən alınır
Bu gün, 13:05 |
|
|
|
| • Etibar Əliyev Əlisa Nicatı sərt tənqid etdi: - “Xalqı qoyun adlandıran ikinci nadan”
Bu gün, 13:04 |
|
|
|
| • "Sevmək sevilməkdən daha gözəldir" - Vüsalə
Bu gün, 13:01 |
|
|
|
| • Azərbaycan və Türkiyənin birgə müəssisəsinin rəhbərliyində iki mühüm təyinat baş tutub - BUNDAN SONRA...
Bu gün, 13:00 |
|
|
|
| • Gürcüstan və Azərbaycan arasında pul “axını” istiqamətini dəyişib - TƏFƏRRÜAT
Bu gün, 12:57 |
|
|
|
| • Rəqibinin üzünü bıçaqlayan Rustəm 10 min dollara barışıb: - “Kriminal avtoritet” cəzadan belə yayındı
Bu gün, 12:56 |
|
|
|
| • AAYDA sədri Cavid Kərimova yüksək vəzifə verdi - ƏMR
Bu gün, 12:54 |
|
|
|
| • Vüsal Nəsirli Rafael Məmmədova yüksək vəzifə verdi - FOTO
Bu gün, 12:50 |
|
|
|
| • "Mərkəzi Azəri" platformasında planlaşdırılmış profilaktik işlər aparılacaq - Bu gündən
Bu gün, 12:48 |
|
|
|
| • MTK-larda yeni özbaşınalıq: beş min gətir... - NƏ ETMƏLİ?
Bu gün, 12:18 |
|
|
|
| • Bakının axtardığı o 3 TƏXRİBATÇI... – Rusiya özü cəzalandıracaq?
Bu gün, 12:16 |
|
|
|
| • Sevgilisinin qızıllarını oğurladı, borclarını ödədi - TƏFƏRRÜAT
Bu gün, 12:11 |
|
|
|
| • Bərdə xəstəxanasında DƏHŞƏT: Bir ayın xəstəsi necə öldü? - İTTİHAM VAR
Bu gün, 11:59 |
|
|
|
| • “Ayıbdır vallah, xəcalət çəkirəm, kişi səhnədə kişi kimi geyinməlidir...” - Xalq artistindən ETİRAZ
Bu gün, 11:47 |
|
|
|
| • Bu dəfə İsraili Türkiyənin əlindən BAKI DA ALA BİLMƏYƏCƏK... - FAKT BUDUR!
Bu gün, 11:40 |
|
|
|
| • Sabir Adnayevin sığorta şirkətinin mənfəəti 3 dəfə azalıb, zərərlilik 100%-ə yaxınlaşıb - DETALLAR
Bu gün, 11:34 |
|
|
|
| • Moskvadan Bakıya SENSASİON hücum: - Həmin şəxslərə əmri kim verib?
Bu gün, 11:29 |
|
|
|
| • Mağazanın 90 min manatını mənimsəyən satış məsləhətçisinə şərti cəza verildi
Bu gün, 11:21 |
|
|
|
| • Zaxarova və “Pandora qutusu” - İkili standartların bumeranq effekti
Bu gün, 11:12 |
|
|
|
| • Milli Park , yoxsa gəlir mənbəyi? - VİDEO
Bu gün, 11:07 |
|
|
|
| • Hasar mübahisəsinə görə əmisi oğlunu daşla vuran şəxsə 4 il HƏBS CƏZASI
Bu gün, 10:56 |
|
|
|
| • "QHT işi" üzrə təqsirləndirilən Qalib Bayramova cəza istənilib - TƏFƏRRÜAT
Bu gün, 10:55 |
|
|
|
| • Nə Zəfər Qurbanov, nə də Əhməd Məlikov ixtisasca aqrar mütəxəssis deyillər... - ONA GÖRƏ DƏ...
Bu gün, 10:53 |
|
|
|
| • Psixiatriya xəstəxanasına yerləşdirilən Elşad Xosedən YENİ XƏBƏR
Bu gün, 10:46 |
|
|
|
| • Ərdoğandan müharibə ANONSU: Bakı üçün KRİTİK seçim - NƏ ETMƏLİ?
Bu gün, 10:42 |
|
|
|
| • Lombard sahibinin 140 min manatını mənimsəməyən mütəxəssisi ilə bağlı QƏRAR
Bu gün, 10:41 |
|
|
|
| • Şərur təhsilində AĞLASIĞMAZ İŞLƏR... - BU NƏDİ BELƏ?
Bu gün, 10:39 |
|
|
|
| • Bu xəstəxananın baş həkimi işdən çıxarıldı - ƏMR
Bu gün, 10:34 |
|
|
|
| • Keçmiş icra nümayəndəsi ilə bağlı qərar ləğv edildi – MƏHKƏMƏ
Bu gün, 10:02 |
|
|
|
| • "By Ella" ləqəbli bloger həbs edildi - FOTO
Bu gün, 10:01 |
|
|
|
| • Qasparyandan rusiyalı blogerlərə XƏBƏRDARLIQ: Bakı hər şeyi eşidir… - AKTUAL
Bu gün, 10:00 |
|
|
|
| • Məhkəmə “Bolluq LTD” şirkətinin pulunu mənimsəyən ekspeditorla bağlı qərar verdi - TƏFƏRRÜAT
Bu gün, 09:59 |
|
|
|
| • İrəvan “Tramp marşrutu” ilə bağlı son durumu açıqladı - "...hesablamalar və tədqiqat işləri aparılır"
Bu gün, 09:58 |
|
|
|
| • Rusiyadan Azərbaycana viza rejimi tətbiqi çağırışı - NƏ ETMƏLİ?
Bu gün, 09:57 |
|
|
|
| • SEPAH-dan İrəvanla gizli sövdələşmə - Görünəni odur ki...
Bu gün, 09:56 |
|
|
|
| • Rusiya Ermənistandan araşdırmanın nəticələrini gözləyir - “İzvestiya”
Bu gün, 09:53 |
|
|
|
| • Azərbaycan neftinin qiymətinin qiyməti 94 dolları ötüb
Bu gün, 09:51 |
|
|
|
| • Azərbaycan və Pakistan iki xalq, tək ürəkdir - İmran xan...
Bu gün, 09:44 |
|
|
|
| • “Putin NATO-su”, yoxsa Avropa ordusu dilemması - GƏLİŞMƏ
Bu gün, 08:34 |
|
|
|
| • Niyə ermənilərdən geri qalırıq... - MALƏSƏF...
Bu gün, 08:26 |
|
|
|
|