Hitler-in heykəli 17 milyona satıldı
Tarix: 9-05-2016, 08:44 |
Çap et
Nasist diktatoru Adolf Hitler-i dizüstə dua edən yerdə göstərən müasir heykəl Nyu-Yorkda hərracda 17.2 milyon ABŞ dollarına satılıb.
Hərrac mayın 8-də keçirilib. Bu, heykəlin müəllifi olan italyan Maurizio Cattelan-ın əsərləri üçün rekord məbləğ sayılır.
«O» adlı, 2001-ci ildə yaradılmış əsər arxadan baxanda dua edən uşağa bənzəyir, qabaqdan isə Hitler-in özüdür ki, var.
Daha öncə 55 yaşlı Cattelan-ın başqa bir əsəri 7.9 milyon dollara satılmışdı.