Kiber sektorda ciddi uğurlar necə əldə olunub ? .....                     AzəriQaz-da maaşların NİZAMSIZ OTURUŞU... .....                     Yeni TƏBİB şefi ÖLÜMƏ çarə edəcəkmi? .....                     "İlham Əliyev həm də ona qarşı olunan nankorlugun cavabını verib..." .....                     Tahir Gözəl qardaşının kadrlarını “Azərsun Holdinq”dən uzaqlaşdırır .....                     Tural Əhmədovun kantoru BELƏ İŞLƏYİR .....                     Naxçıvanda televiziya-meleviziya OYUNBAZLIĞI .....                     "Seçicilərlə görüşləri bəzən çayxanada keçirirəm" .....                     İrandan razılaşma xəbərinə növbəti təkzib: .....                     Təhsil İnstitutu akkreditasiyadan keçib .....                     Bakı Sağlamlıq Mərkəzinin mənfəəti kəskin azalıb .....                     Ərdoğan Bakı ilə danışıqlardan sonra Makronu Ermənistandan Türkiyəyə buraxmayıb .....                     Qayınanasıgildən gəlib anasını öldürən oğulun .....                     Asif həkim dəfn edildi .....                     Solovyov söyüş söyməkdə böyüklərindən nümunə götürüb... .....                     Qanunsuz lizinq: “Vüsal 300“ -ün adamları sosial şəbəkələri “zəbt” edib .....                     “6-cı sinif şagirdi bu səbəbdən tarix kitabına nifrət edir” .....                     Müseyib Həmzəyev ölkədən qaçmaq istəyir? .....                     Oğlunu işə düzəltmək istədi, 40 000 manat pulu getdi .....                     Səhhətində problem yaranan Xalq artistinin .....                     Tramp İranı bombardmanla hədələyib, .....                     Onkoloji Mərkəzdə giriş-çıxış üçün xüsusi qaydaların tədbiqinə başlanıldı .....                     Generalın oğlu işdən çıxarıldı .....                     Metrologiya İnstitutu 2 ədəd avtomobil alır .....                     Yılmaz Ermənistanla normallaşma barədə pozitiv mesajlar verdi .....                     Qədir Qızılsəsə qarşı HAQSIZLIQ .....                     Çətin anlarda həmişə işçilərimin yanında olmuşam .....                     Sentyabrda dəhşətli müharibə: .....                     Fermer ucuzluqdan, alıcı bahalıqdan narazıdır: .....                     Görünən odur ki, Avropada Azərbaycana maraq daha da güclənir .....                     Bu ilin ilk 3 ayında azərbaycanlılar Türkiyədə 65 şirkət təsis edib .....                     İran və ABŞ Hörmüz boğazındakı məhdudiyyətləri aradan qaldıra bilər .....                     "Özüm araşdırmışam və əmin olmuşam ki, bu adda yer yoxdur" .....                     Daha 4 tiktoker tutuldu .....                     Bolşeviklərin adlarını daşıyan küçə adlarının dəyişdirilməsi məsələsinə yenidən baxılmalıdır .....                     Simonyan Belarus XİN-in etiraz notasından danışıb: .....                     ABB-nin vəzifəli şəxsi qadın müştərini tanışlıq üçün narahat edib .....                     Tikintinin içndə "Norm" varsa... DEMƏK, TƏHLÜKƏ VAR!!! .....                     Kallasın səfəri anti-Azərbaycan ritorikasını kölgədə qoyur .....                     Nazir sabiq müşavirini lisey direktoru təyin etdi .....                 

Fazil Məmmədov adamlarını ələ verməyə başladı - sensasion gəlişmə
Tarix: 16-02-2018, 09:03 | Çap et
Fazil Məmmədov adamlarını ələ verməyə başladı
Ötən ilin dekabr ayının 5-də gözlənilmədən vergilər naziri postundan uzaqlaşdırılan Fazil Məmmədov ətrafında yeni proseslər başlayıb. Əslində hər şey görüntü olaraq sabiq nazirin istəyinə uyğundur: ölkədən qaçmayıb, barəsində cinayət işi açılmayıb, hətta rəhbərlik etdiyi idman federasiyasında işini davam etdirir. Amma onun adı ətrafında cərəyan edən məsələlər də var ki, bunu elə F.Məmmədovun özü açıqlayıb.

