Masazırda növbəti qanunsuz tikinti? .....                     Azərbaycanda 11 sığorta agentinin lisenziyası bərpa edilib .....                     Rayona "nəzarət edən" avtoritet həbs olundu: .....                     Məktəb direktorunun evindən 14 min manatlıq qızıl oğurlanıb .....                     “İran sərhədlərin açılmasını istəyirsə, Azərbaycana qarşı təhdidlərə son verməlidir” .....                     “Qarabağ” matçında saxta bilet TƏHLÜKƏSİ .....                     "Heç bir qabarıq fərq olmayan din xadimi kimi efirə estetik zövq gətirməyi Allah mənim vasitəmlə reallaşdırıb" .....                     Suriyada İŞİD liderlərindən biri zərərsizləşdirilib .....                     "Ay bədbəxt yığınaq, mən elə seçicilərimin davasını edirəm də, seçicilərimə cavab vermirlər" .....                     Şəhidin adına olan kənd məktəbi niyə BƏRBAD GÜNDƏDİR? .....                     DMA da DTA-nın yolunu gedir: .....                     Ermənistan Sərhəd Qoşunlarının komandanı vəzifəsindən uzaqlaşdırılıb .....                     Regionu qarışdıran bəyanat: bu şəhərə işarə edildi .....                     “Narkomanların sayı statistikadan çoxdur” .....                     “Paşa Sığorta”nın İdarə Heyətinin üzvlərindən biri vəzifəsindən ayrılır .....                     Xanım deputat qadın qətli törədənlərə .....                     Ermənistan İctimai Radiosunun təxribatı .....                     AİHM-in qərarı Ermənistanın hüquqi-siyasi tarixində yeni mərhələdir .....                     Mourinyo “Qarabağ”a məğlubiyyətdən danışıb .....                     Hərbi prokurorun müavini işdən çıxarıldı .....                     Böyürtkənli torpaq haqqında .....                     Məktəblilərin gündəlik həyatına baxanda görünən mənzərə .....                     Məktəblərdə rüşvətlə bağlı şok açıqlama: Günahkar VALİDEYNLƏRDİR .....                     Manatın məzənnəsi 2030-cu ilə kimi sabit qalacaq .....                     Mikayıldan Tolikə CAVAB .....                     Təhsil nazirliyinin QARA-QURA İŞLƏRİ .....                     Paşinyandan ermənilərə siyasi mesaj .....                     Separatçı Şahramanyan Xankəndindəki son terror cəhdinə belə münasibət bildirdi... .....                     “Fransa dünyanın harasındasa demokratiyanın olub-olmaması ilə bağlı fikir səsləndirən zaman əvvəlcə öz davranışlarına baxsın” .....                     Mehdiyevin bankında DƏYİŞİKLİK GÖZLƏNİLİR .....                     Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıda keçiriləcək beynəlxalq forumda iştirak edəcək .....                     Türkiyənin ÖN BAXÇASINDA nə işlər çevrilir... .....                     AZAL donanmasına yeni “Airbus A320neo” təyyarəsini əlavə etdi .....                     Abbas Bağırov yeni mövsümü BELƏ AÇDI .....                     Tovuz İcra Hakimiyyəti 194 minə zibil daşıyan maşın alır .....                     Bərdədə gənclərin ölümlə zarafatı: Maşını qatar yolunda saxlayıb.. .....                     "Biz şokda idik" .....                     Şirkət Azərbaycan Mərkəzi Bankına müraciət etdi: .....                     Məktəbini dəyişmək istəyən müəllim "tamada"ya ÜZ TUTDU .....                     2 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsində NARAZILIQ .....                 

Murdar ət biznesinin arxasında məmurlar dayanır - İDDİA
Tarix: 4-03-2017, 10:08 | Çap et
Murdar ət biznesinin arxasında məmurlar dayanır
Kənd Təsərrüfatı yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) qidalanma üçün yararlı olmayan heyvan ətlərinin aşkarlanıb zərərsizləşdirlməsi haqqında tez-tez məlumatlar yayır. Son vaxtlar bu məlumatlar daha da intensivləşib.
DBNX ölkə boyu keçirdiyi kütləvi reydləri epizootoloji sabitliyin qorunması və qida təhlükəsizliyi ilə əlaqələndirir. Adətən bu cür karantin tədbirlər də polis əməkdaşlarının iştirakı ilə aparırlır. Ötən ilin sonlarında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun əməkdaşlarının iştirakı ilə DBNX Yevlax, Bərdə, Ağcabədi rayonlarında və Bakı şəhərində fəaliyyət göstərən heyvan kəsimi, ət qəbulu, saxlaması və satışı məntəqələrində reydlər keçirilərkən xeyli faktlar - primitiv sallaqxanalar, soyuducular, üfunət iyi verən ətlər, qutularla yararsız dondurulmuş ətlər, Bərdədə evlərin həyətlərində qan gölməçələri , baytar həkimin müayinə aparmadan möhür vurması, ət məhsullarının mənşəyinə dair sağlamlıq kağızlarının olmaması və sair neqativ halları aşkarlaması barədə məlumat yaydı.
Bu günlərdə də Sabirabad rayonundan 600 kiloqram, Xaçmaz rayonundan 170 kiloqram sümükdən ayrılmış qidaya yararsız ət aşkarlanıb.
Buna baxmayaraq ölmüş, xəstə, murdar olmuş heyvanların ətlərin istehlakçılara satılması və bu işi təşkil edənlərin böyük şəbəkə biznesi olması haqda kifayət qədər məlumatlar var.

Leşsatanların güdazına gedən heyvandarlar

Könül bulandıran bu sahədə son vaxtlar bu qədər faktların artmasına səbəb nədir? Bu tədbirlər kampaniya xarakteri daşımır ki?
Əldə etdiyimiz məlumata görə, aparılan mübarizə tədbirləri arasında öz şəxsi heyvanını kəsib rayon mərkəzinə, Bakı şəhərinə gətirərkən, təsadüfən yaxalanan kəndlilər də var. Kiçik heyvandarlıq təsərrüfatı olan bu şəxslər hansı sənədləşmə prosedurundan keçməlidir ki, leşsatanların güdazına getməsinlər.
Bir ildə 50-60 min baş mal-qara tələf olur
Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmovun bildirdiyinə görə, artıq illərdir ki, oturuşmuş bu sistemin özü murdardır və bu sistemi məhv etmək üçün köklü tədbirlərin aparılmasına ehtiyac var: “Təsəvvür eləyin 1 ildə 50-60 min baş mal-qara tələf olunur. Bu sahədə murdar bir sistem yaradılıb. Xəstə olan, ölən heyvanlar xüsusi adamlar, hansı ki, onlar uzun müddətdir bu işlə məşğul olurlar, ətin kəsilməsi, daşınması, satılması işlərilə məşğuldurlar. Onlar xüsusən iaşə obyektləri, kafelər, yeməkəxanalarla əməkdaşlıq edirlər. O əti iaşə obyektlərinə ucuz təklif edirlər, bu da o obyekt sahiblərinə sərf edir. Ət bahalaşdığına görə, indiki şəraitdə onlara ucuz ət satmaq daha əlverişlidir, bundan hər iki tərəf daha çox gəlir götürür. Çünki kafelərə, restoranlara 10-12 manata ət almaq sərf eləmir. Ona görə də onların işbirliyi alınır”.

Polis ifşa edir, qurum öznünküləşdirir

Ekspertin sözlərinə görə, öz murdar əməllərini ört-basdır etmək üçün kifayət qədər gücü və arqumenti olmayan bu “işbaz”lar polisin girdabına asanlıqla keçir: “Dövlət yol polisi reydlər apararkən görəndə ki, ətin rəngi şübhəlidir, onlar müvafiq orqanlara məlumat verirlər, ətin keyfiyyətinə nəzarət edən müvafiq qurum da bu məlumatı çox hallarda bu məsələni öz adına çıxarıb, məsələni ictimailəşdirir”.

Ağına-bozuna baxmadan...

Vahid Məhərrəmov hesab edir ki, istənilən halda ətin nə dərəcədə yararsız olub-olmadığını laboratoriya müəyyən etməlidir. Analiz nəticəsində insan orqanizmi üçün zərərli maddə, yaxud da mikroorqanizmlər olarsa, əlbəttə həmin ətlər mütləq müəyyən şəraitdə yandırılmalı, tam yararsız hala salınmalıdır: “Ola bilsin, o ətin tərkibində ümumiyyətlə, canlılar üçün zərərli olan hansısa mikroorqanizmlər, yaxud xəstəlik aşkar olunub. Belə halda əlbəttə onu digər heyvanlara, zooparka vermək düzgün olmaz. Laboratoriya özü müəyyən edə bilər ki, bu ətin tərkibi necədir”.
Ekspert də istisna etmir ki, kampaniya xarakterli tədbirlər keçirirərkən ağına-qarasına baxmadan bütün ətlər zərərsizləşdirilir: “Bu məsələlər üçün ictimaiyyət nümayəndələri dəvət olunmalıdır, monitorinq onların iştirakı ilə keçirilməlidir. Yox əgər kampaniya xarakterli iş aparırlarsa, bu tamam başqa haldır”.

İctimailəşdirmək üçün videoçəkiliş aparılmalıdır

Ekspert dedi ki, bu cür neqativ halların ictimaliəşdirərkən mətbuat, QHT nümayəndələrinin iştirakı ilə yanaşı, videoçəkilişin aparılması da vacibdir: “Ətin görüntüsü necədir, bu, göstərilməlidir. Əgər laboratoriyaya verilibsə, laboratoriya rəyi videogörüntü ilə göstərilməlidir. Belə bir variant mümkündür. Şəkilər çəkildikdə fotoeffektlə ətin rəngininin dəyişdirilməsi də mümkünüdür.
Ekspert dedi ki, ölkədə belə halların olmaması üçün müvafiq tədbirlər görülə bilər, amma buna müvafiq qurumlar maraq göstərmirlər: “Bəzilərinə göz yumub, bəzilərinin qarşısını alırlar”.

Kəndli heyvanı kəsib aparanda adı “murdar şəbəkə”nin siyahısına düşə bilər

Ekspert onu da dedi ki, fermer fərdi təsərrüfatında olan heyvanı kəsib satışa çıxararkən öz hüququnu bilməməyi üzündən adı murdar ət biznesi şəbəkəsi üzvlərinin siyahısına düşə bilər: “Kəndli heyvanı diri aparmaqda çətinlik çəkir, onu kəsib aparmağa məcbur olur. Çünki heyvanı diri aparmaq üçün böyük maşın lazımdır. Böyük maşın üçün də o gərək əlavə xərc çəksin. Belə olan halda ona heyvanı diri aparmaq əlverişli olmur. O da belə qərara gəlir ki, mal-qarasını kəsib öz maşıının hansısa hissəsində təcili rayon mərkəzinə çatdırsın, amma bu o demək deyil ki, onun kəsdiyi ət yararsızdır. Ona görə də kəndli, fermer, kiçik sahibkar bu məqama diqqət yetirilməlidir.

Ət niyə xarab olur, niyə itkiyə gedir?

Rayonda öz hüququnu bilməyən sahibkarlara, fermerlərə sənədinin olmadığını əsas gətirib, satışa apardığı əti istehlak üçün yararsızdır bəhanəsini gətirmək düzgün olmazdı. Ona görə, bu sahədə də maarifləndirmə işi aparılmalıdır. Niyə ət xarab olmalıdır? Niyə ət təzə olanda istehlaka yönəlməsin? Öz müştərisini tapmasın? Niyə sahibkarlar onu kəsəndən sonra alıcısını tapa bilməyəndə qorxa-qorxa antisanitar şəraitdə saxlamlıdır. Bütün bunlar həm də ət itkisinə səbəb olur”.

Bu barədə nazir düşünsün...

Vahid Məhərrəmov dedi ki, bəzi halda heyvanları kəsib primitiv vəziyyətdə saxlayıb, sonra satış üçün nəql etmək hallarının qarşısının alınması barədə kənd təsərrüfat naziri düşünməlidir: “Bu primitivliyə son qoyulmalıdır. Ölkədə onsuz da ət qıtlığı var. Ölkə tələbatın 39 faizini həm idxal hesabına, həm də istehsal hesabına ödəyə bilir. Belə olan halda ət itkisinə yol vermək düzgün deyil. Əlbəttə xəstə, ölü heyvanın kəsimə verilib, satışa çıxarılması yolverilməzdi. Hüquqi baxımdan da, mənəvi baxımdan da. Amma sağlam heyvan kəsildikdə saxlanması, tədarükü, satışa çıxarılmasında problem varsa, bunu kənd təsərrüfatı naziri düşünməlidir. Qəssabxanalarda, sallaqxanalarda, ət satışı məntəqələrində də görürük ki, əti saxlayırlar rəngi qaralır, sonra yenə də istehlakçıya satırlar. Onsuz da indi ət alıcılığı qabiliyyəti də aşağı düşüb. Ona görə də qəssabların noral şəraiti olmalıdır ki, əti bir müddət saxlaya bilsinlər”.
MURDAR ƏT BİZNESİNƏ DƏ MƏMURLAR NƏZARƏT EDİR
Heyvan ətləri üçün nə səndələr və necə verilə bilər?

Sualımıza mütəxəssis belə cavab verdi: “İndi baytar həkimləri ümumiyyətlə, azdı. Kəndli mütləq baytar həkiminə müraciət etməlidi. Baytar həkimi qan analizi götürməlidir, o qan laboratoriyada analiz olunmalı, cavabı kəndliyə verilməlidir. Məqbuldursa, kəsim həyata keçirməlidir. Bütün bunlar üçün də kəndli ödəniş etməlidir. Bunu etməmək üçün kəndli dədə-baba qaydası ilə kəsimi edib, öz maşınları ilə aparıb hansısa bazarda satışı həyata keçirirlər, yaxud da hansısa iaşə obyektinə satırlar. İndiki halda heyvanın yemi tükənir, kəndli baxır ki, heyvan arıqlayacaq kəsimə verib, satır. Diri halda da alıcısı azdır. Çünki bu aylarda yem problemi olur.
Bilirsinizmi, burada problem heç də sahibkarlarda deyil, problem ümumiyyətlə, bu sahədə sistemin yaradılmamsındadır”.

Heyvanların kod adları olsa...

Vahid Məhərrəmov dedi ki, başqa ölkələrdə identifikasiya deyilən bir anlayış var, hər bir inəyin, camışın, qoyunun öz kodu olur ki, həmin koddlara da uyğun bu sahəni nəzarətdə saxlamaq mümkün olur: “Bu heyvanlar kodlaşdırılandan sonra nəzarətə götürülür və onların sağlamlığı haqqında məlumat bazası yaradılır. Əgər kəsimə gedərsə, sahibkar mütləq baytar həkiminə müraciət edir, baytar həkimi də elektron bazadan onun kod adını çıxarır və ona uyğun sənəd verir. Bütün bunlar sistemli olmalıdır. Heyvan saxlayan əmin olmalıdır ki, onun heyvanı üçün bazar var.
Əslində kəsim necə aparılmalıdır, Nazirlər Kabinetinin müvafiq qaydası var , orada baytar həkiminin müayinəsi, sənədi təqdim etməsi və sair əks edilib. Amma bu qaydalara əməl olunmur. Niyə əməl olunmur, bu səbəb öyrənilib, aradan qaldırılmalıdır”.

Məmur oliqarxlar identifikasiya prosesinə mane olur

Ekspert dedi ki, hazırda heyvandarlıqla məşğul olanların əksəriyyəti məmur olqarxlar olduğu üçün identifikasiya prosesi məqsədli şəkildə gecikdirlir və bu işlə məşğul olmaq istəmirlər: “Ona görə ki, o məmur oliqarxların həm qoyun ferması var, həm də iri buynuzlu mal-qara ferması var. Bunlar identifikasiyanı qəsdən gecikdirirlər ki, kimsə fərdi qaydada heyvan kəsimi, satışı ilə məşğul olurlarsa, onları əvvəlcə sıradan çıxarsınlar. Yem istehsalı zəifdir. Oliqarxlar örüş sahələrini də, əkin sahələrini də öz əllərinə keçirib, öz heyvanları üçün otlaq, yem istehsalına şərait yaradırlar. Digər adamları sıradan çıxarırlar. Amma bu sahədə biznes bacarıqları yoxdur deyə bu, onlar üçün problem yaradacaq. Çünki bu sahədə biznes bacarıqları yoxdursa, rəqabət qabiliyyətli məhsul istehsal edə bilməyəcəklər. Ölkədə istehlakçılar hesabına nə qədər baha qiymətə süd, ət, digər heyvandarlıq məhsulları satmaq olar? İmkan verilməlidir ki, bu işi bacaranlar o işlə məşğul olsunlar”.

DBNX rəsmisi: Dərhal ictimailəşdirsək, əməliyyat pozular

DBNX mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli ilə əlaqə saxladıq. Dedi ki, bu sahədə görülən təbirlərlə bağlı bəzən xüsusi adamlar məlumat verdikləri üçün, bu məlumatı birdən-birə ictimaiyyətin diqqətinə çatdırmaq əməliyyatın pozulmasına gətirib çıxara bilər. O üzdən də bəzi hallarda bu təbirlər sonradan ictimailəşdirlir: “Tərəfimizdən aşkar olunanda isə ictimaiyyət nümayəndələrini dəvət edirik, onlar da gəlib iştirak edə bilərlər. Adətən Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin karantin tədbirləri zamanı bu hallar aşkar olunur. Hər iki təşkilata bu məlumatlar daxil olanda və birgə reydləri onlarla keçiririk”.
Heyvanlarının identifikasiya olunması məsələsinin isə DBNX rəsmisi gündəlikdə olduğunu, bu sahədə proqramların hazırlandığını bildirdi.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Masazırda növbəti qanunsuz tikinti? - VİDEO
Bu gün, 17:33
Azərbaycanda 11 sığorta agentinin lisenziyası bərpa edilib
Bu gün, 17:31
Rayona "nəzarət edən" avtoritet həbs olundu: - hədə-qorxu, oğurluq...
Bu gün, 17:27
Məktəb direktorunun evindən 14 min manatlıq qızıl oğurlanıb - TƏFƏRRÜAT
Bu gün, 17:18
“İran sərhədlərin açılmasını istəyirsə, Azərbaycana qarşı təhdidlərə son verməlidir” - REAKSİYA
Bu gün, 17:16
“Qarabağ” matçında saxta bilet TƏHLÜKƏSİ – “Qara bazar”ın fırıldaqçıları KİMDİR?
Bu gün, 17:03
"Heç bir qabarıq fərq olmayan din xadimi kimi efirə estetik zövq gətirməyi Allah mənim vasitəmlə reallaşdırıb" - İlahiyyatçı
Bu gün, 16:58
Suriyada İŞİD liderlərindən biri zərərsizləşdirilib - “Əl Ərəbiyyə”
Bu gün, 16:56
"Ay bədbəxt yığınaq, mən elə seçicilərimin davasını edirəm də, seçicilərimə cavab vermirlər" - deputat
Bu gün, 16:51
Şəhidin adına olan kənd məktəbi niyə BƏRBAD GÜNDƏDİR? - “Bura Suriya deyil, Siyəzəndir”
Bu gün, 16:48
DMA da DTA-nın yolunu gedir: - Payızda yay düşərgəsi təşkil edəcək
Bu gün, 16:41
Ermənistan Sərhəd Qoşunlarının komandanı vəzifəsindən uzaqlaşdırılıb - KİV
Bu gün, 16:38
Regionu qarışdıran bəyanat: bu şəhərə işarə edildi – Yeni müharibə
Bu gün, 16:33
“Narkomanların sayı statistikadan çoxdur” - Nail Kəmərli
Bu gün, 16:30
“Paşa Sığorta”nın İdarə Heyətinin üzvlərindən biri vəzifəsindən ayrılır - BUNDAN SONRA...
Bu gün, 16:26
Xanım deputat qadın qətli törədənlərə ömürlük həbs cəzası verilməsini təklif edib
Bu gün, 16:24
Ermənistan İctimai Radiosunun təxribatı - Sülhə arxadan zərbə
Bu gün, 16:19
AİHM-in qərarı Ermənistanın hüquqi-siyasi tarixində yeni mərhələdir - AKTUAL
Bu gün, 16:14
Mourinyo “Qarabağ”a məğlubiyyətdən danışıb - Olmamalı idi...
Bu gün, 16:09
Hərbi prokurorun müavini işdən çıxarıldı - Yeni təyinat
Bu gün, 16:00
Böyürtkənli torpaq haqqında sevgi dolu kitab
Bu gün, 15:55
Məktəblilərin gündəlik həyatına baxanda görünən mənzərə - Saysız-hesabsız tapşırıqlar altında əzilmək...
Bu gün, 15:50
Məktəblərdə rüşvətlə bağlı şok açıqlama: Günahkar VALİDEYNLƏRDİR - Günahkar VALİDEYNLƏRDİR
Bu gün, 15:48
Manatın məzənnəsi 2030-cu ilə kimi sabit qalacaq - “The Economist"
Bu gün, 15:45
Mikayıldan Tolikə CAVAB - “O, sözümü səhv çatdırıb...”
Bu gün, 15:44
Təhsil nazirliyinin QARA-QURA İŞLƏRİ - Büdcəni gəmirirlər...
Bu gün, 15:32
Paşinyandan ermənilərə siyasi mesaj - "Geri çəkilməyəcəm, çünki..."
Bu gün, 15:28
Separatçı Şahramanyan Xankəndindəki son terror cəhdinə belə münasibət bildirdi... -VİDEO
Bu gün, 15:27
“Fransa dünyanın harasındasa demokratiyanın olub-olmaması ilə bağlı fikir səsləndirən zaman əvvəlcə öz davranışlarına baxsın” - deputat
Bu gün, 15:25
Mehdiyevin bankında DƏYİŞİKLİK GÖZLƏNİLİR - DETALLAR
Bu gün, 15:22
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıda keçiriləcək beynəlxalq forumda iştirak edəcək - KİV
Bu gün, 15:20
Türkiyənin ÖN BAXÇASINDA nə işlər çevrilir... - İNCƏLƏMƏ
Bu gün, 15:18
AZAL donanmasına yeni “Airbus A320neo” təyyarəsini əlavə etdi - FOTO
Bu gün, 15:13
Abbas Bağırov yeni mövsümü BELƏ AÇDI - VİDEO
Bu gün, 15:10
Tovuz İcra Hakimiyyəti 194 minə zibil daşıyan maşın alır
Bu gün, 13:09
Bərdədə gənclərin ölümlə zarafatı: Maşını qatar yolunda saxlayıb.. - VİDEO
Bu gün, 13:07
"Biz şokda idik" - İranlı general
Bu gün, 13:02
Şirkət Azərbaycan Mərkəzi Bankına müraciət etdi: - səhmlərini dövriyyədən çıxarır
Bu gün, 12:45
Məktəbini dəyişmək istəyən müəllim "tamada"ya ÜZ TUTDU - Bakıda DƏLƏDUZLUQ
Bu gün, 12:35
2 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsində NARAZILIQ - "Dəstə rəisi nə ilə məşquldur?"
Bu gün, 12:29
Azərbaycanda gizli qumar imperiyaları – 2 əməliyyatla 30 milyon manatlıq dövriyyə üzə çıxarıldı
Bu gün, 12:20
SEPAH terrorçu təşkilat kimi tanındı - nə vaxtsa Azərbaycan da...
Bu gün, 12:18
Birinci sinifdən on birinci sinifə kimi repetitor yanında keçən təhsil dövrü... - Problemin kökü haradadır?
Bu gün, 12:16
Komitə sədri vətəndaş qəbulu adı ilə mollalarla görüşüb - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:13
“Süni intellekt bəzi məmurlardan yaxşı işləyər” – Razi Nurullayev BELƏ DEYİR...
Bu gün, 12:06
Saxta diplomlu MƏKTƏB DİREKTORU... - BU NƏDİ BELƏ?
Bu gün, 12:04
Məhkəmə yeznəsini qoyun qayçısı ilə vuran şəxslə bağlı qərarı açıqladı
Bu gün, 11:59
Astroloq tarix AÇIQLADI: Güney Azərbaycan müstəqil olacaq - VİDEO
Bu gün, 11:55
Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında QALMAQAL… - Yeni direktor dərman firmalarını qovdu
Bu gün, 11:53
İrəvan hökuməti imza atdığı bütün maddələrə əməl etməlidir - Artıq geriyə yol yoxdur
Bu gün, 11:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru