ABŞ İsrailin Qəzza ilə bağlı razılaşmalara əməl edəcəyinə ümid edir .....                     Bakıda HAVALAR ÇÖNÜR? .....                     Müharibə dövründə Azərbaycan vasitəsilə İrana yardım və dəstək göstərilib .....                     Cəlilabadda xanım bələdiyyə sədri yol təmirində FOTOSESSİYA ELƏTDİRDİ .....                     "İndi isə artıq konkret sənəd ortadadır..." .....                     TRIPP layihəsi işə düşür .....                     Trampın iki zəngi, Vaşinqtonun yeni hesabı .....                     Azərbaycanda iki vəkil HƏBS OLUNDU .....                     İrandan "Məkkə" sazişinə reaksiya: .....                     Suriyanın keçmiş kəşfiyyat rəhbəri Rusiyada yaşayır .....                     ETSN buralara niyə nəzarət etmir ki... .....                     Rusiyanın Güney Qafqazda sıxışdırılması... .....                     ŞAH İSMAYIL XƏTAİ İLƏ MÜSAHİBƏ .....                     Zelenski Belqrada niyə dəvət olundu? .....                     Naxçıvanda şəhid ailələrinə ÖGEYÇİLİK .....                     " 3 saat boyu istidən bir təhər olmuşuq..." .....                     Güney Qafqazda sülh... NƏ QƏDƏR YAXINIQ? .....                     "Bir bəsit suala cavab vermək bu qədərmi çətindir?" .....                     "Biz indi "Nəsimi ili" ilə bağlı verilişə Afət Fərmanqızını dəvət edək?" .....                     Bu adamın kürəyindəki əl... KİMİNDİR? .....                     "Hamı Şah İsmayıldan danışır…" .....                     Cənubi Qafqazdakı otuz illik dramın sonu .....                     Büdcə pulları ilə ŞÜBHƏLİ RƏFTAR .....                     Aktrisadan kədərli paylaşım .....                     AYNA şefi bax beləcə milyonçu olur... .....                     Cənubi Qafqazda böyük dəyişiklik başlayır .....                     Azərbaycan ilə Ermənistan arasında "sular durulur"? .....                     NVIDIA-dan Ermənistana nəhəng süni intellekt yatırımı .....                     Türkiyənin Ukrayna daxil olmaqla bir neçə ölkədə yeni səfirləri təyin olunub .....                     “İranı Qəzzanın gününə salmaq istəyirlər” .....                     Azərbaycanın ən çətin günlərində yanımızda idi... .....                     Bakı-Vaşinqton xəttində yeni mərhələ: .....                     Qazaxda taxıl biçini başa çatıb .....                     Azərbaycandan sonra Türkiyə də Ermənistan üçün məhdudiyyətləri qaldırdı .....                     "O, Rasim Balayevi tapıb kinoya gətirdi, onun üzərində dayandı, təkid etdi..." .....                     İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: .....                     Abxaziya və Cənubi Osetiyanın Rusiyada qalmasına imkan verməyəcəyik .....                     Vardanyan “yatır”, Taleb hürür: bir-birini tapan iki maliyyə spekulyantı .....                     ABŞ Ermənistandan Konstitusiyaya düzəlişlər üzrə öhdəliyinin icrasını tələb etməlidir .....                     Paşinyan İlham Əliyevə zəng edib .....                 

İcra başçısına qarşı ŞOK İTTİHAMLAR - İDDİA
Tarix: 5-10-2017, 09:23 | Çap et
İcra başçısına qarşı ŞOK İTTİHAMLAR
Korrupsiya dövlətin hər hansı qurumunda çalışan və ona etibar edilərək verilmiş səlahiyyətdən şəxsi mənfəəti üçün istifadə etmə halları adlanır

Bu termin əsasən bürokratik aparat və siyasi elita ilə bağlı işlənir. Yəni korrupsiya vəzifədə olanın vəzifə səlahiyyətlərindən yararlanıb qanunları saya salmadan bu və ya başqa məsələni hansısa bir cinayətkar, mafioz, inhisarçı qrupun xeyrinə həll etməsidir.

