"Hamı Şah İsmayıldan danışır…" .....                     Cənubi Qafqazdakı otuz illik dramın sonu .....                     Büdcə pulları ilə ŞÜBHƏLİ RƏFTAR .....                     Aktrisadan kədərli paylaşım .....                     AYNA şefi bax beləcə milyonçu olur... .....                     Cənubi Qafqazda böyük dəyişiklik başlayır .....                     Azərbaycan ilə Ermənistan arasında "sular durulur"? .....                     NVIDIA-dan Ermənistana nəhəng süni intellekt yatırımı .....                     Türkiyənin Ukrayna daxil olmaqla bir neçə ölkədə yeni səfirləri təyin olunub .....                     “İranı Qəzzanın gününə salmaq istəyirlər” .....                     Azərbaycanın ən çətin günlərində yanımızda idi... .....                     Bakı-Vaşinqton xəttində yeni mərhələ: .....                     Qazaxda taxıl biçini başa çatıb .....                     Azərbaycandan sonra Türkiyə də Ermənistan üçün məhdudiyyətləri qaldırdı .....                     "O, Rasim Balayevi tapıb kinoya gətirdi, onun üzərində dayandı, təkid etdi..." .....                     İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: .....                     Abxaziya və Cənubi Osetiyanın Rusiyada qalmasına imkan verməyəcəyik .....                     Vardanyan “yatır”, Taleb hürür: bir-birini tapan iki maliyyə spekulyantı .....                     ABŞ Ermənistandan Konstitusiyaya düzəlişlər üzrə öhdəliyinin icrasını tələb etməlidir .....                     Paşinyan İlham Əliyevə zəng edib .....                     Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir? .....                     Maliyyə Nazirliyi bu il dövlət qurumlarında .....                     "Qərbi Azərbaycanda 6000 illik yaşa malik nəsil var" .....                     Bunlara görə də Şah İsmayıl bizimdir, biz Səfəvilər dövlətinin varisiyik! .....                     Ermənistanda qalmaqallı həbs .....                     Hacıqabulda qayınata qızını döyən kürəkənini belə CƏZALANDIRDI .....                     Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: .....                     4 azərbaycanlı cinayət başında yaxalandı: .....                     “Fazil Mustafa saytların dost siyahısındadır” .....                     Blogerin əri xanımının ad günündə vəfat edibmiş .....                     DOST Agentliyinin TENDERYEYƏN "dostu"... .....                     Səfərbərliyə cavabdeh generalın qızı pul müqabilində səfərbərlikdən yayınmağa kömək edir... .....                     “Bakı Metropoliteni” əlilliyi olan əməkdaşını vəzifəsindən əsas gətirmədən azad etdi .....                     Həbs edilən vəkil məhkəmə sədrinin qayınıdır .....                     Xocavənddə traktor minaya düşdü .....                     8 avqustun əsl nəticəsi imzalanan sənədlər deyil, daha böyükdür .....                     Azərbaycan - Gürcüstan sərhədində nə baş verir? .....                     “Qala Sığorta”da 19 milyon manatlıq azalma .....                     Nikol Paşinyan Ermənistan tarixini ikiyə böldü: .....                     ABŞ Baş Qərargah rəisi İranla müharibədən çıxış yolu axtarır .....                 

Fazil Məmmədovun ölənlərinə rəhmət oxuyan sahibkarların sayı xeyli artacaq… - GƏLİŞMƏ
Tarix: 26-07-2019, 11:08 | Çap et
Fazil Məmmədovun ölənlərinə rəhmət oxuyan sahibkarların sayı xeyli artacaq…
Son zamanlar xüsusilə kiçik və mikro sahibkarlıq subyektlərinin Vergilər Nazirliyinin çoxalan xəbərdarlıqları ilə bağlı narahatlıqları artıb. Xatırladaq ki, bir müddət əvvəl vergilər nazirinin özü artıq ilin sonlarından başlayaraq, vergi nəzarətinin gücləndiriləcəyi və sərt tədbirlər görüləcəyilə bağlı xəbərdarlıq etmişdi.

Sonradan minimum əmək haqqının 250 manata qaldırılması ilə bağlı qərarın verilməsi və bunun sahibkarlara əlavə xərclərə başa gələcəyini nəzərə alsaq, nazirliklə sahibkarlar arasında yeni gərginlik ocağının yaranacağını ehtimal etmək çətin deyil.

Ötən gün isə Vergilər Nazirliyinin əmək münasibətlərinin şəffaflaşdırılması sahəsində vergi nəzarətinin gücləndirilməsi barədə konsepsiyanı təsdiq etdiyinə dair məlumat yayılıb. Həmin konsepsiyadan belə nəticə çıxarmaq olar ki, nazirlik sahibkarların vergi bəyannamələrində muzdlu işçilərin əmək haqlarının hətta artırılmış minimum üzrə, yəni 250 manat göstərilməsilə razılaşmaq fikrində deyil.

Sənəddə deyilir ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, qeyri-neft sektorunda və qeyri-dövlət sektorunda çalışan şəxslərin muzdlu işlə əlaqədar olaraq 8000 manatadək əldə etdikləri gəlirlərin 7 il müddətində vergidən azad edilməsi və minimum əməkhaqqının ölkə üzrə 250 manata qaldırılması əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində aparılan siyasətin bir hissəsidir. Lakin iqtisadiyyatın ayrı-ayrı sektorlarında çalışan bir sıra vergi ödəyicilərinin təqdim etdikləri vergi bəyannamələrində, sosial sığorta və işsizlikdən sığorta hesabatlarında əks etdirdikləri əməkhaqqı məbləğləri təsərrüfat subyektinin real potensialı, eləcədə həmin sektor üzrə fəaliyyət göstərən və əməkhaqqının düzgün müəyyən edilməsinə üstünlük verən vergi ödəyicilərinin əməkhaqqı məbləği göstəriciləri ilə uzlaşmır və hətta onlardan bəzən bir neçə dəfə aşağı olur. Hətta işçilərinin sayı, əmlakı və dövriyyəsinin həcmi daha çox olan müəssisələrdə də bir sıra hallarda direktor, baş mühasib, menecer kimi vəzifələr üçün müəyyənləşdirilən əməkhaqqı sıravi işçilər üçün müəyyən olunan məbləğlərlə eynilik təşkil edir. Bundan başqa, bəzi sahibkarlar işin mahiyyətinin muzdlu iş hesab edilməsi üçün əhəmiyyətli əsaslar olduğu halda, işə cəlb etdikləri şəxslərlə xidmət müqavilələri bağlayırlar. Eyni zamanda, əksər vergi ödəyiciləri işçilərlə bağlanan müqavilələrə əsasən ödənilən əməkhaqqı məbləğləri ölkə üzrə müəyyən edilən minimum əməkhaqqı məbləği səviyyəsində göstərilir ki, bu da vətəndaşların sosial və əmək hüquqlarının pozulması ilə nəticələnir.

Qeyd olunur ki, təsdiq edilmiş yeni konsepsiyanın əsas məqsədi belə riskli vergi ödəyicilərini müəyyən edərək onlarla bağlı tədbirlər görülməsidir: В«Konsepsiyaya əsasən, yerli vergi orqanları həmin risk meyarları üzrə vergi ödəyicilərinin siyahısını tərtib edəcək. Bu zaman vergi ödəyicisinə ilkin olaraq “Əmək münasibətləri üzrə yayınma riskləri barədə” bildiriş göndəriləcək. Real işçi sayının və əməkhaqqı məbləğinin dürüstləşdirilməsi məqsədilə vergi ödəyicisi vergi orqanına dəvət ediləcək və görüş zamanı vergilərin, o cümlədən işçi sayının və onlara ödənilən əməkhaqqı məbləğlərinin real potensiala uyğun əks etdirilməsi təklif olunacaq. Zəruri hallarda isə vergi ödəyicisinin razılığı ilə “Əməkhaqqı ilə bağlı könüllü öhdəlik” qəbul ediləcək. Vergi ödəyicisi ona təqdim olunan dəlil və sübutlarla razılaşdıqda müvafiq dövr üzrə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi təmin olunacaq. Əks halda, əlavə vergi nəzarəti tədbirlərinin görülməsi üçün aidiyyəti struktura təkliflər veriləcək”.

Bu, o deməkdir ki, nazirliyin müvafiq strukturları sahibkarları fərdi qaydada dəvət edərək, vergi bəyannamələrində əmək haqlarını yüksək göstərmələrini təklif edəcək. Bunun təklif, yoxsa reallıqda tələb olacağını indidən söyləmək çətindir. Ancaq bir şey dəqiqdir ki, xüsusilə də kiçik sahibkarlıq subyektlərinin narahatçılığı üçün ciddi əsaslar yaranır. Çünki göründüyü kimi, sahibkar vergi orqanı ilə razılaşmayacağı təqdirdə “əks halda, əlavə vergi nəzarəti tədbirlərinin görülməsi üçün aidiyyəti struktura təkliflər veriləcək” deyilir.

Məlum olduğu kimi, minimum əməkhaqqının qısa müddətdə kəskin artırılması sahibkarların sosial sığorta ödənişlərini də eyni dərəcədə artırır. Məsələn, 3 işçisi olan hansısa mağaza sahibi əgər minimum əmək haqqı 130 manat olanda təqribən 165 manat sosial sığorta haqqı ödəyirdisə, indi bu məbləğ 320 manatı keçəcək. Ölkədə alıcılıq qabiliyyətinin heç də yaxşılaşmadığı, iqtisadiyyatda və istehlak bazarında hər hansı ciddi müsbət tendensiya müşahidə olunmadığı bir vaxtda, yəni sahibkarın gəlirlərinin artmadığı, hətta azaldığı bir durumda sosial sığorta ödənişlərinin 2 dəfə artması, əlbəttə ki, onun üçün arzuolunan hal deyil. Bu xərclər satışın və xidmətin maya dəyərini çoxaldır, deməli həm də qiymətləri artırmağa vadar edir. Qiymət artımı isə satış və xidmətin kəmiyyətini aşağı sala bilər. Bu da qətiyyən sahibkarın maraqlarına uyğun deyil.

Əlbəttə ki, məmur-oliqarxların iri müəssisə və şirkətlərində doğrudan da əmək haqları və sosial sığortalar üzrə vergidən yayınma hallarının qarşısının alınması doğru addım olardı. Əslində, ən böyük “qara mühasibatlıq” da elə bu cür müəssisələrdədir. Ancaq təəssüf ki, çox vaxt tətbiq edilən yeniliklərdən ən çox onlar yox, sahibi olmayan sahibkarlar əziyyət çəkirlər.

Müstəqil iqtisadçıların bir çoxu haqlı olaraq, sosial sığorta ödənişlərinin minimum əməkhaqqı, yaxud ümumilikdə əmək haqlarının məbləğinə bağlanmasının əleyhinədirlər. Hesab olunur ki, bunun üçün tez-tez dəyişən yox, konkret məbləğ müəyyən edilə bilər. Eyni zamanda, bundan daha artıq məbləğin ödənilməsi də sahibkarla işçinin qarşılıqlı razılaşması əsasında mümkün ola bilər.

Ancaq nazirliyin açıqladığı son konsepsiya göstərir ki, vergi orqanı sahibkarların hətta minimum üzrə, yəni 250 manat əsas götürülərək, sığorta haqqı ödəməsinin əleyhinədir. Baxmayaraq ki, kiçik və mikro sahibkarlıq subyektlərinin böyük əksəriyyəti üçün hətta bu məbləğlə də sığorta haqqı hesablayıb ödəmək böyük çətinlik yaradır. Nəzərə alaq ki, bundan öncə Vergi Məcəlləsinə sadələşmiş vergi ödəyicilərinin bank hesablarına köçürmələrə görə gəlir vergisi ödəyicilərinə çevrilməsinə dair yeni maddənin daxil edilməsi onsuz da bir çox vergi ödəyiciləri üçün əsl baş ağrısına və əlavə xərclərə başa gəlib. Bir tərəfdən də sosial sığorta ödənişlərinin artması heç də yaxşı günlərini yaşamayan kiçik və orta sahibkarlıq subyektlərinin vəziyyətini bir az da çətinləşdirir.

İndi qalır nazirliyin bəyan etdiyi konsepsiyanı reallıqda necə həyata keçirəcəyini gözləmək. Əgər nazirin də bəyan etdiyi kimi, sərt tədbirlərə üstünlük veriləcəksə, Fazil Məmmədovun ölənlərinə rəhmət oxuyan sahibkarların sayı xeyli artacaq…
\\azpolitika.info\\







