Bütün bunlar Azər Məmmədovun ayağındadır: 7 aylıq itki 600,0 milyon kubmetr... .....                     Eyfel qülləsindən xaricdə təhsilə: .....                     "Bəli, ciddi sözümdür, yəni, bilərəkdən etmirlər-danışmırlar, anladıqları budur..." .....                     NAXÇIVANDA İSLAHATLARDAN KƏNAR QALANLAR .....                     “Nüvə baharı” başlayır? .....                     Başçı Gəncənin BAŞINI BURAXIB... .....                     Bərdədə baş həkim QOÇULUQ EDİR .....                     Elnur Baimov mövqeyini dəyişir? .....                     AAYDA-nın tərəzi məntəqələrindən şikayət .....                     Azərbaycanda dəhşətli faktlar üzə çıxdı: Bu klinikalardan UZAQ DURUN .....                     ADY qatarlarında naməlum QİDALAR .....                     Tehran Azərbaycandan İsrailə neft tədarükünü “dayandırmaq” üzərində düşünür... .....                     Üfüqdə GÜC və SÜLH: İlham Əliyevin ABŞ siyasəti bəhrəsini verir .....                     Dollarımız aşıb-daşır .....                     "Bakı Süd Co" MMC-nin dövlətə 1.1 MİLYON MANATDAN ÇOX vergi borcu var .....                     Kolumbiya ABŞ-nin yaratdığı "Amerikaların Qalxanı" alyansına qoşulur .....                     Pensiya ilə bağlı gözlənilən qərar .....                     Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu .....                     Axmat Kadırova Çeçenistan Qəhrəmanı adı verildi .....                     Moskvadan İrəvana sərt xəbərdarlıq .....                     DOST Agentliyinin mənfəəti 40 % azalıb .....                     Azərbaycanın ən savadlı mollası .....                     “Azərlotereya” yalnız uduşu reklam edir: Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır? .....                     Rəşad Dağlının adı əfv siyahısına salınıb, ya yox? .....                     Sentyabrın 15-də müəllimlər məktəbə hansı geyimlə gedəcəklər? .....                     Arazı üzə-üzə Azərbaycana keçən əfqanlar TUTULDU: biri məmur qardaşıdır .....                     Vaşinqtonda UCALAN SƏS: .....                     Ülviyyə İlyasova fəhləyə borclu qalıb? .....                     II Qaregin və altı yepiskopa qarşı məhkəmə iclası qapalı rejimdə keçirilir .....                     Səfərbərlik Xidmətinin rüşvətlə bağlı həbs olunan .....                     Sentyabrda əti 20 manata ala bilərik .....                     "Gəlmirsə, heç gəlməsin!" .....                     Velosipedlər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib .....                     Tiktoker “Beniz”dən sonra müəmma yarandı .....                     Dövlət qurumu iki şirkətdən geyim alır .....                     Daha bir qadın estetik əməliyyatdan sonra öldü .....                     Bura səhiyyə ocağıdır, YOXSA?.. .....                     "Şah İsmayıl mövzusu İranın sifarişi ilə köpükləndirilir" .....                     "Dəfələrlə uzaq işıqla yol istədik..." .....                     Ceyhun Bayramovun o HƏRƏKƏTİ... .....                 

Elnur Baimov mövqeyini dəyişir? - ABŞ-dakı saytında Azərbaycan iqtisadiyyatı hədəflənib...
Tarix: Bu gün, 07:51 | Çap et

Son zamanlar ABŞ-də yaşayan Elnur Baimovun Azərbaycana qarşı qarışıq mövqe sərgiləməsi açıq hiss olunmaqdadır. Bu günlərdə Elnur Baimova aid olan Aze.us portalında yazılan bir məqalədə Azərbaycanın iqtisadi vəzziyyəti önə çəkilib.