Ona görə korrupsiya dedikdə ancaq və ancaq vəzifədə olanlardan söhbət gedir. Sadə camaatı, hətta cinayətkar biznesmeni korrupsioner adlandırmaq olmaz. Həmin biznesmenin əməli rüşvət cinayətinə aiddir.

Korrupsiya isə yuxarıda qeyd edildiyi kimi, yalnız rüşvət, yəni konkret pul, bahalı əşya və s. alma anlamına gəlmir. Məsələn, hansısa məmurun müəyyən maraqlar naminə inhisarçı, cinayətkar qruplaşmanın xeyrinə qanundankənar hansısa göstəriş verirsə və bu göstəriş nəticəsində sadə insanlar zərər çəkirsə, bu artıq korrupsiya cinayətidir. Yaxud yüksək vəzifəli, siyasi rəhbərliyə aid olan şəxsin başçılığı altında dövlət vəsaitlərinin mütəşəkkil qrup halında talan edilməsi, mənimsənilməsi də korrupsiyaya aiddir.

Azərbaycan prezidenti İlham Əliyev ölkənin gələcək inkişafının korrupsiya ilə mübarizədən asılı olduğunu çıxışlarında dəfələrlə deyib.

Azərbaycan üçün korrupsiyanın “böyük bəla” olduğunu deyən ölkə başçısı onu sarsıtmaq üçün yalnız inzibati cəzaların deyil, həmçinin struktur islahatların da aparılaması zəruriliyini vurğulayıb.

Dövlət başçısı uğurli iqtisadi inkişafın, onun təbirincə, neqativ hallarla mübarizədən asılı olacağını daim vurğulayır.

Onun sözlərinə görə, əgər Azərbaycanı irəliyə aparmaq məqsədi qoyulubsa o halda korrupsiya ilə mütləq qaydada daha ciddi mübarizə aparılmalıdır:

“Korrupsiya böyük bəla və ləkədir. Onunla ciddi mübarizə aparılmalıdır. Həm inzibati cəzalar verilməli, həm də eyni zamanda struktur islahatlar aparılmalıdır”.

Bu yöndə güc prokurorluq orqanlarının üzərinə düşür. Bir də medianın. Bu haqda ötən sayımızda yazmışıq. Həm də Beyləqanda büdcənin necə talandığını fotolarla, faktlarla qeyd etmişik. Görünür yerli prokurorluq o qədər zəifdir ki, yerli məmurlara qarşı hərəkətə keçməkdənsə susqunluğa üstünlük verir.

Odur ki, faktları yenidən çatdıracağıq. Bu dəfə Baş Prokurorluq üçün. Çünki Beyləqanda korrupsiya artıq nəzarətdən çıxıb.

Konkret olaraq Beyləqan rayon İcra Hakimiyyətinin (RİH) Beyləqan şəhəri üzrə nümayəndəsi Bakir Balakişiyevin cinayətlərinə artıq göz yummaq olmaz.

Yol maxinasiyası

Beyləqan rayon İcra Hakimiyyətinin (RİH) Beyləqan şəhəri üzrə nümayəndəsi Bakir Balakişiyev 2015-ci ildə rayon rəhbəri Vaqif Abdullayev tərəfindən hazırki vəzifəsinə təyin olunana qədər Beyləqan Bələdiyyəsinin sədri işləyib. Yerli özünüidarəetmə qurumuna rəhbərlik etdiyi uzun müddət ərzində daha çox korruptiv əməlləri ilə yadda qalıb. Görünür, elə məhz bu “müstəsna” qabiliyyətinə görə icra başçısı onu daha mühüm, həm də daha münbit korrupsiya şəraiti olan dövlət qulluğu postuna irəli çəkib. Elə o vaxtdan hər il şəhərin abadlaşdırılması məqsədilə ayrılan 90-100 min manat civarında maliyyə vəsaiti Balakişiyevin sərəncamına verilib. Hətta ötəri, vizual müşahidə ilə də görmək mümkündür ki, bunca vəsaitin qarşılığında şəhərdə çox az abadlıq-quruculuq işləri həyata keçirilib. Görülən işlərin də keyfiyyətindən oğurlanıb. Bir məqamı da xüsusi qeyd etməyə dəyər ki, bu sahədə yerinə yetirilən işlərin əksər hissəsi iməcilik yolu ilə şəhərin idarə, müəssisə, təşkilatlarının əmək kollektivlərinin zorla cəlb olunduqları iməciliklər yolu ilə istismar edilmələri hesabına gerçəkləşdirilib. Və əlbəttə ki, işlərin həcmi şişirdilmiş rəqəmlərlə ifadə olunaraq şəhər nümayəndəliyinin aktivinə yazılaraq başçı ilə nümayəndəlik sədrinin hesabatlarında öz əksini tapıb. Keyfiyyəti oğurlanmış, göstəriciləri şişirdilmiş həmin işlərin sırası uzundur.

Realmediaaz.space ötən sayında açıq-aydın Beyləqandakı büdcə oğurluğu haqda yazıb. Qeyd etmişik ki, rayonda “səkisalma” prosesi altda dövlət büdcəsi talan edilir. Konkret ünvan, konkret şəxslər göstərilib.

Vurğulamışıq ki, səki maxinasiyalarını Mobil Həsənov reallaşdırır. Hansı ki, “STAR 2017” MMC-nin rəhbəridir. Onun arxasındakı şəxs və konkret korrupsiya piramidasını quran isə Bakir Balakişiyevdir.

Uşaqların yeməyinə göz dikən korrupsioner

Bakir Balakişiyevin “tamet” maxinasiyasından əlavə gəlir yeri şəhərdə fəaliyyət göstərən 6 uşaq məktəbəqədər təhsil müəssisəsinə aylıq ayrılan 1 (bir) ton ətiyoxa çıxarmasıdır. B. Balakişiyev Beyləqanın uşaq bağçalarını ətlə təmin edən “Meyvəli” firmasının Ağcabədi filialının rəhbərliyi ilə sövdələşməyə gedib.

Ümumiyyətlə, təkcə ət və ət məhsullarının deyil, ərzağın bütün digər növlərinin də çox hissəsinin icra nümayəndəsi və işbaz ortaqları tərəfindən “xırıd” edildiyi, həmçinin, uşaq müəssisələri rəhbərlərinin üzərinə aylıq 100 (bir yüz) manat haqq qoyulduğu qeyd olunur. Əlbəttə, Balakişiyevin həyat yoldaşının müdirlik etdiyi 1 saylı uşaq bağçası bu “taqsa”dan azaddır. Bağça 140 yerlik olsa da, burada günün eyni vaxtında uzaqbaşı 20-30 uşağı bir arada görmək mümkündür. Qalanların normativ üzrə kağız üzərində istehlak etmişlərmiş kimi göstərilən ərzaq payları (uşaq gününə düşən faktiki ərzaq xərcləri) isə mənimsənilir. Elə həmin məhdud sayda uşaqlara verilən yeməkdən də oğurlanır.

Qısası-Beyləqan şəhər icra nümayəndəliyi “Meyvəli” firması ilə arasında ərzaq məhsullarının siyahısında ət məhsulu qeyd olunsa da, uşaq bağçalarına verilən siyahıda ümumiyyətlə ət məhsulu göstərilmir. Yəni, Bakir Balakişiyev əlavə siyahı tətbiq edərək tabeçiliyində fəaliyyət göstərən uşaq bağçalarına nəzərdə tutulmuş əti siyahıdan çıxardıb.

Beyləqan şəhərində uşaq müəssisələrinin tələbatı, real faktiki xərci tam öyrənilmədiyindən, məktəbəqədər uşaq müəssisələrinə artıq inventar, avadanlıq, eləcə də təsərrüfat malları alınır. Satın alınan malların ehtimal olunan qiymətlərinin düzgün müəyyənləşdirilməməsi, funksional fəaliyyətinə aid olmayan alışların həyata keçirilməsi, mərkəzləşdirilmiş qaydada verilən əsas vəsaitlərin uçota qəbul edilməməsi kimi ciddi nöqsanlara yol verilir. Sadə dillə desək pul silinir , köhnə inventar təzə adı ilə qeyd edilir.

Ötən sayımızda qeyd etmişdik, 3 il qabaq prezident Beyləqana gələrkən H. Əliyev adına parkda yerləşən uşaq evinin açılışın edib. Keçən il noyabrda İlham Əliyev yenidən Beyləqana gələrkən ayrı uşaq bağçasının açılışı olub. Balakişiyevin göstərişi ilə 3 il qabaq açılmış uşaq baxçasındakı avadanlıqları, inventarları yeni təhvil verilən baxçaya daşıyıblar. Həyasızlığın, qanunsuzluğun da bir həddi olmalıdır.
Ardı var
MilliYol.Az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ İsrailin Qəzza ilə bağlı razılaşmalara əməl edəcəyinə ümid edir - AXİOS
Bu gün, 06:30
Bakıda HAVALAR ÇÖNÜR? - AÇIQLAMA
Bu gün, 06:24
Müharibə dövründə Azərbaycan vasitəsilə İrana yardım və dəstək göstərilib - Pezeşkiandan ETİRAF
Bu gün, 06:22
Cəlilabadda xanım bələdiyyə sədri yol təmirində FOTOSESSİYA ELƏTDİRDİ - azyaşlı uşağı da qucağında...
Dünən, 12:11
"İndi isə artıq konkret sənəd ortadadır..." - deputat
Dünən, 11:41
TRIPP layihəsi işə düşür - Tramp müharibə riskinin üzərindən birdəfəlik xətt çəkdi
Dünən, 11:36
Trampın iki zəngi, Vaşinqtonun yeni hesabı - ŞƏRH
Dünən, 11:29
Azərbaycanda iki vəkil HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 10:30
İrandan "Məkkə" sazişinə reaksiya: - Düzgün yolu tapmayıblar!
Dünən, 10:23
Suriyanın keçmiş kəşfiyyat rəhbəri Rusiyada yaşayır - BBC
Dünən, 08:55
ETSN buralara niyə nəzarət etmir ki... - “Necə oldu ki, bu qədər çox olan canlı yoxa çıxdı?”
Dünən, 08:44
Rusiyanın Güney Qafqazda sıxışdırılması... - VƏ...
Dünən, 08:35
ŞAH İSMAYIL XƏTAİ İLƏ MÜSAHİBƏ - Beş yüz il əvvələ gedən reportaj
Dünən, 08:14
Zelenski Belqrada niyə dəvət olundu? – Vuçiçin gizli strategiyası
Dünən, 08:01
Naxçıvanda şəhid ailələrinə ÖGEYÇİLİK - ETİRAZ VAR!
Dünən, 07:59
" 3 saat boyu istidən bir təhər olmuşuq..." - "Park Cinema"dan şikayət...
Dünən, 07:48
Güney Qafqazda sülh... NƏ QƏDƏR YAXINIQ? - AKTUAL
Dünən, 07:37
"Bir bəsit suala cavab vermək bu qədərmi çətindir?" - GİLEY
Dünən, 07:31
"Biz indi "Nəsimi ili" ilə bağlı verilişə Afət Fərmanqızını dəvət edək?" - ANIM
Dünən, 07:22
Bu adamın kürəyindəki əl... KİMİNDİR? - İTTİHAM VAR...
Dünən, 07:16
"Hamı Şah İsmayıldan danışır…" - keçmiş deputat
Dünən, 07:10
Cənubi Qafqazdakı otuz illik dramın sonu - Kremlin mifinin üzərindən xətt çəkildi
Dünən, 06:56
Büdcə pulları ilə ŞÜBHƏLİ RƏFTAR - BU NƏDİ BELƏ?
Dünən, 06:51
Aktrisadan kədərli paylaşım - FOTO
Dünən, 06:46
AYNA şefi bax beləcə milyonçu olur... - QƏPİK-QƏPİK QARƏT...
Dünən, 06:40
Cənubi Qafqazda böyük dəyişiklik başlayır - GƏLİŞMƏ
Dünən, 06:30
Azərbaycan ilə Ermənistan arasında "sular durulur"? - İNCƏLƏMƏ
Dünən, 06:27
NVIDIA-dan Ermənistana nəhəng süni intellekt yatırımı – 250 MVt-lıq layihə
Dünən, 06:22
Türkiyənin Ukrayna daxil olmaqla bir neçə ölkədə yeni səfirləri təyin olunub - “Resmi Gazete”
Dünən, 06:18
“İranı Qəzzanın gününə salmaq istəyirlər” – Pezeşkian
8-08-2026, 13:41
Azərbaycanın ən çətin günlərində yanımızda idi... - Azərbaycan xalqı İmran Xanı niyə unutmur?
8-08-2026, 13:38
Bakı-Vaşinqton xəttində yeni mərhələ: - 7,5 milyard dollarlıq müqavilələr nə vəd edir?
8-08-2026, 13:35
Qazaxda taxıl biçini başa çatıb
8-08-2026, 13:31
Azərbaycandan sonra Türkiyə də Ermənistan üçün məhdudiyyətləri qaldırdı - Rubinyan
8-08-2026, 13:29
"O, Rasim Balayevi tapıb kinoya gətirdi, onun üzərində dayandı, təkid etdi..." - Xalq artisti
8-08-2026, 12:55
İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: - Səbəb Rusiya ilə bağlıdır
8-08-2026, 12:53
Abxaziya və Cənubi Osetiyanın Rusiyada qalmasına imkan verməyəcəyik - Gürcüstan Prezidenti
8-08-2026, 12:47
Vardanyan “yatır”, Taleb hürür: bir-birini tapan iki maliyyə spekulyantı - ARAŞDIRMA
8-08-2026, 12:44
ABŞ Ermənistandan Konstitusiyaya düzəlişlər üzrə öhdəliyinin icrasını tələb etməlidir - Şaffer
8-08-2026, 12:40
Paşinyan İlham Əliyevə zəng edib
8-08-2026, 12:37
Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir? – Hüquqşünasdan AÇIQLAMA
8-08-2026, 12:35
Maliyyə Nazirliyi bu il dövlət qurumlarında - 91 milyon manat yeyinti tapıb
8-08-2026, 12:32
"Qərbi Azərbaycanda 6000 illik yaşa malik nəsil var" - Görün, kimin nəsli imiş...
8-08-2026, 12:31
Bunlara görə də Şah İsmayıl bizimdir, biz Səfəvilər dövlətinin varisiyik! - İqbal Ağazadə
8-08-2026, 12:29
Ermənistanda qalmaqallı həbs - Keçmiş baş nazirin oğlu saxlanıldı
8-08-2026, 12:26
Hacıqabulda qayınata qızını döyən kürəkənini belə CƏZALANDIRDI - TƏFƏRRÜAT
8-08-2026, 12:24
Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: - "Əgər..."
8-08-2026, 12:21
4 azərbaycanlı cinayət başında yaxalandı: - Məsciddən 150 minlik oğurluq (FOTO)
8-08-2026, 12:17
“Fazil Mustafa saytların dost siyahısındadır” - Ləman Ələşrəfqızı
8-08-2026, 12:15
Blogerin əri xanımının ad günündə vəfat edibmiş
8-08-2026, 12:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru