Rusiyanın təklifi rədd olunur
Tarix: 11-05-2016, 08:22 |
Çap et
Suriyanın iki üsyançı qrupunun BMT-nin qara siyahısına salınmasına dair Rusiyanın xahişi rədd olunub. Diplomatların mayın 10-da dediyinə görə, Britaniya, Fransa, Birləşmiş Ştatlar və Ukrayna təklifi qəbul etməyib.
Rusiya xahiş etmişdi ki, Jaish Al- Islam (İslam Ordusu) və Ahrar Al-Sham sanksiya siyahısına salınsın. Səbəb də onların Al-Qaeda və İslam Dövləti silahlı qruplaşmaları ilə əlaqələri göstərilirdi.
Ancaq BMT-nin sanksiya siyahısına salınmaqdan ötrü BMT Təhlükəsizlik Şurasının 15 üzvünün konsensusu gərəkir. ABŞ və Şuranın daha 3 üzvü etirazını bildirib.
ABŞ-ın BMT-dəki missiyasının sözçüsü “Frans Pres” agentliyinə deyib ki, bu addım Suriyada döyüşlərin dayandırılması səylərinə mənfi təsir göstərər.