“Rusiya sanksiya ağrısını hiss edir”
Tarix: 8-06-2016, 08:47 |
Çap et
İqtisadi sanksiyalar Vaşinqtonun Rusiya üzərində ən güclü təzyiq vasitəsidir və bu tədbirlər Rusiyanın Ukraynada daha çox ərazi ələ keçirməsini əngəlləyib. Bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Victoria Nuland iyunun 7-də deyib. O, Moskvanın silahlara nəzarət üzrə bir sıra sazişləri pozduğunu, yaxud yerinə yetirmədiyini sözlərinə əlavə edib..
Nuland Senat komitəsində çıxış edib. Bir neçə həftəyə isə Varşavada NATO sammiti başlanır. Samitdən öncə Avropa Birliyi liderləri Brüsseldə görüşəcək, Rusiyaya sanksiyaların yenilənməsi məsələsinə baxacaqlar.
Moskvaya sanksiyalar Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra qoyulub. ABŞ və Avropa rəsmiləri bildirir ki, Rusiya Ukraynanın şərqində münaqişənin həllini nəzərdə tutan Minsk razılaşmasını yerinə yetirməyincə, sanksiyalar qaldırılmayacaq.