NATO Şərqi Avropada qüvvələr yerləşdirir
Tarix: 21-05-2016, 09:10 |
Çap et
NATO Şərqi Avropada 3500-dək hərbçi yerləşdirə bilər.
Bu barədə Böyük Britaniyanın müdafiə naziri Phlip Hammond məlumat verib.
O bunun Rusiyaya qarşı yönəlmədiyini qeyd edib.
Nazir NATO ölkələrinin Brüssel görüşündə bildirib ki, bura 4 və ya 5 batalyon daxil edilə bilər.
Hammond qeyd edib ki, Britaniya və Almaniya hərbçiləri də daxil olmaqla bu qüvvələr ABŞ komandanlığı altında NATO-Rusiya sərhədi boyunca yerləşdiriləcək.
Diplomatların sözlərinə görə ABŞ 2, Britaniya ilə Almaniya isə hərəyə 1 batalyon verəcək.
5-ci batalyon isə çox güman ki, Danimarka, İspaniya, İtaliya və Niderland hərbçilərindən təşkil ediləcək.