İcra başçısı camaata qənim gəlib? - NARAZILIQ
Tarix: 2-06-2017, 10:33 |
Çap et
Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsində məskunlaşmış Laçından olan məcburi köçkünlər etiraz aksiyası keçirməyə hazırlaşırlar
Qəsəbə sakinlərinin sözlərinə görə, buna səbəb Laçın rayonunun icra başçısı Aqil Nəzərlinin əhaliyə qarşı laqeyd münasibətidir.
Belə ki, qəsəbə sakinlərindən bəziləri su pulunu ödəmədiyi üçün rayonun icra başçısı Aqil Nəzərli qeyri-adi bir qərar verərək bütün qəsəbənin suyunun kəsilməsini əmr edib. Nəticədə su pulunu vaxtı-vaxtında ödəyən sakinlər də susuz qalıblar.
Sakinlərin sözlərinə görə, isti yay günündə susuz qalan əhali qəsəbədə olan yeganə artezian quyusundan su götürməyə məcbur olub. Lakin 552 ailənin bir bulaqdan su götürməsi artezian quyusunun başında uzun növbə yaranmasına səbəb olub.
Bundan əlavə, qəsəbədə məskunlaşmış əhali yolların bərbad vəziyyətdə olmasından da şikayətlənirlər. Mövcud durumdan cana doyan sakinlər bildiriblər ki, ən qısa zamanda problemlər həllini tapmasa, o zaman artezian quyusunun başında icra başçısına qarşı etiraz aksiyası keçirəcəklər.(xeberal.az)