16 ildir Bərdə rayon icra hakimiyyəti başçısı postunu tutan Vidadi İsayevlə bağlı şok iddiaların yer aldığı məlumatlar əldə etmişik. Belə ki, zamanında sabiq PA şefi Ramiz Mehdiyevin ən yaxın kadrı kimi tanınan Vidadi İsayev hətta yeni komandada özünə yer tapa bildi ki, bundan ən çox təəssüf edən elə Bərdə camaatı oldu.
"DİA-AZ" xəbər verir ki, özünü toxunulmaz hesab edən icra başçısının artıq Bərdədə büdcə pullarına qənim kəsilməsi və yaxud da Bərdənin problemlər içində boğulması kimsənin umrunda belə deyil. Camaat zatən ehtiyac içində və yerli rəhbərliyin özbaşınalığı şəraitində yaşamağa vərdiş edib. Problem tamam başqadır.
Bu barədə "DİA-AZ"a yazan sakinlər iddia edir ki, Vidadi İsayev təkcə Mehdiyevdən qalma adi korrupsioner deyil... Həm də...
Sakinlər yazır: "Bizim icra başçısı eyş-işrət həvəskarıdır. Ona görə də, onu camaatın durumu maraqlandırmır. Əsasən Bakıdakı evlərində və rayondakı istirahət yerlərində kef məclisləri təşkil edir. Amma son zamanlar o qədər harınlayıb ki, hətta dövlətin ona əmanət etdiyi vəzifə kabinetində də oyunbazlıqlar edir. Əgər əlaqədar qurum və şəxslər bu faktı araşdıra bilsə, çox böyük biabırçılıqlar ortaya çıxacaq.
Bizdən bu qədər. Biz Bərdə camaatı olaraq xəbərdarlıq etdik. İndi sıra cəza verə biləcək səlahiyyət sahiblərindədir..."
Davamı MÜTLƏQ OLACAQ...




















