Diplomunun tanınması üçün məhkəməyə müraciət etdi – "7000 AZN pul tələb etdilər"
Tarix: 28-09-2017, 08:55 | Çap et
 Azərbaycanda təhsil sistemində zaman-zaman müxtəlif problemlərlə, şikayətlərlə rastlaşmışıq. Bu problemlər hər dəfə gündəmə gəlsə də, öz həllini tapmır, qalmaqda davam edir. Bunlardan biri və yeni olmayanı xaricdə təhsil alan tələbələrin vətənə döndükdən sonra diplomlarının tanınmaması ilə bağlı yaşadığı problemlərdir. Lisenziya ilə fəaliyyət göstərən xaricdə təhsil şirkətlərinin ödənişli köməyindən istifadə edərək xarici ölkəyə təhsil almağa gedən vətəndaşlarımızın diplomları Təhsil Nazirliyi tərəfindən tanınmır. Məsələ məhkəməyə qədər gedib çıxır. Analoji hal Orxan Məmmədlinin də başına gəlib. Orxan Məmmədli bildirib ki, artıq neçə müddətdir diplomunun tanınması üçün Təhsil Nazirliyi ilə sözün əls mənasında mübarizə aparır: "Təkcə 2017-ci ilin başlanğıcından bu günədək Appelasiya Məhkəməsində Təhsil Nazirliyi ilə bağlı xeyli sayda məhkəmə iclasları keçirilib. Mən digər məsələləri kənara qoyub, yalnız diplom tanınması ilə bağlı olan dəqiq rəqəmi nəzərinizə çatdırıram. 53 qərardan 50-si məhz Təhsil Nazirliyinin xeyrinə olub. Digərlərindən 2-si barışıqla, 1-i isə vətəndaşın xeyrinə qərar çıxardıb. Beləliklə, 53 şikayətdən cəmi 1 vətəndaş haqlıdır? Azərbaycan Respublikasının Konsitutsiyasında hər bir vətəndaşın təhsil alma hüququna malik olduğu vurğulanıb, amma əksini görürük. Davam edən məhkəmə çəkişmələrində birinci instansiya məhz vətəndaşın xeyrinə qərar verib. Hətta Aliverici orqan olan Ali Məhkəmə appelasiyanın qərarını ləğv edib, işə təkrar baxıb, ədalətli qərar çıxarmasını tələb edib. Burada haqlı, yerində yaranmış suala kim cavab verəcək? Təhsil Nazirliyinin appelasiyaya təyziq etdiyi, qarşılıqlı cavab aldığı açıq-aşkar görsənir". Orxan Məmmədlinin sözlərinə görə, diplomunun tanınması üçün Təhsil Nazirliyi ondan 7000 AZN rüşvət tələb edib: "Ümumilikdə Təhsil Nazirliyinin Appelasiya Məhkəməsində aparılan 100 % işdən 95 % məhz nazirliyin xeyrinə həll olunur. Bu ölkədə vətəndaş haqlı ola bilməz? Təbii ki ola bilər. Appelasiya da digər ədalətli məhkəmə orqanları kimi düzgün qərar çıxararsa. Digər faktlar da var, ehtiyac olsa onları da açıqlayacam. Bu arada 03.10.2017 Appelasiya Məhkəməsinin məhz bununla bağlı yekun qərarı keçiriləcək. Hər bir KİV nümayəndəsini bu iclasa dəvət edirəm. Gəlin "ədalət"i birgə seyr edək. Xatırladım ki, 2016-ci ilin başlanğıcında Təhsil Nazirliyinə diplomumu tanıması ilə bağlı müraciət etdim və rüşvət qalmaqalına düşdüm. Nazirliyin əməkdaşı diplomu təsdiq etmək üçün, endirimli qiymətlə məndən 7 min AZN tələb etmişdi. Nazirliyin başında oturanlardan bir neçəsi isə özünü qanun sayıb, vətəndaşın hüququnu tapdalamqla yanaşı, alçaltmağa da cəhd etmişdi".

Mövzu ilə əlaqədar Təhsil Nazirliyi ilə Apellyasiya məhkəməsinə müraciət etdik. Lakin hər iki qurumdan zəngimizə cavab verən olmadı. Sözügedən problemlə bağlı üzrə ekspert Nadir İsrafilovun mövqeyini öyrəndik. Ekspert bildirdi ki, bu problem uzun müddətdir var, ancaq heç kim onun həllində maraqlı deyil: "Xaricdə təhsil məsələsi ilə bağlı belə şikayətlər xeylidir. Bu məsələ ilə bağlı yaranmış bütün problemlər artıq öz həllini tapmalı idi və qısa müddətdə mütləq bu problemləri həll etmək lazımdır. Çünki 2001-ci ildə xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı Ümumilli Liderimiz Heydər Əliyev qanun layihəsini təsdiq edib. Ancaq buna baxmayaraq bu problem hələ də qalıb. Digər tərəfdən baxanda bu problemin başlıca səbəblərindən biri dövlət xətti ilə deyil də, müxtəlif təşkilatların köməyi ilə həmin universitetlərə qəbul olmaqdır. Dövlət də bildirir ki, biz o universitetləri tanımırıq və verdikləri diplomları qəbul etmirik. Dövlət xətti ilə getdikdə bu problemlər olmurdu. Daha sonra xaricdə təhsil proqramı yığışdırıldığı üçün artıq insanlar məcbur qalıb o şirkətlərə daha çox üz tutmağa başladılar." N. İsrafilovun sözlərinə görə, Təhsil Nazirliyi məsələnin həlli üçün yalnız hansı universitetlərin diplomları tanınır, onların siyahısını dərc edib: "Təhsil Nazirliyi hazırda ölkəmizdə tanınan universitetlərin siyahısını dərc edib. Artıq bundan sonra insanların məlumatı olacaq hansı universitetləri seçə bilərlər, hansılarını yox. Lakin təəssüflər olsun ki, bu vaxta kimi bu siyahı olmadığı üçün belə xoşagəlməz hallar yaşandı və yaşanmağa davam edir. Bu siyahı dərc olunmamışdan əvvəl qəbul olub bitirən gənclərin sayı çoxdur və əksəriyyəti hələ də diplomlarının tanınmasına nail ola bilməyib". PrimeTime.az

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • ABŞ İsrailin Qəzza ilə bağlı razılaşmalara əməl edəcəyinə ümid edir - AXİOS
Bu gün, 06:30 |
|
|
|
| • Bakıda HAVALAR ÇÖNÜR? - AÇIQLAMA
Bu gün, 06:24 |
|
|
|
| • Müharibə dövründə Azərbaycan vasitəsilə İrana yardım və dəstək göstərilib - Pezeşkiandan ETİRAF
Bu gün, 06:22 |
|
|
|
| • Cəlilabadda xanım bələdiyyə sədri yol təmirində FOTOSESSİYA ELƏTDİRDİ - azyaşlı uşağı da qucağında...
Dünən, 12:11 |
|
|
|
| • "İndi isə artıq konkret sənəd ortadadır..." - deputat
Dünən, 11:41 |
|
|
|
| • TRIPP layihəsi işə düşür - Tramp müharibə riskinin üzərindən birdəfəlik xətt çəkdi
Dünən, 11:36 |
|
|
|
| • Trampın iki zəngi, Vaşinqtonun yeni hesabı - ŞƏRH
Dünən, 11:29 |
|
|
|
| • Azərbaycanda iki vəkil HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 10:30 |
|
|
|
| • İrandan "Məkkə" sazişinə reaksiya: - Düzgün yolu tapmayıblar!
Dünən, 10:23 |
|
|
|
| • Suriyanın keçmiş kəşfiyyat rəhbəri Rusiyada yaşayır - BBC
Dünən, 08:55 |
|
|
|
| • ETSN buralara niyə nəzarət etmir ki... - “Necə oldu ki, bu qədər çox olan canlı yoxa çıxdı?”
Dünən, 08:44 |
|
|
|
| • Rusiyanın Güney Qafqazda sıxışdırılması... - VƏ...
Dünən, 08:35 |
|
|
|
| • ŞAH İSMAYIL XƏTAİ İLƏ MÜSAHİBƏ - Beş yüz il əvvələ gedən reportaj
Dünən, 08:14 |
|
|
|
| • Zelenski Belqrada niyə dəvət olundu? – Vuçiçin gizli strategiyası
Dünən, 08:01 |
|
|
|
| • Naxçıvanda şəhid ailələrinə ÖGEYÇİLİK - ETİRAZ VAR!
Dünən, 07:59 |
|
|
|
| • " 3 saat boyu istidən bir təhər olmuşuq..." - "Park Cinema"dan şikayət...
Dünən, 07:48 |
|
|
|
| • Güney Qafqazda sülh... NƏ QƏDƏR YAXINIQ? - AKTUAL
Dünən, 07:37 |
|
|
|
| • "Bir bəsit suala cavab vermək bu qədərmi çətindir?" - GİLEY
Dünən, 07:31 |
|
|
|
| • "Biz indi "Nəsimi ili" ilə bağlı verilişə Afət Fərmanqızını dəvət edək?" - ANIM
Dünən, 07:22 |
|
|
|
| • Bu adamın kürəyindəki əl... KİMİNDİR? - İTTİHAM VAR...
Dünən, 07:16 |
|
|
|
| • "Hamı Şah İsmayıldan danışır…" - keçmiş deputat
Dünən, 07:10 |
|
|
|
| • Cənubi Qafqazdakı otuz illik dramın sonu - Kremlin mifinin üzərindən xətt çəkildi
Dünən, 06:56 |
|
|
|
| • Büdcə pulları ilə ŞÜBHƏLİ RƏFTAR - BU NƏDİ BELƏ?
Dünən, 06:51 |
|
|
|
| • Aktrisadan kədərli paylaşım - FOTO
Dünən, 06:46 |
|
|
|
| • AYNA şefi bax beləcə milyonçu olur... - QƏPİK-QƏPİK QARƏT...
Dünən, 06:40 |
|
|
|
| • Cənubi Qafqazda böyük dəyişiklik başlayır - GƏLİŞMƏ
Dünən, 06:30 |
|
|
|
| • Azərbaycan ilə Ermənistan arasında "sular durulur"? - İNCƏLƏMƏ
Dünən, 06:27 |
|
|
|
| • NVIDIA-dan Ermənistana nəhəng süni intellekt yatırımı – 250 MVt-lıq layihə
Dünən, 06:22 |
|
|
|
| • Türkiyənin Ukrayna daxil olmaqla bir neçə ölkədə yeni səfirləri təyin olunub - “Resmi Gazete”
Dünən, 06:18 |
|
|
|
| • “İranı Qəzzanın gününə salmaq istəyirlər” – Pezeşkian
8-08-2026, 13:41 |
|
|
|
| • Azərbaycanın ən çətin günlərində yanımızda idi... - Azərbaycan xalqı İmran Xanı niyə unutmur?
8-08-2026, 13:38 |
|
|
|
| • Bakı-Vaşinqton xəttində yeni mərhələ: - 7,5 milyard dollarlıq müqavilələr nə vəd edir?
8-08-2026, 13:35 |
|
|
|
| • Qazaxda taxıl biçini başa çatıb
8-08-2026, 13:31 |
|
|
|
| • Azərbaycandan sonra Türkiyə də Ermənistan üçün məhdudiyyətləri qaldırdı - Rubinyan
8-08-2026, 13:29 |
|
|
|
| • "O, Rasim Balayevi tapıb kinoya gətirdi, onun üzərində dayandı, təkid etdi..." - Xalq artisti
8-08-2026, 12:55 |
|
|
|
| • İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: - Səbəb Rusiya ilə bağlıdır
8-08-2026, 12:53 |
|
|
|
| • Abxaziya və Cənubi Osetiyanın Rusiyada qalmasına imkan verməyəcəyik - Gürcüstan Prezidenti
8-08-2026, 12:47 |
|
|
|
| • Vardanyan “yatır”, Taleb hürür: bir-birini tapan iki maliyyə spekulyantı - ARAŞDIRMA
8-08-2026, 12:44 |
|
|
|
| • ABŞ Ermənistandan Konstitusiyaya düzəlişlər üzrə öhdəliyinin icrasını tələb etməlidir - Şaffer
8-08-2026, 12:40 |
|
|
|
| • Paşinyan İlham Əliyevə zəng edib
8-08-2026, 12:37 |
|
|
|
| • Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir? – Hüquqşünasdan AÇIQLAMA
8-08-2026, 12:35 |
|
|
|
| • Maliyyə Nazirliyi bu il dövlət qurumlarında - 91 milyon manat yeyinti tapıb
8-08-2026, 12:32 |
|
|
|
| • "Qərbi Azərbaycanda 6000 illik yaşa malik nəsil var" - Görün, kimin nəsli imiş...
8-08-2026, 12:31 |
|
|
|
| • Bunlara görə də Şah İsmayıl bizimdir, biz Səfəvilər dövlətinin varisiyik! - İqbal Ağazadə
8-08-2026, 12:29 |
|
|
|
| • Ermənistanda qalmaqallı həbs - Keçmiş baş nazirin oğlu saxlanıldı
8-08-2026, 12:26 |
|
|
|
| • Hacıqabulda qayınata qızını döyən kürəkənini belə CƏZALANDIRDI - TƏFƏRRÜAT
8-08-2026, 12:24 |
|
|
|
| • Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: - "Əgər..."
8-08-2026, 12:21 |
|
|
|
| • 4 azərbaycanlı cinayət başında yaxalandı: - Məsciddən 150 minlik oğurluq (FOTO)
8-08-2026, 12:17 |
|
|
|
| • “Fazil Mustafa saytların dost siyahısındadır” - Ləman Ələşrəfqızı
8-08-2026, 12:15 |
|
|
|
| • Blogerin əri xanımının ad günündə vəfat edibmiş
8-08-2026, 12:14 |
|
|
|
|