Əsas Səhifə > Dünya > Bin Ladenin oğlu ABŞ-ı hədələyir
Bin Ladenin oğlu ABŞ-ı hədələyir11-07-2016, 09:11 |
AL-Qaeda qruplaşmanının yaradıcısı Osama bin Laden-in oğlu Birləşmiş Ştatları atasının qətlinə görə hədələyib. İyulun 10-da Al-Qaedanın media qanadı olan As-Sahab video yayıb. Həmin videoda Hamza bin Laden deyir ki, amerikalılar liderlərinin qərarlarının hesabını verəcəklər. O, silahlı qruplaşmanın müsəlmanların məruz qaldığı “zülm”ə görə ABŞ-a qarşı cihad, yaxud müqəddəs müharibə aparacağını söyləyib. “Abbottabadda törətdiyini günahın cəzasız qalacağını düşünürsünüzsə, yanılırsız”, o bildirib. Bin Laden 2011-ci ilin mayında Pakistannın Abbottabad bölgəsində gizləndiyi yerdə öldürülüb. Oğlunun harda olması isə bəlli deyil. Təhlilçilərin fikrincə, o, Al-Qaeda rəhbərliyinə keçməyə hazırlaşır. Geri qayıt |