"Burada bir dolu maşın odunun qiyməti 300-350 manatdır..." - GİLEY
Tarix: 6-02-2019, 09:31 | Çap et
 Quba regionlarımız arasında təbiətinə, füsunkarlığına və turist axınına görə fərqlənir. Lakin turizmin inkişafına baxmayaraq, rayonun hələ də bir çox kəndlərində maye qaz yoxdur.
Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə Qubanın Məçkə-xacə kəndinin sakinləri məlumat veriblər. Şikayət edən kənd sakini Şahin Əmirovun sözlərinə görə, kənd Quba Rayon İcra Hakimiyyətinin Rustov İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə tabedir.
"2017-2018-ci illər aralığında Rustov kəndinə maye qazın çəkilişi təmin olundu. Həmin vaxt bizim kəndimizin də az bir hissəsinə maye qazı çəkildi. Lakin layihə yarımçıq saxlanıldığına görə kəndimiz maye qazsız qalıb" - sakin bildirib.
Şikayətçinin sözlərinə görə, qış aylarının bu ərazilərdə çox sərt keçməsi onların işini daha da çətinləşdirir: "Evlərimizi isitmək üçün məcburiyyətdən odun alırıq. Burada bir dolu maşın odunun qiyməti 300-350 manatdır. Bu da kəndli üçün çox böyük məbləğdir".
"Digər tərəfdən, kənddə olan evlərin əksəriyyəti iki mərtəbəli və geniş otaqlıdır. Buna görə də bir maşın odun bir ailəyə bəs etmir. Kəndli bilmir ki, qazancı ilə evinin istiliyini təmin etsin, yoxsa ailəsinin tələbatını ödəsin. Ümid edirəm ki, səsimiz tezliklə eşidiləcək və kəndimiz maye qazla təmin olunacaq" - Ş.Əmirov qeyd edib.
Digər kənd sakini Məmməd Orucəliyev də qonşusunun dediklərinə şərik olub: "Biz artıq qış aylarında yanacağa pul verməkdən yorulmuşuq. Həm də təbiətə nə qədər ziyan vurduğumuzu anlayırıq. Amma məcburuq. Evdə körpəmiz, qocamız var. Odun yandırmağın başqa mənfi cəhəti evin hiss olmasıdır. Məcbur qalıb hər il, demək olar ki, evimizi təmir etdiririk".
"Məktəbdəki vəziyyətdən isə danışmağa ehtiyac yoxdur. Kəndimizə təzə məktəb tikilməsinə baxmayaraq, odun sobası sinif otaqlarını yararsız hala salıb. Uşaqlarımız məktəbə getmək əvəzinə meşəyə odun toplamağa gedirlər. Belə bir dövrdə məktəblilərin belə problemlə qarşılaşması ağlasığmaz haldır" - o vurğulayıb.
Kənd sakinləri dəfələrlə icra nümayəndəliyinə bu problemlə əlaqədar müraciət etdiklərini söyləyiblər.
Sputnik Azərbaycan-ın əməkdaşı məsələ ilə bağlı "Azəriqaz" İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevlə əlaqəsi saxlayıb. İ.Kərbalayev gələn üçün Qubanın 11 kəndinin qazlaşdırılması üzrə siyahı hazırlandığını bildirib.
"Amma həmin siyahıda Məçkə-xacə kəndi yoxdur. Bununla belə, həmin kəndin adı da siyahıya salınacaq və gələcək illərdə bu kəndin də qazlaşdırılması məsələsinə toxunulacaq" - deyə "Azəriqaz" sözçüsü əlavə edib.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Cəlilabadda xanım bələdiyyə sədri yol təmirində FOTOSESSİYA ELƏTDİRDİ - azyaşlı uşağı da qucağında...
Bu gün, 12:11 |
|
|
|
| • "İndi isə artıq konkret sənəd ortadadır..." - deputat
Bu gün, 11:41 |
|
|
|
| • TRIPP layihəsi işə düşür - Tramp müharibə riskinin üzərindən birdəfəlik xətt çəkdi
Bu gün, 11:36 |
|
|
|
| • Trampın iki zəngi, Vaşinqtonun yeni hesabı - ŞƏRH
Bu gün, 11:29 |
|
|
|
| • Azərbaycanda iki vəkil HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 10:30 |
|
|
|
| • İrandan "Məkkə" sazişinə reaksiya: - Düzgün yolu tapmayıblar!
Bu gün, 10:23 |
|
|
|
| • Suriyanın keçmiş kəşfiyyat rəhbəri Rusiyada yaşayır - BBC
Bu gün, 08:55 |
|
|
|
| • ETSN buralara niyə nəzarət etmir ki... - “Necə oldu ki, bu qədər çox olan canlı yoxa çıxdı?”
Bu gün, 08:44 |
|
|
|
| • Rusiyanın Güney Qafqazda sıxışdırılması... - VƏ...
Bu gün, 08:35 |
|
|
|
| • ŞAH İSMAYIL XƏTAİ İLƏ MÜSAHİBƏ - Beş yüz il əvvələ gedən reportaj
Bu gün, 08:14 |
|
|
|
| • Zelenski Belqrada niyə dəvət olundu? – Vuçiçin gizli strategiyası
Bu gün, 08:01 |
|
|
|
| • Naxçıvanda şəhid ailələrinə ÖGEYÇİLİK - ETİRAZ VAR!
Bu gün, 07:59 |
|
|
|
| • " 3 saat boyu istidən bir təhər olmuşuq..." - "Park Cinema"dan şikayət...
Bu gün, 07:48 |
|
|
|
| • Güney Qafqazda sülh... NƏ QƏDƏR YAXINIQ? - AKTUAL
Bu gün, 07:37 |
|
|
|
| • "Bir bəsit suala cavab vermək bu qədərmi çətindir?" - GİLEY
Bu gün, 07:31 |
|
|
|
| • "Biz indi "Nəsimi ili" ilə bağlı verilişə Afət Fərmanqızını dəvət edək?" - ANIM
Bu gün, 07:22 |
|
|
|
| • Bu adamın kürəyindəki əl... KİMİNDİR? - İTTİHAM VAR...
Bu gün, 07:16 |
|
|
|
| • "Hamı Şah İsmayıldan danışır…" - keçmiş deputat
Bu gün, 07:10 |
|
|
|
| • Cənubi Qafqazdakı otuz illik dramın sonu - Kremlin mifinin üzərindən xətt çəkildi
Bu gün, 06:56 |
|
|
|
| • Büdcə pulları ilə ŞÜBHƏLİ RƏFTAR - BU NƏDİ BELƏ?
Bu gün, 06:51 |
|
|
|
| • Aktrisadan kədərli paylaşım - FOTO
Bu gün, 06:46 |
|
|
|
| • AYNA şefi bax beləcə milyonçu olur... - QƏPİK-QƏPİK QARƏT...
Bu gün, 06:40 |
|
|
|
| • Cənubi Qafqazda böyük dəyişiklik başlayır - GƏLİŞMƏ
Bu gün, 06:30 |
|
|
|
| • Azərbaycan ilə Ermənistan arasında "sular durulur"? - İNCƏLƏMƏ
Bu gün, 06:27 |
|
|
|
| • NVIDIA-dan Ermənistana nəhəng süni intellekt yatırımı – 250 MVt-lıq layihə
Bu gün, 06:22 |
|
|
|
| • Türkiyənin Ukrayna daxil olmaqla bir neçə ölkədə yeni səfirləri təyin olunub - “Resmi Gazete”
Bu gün, 06:18 |
|
|
|
| • “İranı Qəzzanın gününə salmaq istəyirlər” – Pezeşkian
Dünən, 13:41 |
|
|
|
| • Azərbaycanın ən çətin günlərində yanımızda idi... - Azərbaycan xalqı İmran Xanı niyə unutmur?
Dünən, 13:38 |
|
|
|
| • Bakı-Vaşinqton xəttində yeni mərhələ: - 7,5 milyard dollarlıq müqavilələr nə vəd edir?
Dünən, 13:35 |
|
|
|
| • Qazaxda taxıl biçini başa çatıb
Dünən, 13:31 |
|
|
|
| • Azərbaycandan sonra Türkiyə də Ermənistan üçün məhdudiyyətləri qaldırdı - Rubinyan
Dünən, 13:29 |
|
|
|
| • "O, Rasim Balayevi tapıb kinoya gətirdi, onun üzərində dayandı, təkid etdi..." - Xalq artisti
Dünən, 12:55 |
|
|
|
| • İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: - Səbəb Rusiya ilə bağlıdır
Dünən, 12:53 |
|
|
|
| • Abxaziya və Cənubi Osetiyanın Rusiyada qalmasına imkan verməyəcəyik - Gürcüstan Prezidenti
Dünən, 12:47 |
|
|
|
| • Vardanyan “yatır”, Taleb hürür: bir-birini tapan iki maliyyə spekulyantı - ARAŞDIRMA
Dünən, 12:44 |
|
|
|
| • ABŞ Ermənistandan Konstitusiyaya düzəlişlər üzrə öhdəliyinin icrasını tələb etməlidir - Şaffer
Dünən, 12:40 |
|
|
|
| • Paşinyan İlham Əliyevə zəng edib
Dünən, 12:37 |
|
|
|
| • Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir? – Hüquqşünasdan AÇIQLAMA
Dünən, 12:35 |
|
|
|
| • Maliyyə Nazirliyi bu il dövlət qurumlarında - 91 milyon manat yeyinti tapıb
Dünən, 12:32 |
|
|
|
| • "Qərbi Azərbaycanda 6000 illik yaşa malik nəsil var" - Görün, kimin nəsli imiş...
Dünən, 12:31 |
|
|
|
| • Bunlara görə də Şah İsmayıl bizimdir, biz Səfəvilər dövlətinin varisiyik! - İqbal Ağazadə
Dünən, 12:29 |
|
|
|
| • Ermənistanda qalmaqallı həbs - Keçmiş baş nazirin oğlu saxlanıldı
Dünən, 12:26 |
|
|
|
| • Hacıqabulda qayınata qızını döyən kürəkənini belə CƏZALANDIRDI - TƏFƏRRÜAT
Dünən, 12:24 |
|
|
|
| • Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: - "Əgər..."
Dünən, 12:21 |
|
|
|
| • 4 azərbaycanlı cinayət başında yaxalandı: - Məsciddən 150 minlik oğurluq (FOTO)
Dünən, 12:17 |
|
|
|
| • “Fazil Mustafa saytların dost siyahısındadır” - Ləman Ələşrəfqızı
Dünən, 12:15 |
|
|
|
| • Blogerin əri xanımının ad günündə vəfat edibmiş
Dünən, 12:14 |
|
|
|
| • DOST Agentliyinin TENDERYEYƏN "dostu"... - "İnnova İnşaat" 11 milyonluq tenderlərin qalibi olub
Dünən, 12:02 |
|
|
|
| • Səfərbərliyə cavabdeh generalın qızı pul müqabilində səfərbərlikdən yayınmağa kömək edir... —"MEDUZA"
Dünən, 11:49 |
|
|
|
| • “Bakı Metropoliteni” əlilliyi olan əməkdaşını vəzifəsindən əsas gətirmədən azad etdi - Vüsal Aslanov da kömək etmədi
Dünən, 11:43 |
|
|
|
|