Qeyd edək ki, Aze.us portalı ABŞ-də ingilis dilində fəaliyyət göstərir və Elnur Baimov tərəfindən yaradılıb. Bu sayt ABŞ-da Elnur Baimov tərəfindən Azərbaycanın təbliği və müsbət imicini formalaşdırmaq məqsədi ilə yaradılıb. Hazırda isə görünən budur ki, sayt ilkin hədəflərindən imtina edərək daha çox tənqidi, qarışıq mövqedən çıxış edir.

Belə ki, 31 iyul tarixində saytda dərc olunan “Azərbaycan Cənubi Qafqaz iqtisadi yarışında uduzmaq riski ilə üz-üzədir” adlı geniş analitik məqalədə Azərbaycanın iqtisadi sistemi və inkişaf perspektivləri Ermənistan və Gürcüstanla müqayisə edilir. Məqalədə qeyd edilir ki, 2020-ci ildə Azərbaycanın adambaşına düşən gəliri Ermənistan və Gürcüstanla demək olar ki, eyni idisə, hazırda bu balans kritik şəkildə dəyişib.

Qeyd edilir ki, Ermənistan və Gürcüstanda adambaşına düşən ÜDM göstəriciləri nəzərəçarpacaq dərəcədə yüksəkdir, iqtisadiyyatları isə Azərbaycandan daha sürətlə böyüməyə davam edir. Azərbaycan iqtisadiyyatında isə geriləmə və durğunluq hökm sürür.

Aze.us-un həmin yazısının girişində 2020-ci ildə Azərbaycan, Ermənistan və Gürcüstanın adambaşına düşən ÜDM göstəricilərinin bir-birinə yaxın olduğu, sonrakı illərdə isə Ermənistan və Gürcüstanın irəlilədiyi vurğulanır. Məqalədə problemin “təkcə neft hasilatının azalması” ilə bağlı olmadığı, Azərbaycanın iqtisadi modelinin strukturunda da problem olduğu göstərilir.

Bildirilir ki, hazırda Ermənistan və Gürcüstan ÜDM göstəriciləri ilə Azərbaycanı təqribən 25% üstələyir və bu fərq 2035-ci ilə qədər 50% və daha çox artacaq. Yəni təhlillərə görə, 2035-ci ilə qədər Azərbaycan əhalisi kasıblaşmaqda davam edəcək, Ermənistan və Gürcüstan əhalisi isə öz rifahını ikiqat artıracaq.

Məqalədə Azərbaycan iqtisadiyyatının geriləməsini neft hasilatının azalması, qeyri-neft sektorunun dövlətdən asılı olması, zəif rəqabət mühiti, maliyyə resurslarının texnologiyaya çevrilməməsi və insan kapitalına olan məhdudiyyətlərlə əlaqələndirilir.

Maraqlıdır ki, Aze.us-un sözügedən məqaləsində də Azərbaycanın iqtisadi problemləri faktiki olaraq eyni istiqamətlər üzrə izah edilir. Portal neft hasilatının azalmasını əsas səbəblərdən biri kimi göstərməklə yanaşı, qeyri-neft iqtisadiyyatının dövlət xərclərindən asılı qalmasını da xüsusi vurğulayır. Qeyd edilir ki, dövlət investisiyaları və dövlət şirkətləri iqtisadi fəallığı dəstəkləsə də, bu, avtomatik olaraq beynəlxalq bazarlarda rəqabət aparan özəl şirkətlər yaratmır.

Həmçinin məqalədə “məhdud rəqabət” ayrıca problem kimi təqdim olunur və bir çox sektorlarda az sayda iri şirkətin bazara hakim olduğu, yeni müəssisələrin isə maliyyələşdirmə və dövlət müqavilələrinə çıxışı daha yaxşı olan şirkətlərlə rəqabət aparmaqda çətinlik çəkdiyi bildirilir.

Maraqlıdır ki, Elnur Baimov özü də bu məqaləni sosial şəbəkə hesablarında paylaşıb. Əgər Elnur Baimov ABŞ-da öz informasiya resursunu müstəqil jurnalistika ilə məşğul olmaq üçün yaratmışdısa, onun bu mövqeyi də başa düşülən olardı. Amma yuxarıda da qeyd etdiyimiz kimi, Aze.us portalı Azərbaycanın təbliği və imicini formalaşdırmaq məqsədi ilə yaradılıb və bu zaman Elnur Baimovun bu gün sərgilədiyi mövqe suallar doğurur. Çünki Elnur Baimovun digər çoxsaylı media resursları kimi, Aze.us portalının da Azərbaycanın pulları ilə yaradıldığı bildirilir və bu gün sərgilənən mövqe heç də başa düşülən deyil.

Üstəlik, Aze.us-un həmin məqaləsində Azərbaycanın böyük maliyyə ehtiyatlarına malik olmasına baxmayaraq, bu resursların texnologiyaya və yüksək əlavə dəyər yaradan sahələrə çevrilməsi məsələsində problemlər olduğu vurğulanır. Portal yazır ki, infrastrukturun yaradılması özlüyündə inkişaf demək deyil və maliyyə resursları məhsuldar şirkətlər, texnologiya və yeni ixrac sahələri yaratmalıdır.

Xatırladaq ki, Elnur Baimov Azərbaycanda və Azərbaycan xaricində fəaliyyət göstərən bir sıra böyük media layihələrinin həm ideya müəllifi, həm də “xaç atası” sayılıb. O, day.az, news.az, gün.az, turbo.az, tap.az, bina.az, boss.az, oxu.az və sair kimi böyük auditoriyaya sahib olan saytların qurucusu və təşkilatçısı sayılır. Ən böyük layihəsini isə ABŞ-yə köçdükdən sonra həyata keçirib. Elnur Baimov yaxın dostu Elnur Abdullayevlə birlikdə “Global Media Group”u təsis edib.

Qeyd edək ki, hazırda “Global Media Group”a Azərbaycanın əsas aparıcı media quruluşları olan oxu.az, report.az, media.az, baku.ws portalları, “Kaspi” qəzeti, Baku TV, Haber Global (Türkiyə) telekanalı və Avto FM radiosunun daxil olduğu iddia olunur. Bundan əlavə ölkənin bir çox portallarının da “Global Media Group” tərəfindən maliyyələşdirildiyi deyilir.

Məlumata görə, “Global Media Group” əvvəllər hazırda həbsdə olan SOCAR-ın keçmiş ticarət rəhbəri Adnan Əhmədzadə tərəfindən maliyyələşdirilib. Ümumiyyətlə, 2009-cu ildən bəri Elnur Baimovun bütün layihələrinin Adnan Əhmədzadə tərəfindən maliyyələşdirildiyi və bu maliyyənin Azərbaycanın neft pulları hesabına həyata keçirildiyi barədə məlumatlar və iddialar mövcuddur. Bu layihələrə isə on milyonlarla vəsait sərf edildiyi dabılmazdır.

Elnur Baimov və Elnur Allahverdiyevin əsas xərc tələb edən layihələri isə “Haber Global” (Türkiyə) telekanalı olub. Cənubi Qafqazın və Türkiyənin təsir dairəsinə aid olan coğrafiyanın “Əl Cəzirə”si kimi nəzərdə tutulan “Haber Global” telekanalına milyonlarla vəsait sərf olunub. Hazırda Elnur Baimovun fikir atası olduğu bir çox media resursları, o cümlədən “Global Media Group” Azərbaycanda aparıcı mövqeyə sahibdir və Elnur Baimovun bu media resurslarına təsir gücünü hələ də qoruyub saxladığı bildirilir.

Elnur Baimovun bugünkü mövqeyi mövqeyi Adnan Əhmədzadənin həbsindən sonra ortaya çıxıb və görünür ki, mətbuatın “xaç atası” ilə Azərbaycan hakimiyyəti arasında uçurum daha da dərinləşəcək.

Burada bir başqa diqqətçəkən məqam isə Aze.us-un iqtisadi yazısında insan kapitalı ilə bağlı irəli sürülən fikirlərdir. Portal Azərbaycanın iqtisadi şaxələndirməsində əsas problemlərdən biri kimi ixtisaslı kadr çatışmazlığını, təhsil ilə əmək bazarı arasındakı əlaqənin zəifliyini və yüksək ixtisaslı insanların xaricdə işləməsini göstərir.

Beləliklə, Elnur Baimovun rəhbərlik etdiyi Aze.us portalında yayımlanan məlum material yalnız ayrı-ayrı iqtisadi göstəricilərin müqayisəsi ilə kifayətlənmir. Yazıda Azərbaycanın iqtisadi modelinin özünə, dövlətin iqtisadiyyatda roluna, rəqabət mühitinə, neftdən asılılığa, maliyyə resurslarının istifadəsinə və insan kapitalına dair ciddi fikirlər səsləndirilir.

Məhz bu məqam Elnur Baimovun son dövrlərdə dəyişən mövqeyini daha da diqqətçəkən edir. Çünki söhbət sadəcə bir iqtisadi göstəricidən deyil, Azərbaycanın inkişaf modelinə bütövlükdə verilən qiymətdən gedir.

Və bütün bunların fonunda əsas sual yenə də açıq qalır - Elnur Baimov mövqeyini dəyişibmi? Yoxsa Aze.us-da Azərbaycanın siyasi-iqtisadi kursuna qarşı getdikcə sərtləşən bu tənqid sadəcə yeni redaksiya siyasətidir?

Bizimesr.media









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bütün bunlar Azər Məmmədovun ayağındadır: 7 aylıq itki 600,0 milyon kubmetr... - SOCAR-dakılar İNDİ AYILIB?
Bu gün, 08:42
Eyfel qülləsindən xaricdə təhsilə: - Dələduzluğun dəyişməyən fəlsəfəsi
Bu gün, 08:28
"Bəli, ciddi sözümdür, yəni, bilərəkdən etmirlər-danışmırlar, anladıqları budur..." - REAKSİYA
Bu gün, 08:25
NAXÇIVANDA İSLAHATLARDAN KƏNAR QALANLAR - Baha mülklər, Avropa turları və qalmaqallı iddialar
Bu gün, 08:22
“Nüvə baharı” başlayır? – Politoloqdan ciddi xəbərdarlıq
Bu gün, 08:06
Başçı Gəncənin BAŞINI BURAXIB... - BU DA FAKT...
Bu gün, 07:59
Bərdədə baş həkim QOÇULUQ EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 07:55
Elnur Baimov mövqeyini dəyişir? - ABŞ-dakı saytında Azərbaycan iqtisadiyyatı hədəflənib...
Bu gün, 07:51
AAYDA-nın tərəzi məntəqələrindən şikayət -156 ya yaşıl, vətəndaşa qırmızı işıq?
Bu gün, 07:44
Azərbaycanda dəhşətli faktlar üzə çıxdı: Bu klinikalardan UZAQ DURUN - Nəticələr HƏRKƏSİ ŞOKA SALACAQ!
Bu gün, 07:09
ADY qatarlarında naməlum QİDALAR - AQTA məsələdən xəbərsizdir?
Bu gün, 07:06
Tehran Azərbaycandan İsrailə neft tədarükünü “dayandırmaq” üzərində düşünür... - İrandakı “başlar” bizi nə ilə qorxudur?
Bu gün, 07:03
Üfüqdə GÜC və SÜLH: İlham Əliyevin ABŞ siyasəti bəhrəsini verir - AKTUAL
Bu gün, 07:01
Dollarımız aşıb-daşır - Manat güclənir, yoxsa iqtisadiyyatda yeni risklər yaranır?
Bu gün, 06:58
"Bakı Süd Co" MMC-nin dövlətə 1.1 MİLYON MANATDAN ÇOX vergi borcu var - FOTO
Bu gün, 06:54
Kolumbiya ABŞ-nin yaratdığı "Amerikaların Qalxanı" alyansına qoşulur - KİV
Bu gün, 06:51
Pensiya ilə bağlı gözlənilən qərar – Yığılan yüz minlərlə manat…
Bu gün, 06:49
Süleyman Mikayılovun 10 illik müavininə hökm oxundu
Dünən, 18:51
Axmat Kadırova Çeçenistan Qəhrəmanı adı verildi
Dünən, 18:50
Moskvadan İrəvana sərt xəbərdarlıq – Kreml növbəti addımını atacaq?
Dünən, 17:38
DOST Agentliyinin mənfəəti 40 % azalıb
Dünən, 17:36
Azərbaycanın ən savadlı mollası - Saffari yazır…
Dünən, 17:33
“Azərlotereya” yalnız uduşu reklam edir: Bəs uduşsuz biletlərin sayı niyə açıqlanmır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:28
Rəşad Dağlının adı əfv siyahısına salınıb, ya yox? - VİDEO
Dünən, 17:14
Sentyabrın 15-də müəllimlər məktəbə hansı geyimlə gedəcəklər? - AKTUAL
Dünən, 17:06
Arazı üzə-üzə Azərbaycana keçən əfqanlar TUTULDU: biri məmur qardaşıdır - TƏFƏRRÜAT
Dünən, 17:04
Vaşinqtonda UCALAN SƏS: - Azərbaycan tarixinin ən güclü dövrünü yaşayır
Dünən, 16:58
Ülviyyə İlyasova fəhləyə borclu qalıb? - TƏFƏRRÜAT
Dünən, 16:53
II Qaregin və altı yepiskopa qarşı məhkəmə iclası qapalı rejimdə keçirilir - KİV
Dünən, 16:49
Səfərbərlik Xidmətinin rüşvətlə bağlı həbs olunan 3 əməkdaşının məhkəməsi başlayır
Dünən, 16:46
Sentyabrda əti 20 manata ala bilərik - BELƏ HARA GEDİRİK?
Dünən, 15:46
"Gəlmirsə, heç gəlməsin!" - Çingiz Qənizadə Nassim Talebin cavabını verdi
Dünən, 15:43
Velosipedlər Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib - SİYAHI
Dünən, 15:40
Tiktoker “Beniz”dən sonra müəmma yarandı – Rəşad Dağlı və Həsənovun nəvəsi…
Dünən, 15:37
Dövlət qurumu iki şirkətdən geyim alır – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR
Dünən, 15:35
Daha bir qadın estetik əməliyyatdan sonra öldü
Dünən, 15:28
Bura səhiyyə ocağıdır, YOXSA?.. - İTTİHAM VAR...
Dünən, 15:12
"Şah İsmayıl mövzusu İranın sifarişi ilə köpükləndirilir" - Murad Köhnəqala
Dünən, 14:50
"Dəfələrlə uzaq işıqla yol istədik..." - "Arzum9999" yenidən MÜHAKİMƏ OLUNUR
Dünən, 14:37
Ceyhun Bayramovun o HƏRƏKƏTİ... Moskvanı niyə qəzəbləndirdi?
Dünən, 13:07
Media və Yayım Şurası yaradılıb - DETALLAR
Dünən, 13:06
"“Kupça” alırıq... deyib, 500 manatdan yığırlar..." - GİLEY
Dünən, 13:00
"Problemi yaradırlar, amma məsuliyyət mənim üzərimə qoyulur..." - GİLEY
Dünən, 12:51
Aytən Abdullayevaya yüksək vəzifə verildi - ƏMR
Dünən, 12:41
Ramiz Mehdiyevin bankının binası əlindən alındı - BUNDAN SONRA...
Dünən, 12:39
ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib - DETALLAR
Dünən, 12:36
Azərbaycanlılar Rusiyaya sanksiya tətbiq edilən mal daşımaq istəyib? - SKANDAL
Dünən, 12:35
"Belə bir insan Mədəniyyət komitəsinə rəhbərlik etməməlidir" – Akif Nağıdan Fazil Mustafaya ağır ittihamlar
Dünən, 12:27
Fazil Mustafa hüquqi məsuliyyətə CƏLB OLUNMALIDIR! - ÇAĞIRIŞ
Dünən, 12:19
Ukraynadan möhtəşəm HƏRBİ yenilik – Azərbaycan Ordusunda da var?
Dünən, 12:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru