Cəlilabadda xanım bələdiyyə sədri yol təmirində FOTOSESSİYA ELƏTDİRDİ .....                     "İndi isə artıq konkret sənəd ortadadır..." .....                     TRIPP layihəsi işə düşür .....                     Trampın iki zəngi, Vaşinqtonun yeni hesabı .....                     Azərbaycanda iki vəkil HƏBS OLUNDU .....                     İrandan "Məkkə" sazişinə reaksiya: .....                     Suriyanın keçmiş kəşfiyyat rəhbəri Rusiyada yaşayır .....                     ETSN buralara niyə nəzarət etmir ki... .....                     Rusiyanın Güney Qafqazda sıxışdırılması... .....                     ŞAH İSMAYIL XƏTAİ İLƏ MÜSAHİBƏ .....                     Zelenski Belqrada niyə dəvət olundu? .....                     Naxçıvanda şəhid ailələrinə ÖGEYÇİLİK .....                     " 3 saat boyu istidən bir təhər olmuşuq..." .....                     Güney Qafqazda sülh... NƏ QƏDƏR YAXINIQ? .....                     "Bir bəsit suala cavab vermək bu qədərmi çətindir?" .....                     "Biz indi "Nəsimi ili" ilə bağlı verilişə Afət Fərmanqızını dəvət edək?" .....                     Bu adamın kürəyindəki əl... KİMİNDİR? .....                     "Hamı Şah İsmayıldan danışır…" .....                     Cənubi Qafqazdakı otuz illik dramın sonu .....                     Büdcə pulları ilə ŞÜBHƏLİ RƏFTAR .....                     Aktrisadan kədərli paylaşım .....                     AYNA şefi bax beləcə milyonçu olur... .....                     Cənubi Qafqazda böyük dəyişiklik başlayır .....                     Azərbaycan ilə Ermənistan arasında "sular durulur"? .....                     NVIDIA-dan Ermənistana nəhəng süni intellekt yatırımı .....                     Türkiyənin Ukrayna daxil olmaqla bir neçə ölkədə yeni səfirləri təyin olunub .....                     “İranı Qəzzanın gününə salmaq istəyirlər” .....                     Azərbaycanın ən çətin günlərində yanımızda idi... .....                     Bakı-Vaşinqton xəttində yeni mərhələ: .....                     Qazaxda taxıl biçini başa çatıb .....                     Azərbaycandan sonra Türkiyə də Ermənistan üçün məhdudiyyətləri qaldırdı .....                     "O, Rasim Balayevi tapıb kinoya gətirdi, onun üzərində dayandı, təkid etdi..." .....                     İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: .....                     Abxaziya və Cənubi Osetiyanın Rusiyada qalmasına imkan verməyəcəyik .....                     Vardanyan “yatır”, Taleb hürür: bir-birini tapan iki maliyyə spekulyantı .....                     ABŞ Ermənistandan Konstitusiyaya düzəlişlər üzrə öhdəliyinin icrasını tələb etməlidir .....                     Paşinyan İlham Əliyevə zəng edib .....                     Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir? .....                     Maliyyə Nazirliyi bu il dövlət qurumlarında .....                     "Qərbi Azərbaycanda 6000 illik yaşa malik nəsil var" .....                 

