Suriyanın keçmiş kəşfiyyat rəhbəri Rusiyada yaşayır .....                     ETSN buralara niyə nəzarət etmir ki... .....                     Rusiyanın Güney Qafqazda sıxışdırılması... .....                     ŞAH İSMAYIL XƏTAİ İLƏ MÜSAHİBƏ .....                     Zelenski Belqrada niyə dəvət olundu? .....                     Naxçıvanda şəhid ailələrinə ÖGEYÇİLİK .....                     " 3 saat boyu istidən bir təhər olmuşuq..." .....                     Güney Qafqazda sülh... NƏ QƏDƏR YAXINIQ? .....                     "Bir bəsit suala cavab vermək bu qədərmi çətindir?" .....                     "Biz indi "Nəsimi ili" ilə bağlı verilişə Afət Fərmanqızını dəvət edək?" .....                     Bu adamın kürəyindəki əl... KİMİNDİR? .....                     "Hamı Şah İsmayıldan danışır…" .....                     Cənubi Qafqazdakı otuz illik dramın sonu .....                     Büdcə pulları ilə ŞÜBHƏLİ RƏFTAR .....                     Aktrisadan kədərli paylaşım .....                     AYNA şefi bax beləcə milyonçu olur... .....                     Cənubi Qafqazda böyük dəyişiklik başlayır .....                     Azərbaycan ilə Ermənistan arasında "sular durulur"? .....                     NVIDIA-dan Ermənistana nəhəng süni intellekt yatırımı .....                     Türkiyənin Ukrayna daxil olmaqla bir neçə ölkədə yeni səfirləri təyin olunub .....                     “İranı Qəzzanın gününə salmaq istəyirlər” .....                     Azərbaycanın ən çətin günlərində yanımızda idi... .....                     Bakı-Vaşinqton xəttində yeni mərhələ: .....                     Qazaxda taxıl biçini başa çatıb .....                     Azərbaycandan sonra Türkiyə də Ermənistan üçün məhdudiyyətləri qaldırdı .....                     "O, Rasim Balayevi tapıb kinoya gətirdi, onun üzərində dayandı, təkid etdi..." .....                     İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: .....                     Abxaziya və Cənubi Osetiyanın Rusiyada qalmasına imkan verməyəcəyik .....                     Vardanyan “yatır”, Taleb hürür: bir-birini tapan iki maliyyə spekulyantı .....                     ABŞ Ermənistandan Konstitusiyaya düzəlişlər üzrə öhdəliyinin icrasını tələb etməlidir .....                     Paşinyan İlham Əliyevə zəng edib .....                     Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir? .....                     Maliyyə Nazirliyi bu il dövlət qurumlarında .....                     "Qərbi Azərbaycanda 6000 illik yaşa malik nəsil var" .....                     Bunlara görə də Şah İsmayıl bizimdir, biz Səfəvilər dövlətinin varisiyik! .....                     Ermənistanda qalmaqallı həbs .....                     Hacıqabulda qayınata qızını döyən kürəkənini belə CƏZALANDIRDI .....                     Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: .....                     4 azərbaycanlı cinayət başında yaxalandı: .....                     “Fazil Mustafa saytların dost siyahısındadır” .....                 

Ziya Məmmədovla Abbas Abbasovun fərqi – ilginc gəlişmə
Tarix: 3-06-2019, 09:00 | Çap et
Ziya Məmmədovla Abbas Abbasovun fərqi
Sabiq nəqliyyat naziri Ziya Məmmədovla baş nazirin keçmiş müavini Abbas Abbasovun dostluq, biznes münasibətləri haqda mətbuatda çox yazılıb. Onları birləşdirən, dostluqlarına yol açan eyni komandada təmsilçilikləri ilə yanaşı, həm də biznes maraqları olub.

Abbasovla Məmmədov vəzifədə olarkən müxtəlif korrupsiya kombinasiyalarında, müştərək maraqlarına cavab verən məsələlərdə eyni mövqedən çıxış edirdilər. Ən müxtəlif tədbirlərdən birgə fotoları yayılırdı. Bu da təsadüfi deyildi. Abbasovla Məmmədov eyni “səngəri” bölüşürdülər. 2013-cü ildə Abbas Abbasovun başının üstünü “qara buludlar” alanda bu posta Ziya Məmmədovu təqdim etmək cəhdləri də bəlli idi. Lakin Abbas Abbasov “vurulandan” sonra Məmmədova baş nazirin müavini postu verilmədi. Abbas Abbasov vəzifəsindən çıxarılandan sonra ölkədən getdi. Həmin dönəmdə onun oğlu Aydın Abbasov Azərbaycanda deputat mandatı daşıyırdı. Abbas Abbasov 2013-cü ildə hakimiyyətə qarşı planda yer alandan sonra onun deputat oğlunun vəziyyəti xeyli qəlizləşmişdi. Deputatı olduğu Gəncədə istifadəsində olan xidməti maşın saxlanılmış, Aydın Abbasov maşından düşürülmüş və nəqliyyat vasitəsi cərimə meydançasına aparılmışdı. Bir sıra mülkləri sökülmüş, bəziləri əlindən alınmışdı.

O dövrdə Ziya Məmmədov dostunun oğluna kömək etmək iqtidarında deyildi. Çünki özünün də durumu ürəkaçan deyildi, mətbuatda tez-tez “Ziya Məmmədov yola salınır” başlığı diqqət çəkirdi. Bununla belə, Abbasovla Məmmədovun arasında əlaqə qalırdı. Ziya Məmmədovun “vurulması”nın əsas səbəbi kimi də məhz Abbas Abbasov faktorunun rol oynadığı bəlli olmuşdu. Dəqiqləşmişdi ki, Abbas Abbasov iqtidara qarşı müxtəlif oyunlarda yer alandan sonra da Ziya Məmmədovun onunla əlaqəsi olub. Onlar mütəmadi olaraq telefon əlaqəsi saxlayıblar. Ziya Məmmədovla Abbas Abbasovun nə danışdığı, nələr barədə müzakirə aparmasının təfərrüatları bilinməsə də, aydın idi ki, bu cür hərəkətlilik hakimiyyətə xoş olmayıb. Belə iddialar da vardı ki, Ziya Məmmədov vəzifəsindən çıxarılmazdan əvvəl sorğu-sual olunarkən Abbas Abbasovla əlaqəsini etiraf edib, deyib ki, bu münasibət hakimiyyətə qarşı yönəlməyib. Ziya Məmmədovun diqqətinə çatdırılıb ki, əgər Abbas Abbasovla əlaqələri hakimiyyətə qarşı olmayıbsa, o, bu barədə əvvəldən “yuxarıları” məlumatlandırmalı idi. Bütün bunlardan sonra Ziya Məmmədovun “qələmi qırılsa” da, onu vəzifədən aldıqdan sonra həbsə göndərilmədi.

Abbas Abbasova, onun oğluna qarşı sərgilənən münasibət Ziya Məmmədova yönəlik baş tutmadı. Abbas Abbasovun Rusiyada hakimiyyətə qarşı fəaliyyəti onun oğlunun xaricə qaçmasına, daha sonra ölkəyə dönərkən aeroportda saxlanılmasına qədər dərinləşmişdi. 2018-ci ilin oktyabrında yayılan xəbərlərdə deyilirdi ki, Abbas Abbasovun oğlu Aydın Abbasov Bakıya gələrkən hava limanında saxlanıb. Sabiq deputatın hansı səbəbdən saxlanıldığı açıqlanmasa da, onun ev şəraitində nəzarət altına alındığı, hətta bəzi mənbələr istintaq təcridxanasında olduğunu iddia edirdi. Bu xəbərlərdən sonra hələ Gəncənin deputatı olduğu vaxtlardan sosial şəbəkələrdə aktiv olan, ölkədə baş verən hadisələrə münasibət bildirən Aydın Abbasov müəmmalı şəkildə “yoxa çıxdı”. Yada salaq ki, A.Abbasovun məhz sosial şəbəkədə Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsddən sonra yazdığı status geniş rezonans doğurmuşdu. 2 aylıq sükutdan sonra yenidən sosial şəbəkəyə qayıdan A.Abbasov oktyabrın 23-də Bakıda çəkdirdiyi şəkli özünün facebook səhifəsindən paylaşmışdı. Foto “Hilton Baku Hotel”in fonunda çəkilmişdi, Abbasovların evi o həndəvərdədir.

A.Abbasovun oğlunun Rusiya prezidenti Vladimir Putinin Bakıya reallaşan səfərindən sonra üzə çıxması da diqqətdən kənarda qalmamışdı. Rusiya prezidentinin bu cür xırda məsələyə diqqət ayıracağı real olmasa da, Ramazan Abdulatipovun rəsmi Bakıdan belə bir xahişdə buluna biləcəyi ehtimalı səsləndirilirdi. Yada salaq ki, Beynəlxalq Bank işində həbs edilənlərdən biri də Aydın Abbasovun əmisi Nadir Abbasov idi. Nadir Abbasov 2016-cı ilin iyununda Beynəlxalq Bank və qaytarılmayan kreditlər işi ilə bağlı saxlanılmışdı. Həmin vaxt Naftalana müalicəyə gələn Dağıstan rəhbərinin Bakıdan N.Abbasov üçün xahiş etdiyi iddiası da vardı. Ramazan Abdulatipovun Azərbaycana gəlişinin ardınca Nadir Abbasov azadlığa buraxılmışdı.

Abbasovlara qarşı sərt reaksiyalar fonunda Məmmədovların ölkədə qalıb, sərbəst dolaşmaları diqqət çəkir. Düzdür, Ziya Məmədovun oğlu Anar Məmmədov hələ atası vəzifədə olarkən Azərbaycandan getmişdi. Abbas Abbasovdan fərqli olaraq Ziya Məmmədova görə qardaşları da həbsə alınmamışdı. Vəzifələrini, mövqelərini, bizneslərinin bir hissəsini itirsələr də, Məmmədovlar ölkədə qala bildilər. Hazırda isə Abbas Abbasovun dostunun yenidən dirçəlməsi prosesi gedir. Ziya Məmmədov özü vəzifəyə təyinat almasa da, qardaşı Elton Məmmədov 20 gün əvvəl Azərbaycan Texniki Universitetində (AzTU) Strateji inkişaf üzrə prorektor təyin edilib. Hansı ki, 3 çağırış deputat olub, Bakı Beynəlxalq Avtovağzalı da onun şirkətinin nəzarətində idi. Ziya Məmmədov vəzifəsindən çıxarılandan sonra kompleks Elton Məmmədovdan alınaraq Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin balansına verilib. Elton Məmmədov son seçkilərdə deputat ola bilməmişdi, ona bu imkanı tanımamışdılar...

Ziya Məmmədovun oğlu Anar Məmmədovun əmisinin vəzifəyə təyinat almasından sonra Bakıya qayıtmasını da diqqətli izləyicilər Məmmədovlara qarşı loyallaşmanın nümunəsi kimi qəbul edirlər. Qeyd edək ki, Anar Məmmədov Bakıda keçirilən “Arsenal”-"Çelsi" oyunundan özünün İnstaqram səhifəsində video paylaşıb. Onun vəkili Nihat Axundov “Yeni Müsavat”a təsdiqləyib ki, Anar Məmmədov Bakıdadır. Buna qədər Anar Məmmədovun ölkəyə qayıdışının mümkün olmayacağı haqda xəbərlər dolaşırdı. Bildirilirdi ki, Anar Məmmədovun Bakıdakı fəaliyyəti arzuolunmazdır, onun ölkəyə gəlməsi də bu baxımdan baş tutmaya bilər. Belə görünür ki, ötən illər ərzində Məmmədovlara qarşı münasibət Abbasovlardan fərqli olaraq pisləşməyib, əksinə, yaxşılaşıb.

Bu gün Ziya Məmmədovun oğlu Anar Məmmədov ölkəyə sərbəst gəlir, qardaşı Elton Məmmədovu isə vəzifəyə təyin edirlər.

Eyni sözləri Ziya Məmmədovun dostu, biznes ortağı Abbas Abbasov haqda söyləmək çətindir. Baş nazirin sabiq müavini ölkəyə qayıda bilmir, oğlu Aydın Abbasov ölkəyə gələndə onu hüquq-mühafizə orqanlarının əməkdaşları qarşılayırlar, qardaşı Nadir Abbasov isə kredit borcuna görə həbsdə saxlanılır. Məmmədovlarla Abbasovların fərqi maraq doğurur - biriləri həbsə, digərləri dirçəlişə doğru addımlayırlar.
“Yeni Müsavat”








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Suriyanın keçmiş kəşfiyyat rəhbəri Rusiyada yaşayır - BBC
Bu gün, 08:55
ETSN buralara niyə nəzarət etmir ki... - “Necə oldu ki, bu qədər çox olan canlı yoxa çıxdı?”
Bu gün, 08:44
Rusiyanın Güney Qafqazda sıxışdırılması... - VƏ...
Bu gün, 08:35
ŞAH İSMAYIL XƏTAİ İLƏ MÜSAHİBƏ - Beş yüz il əvvələ gedən reportaj
Bu gün, 08:14
Zelenski Belqrada niyə dəvət olundu? – Vuçiçin gizli strategiyası
Bu gün, 08:01
Naxçıvanda şəhid ailələrinə ÖGEYÇİLİK - ETİRAZ VAR!
Bu gün, 07:59
" 3 saat boyu istidən bir təhər olmuşuq..." - "Park Cinema"dan şikayət...
Bu gün, 07:48
Güney Qafqazda sülh... NƏ QƏDƏR YAXINIQ? - AKTUAL
Bu gün, 07:37
"Bir bəsit suala cavab vermək bu qədərmi çətindir?" - GİLEY
Bu gün, 07:31
"Biz indi "Nəsimi ili" ilə bağlı verilişə Afət Fərmanqızını dəvət edək?" - ANIM
Bu gün, 07:22
Bu adamın kürəyindəki əl... KİMİNDİR? - İTTİHAM VAR...
Bu gün, 07:16
"Hamı Şah İsmayıldan danışır…" - keçmiş deputat
Bu gün, 07:10
Cənubi Qafqazdakı otuz illik dramın sonu - Kremlin mifinin üzərindən xətt çəkildi
Bu gün, 06:56
Büdcə pulları ilə ŞÜBHƏLİ RƏFTAR - BU NƏDİ BELƏ?
Bu gün, 06:51
Aktrisadan kədərli paylaşım - FOTO
Bu gün, 06:46
AYNA şefi bax beləcə milyonçu olur... - QƏPİK-QƏPİK QARƏT...
Bu gün, 06:40
Cənubi Qafqazda böyük dəyişiklik başlayır - GƏLİŞMƏ
Bu gün, 06:30
Azərbaycan ilə Ermənistan arasında "sular durulur"? - İNCƏLƏMƏ
Bu gün, 06:27
NVIDIA-dan Ermənistana nəhəng süni intellekt yatırımı – 250 MVt-lıq layihə
Bu gün, 06:22
Türkiyənin Ukrayna daxil olmaqla bir neçə ölkədə yeni səfirləri təyin olunub - “Resmi Gazete”
Bu gün, 06:18
“İranı Qəzzanın gününə salmaq istəyirlər” – Pezeşkian
Dünən, 13:41
Azərbaycanın ən çətin günlərində yanımızda idi... - Azərbaycan xalqı İmran Xanı niyə unutmur?
Dünən, 13:38
Bakı-Vaşinqton xəttində yeni mərhələ: - 7,5 milyard dollarlıq müqavilələr nə vəd edir?
Dünən, 13:35
Qazaxda taxıl biçini başa çatıb
Dünən, 13:31
Azərbaycandan sonra Türkiyə də Ermənistan üçün məhdudiyyətləri qaldırdı - Rubinyan
Dünən, 13:29
"O, Rasim Balayevi tapıb kinoya gətirdi, onun üzərində dayandı, təkid etdi..." - Xalq artisti
Dünən, 12:55
İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: - Səbəb Rusiya ilə bağlıdır
Dünən, 12:53
Abxaziya və Cənubi Osetiyanın Rusiyada qalmasına imkan verməyəcəyik - Gürcüstan Prezidenti
Dünən, 12:47
Vardanyan “yatır”, Taleb hürür: bir-birini tapan iki maliyyə spekulyantı - ARAŞDIRMA
Dünən, 12:44
ABŞ Ermənistandan Konstitusiyaya düzəlişlər üzrə öhdəliyinin icrasını tələb etməlidir - Şaffer
Dünən, 12:40
Paşinyan İlham Əliyevə zəng edib
Dünən, 12:37
Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir? – Hüquqşünasdan AÇIQLAMA
Dünən, 12:35
Maliyyə Nazirliyi bu il dövlət qurumlarında - 91 milyon manat yeyinti tapıb
Dünən, 12:32
"Qərbi Azərbaycanda 6000 illik yaşa malik nəsil var" - Görün, kimin nəsli imiş...
Dünən, 12:31
Bunlara görə də Şah İsmayıl bizimdir, biz Səfəvilər dövlətinin varisiyik! - İqbal Ağazadə
Dünən, 12:29
Ermənistanda qalmaqallı həbs - Keçmiş baş nazirin oğlu saxlanıldı
Dünən, 12:26
Hacıqabulda qayınata qızını döyən kürəkənini belə CƏZALANDIRDI - TƏFƏRRÜAT
Dünən, 12:24
Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: - "Əgər..."
Dünən, 12:21
4 azərbaycanlı cinayət başında yaxalandı: - Məsciddən 150 minlik oğurluq (FOTO)
Dünən, 12:17
“Fazil Mustafa saytların dost siyahısındadır” - Ləman Ələşrəfqızı
Dünən, 12:15
Blogerin əri xanımının ad günündə vəfat edibmiş
Dünən, 12:14
DOST Agentliyinin TENDERYEYƏN "dostu"... - "İnnova İnşaat" 11 milyonluq tenderlərin qalibi olub
Dünən, 12:02
Səfərbərliyə cavabdeh generalın qızı pul müqabilində səfərbərlikdən yayınmağa kömək edir... —"MEDUZA"
Dünən, 11:49
“Bakı Metropoliteni” əlilliyi olan əməkdaşını vəzifəsindən əsas gətirmədən azad etdi - Vüsal Aslanov da kömək etmədi
Dünən, 11:43
Həbs edilən vəkil məhkəmə sədrinin qayınıdır - TƏFƏRRÜAT
Dünən, 11:25
Xocavənddə traktor minaya düşdü
Dünən, 11:06
8 avqustun əsl nəticəsi imzalanan sənədlər deyil, daha böyükdür - ŞƏRH
Dünən, 11:04
Azərbaycan - Gürcüstan sərhədində nə baş verir? - AKTUAL
Dünən, 11:01
“Qala Sığorta”da 19 milyon manatlıq azalma
Dünən, 10:56
Nikol Paşinyan Ermənistan tarixini ikiyə böldü: - "8 avqust 2025-ci ildən əvvəl dövlətimiz dalanda idi"
Dünən, 10:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru