Bin Ladenin oğlu ABŞ-ı hədələyir
Tarix: 11-07-2016, 09:11 |
Çap et
AL-Qaeda qruplaşmanının yaradıcısı Osama bin Laden-in oğlu Birləşmiş Ştatları atasının qətlinə görə hədələyib. İyulun 10-da Al-Qaedanın media qanadı olan As-Sahab video yayıb.
Həmin videoda Hamza bin Laden deyir ki, amerikalılar liderlərinin qərarlarının hesabını verəcəklər.
O, silahlı qruplaşmanın müsəlmanların məruz qaldığı “zülm”ə görə ABŞ-a qarşı cihad, yaxud müqəddəs müharibə aparacağını söyləyib.
“Abbottabadda törətdiyini günahın cəzasız qalacağını düşünürsünüzsə, yanılırsız”, o bildirib.
Bin Laden 2011-ci ilin mayında Pakistannın Abbottabad bölgəsində gizləndiyi yerdə öldürülüb.
Oğlunun harda olması isə bəlli deyil.
Təhlilçilərin fikrincə, o, Al-Qaeda rəhbərliyinə keçməyə hazırlaşır.