“Mən qarğıdan hörülmüş və uçmaq təhlükəsi ilə üz-üzə qalan bir daxmada ailəmlə birlikdə yaşayıram” - Şuşanın icra başçısından GİLEY
Tarix: 15-08-2018, 09:30 | Çap et
“Mən qarğıdan hörülmüş və uçmaq təhlükəsi ilə üz-üzə qalan bir daxmada ailəmlə birlikdə yaşayıram”
Bu günlərdə “GündəmXəbər”in redaksiyasına Qəbələ rayonu, Zarağan-2, bina-2, mən-56 ünvanda yaşayan Quliyev Həsən Hüseyn oğlunun növbəti müraciəti daxil olub. Adı çəkilən bu şəxs artıq bir neçə dəfədir ki, üz-üzə qaldığı problemlərin varlığını redaksiyamıza çatdırır və ictimailəşdirilməsini də xahiş edir. Onu da bildirək ki, ahıl yaşına çatmış Həsən Quliyevlə Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov və Qəbələ rayonu “Qaçqın şəhərciyi” adı ilə tanınan yaşayış məntəqəsi üzrə icra nümayəndəsi vəzifəsini daşıyan Əhəd Həsənov arasında əmələ gələn problemlərin mahiyyəti haqda lazımınca məlumatlı olmasaq da, müəyyən qədər yaşananlardan xəbərdarıq. Müəllif müraciətində daha çox sakini olduğu rayonun rəhbərliyini ittiham edir və onu fəaliyyətsizlikdə qınayır.
Həsən Quliyev qeyd edir ki, “Mən 20-26 noyabr və12-18 fevral 2017-ci il tarixlərdə sizə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ icmasının rəhbəri Bayram Səfərovun və Qəbələ rayonu “Qaçqın şəhərciyi” üzrə icra nümayəndəsi vəzifəsini daşıyan Əhəd Həsənov haqqında materiallar təqdim etmişdim. Ötən ilin oktyabr ayında isə, Bayram Səfərova Əhəd Həsənovun əməlləri ilə bağlı yazılı ərizə ilə müraciət etmişdim. Həmin vaxtdan on aydan çox müddət keçməsinə baxmayaraq, bu gün də qarşı tərəf yazmış olduğum ərizəmə cavab verməyib. İcra başçısına yazmış olduğum ərizəmdə qeyd etmişdim ki, Qəbələ rayon Məhkəməsinin 22 yanvar 2018-ci il tarixli 3(025)-55/2018 saylı qərarı ilə, Əhəd Həsənovun cinayət törətməsi faktı təsdiq olunub. Həmin ərizədən sonra öz-özlüyümdə düşündüm ki, icra başçısı bu şəxslə bağlı qanuni tədbirlərini görəcək. Təəssüflər olsun ki, Bayram Səfərov məhkəmənin çıxarmış olduğu qərara heç məhəl belə qoymadı.
Bəli, bu gün də Şuşa RİH-nin başçısı yazmış olduğum ərizəmə cavab verə bilmir. Belə bir addımı ilə o, dövlətimizin qanunlarından, Konstitusiyamızın tələbindən məlumatsız olduğunu ortaya qoymuş olur. Azərbaycan Respublikası Konstitusiyasının 12.2.5-ci maddələrinin tələblərinə əsasən, Bayram Səfərov şikayət verən şəxsin şikayəti əsasında müvafiq tədbirlərini görməli və nəticəsi haqda müraciət müəllifinə cavab da verməlidir. Təəssüflər olsun ki, icra başçısı Əhəd Həsənovun mənə qarşı cinayət törətməsi faktını bilsə də, o, həmin şəxsi hələ də daşıdığı vəzifəsində saxlayır və Konstitusiyasının 24-cü maddəsinin tələblərini pozur. Maraqlıdır ki, niyə bu cür əməl sahibi olan Bayram Səfərov cəzalandırılmır? Bəyəm, dərəbəylikdir?
Mən media vasitəsilə ölkə rəhbəri cənab İlham Əliyevə onu çatdırmaq istəyirəm ki, Bayram Səfərovun ölkə qanunlarına məhəl qoymadığını öz gözlərimlə görürəm. Çünki, cənab Prezident daim vurğulayır ki, “Mən kimi hansı vəzifəyə təyin edirəmsə, ilk növbədə verdiyim tapşırıq o olur ki, hər bir vəzifə sahibi xalqa xidmət etməli, xalqın problemləri ilə maraqlanmalıdır”. Deməli, Şuşa rayon İcra Hakimiyyətinin başçısı cənab Prezidentin vermiş olduğu belə bir tapşırıqlardan xəbərsiz olduğu üçün, hələ də bu cür addımlarını atmaqda davam edir.
Bu ilin may ayında Bayram Səfərov Əhəd Həsənova “Qəbələnin “Qaçqın şəhərciyi” yaşayış məntəqəsində məskunlaşan qaçqınlarla görüşə gələcəyəm, sən çalış da şuşalıları bir yerə topla” deyə tapşırıqlarını verir. Belə bir tapşırıqdan sonra icra nümayəndəsi kənd və qəsəbələrdə yaşayan şuşalıları 31 saylı Kəlbəcər tam orta məktəbinin həyətinə toplaya biir və az sonra Bayram Səfərov ora gəlir. İcra başçısı ilk əvvəl şuşalıları, başqa qaçqınları salamladıqdan sonra məktəbə daxil olub hər kəsə səsləndi. “Kimin nə problemi varsa desin, mən hər kəsə köməklik edəcəyəm” vədini versə də, son anda onun vədlərindən heç biri həllini tapmadı. Həmin vaxt Qəbələnin Əmili kəndində məskunlaşan Bəhrəm adlı şuşalı icra başçısına müraciət edib bildirdi ki, “Mən qarğıdan hörülmüş və uçmaq təhlükəsi ilə üz-üzə qalan bir daxmada ailəmlə birlikdə yaşayıram. Bu il havalar olduqca isti keçdiyindən ilanlar da çoxalıb. İlanların qorxusundan uşaqlar daxmamızda yata bilmirlər. Xahiş edirəm ki, bizə bir otaqlı mənzil verilməsi üçün köməklik edəsiniz” dedikdə, icra başçısının cavabı o oldu ki, “Sizə mənzillə bağlı köməklik edəcəyimə söz vermirəm. Gəl sənə ilanın dərmanını deyim. Get apteklərdən “üçyalın” deyilən dərman var, onu al gətir və tök daxmana. Özünüz də iyləyin, ilanı da iy vuran kimi o daxmaya girməyəcək”. İcra başçısının belə bir təklifinə görüşə gələn hər kəs gülüşür. O halda icra başçısı başa düşür ki, düz danışmır. Həmin görüşdə Şuşa rayon İcra Hakimiyyətinin başçısına 15 nəfər şəxs müraciət etsə də, son anda 15 nəfərdən bir nəfərin olsun belə, heç bir problemi həllini tapmadı. Artıq dörd aydan çoxdur ki, icra başçısına müraciət edənlər “piyada”, Bayram Səfərov isə “atlı olduğundan”, bu gün nə ona “çata bilirlər”, nə də ki, onu “tuta bilirlər”.
Mən bu yazımı dərc etdirməklə onu bildirmək istəyirəm ki, Şuşa RİH-nin başçısı ilanları məhv etdirmək üçün, deyəsən elmə məlum olmayan dərmanın adını müəyyən edib. Ona görə də Bayram Səfərova onu bildirmək istəyirəm ki, insanlar həmin dərmanla iri və xırdabuynuzlu heyvanları qotur xəstəliklərinə görə müalicə edirlər. Qaldı ki, ünvanlanan ərizə və şikayətlərə cavab verməmək, sanki bu bütün vəzifə sahibləri üçün bir xəstəliyə çevrilib. Düz iki aydır ki, təhsil naziri cənab Ceyhun Bayramova ərizə ilə müraciət etmişəm, hələ də bir kimsə mənə cavab verməyib.
Bəli, bu gün hər kəs görür ki, yazmış olduğu ərizəsinə cavab verilmir, cavab verməməyə görə vəzifə sahibi olan şəxslər cəzasız qalırlar, o halda hər kəsin də qanunların aliliyinə olan inamı heçə enir. Yəqin ki, əksəriyyətə bəllidir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbir zamanı Bayram Səfərov yatıbmış və onun yatmış formada olduğu şəkili, hələ bir müddət bundan əvvəl bütün sosial mediada yayımlanmışdı. Diqqət yetirin ki, cənab Prezident çıxış edərkən Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov yatır və o, ölkə rəhbəri cənab İlham Əliyevin çıxışının məzmununu eşitmir. Bu belə olduğu halda, o, təqribən 33500 nəfər olan şuşalıların səsini necə eşidə bilər.
Artıq məcburam ki, bundan sonra müraciətlərimi xalqını sevən, onun qayğıları ilə daim maraqlanan cənab İlham Əliyevə və hörmətli Mehriban xanıma, eyni zamanda digər səlahiyyət sahibi olan şəxslərə göndərim. İnanıram ki, o halda Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun və Qəbələ rayonu “Qaçqın şəhərciyi” adı ilə tanınan yaşayış məntəqəsi üzrə icra nümayəndəsi vəzifəsini daşıyan Əhəd Həsənovun qanunsuzluğa söykənən əməllərini qarşısı alınacaq. Yəqin ki, zamanı gəldikdə hər iki vəzifə sahibi tutduqları əməllərinə görə, Azərbaycan qanunları ilə mühakimə də olunacaqlar.
Açıqlamada adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cəlilabadda xanım bələdiyyə sədri yol təmirində FOTOSESSİYA ELƏTDİRDİ - azyaşlı uşağı da qucağında...
Bu gün, 12:11
"İndi isə artıq konkret sənəd ortadadır..." - deputat
Bu gün, 11:41
TRIPP layihəsi işə düşür - Tramp müharibə riskinin üzərindən birdəfəlik xətt çəkdi
Bu gün, 11:36
Trampın iki zəngi, Vaşinqtonun yeni hesabı - ŞƏRH
Bu gün, 11:29
Azərbaycanda iki vəkil HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 10:30
İrandan "Məkkə" sazişinə reaksiya: - Düzgün yolu tapmayıblar!
Bu gün, 10:23
Suriyanın keçmiş kəşfiyyat rəhbəri Rusiyada yaşayır - BBC
Bu gün, 08:55
ETSN buralara niyə nəzarət etmir ki... - “Necə oldu ki, bu qədər çox olan canlı yoxa çıxdı?”
Bu gün, 08:44
Rusiyanın Güney Qafqazda sıxışdırılması... - VƏ...
Bu gün, 08:35
ŞAH İSMAYIL XƏTAİ İLƏ MÜSAHİBƏ - Beş yüz il əvvələ gedən reportaj
Bu gün, 08:14
Zelenski Belqrada niyə dəvət olundu? – Vuçiçin gizli strategiyası
Bu gün, 08:01
Naxçıvanda şəhid ailələrinə ÖGEYÇİLİK - ETİRAZ VAR!
Bu gün, 07:59
" 3 saat boyu istidən bir təhər olmuşuq..." - "Park Cinema"dan şikayət...
Bu gün, 07:48
Güney Qafqazda sülh... NƏ QƏDƏR YAXINIQ? - AKTUAL
Bu gün, 07:37
"Bir bəsit suala cavab vermək bu qədərmi çətindir?" - GİLEY
Bu gün, 07:31
"Biz indi "Nəsimi ili" ilə bağlı verilişə Afət Fərmanqızını dəvət edək?" - ANIM
Bu gün, 07:22
Bu adamın kürəyindəki əl... KİMİNDİR? - İTTİHAM VAR...
Bu gün, 07:16
"Hamı Şah İsmayıldan danışır…" - keçmiş deputat
Bu gün, 07:10
Cənubi Qafqazdakı otuz illik dramın sonu - Kremlin mifinin üzərindən xətt çəkildi
Bu gün, 06:56
Büdcə pulları ilə ŞÜBHƏLİ RƏFTAR - BU NƏDİ BELƏ?
Bu gün, 06:51
Aktrisadan kədərli paylaşım - FOTO
Bu gün, 06:46
AYNA şefi bax beləcə milyonçu olur... - QƏPİK-QƏPİK QARƏT...
Bu gün, 06:40
Cənubi Qafqazda böyük dəyişiklik başlayır - GƏLİŞMƏ
Bu gün, 06:30
Azərbaycan ilə Ermənistan arasında "sular durulur"? - İNCƏLƏMƏ
Bu gün, 06:27
NVIDIA-dan Ermənistana nəhəng süni intellekt yatırımı – 250 MVt-lıq layihə
Bu gün, 06:22
Türkiyənin Ukrayna daxil olmaqla bir neçə ölkədə yeni səfirləri təyin olunub - “Resmi Gazete”
Bu gün, 06:18
“İranı Qəzzanın gününə salmaq istəyirlər” – Pezeşkian
Dünən, 13:41
Azərbaycanın ən çətin günlərində yanımızda idi... - Azərbaycan xalqı İmran Xanı niyə unutmur?
Dünən, 13:38
Bakı-Vaşinqton xəttində yeni mərhələ: - 7,5 milyard dollarlıq müqavilələr nə vəd edir?
Dünən, 13:35
Qazaxda taxıl biçini başa çatıb
Dünən, 13:31
Azərbaycandan sonra Türkiyə də Ermənistan üçün məhdudiyyətləri qaldırdı - Rubinyan
Dünən, 13:29
"O, Rasim Balayevi tapıb kinoya gətirdi, onun üzərində dayandı, təkid etdi..." - Xalq artisti
Dünən, 12:55
İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: - Səbəb Rusiya ilə bağlıdır
Dünən, 12:53
Abxaziya və Cənubi Osetiyanın Rusiyada qalmasına imkan verməyəcəyik - Gürcüstan Prezidenti
Dünən, 12:47
Vardanyan “yatır”, Taleb hürür: bir-birini tapan iki maliyyə spekulyantı - ARAŞDIRMA
Dünən, 12:44
ABŞ Ermənistandan Konstitusiyaya düzəlişlər üzrə öhdəliyinin icrasını tələb etməlidir - Şaffer
Dünən, 12:40
Paşinyan İlham Əliyevə zəng edib
Dünən, 12:37
Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir? – Hüquqşünasdan AÇIQLAMA
Dünən, 12:35
Maliyyə Nazirliyi bu il dövlət qurumlarında - 91 milyon manat yeyinti tapıb
Dünən, 12:32
"Qərbi Azərbaycanda 6000 illik yaşa malik nəsil var" - Görün, kimin nəsli imiş...
Dünən, 12:31
Bunlara görə də Şah İsmayıl bizimdir, biz Səfəvilər dövlətinin varisiyik! - İqbal Ağazadə
Dünən, 12:29
Ermənistanda qalmaqallı həbs - Keçmiş baş nazirin oğlu saxlanıldı
Dünən, 12:26
Hacıqabulda qayınata qızını döyən kürəkənini belə CƏZALANDIRDI - TƏFƏRRÜAT
Dünən, 12:24
Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: - "Əgər..."
Dünən, 12:21
4 azərbaycanlı cinayət başında yaxalandı: - Məsciddən 150 minlik oğurluq (FOTO)
Dünən, 12:17
“Fazil Mustafa saytların dost siyahısındadır” - Ləman Ələşrəfqızı
Dünən, 12:15
Blogerin əri xanımının ad günündə vəfat edibmiş
Dünən, 12:14
DOST Agentliyinin TENDERYEYƏN "dostu"... - "İnnova İnşaat" 11 milyonluq tenderlərin qalibi olub
Dünən, 12:02
Səfərbərliyə cavabdeh generalın qızı pul müqabilində səfərbərlikdən yayınmağa kömək edir... —"MEDUZA"
Dünən, 11:49
“Bakı Metropoliteni” əlilliyi olan əməkdaşını vəzifəsindən əsas gətirmədən azad etdi - Vüsal Aslanov da kömək etmədi
Dünən, 11:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru