Əsas Səhifə > Dünya > NATO Şərqi Avropada qüvvələr yerləşdirir
NATO Şərqi Avropada qüvvələr yerləşdirir21-05-2016, 09:10 |
NATO Şərqi Avropada 3500-dək hərbçi yerləşdirə bilər. Bu barədə Böyük Britaniyanın müdafiə naziri Phlip Hammond məlumat verib. O bunun Rusiyaya qarşı yönəlmədiyini qeyd edib. Nazir NATO ölkələrinin Brüssel görüşündə bildirib ki, bura 4 və ya 5 batalyon daxil edilə bilər. Hammond qeyd edib ki, Britaniya və Almaniya hərbçiləri də daxil olmaqla bu qüvvələr ABŞ komandanlığı altında NATO-Rusiya sərhədi boyunca yerləşdiriləcək. Diplomatların sözlərinə görə ABŞ 2, Britaniya ilə Almaniya isə hərəyə 1 batalyon verəcək. 5-ci batalyon isə çox güman ki, Danimarka, İspaniya, İtaliya və Niderland hərbçilərindən təşkil ediləcək. Geri qayıt |