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Hamı Şah İsmayıldan danışır…" - keçmiş deputat
Bu gün, 07:10
Cənubi Qafqazdakı otuz illik dramın sonu - Kremlin mifinin üzərindən xətt çəkildi
Bu gün, 06:56
Büdcə pulları ilə ŞÜBHƏLİ RƏFTAR - BU NƏDİ BELƏ?
Bu gün, 06:51
Aktrisadan kədərli paylaşım - FOTO
Bu gün, 06:46
AYNA şefi bax beləcə milyonçu olur... - QƏPİK-QƏPİK QARƏT...
Bu gün, 06:40
Cənubi Qafqazda böyük dəyişiklik başlayır - GƏLİŞMƏ
Bu gün, 06:30
Azərbaycan ilə Ermənistan arasında "sular durulur"? - İNCƏLƏMƏ
Bu gün, 06:27
NVIDIA-dan Ermənistana nəhəng süni intellekt yatırımı – 250 MVt-lıq layihə
Bu gün, 06:22
Türkiyənin Ukrayna daxil olmaqla bir neçə ölkədə yeni səfirləri təyin olunub - “Resmi Gazete”
Bu gün, 06:18
“İranı Qəzzanın gününə salmaq istəyirlər” – Pezeşkian
Dünən, 13:41
Azərbaycanın ən çətin günlərində yanımızda idi... - Azərbaycan xalqı İmran Xanı niyə unutmur?
Dünən, 13:38
Bakı-Vaşinqton xəttində yeni mərhələ: - 7,5 milyard dollarlıq müqavilələr nə vəd edir?
Dünən, 13:35
Qazaxda taxıl biçini başa çatıb
Dünən, 13:31
Azərbaycandan sonra Türkiyə də Ermənistan üçün məhdudiyyətləri qaldırdı - Rubinyan
Dünən, 13:29
"O, Rasim Balayevi tapıb kinoya gətirdi, onun üzərində dayandı, təkid etdi..." - Xalq artisti
Dünən, 12:55
İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: - Səbəb Rusiya ilə bağlıdır
Dünən, 12:53
Abxaziya və Cənubi Osetiyanın Rusiyada qalmasına imkan verməyəcəyik - Gürcüstan Prezidenti
Dünən, 12:47
Vardanyan “yatır”, Taleb hürür: bir-birini tapan iki maliyyə spekulyantı - ARAŞDIRMA
Dünən, 12:44
ABŞ Ermənistandan Konstitusiyaya düzəlişlər üzrə öhdəliyinin icrasını tələb etməlidir - Şaffer
Dünən, 12:40
Paşinyan İlham Əliyevə zəng edib
Dünən, 12:37
Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir? – Hüquqşünasdan AÇIQLAMA
Dünən, 12:35
Maliyyə Nazirliyi bu il dövlət qurumlarında - 91 milyon manat yeyinti tapıb
Dünən, 12:32
"Qərbi Azərbaycanda 6000 illik yaşa malik nəsil var" - Görün, kimin nəsli imiş...
Dünən, 12:31
Bunlara görə də Şah İsmayıl bizimdir, biz Səfəvilər dövlətinin varisiyik! - İqbal Ağazadə
Dünən, 12:29
Ermənistanda qalmaqallı həbs - Keçmiş baş nazirin oğlu saxlanıldı
Dünən, 12:26
Hacıqabulda qayınata qızını döyən kürəkənini belə CƏZALANDIRDI - TƏFƏRRÜAT
Dünən, 12:24
Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: - "Əgər..."
Dünən, 12:21
4 azərbaycanlı cinayət başında yaxalandı: - Məsciddən 150 minlik oğurluq (FOTO)
Dünən, 12:17
“Fazil Mustafa saytların dost siyahısındadır” - Ləman Ələşrəfqızı
Dünən, 12:15
Blogerin əri xanımının ad günündə vəfat edibmiş
Dünən, 12:14
DOST Agentliyinin TENDERYEYƏN "dostu"... - "İnnova İnşaat" 11 milyonluq tenderlərin qalibi olub
Dünən, 12:02
Səfərbərliyə cavabdeh generalın qızı pul müqabilində səfərbərlikdən yayınmağa kömək edir... —"MEDUZA"
Dünən, 11:49
“Bakı Metropoliteni” əlilliyi olan əməkdaşını vəzifəsindən əsas gətirmədən azad etdi - Vüsal Aslanov da kömək etmədi
Dünən, 11:43
Həbs edilən vəkil məhkəmə sədrinin qayınıdır - TƏFƏRRÜAT
Dünən, 11:25
Xocavənddə traktor minaya düşdü
Dünən, 11:06
8 avqustun əsl nəticəsi imzalanan sənədlər deyil, daha böyükdür - ŞƏRH
Dünən, 11:04
Azərbaycan - Gürcüstan sərhədində nə baş verir? - AKTUAL
Dünən, 11:01
“Qala Sığorta”da 19 milyon manatlıq azalma
Dünən, 10:56
Nikol Paşinyan Ermənistan tarixini ikiyə böldü: - "8 avqust 2025-ci ildən əvvəl dövlətimiz dalanda idi"
Dünən, 10:40
ABŞ Baş Qərargah rəisi İranla müharibədən çıxış yolu axtarır - CNN
Dünən, 10:34
Vaşinqton sammiti Ermənistanı dalandan çıxarıb - Paşinyan
Dünən, 10:32
Naxçıvanda ƏCAİB-QƏRAİB İŞLƏR... SİLSİLƏSİNDƏN...
Dünən, 10:30
"Alison Hotel" MMC BAĞLANDI: dövlətə vergi borcu qaldı - FOTO
Dünən, 09:24
ABŞ-dən Zəngəzurla bağlı QƏFİL hərəkətlənmə - GƏLİŞMƏ
Dünən, 09:22
Sülh prosesində hələ son mərhələyə çatmamışıq - Paşinyan belə deyir...
Dünən, 09:20
Dünya bazarlarında neft bahalaşıb
Dünən, 09:18
Bərdənin icra başçısı ilə bağlı ŞOK İDDİA - SƏN DEMƏ...
Dünən, 09:13
Bütün bunlar Azər Məmmədovun ayağındadır: 7 aylıq itki 600,0 milyon kubmetr... - SOCAR-dakılar İNDİ AYILIB?
Dünən, 08:42
Eyfel qülləsindən xaricdə təhsilə: - Dələduzluğun dəyişməyən fəlsəfəsi
Dünən, 08:28
"Bəli, ciddi sözümdür, yəni, bilərəkdən etmirlər-danışmırlar, anladıqları budur..." - REAKSİYA
Dünən, 08:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru