Ləğv edilmiş MTN-nin növbəti dəstəsi, general Elçin Quliyev və polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, nazirliyin Anti-Terror Mərkəzinin sabiq rəhbəri Elçin Quliyev və digərlərinin ittiham olunduqları cinayətlərə görə dəymiş maddi ziyanın ödənilməsi üçün təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulub.
General Elçin Quliyevə məxsus əmlaklar:
İntihar edən polkovnik İlqar Əliyevə məxsus əmlaklar:
E.Quliyevin adına olan iki avtomobil hazırda Dövlət Təhlükəsizlik Xidmətinin Maddi-təchizat idarəsində saxlanılır.
Bu cinayət işi üzrə istintaq 7 milyon 736 min 58 manat ziyan vurulduğu qənaətinə gəlib və DTX bu məbləğin ödənilməsi üçün mülki iddia irəli sürüb. Pulu ödəməli olan şəxs kimi isə general Elçin Quliyev cavabdeh olaraq tanınıb.
Qeyd edək ki, general –mayor E.Quliyev MTN-də Antiterror Mərkəzinin rəisi olub. Nazir Eldar Mahmudov vəzifədən çıxarılandan və “MTN olayları” başlayandan sonra o, nazirliyin akademiyasına kafedra rəisi təyin olunub. Onun müavini İlqar Əliyev isə həbs edilib. Polkovnik İ.Əliyev 2015-ci il dekabrın 20-də təcridxanada özünü asaraq intihar etdikdən sonra E.Quliyev cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb edilib.