Fevralın 14-də Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov ötən il hüquqi şəxslərdən və sahibkarlardan daxil olan şikayətlərdən danışıb. Şöbə müdiri deyib ki, 278 şikayətdə vergi, hüquq-mühafizə, şəhər və rayon icra hakimiyyəti orqanlarının, ayrı-ayrı vəzifəli şəxslərin sahibkarların işinə maneələr yaratmasından narazılıq bildirilib və kömək istənilib.

Onun sözlərinə görə, sahibkarlar bəzi hallarda vergi orqanlarının onlara əsassız olaraq külli miqdarda borc yazmasından, buna görə fəaliyyətlərini dayandırmağa məcbur olduqlarından, Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən bank hesablarının bloklanmasından, qanunsuz sərəncamların tətbiq edilməsindən və digər məsələlərdən narazılıqlarını bildirdiklərini qeyd edib.

Prezident Administrasiyasına edilən şikayətlərlə bağlı “Bizim Yol”a danışan keçmiş nazir heç bir halda qanundankənar iş görülmədiyini bildirib: “Kim şikayət edib məndən?

Bu nədir yazırsız... Heç kimin hesabı qanunsuz dondurula bilməz”. Sabiq nazir onun işlədiyi dövrdə vergilərlə bağlı əlavə ödənişlər tələb edilməsi ilə bağlı tənqidlərə də münasibət bildirib. “Heç kimə əlavə borc yazıla bilməz. Kimə nəsə yazılıbsa, o da qanun çərçivəsində yazılıb. Kiməsə qanundankənar nəsə yazılıbsa, bundan mənim xəbərim yoxdur. Kim edib cəzasını almalıdır” deyə, o bildirib.

Qeyd edək ki, həftənin əvvəlində yeni vergilər naziri Mikayıl Cabbarov F.Məmmədovun rəhbərlik etdiyi vaxtı tənqid edib. “Bir çox vergi ödəyiciləri öz təsərrüfat fəaliyyətinin nəticələrinin hesablanmasının gəlir və xərclər üzərində aparılması ilə deyil, bəzi hallarda ən asan üsulla - dövriyyənin hesablanmasına sövq edilməsi, bunun nəticəsində audit institutunun əhəmiyyətli dərəcədə itirilməsi, plan və proqnozun yerinə yetirilməsi naminə vergi ödəyicilərindən ödənilməli olan vergi məbləğindən artıq ödəmələrin tələb edilməsi, bu ödəmələrin həcminin ilbəil artması, neft və qeyri-neft sektorlarında vergi yükünün qeyri-mütənasib paylanılması özəl biznesə qarşı bugünkü tələblərə cavab verməyən metodlarını olduğunu göstərir və işgüzar aktivliyin rəsmi sahədən qeyri-rəsmi sahəyə keçidi ilə nəticələnir. Belə təcrübənin yolverilməzliyi xüsusən kiçik və orta sahibkarlıq sahəsində özünü büruzə verir”, deyə, M.Cabbarov vurğulayıb.

Yada salaq ki, yeni təyin edilmiş vergilər nazirinin kollektivə təqdim olunması zamanı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də F. Məmmədovun fəaliyyətini tənqid etmişdi.

Təbii ki, hər bir nazirliyin fəaliyyətində nöqsanlar olur və bu, F.Məmmədovun uzun illər rəhbərlik etdiyi Vergilər Nazirliyinə də aiddir. Bəs niyə F.Məmmədov bu tənqidlərlə razılaşmır? Sabiq nazir niyə narahatdır?

Sabiq nazirin tənqidlərə dözümsüz münasibəti, “kiməsə qanundankənar nəsə yazılıbsa, bundan mənim xəbərim yoxdur. Kim edib cəzasını almalıdır” deyərək müqavimət göstərməsi əlbəttə ki, təsadüfi deyil. Məlumdur ki, M.Cabbarov vergilər naziri təyin edildikdən sonra nazirlikdə kadr islahatlarına start verib. Vergilər Nazirliyində müxtəlif vəzifələrdə islahatlar aparılır, ixtisarlar edilir. Nazirlikdə işdən çıxarılanlar arasında keçmiş nazirin qohumları da var.

F.Məmmədovun bacısının həyat yoldaşı, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini Namiq Quliyev ötən ilin dekabrında vəzifəsindən kənarlaşdırılıb. Keçmiş nazirin qudası, vergilər nazirinin müavini Namiq Əliyevin işdən çıxarılması ilə bağlı müvafiq sərəncam isə yanvarın 12-də verilib. Sabiq nazirin bacısı oğlu, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Bəyannamələr İdarəsində direktor müavini Elnur İsgəndərov da vəzifəsindən uzaqlaşdırılıb.

Gələn məlumatlar onu deməyə əsas verir ki, F.Məmmədovun komandası canını işdən azad edilməklə qurtarmaya bilər. İddia olunur ki, F. Məmmədovun iri çaplı sahibkarlara qarşı tətbiq etdiyi “dinmə, ver, vergisi”nə məruz qalanların siyahıları tutulur. Onların ödədikləri məbləğlərin hesabatı hazırlanır. Toplanan materialların sonradan cinayət işlərinin əsasını təşkil edəcəyi də istisna deyil. Əldə olunan məlumatlar təhlil ediləndən sonra isə Fazil Məmmədovun kadrlarına qarşı ittihamlar irəli sürülə bilər.

Mümkündür ki, sabiq nazirin işə qəbul etdiyi və yaxın çevrəsinə daxil olan bir neçə iri vergi məmuru qandallansın. Onların isə Fazil Məmmədova qarşı ifadə verəcəyi istisna deyil. Bu səbəbdən də ehtimal etmək olar ki, sabiq nazir indidən özünü sığortalayır və “kiməsə qanundankənar nəsə yazılıbsa, bundan mənim xəbərim yoxdur” deməklə, adamlarını ələ verir və məsuliyyəti üzərindən atmaq istəyir.
“YM”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kiber sektorda ciddi uğurlar necə əldə olunub ? - ARAŞDIRMA
Bu gün, 04:19
AzəriQaz-da maaşların NİZAMSIZ OTURUŞU... - Bunu da YARITMIRLAR...
Bu gün, 04:08
Yeni TƏBİB şefi ÖLÜMƏ çarə edəcəkmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 03:45
"İlham Əliyev həm də ona qarşı olunan nankorlugun cavabını verib..." - REAKSİYA
Bu gün, 03:22
Tahir Gözəl qardaşının kadrlarını “Azərsun Holdinq”dən uzaqlaşdırır - Kütləvi ixtisarlar
Bu gün, 03:12
Tural Əhmədovun kantoru BELƏ İŞLƏYİR - ETİRAZ VAR!
Bu gün, 03:05
Naxçıvanda televiziya-meleviziya OYUNBAZLIĞI - İTTİHAM VAR...
Bu gün, 02:55
"Seçicilərlə görüşləri bəzən çayxanada keçirirəm" - deputat
Dünən, 18:14
İrandan razılaşma xəbərinə növbəti təkzib: - ABŞ güzəştə getməsə, cavabımız sərt olacaq
Dünən, 18:01
Təhsil İnstitutu akkreditasiyadan keçib
Dünən, 17:27
Bakı Sağlamlıq Mərkəzinin mənfəəti kəskin azalıb – Səbəb
Dünən, 17:14
Ərdoğan Bakı ilə danışıqlardan sonra Makronu Ermənistandan Türkiyəyə buraxmayıb - "AZfront"
Dünən, 17:11
Qayınanasıgildən gəlib anasını öldürən oğulun məhkəməsi BAŞLADI
Dünən, 16:57
Asif həkim dəfn edildi - Foto
Dünən, 16:54
Solovyov söyüş söyməkdə böyüklərindən nümunə götürüb... - ONA GÖRƏ DƏ...
Dünən, 16:46
Qanunsuz lizinq: “Vüsal 300“ -ün adamları sosial şəbəkələri “zəbt” edib - BU NƏDİ BELƏ?
Dünən, 16:38
“6-cı sinif şagirdi bu səbəbdən tarix kitabına nifrət edir” – QALMAQAL
Dünən, 16:33
Müseyib Həmzəyev ölkədən qaçmaq istəyir? - İDDİA
Dünən, 16:24
Oğlunu işə düzəltmək istədi, 40 000 manat pulu getdi - TƏFƏRRÜAT
Dünən, 16:19
Səhhətində problem yaranan Xalq artistinin SON DURUMU
Dünən, 16:05
Tramp İranı bombardmanla hədələyib, Hörmüz boğazını açacağına söz verib
Dünən, 16:00
Onkoloji Mərkəzdə giriş-çıxış üçün xüsusi qaydaların tədbiqinə başlanıldı
Dünən, 15:58
Generalın oğlu işdən çıxarıldı - BUNDAN SONRA...
Dünən, 15:57
Metrologiya İnstitutu 2 ədəd avtomobil alır
Dünən, 15:51
Yılmaz Ermənistanla normallaşma barədə pozitiv mesajlar verdi
Dünən, 15:49
Qədir Qızılsəsə qarşı HAQSIZLIQ - “Hər yerdə məni "vururlar"
Dünən, 15:42
Çətin anlarda həmişə işçilərimin yanında olmuşam - Əliqismət Lalayev
Dünən, 15:37
Sentyabrda dəhşətli müharibə: - Ermənistanı silkələyən xəbər
Dünən, 15:29
Fermer ucuzluqdan, alıcı bahalıqdan narazıdır: - "Kim nə versə..."
Dünən, 15:23
Görünən odur ki, Avropada Azərbaycana maraq daha da güclənir - Tofiq Zülfüqarov
Dünən, 15:18
Bu ilin ilk 3 ayında azərbaycanlılar Türkiyədə 65 şirkət təsis edib - DETALLAR
Dünən, 15:12
İran və ABŞ Hörmüz boğazındakı məhdudiyyətləri aradan qaldıra bilər - "Axios"
Dünən, 14:59
"Özüm araşdırmışam və əmin olmuşam ki, bu adda yer yoxdur" - deputat
Dünən, 14:58
Daha 4 tiktoker tutuldu
Dünən, 14:45
Bolşeviklərin adlarını daşıyan küçə adlarının dəyişdirilməsi məsələsinə yenidən baxılmalıdır - deputat
Dünən, 14:42
Simonyan Belarus XİN-in etiraz notasından danışıb: - Ermənistan heç vaxt quberniyaya çevrilməyəcək
Dünən, 13:19
ABB-nin vəzifəli şəxsi qadın müştərini tanışlıq üçün narahat edib - TƏFƏRRÜAT
Dünən, 13:12
Tikintinin içndə "Norm" varsa... DEMƏK, TƏHLÜKƏ VAR!!! - Beton bərkimir, çəki azdır, qablaşdırma keyfiyyətsizdir, qiyməti artırıblar
Dünən, 13:01
Kallasın səfəri anti-Azərbaycan ritorikasını kölgədə qoyur - ŞƏRH
Dünən, 12:54
Nazir sabiq müşavirini lisey direktoru təyin etdi - FOTO
Dünən, 12:48
FAKT: Şəhid ailələrinə verilən mənzillərin sahəsi ölkə ortalamasından da kiçikdir - SİYAHI
Dünən, 12:43
Dövlət Xidmətinin hərbçisi yenidən məhkəmə qarşısında
Dünən, 12:27
Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Dünən, 12:19
İlqar Bayramlı vərəm faktını niyə gizlədir? - Əsas korpus bağlanıb, dərslər online keçirlir
Dünən, 12:17
Nizami rayonunda qəzalı binaya əlavə artırma: Sakinlər təhlükədə - VİDEO
Dünən, 12:07
Taleh Kazımov "Yelo Bank"a sanksiya məsələsinə aydınlıq gətirib
Dünən, 11:56
Qarabağda tikilən evlər niyə rəsmi statistikaya salınmır? - İLGİNC
Dünən, 11:44
Meloninin Bakıdan İran mesajı – Nə demək istədi...
Dünən, 11:43
Mövlud Çavuşoğlunun qardaşını güllələyiblər
Dünən, 11:36
Sirkə turşusu içən "estetik" həkimin SON DURUMU
Dünən, 11:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru