ƏRDOĞAN QƏZZAYA GEDƏ BİLMƏYƏCƏK
Tarix: 1-08-2013, 10:11 |
Çap et
BAŞ NAZİRİN BAŞI MİSİRDƏKİ BÖHRANA QARIŞIBTürkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Qəzzaya səfəri təxirə salınıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Hürriyet Daily News" qəzeti xəbər yayıb.
Qəzetin yazdığına görə, səfərin təxirə salınmasına səbəb Misirdə siyasi vəziyyətin gərginləşməsi olub.
Bundan əvvəl Ərdoğan Qəzza sektoruna iyunda səfər edəcəyini bəyan etmişdi. Lakin sonradan səfər başqa vaxta keçirildi. Bununla yanaşı Türkiyə ilə münasibətləri normallaşmağa başlayan İsrail Türkiyə hökumətinin başçısının Qəzzaya səfər etməsinə mane olmayacağını vəd etmişdi.