
ONUN QƏZAYA UĞRADIĞI GÜMAN EDİLİR
Filippin Hərbi komandanlığı Palavan yarımadasındakı aviabazaya qayıtmayan OV-10 Bronco təyyarəsinin iki pilotunun itkin düşdüyü ilə bağlı məlumat yayıb.
SalamNews-un “İnterfaks”a istinadla verdiyi xəbərə görə, hərbçilər təyyarənin qəzaya uğradığını güman edirlər.
“Biz pilotların eniş edə bildiklərinə ümid edərək onların axtarışını davam etdiririk.” – Filippin Hərbi Hava Qüvvələri (HHQ) komandanlığının bəyanatında belə deyilir.