Regionu qarışdıran bəyanat: bu şəhərə işarə edildi .....                     “Narkomanların sayı statistikadan çoxdur” .....                     “Paşa Sığorta”nın İdarə Heyətinin üzvlərindən biri vəzifəsindən ayrılır .....                     Xanım deputat qadın qətli törədənlərə .....                     Ermənistan İctimai Radiosunun təxribatı .....                     AİHM-in qərarı Ermənistanın hüquqi-siyasi tarixində yeni mərhələdir .....                     Mourinyo “Qarabağ”a məğlubiyyətdən danışıb .....                     Hərbi prokurorun müavini işdən çıxarıldı .....                     Böyürtkənli torpaq haqqında .....                     Məktəblilərin gündəlik həyatına baxanda görünən mənzərə .....                     Məktəblərdə rüşvətlə bağlı şok açıqlama: Günahkar VALİDEYNLƏRDİR .....                     Manatın məzənnəsi 2030-cu ilə kimi sabit qalacaq .....                     Mikayıldan Tolikə CAVAB .....                     Təhsil nazirliyinin QARA-QURA İŞLƏRİ .....                     Paşinyandan ermənilərə siyasi mesaj .....                     Separatçı Şahramanyan Xankəndindəki son terror cəhdinə belə münasibət bildirdi... .....                     “Fransa dünyanın harasındasa demokratiyanın olub-olmaması ilə bağlı fikir səsləndirən zaman əvvəlcə öz davranışlarına baxsın” .....                     Mehdiyevin bankında DƏYİŞİKLİK GÖZLƏNİLİR .....                     Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıda keçiriləcək beynəlxalq forumda iştirak edəcək .....                     Türkiyənin ÖN BAXÇASINDA nə işlər çevrilir... .....                     AZAL donanmasına yeni “Airbus A320neo” təyyarəsini əlavə etdi .....                     Abbas Bağırov yeni mövsümü BELƏ AÇDI .....                     Tovuz İcra Hakimiyyəti 194 minə zibil daşıyan maşın alır .....                     Bərdədə gənclərin ölümlə zarafatı: Maşını qatar yolunda saxlayıb.. .....                     "Biz şokda idik" .....                     Şirkət Azərbaycan Mərkəzi Bankına müraciət etdi: .....                     Məktəbini dəyişmək istəyən müəllim "tamada"ya ÜZ TUTDU .....                     2 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsində NARAZILIQ .....                     Azərbaycanda gizli qumar imperiyaları .....                     SEPAH terrorçu təşkilat kimi tanındı .....                     Birinci sinifdən on birinci sinifə kimi repetitor yanında keçən təhsil dövrü... .....                     Komitə sədri vətəndaş qəbulu adı ilə mollalarla görüşüb .....                     “Süni intellekt bəzi məmurlardan yaxşı işləyər” .....                     Saxta diplomlu MƏKTƏB DİREKTORU... .....                     Məhkəmə yeznəsini qoyun qayçısı ilə vuran şəxslə bağlı qərarı açıqladı .....                     Astroloq tarix AÇIQLADI: Güney Azərbaycan müstəqil olacaq .....                     Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında QALMAQAL… .....                     İrəvan hökuməti imza atdığı bütün maddələrə əməl etməlidir .....                     Şeyxin qızının klinikası borca düşdü .....                     Təkliflər şərtlərə uyğun gəlmədi: TENDER LƏĞV EDİLDİ .....                 

Mahmudovla Hüseynovun milyonluq villa qalmaqalı - İSTİNTAQ AKTINDAN
Tarix: 20-02-2017, 08:33 | Çap et
Mahmudovla Hüseynovun milyonluq villa qalmaqalı
Sabiq MTN naziri Eldar Mahmudovun qohumu, hazırda həbsdə olan Bakı Telefon Rabitəsi və İstehsalat Birliyinin (BTRİB) keçmiş baş direktoru Beytulla Hüseynovun milyonluq villası ətrafında vaxtilə böyük qalmaqal yaşanıb.

Həbs edilən MTN generallarının cinayət işi materiallarından görünür ki, Beytulla Hüseynov villasını satmaq istəyərkən aldadılıb. O, problemin həlli üçün Eldar Mahmudova müraciət edib. MTN-in işə qarışması isə bir neçə iş adamının başına oyun açıb.

Əslində hər şey Beytulla Hüseynovun yeznəsi ilə birlikdə ucuz qiymətə villa alıb təmir edərək baha qiymətə satmaq arzusu ilə başlayıb. Villanı alan şəxs isə nağd pulunun olmadığını deyib. Ödənişi isə evi banka girov qoyaraq götürəcəyi pula edəcəyini deyib. Beytulla Hüseynov bununla razılaşıb, amma ev banka girov qoyulsa da pulunu ala bilməyib. Villanı banka girov qoyan şəxs daha sonra götürdüyü krediti ödəmədiyi üçün əmlak satışa çıxarılıb. Villası əlindən çıxan B.Hüseynov qohumu olan Eldar Mahmudova müraciət edib. Bundan sonra MTN əməkdaşları bu işdə adı keçən hər kəsi öz üsulları ilə cəzalandırıblar.

Cinayət işi materiallarından görünür ki, milyonluq villa epizodu üzrə Beytulla Hüseynov dindirilib. O, deyib ki, həmin evi bacısı Nəzakət Zamanovanın əri Taryel Zamanovla birlikdə 2011-ci ildə alıblar. Məqsəd isə evi təmir edib baha qiymətə satmaq və əlavə pul qazanmaq olub.

B.Hüseynov evi 900 min manata Murad Quliyev adlı şəxsə satmağa razılaşdıqlarını deyib: “Muradın həmin vaxt əlində nağd pulu yox idi. Murad Quliyev Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində vəzifəli şəxs idi. Evi banka girov qoyub pul götürəcəkdi. Ödənişi də bu şəkildə edəcəkdi. Yeznəm Tariyel Zamanovun adından Muradın tanışının adına etibarnamə verdirdim. Ancaq bir neçə ay keçsə də ödənişi etmədi”.

Beytulla Hüseynov etiraf edib ki, pulunu ala bilmədiyi üçün sabiq MTN-ə müraciət edib. Bundan sonra 2015-ci ildə MTN əməkdaşı Natiq Alıyev ona zəng edib. Alıyev evin bakın girovluğundan çıxarılması üçün 383 min manat lazm olduğunu deyib.

B.Hüseynov ifadəsində bildirib ki, həmin pulun 300 min manatını Murad Quliyev verib: “MTN əməkdaşalrı 300 mini Muraddan almışdılar. 83 min manatın isə mənim ödəməli olduğumu dedilər. Pulu ödəyəndən sonra ev yenidən Tariyel Zamanovun adına keçirildi”.

Şahid qismində B.Hüseynovun bacısının əri Taryel Zamanov da dindirilib. O, 2006-cı ildən 2009-cu ilədək “Rabitəbank” ASC-nin Sahil filialının müdiri, 2009-cu ildən 2015-ci ilədək “Muğan Bank” ASC-nin Sahil filialında çalışıb.

Qalmaqallı villa haqda danışan Zamanov deyib ki, həmin evi 2007-ci ildə Gülnarə Hacıyevadan 560 min manata alıb. Evi təmir edib, baha qiymətə satmaq istəyən Zamanov bu barədə B.Hüseynova müraciət etdiyini deyib.

Zamanov ev təmir edildikdən sonra B.Hüseynovun tanışı Bayram Vəliyev vasitəsi ilə Murad adlı şəxsə 1.2 milyon manata satmağa razlaşdıqlarını, ona etibarnamə verdiklərini deyib: “Bir müddət keçdi. Amma Murad pulu ödəmədi. Bundan şübhələnərək Əmlak Komitəsinə həmin evlə bağlı sorğu göndərdim. Evin başqa şəxsə satıldığını öyrəndim. Bayram Vəliyevlə mübahisə etdik. O, bundan xəbərsiz olduğunu, Muradın dostlarını tandığını, Muradın Moskvaya qaçdığını dedi. Buna görə Muradın tanışları Vaqif və Mehbalı ilə görüşdük. Məlum oldu ki, Murad Vaqifə etibarnamə verib, evi banka qoyublar”.

Danışıqlar sonrasında evin qaytarıldığını deyən T.Zamanov işə MTN əməkdaşlarının qarışmasından xəbərsiz olduğunu bildirib.

Milyonluq villanın girov qoyulduğu “Bank of Azerbaijan” ASC-nin 1 saylı filialının keçmiş rəhbəri Ələddin İbrahimov da bu haqda istintaqa danışıb.

O, deyib ki, 2011-ci ildə Vaqif Məmmədov adlı iş adamı banka müraciət edərək Göyçay rayonu ərazisində şirə və spirtli içkilər istehsalı zavodunun- “Emil-İ” firmasının fəaliyyətinin genişləndirilməsi üçün kredit götürmək istədiyini deyib.

Bunun üçün banka Göyçaydakı iki torpaq sahəsini və Bakıda Ceyhun Hacıbəyli küçəsindəki fərdi yaşayış evini girov kimi təklif edib. Yaşayış evi Tariyel Zamanovun (Beytulla Hüseynovun yeznəsinin) mülkiyyətində olub.

Bundan sonra Vaqif Məmmədova 1,5 milyon manatlıq kredit xətti açılıb və ona 450 min məbləğində kredit verilib.

Bank filialının rəhbərinin sözlərinə görə, bir müddət sonra V.Məmmədov ödəniş edə bilməyib. Bunun üçün girov qoyduğu və 1 milyon manat məbləğində qiymətləndirilən villanın satılmasını və borcunun ödənməsinə razılıq verib.

Villaya müştəri kimi “Fidan” şirkətinin rəhbəri Ağaisa Mahmudov çıxıb. A.Mahmudov həmin evi 823 min manata almağa razılaşıb. Mahmudov Vaqif Məmmədovun banka olan 400 min manat kredit borcunu ödəmək və qalan pulu isə nağd qaydada Vaqifə verəcəyi barədə razılığa gəlib.

Milyonluq villa isə bankın razılıq məktubu ilə bankda girov qalmaq şərti ilə notarial qaydada Abdullayev İntiqam Cəlal oğlunun adına rəsmiləşdirilib. Sonra Ağaisa Mahmudov evi təmir edərək köçüb həmin evdə yaşamağa başlayıb və hər ay kredit borclarını ödəyib.

Az müddət sonra keçmiş evin sahibinin Beytulla Hüseynov olması ortaya çıxıb. Beytulla Hüseynov şikayət edib ki, ona məxsus villa qansuz yolla ələ keçirilib.

MTN-ə çağırılan filial müdirindən banka olan kredit borcunun tam ödənilməsini və evin girovdan çıxarılmasını tələb ediblər. Evi də Beytulla Hüseynovun qohumunun adına keçirilməsini istəyiblər: “Kreditin faiz borcunu bankın öz hesabına silməsini istədilər. 383 min manat əsas borc və 218 min manat da faiz borc bağlandı. Faiz borcu bankın hesabına sildik”.

Yeni aldığı villa zorla əlindən alınan iş adamı Ağaisa Mahmudov da istintaqa ifadə verib.

Bankın müştərisi olan Mahmudov girovluqda olan evi almaq üçün sahibi kimi tanıdığı Vaqif Məmmədova 423 min manat pul verdiyini, evin təmiri və mebelləri üçün isə 250 min xərc çəkdiyini deyib. Villanın ümumi dəyəri isə 823 min manata razılaşdırılıb.

MTN-ə çağırılan Mahmudova deyiblər ki, Beytulla Hüseynov aldadılaraq villası ələ keçirilib.

Ağaisa Mahmudovdan əvvəlcə MTN-də saxta aksiz markalarından istifadə etdiyi deyilərək 50 min manatı hədə-qorxu yolu ilə alınıb. Daha sonra isə villanın geri qaytarıması prosesi başlayıb.

“MTN işçiləri Fizuli Əliyev və Natiq Alıyev dedilər ki, bu məsələ ilə bilavasitə Eldar Mahmudovun tapşırığı ilə general Sübahir Qurbanov məşğul olur. Məndən 300 min aldılar. Verməsəm həbs ediləcəyimi söylədilər. Mən Beytulla Hüseynovla görüşərək villanın təmirinə xərclədiyim 250 min manatı istədim. Beytulla Hüseynov isə pul verməyəcəyini, bu işə görə əsəbləri korlandığını, Eldar Mahmudova da 100 min manat pul verdiyini dedi”.

İstintaqda şahid qismində Vaqif Məmmədov da dindirilib. Bu işdə adı daha çox hallanan V.Məmmədov 20 ildir tanıdığı dostu vasitəsi ilə tanış olduğu şəxslərlə yoldaşlıq etdikdən sonra bu işlərin başına gəldiyini deyib: “Dostum Polad Məmmədov dedi ki, lisenziyası olmayan bir bankın lisenziya alaraq fəaliyyətinə başlamaq istəyirlər. Məni Mehbalı adlı şəxslə tanış etdi. Söhbət zamanı Mehbalı həmin bankın fəaliyyətə başlaması üçün bir milyon lazım olduğunu və bankın idarəçiliyi ilə Murad adlı şəxsin məşğul olacağını söylədi. Mənim də bankda tanışım var idi. Murad Bakıda Ceyhun Hacıbəyli küçəsində özünə məxsus ev olduğunu, banka qoyaraq pul götürə biləcəyimizi dedi. Evin sənədləri Taryel Zamanovun adına idi. Taryel Zamanov da etibarnamə verdi.

Bankdan 400 min manat kredit verildi. Təxminən 4-5 ay sonra Murad telefonlarını söndürdü. Muradın Moskvada olduğunu öyrəndik.

Bundan sonra evin satılaraq kreditin bağlanmasına razılaşdıq. Evi Ağisa Mahmudov aldı. Bir müddət sonra MTN-dən zəng gəlib. Dedilər ki, ev Beytulla Hüseynovundur. O, da Eldar Mahmudovun qohumudur”.

Beytulla Hüseynovun MTN-ə müraciətindən sonra işin ilk araşdırılması tapşırılan zabit Rüfət Abdullayev olub.

MTN-in IV baş idarəndə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyən Rüfət Abdullayev deyib ki, 2012-ci ildə rəisi Ceyhun Şadlinski onu yanına çağıraraq baş idarə rəisi Sübahir Qurbanovun tapşırığına əsasən Beytulla Hüseynova məxsus evin geri qaytarılması ilə bağlı material araşdırmalı olduqlarını tapşırıb. Bu göstəriş isə onlara nazir Eldar Mahmudov tərəfindən verilib: “Beytulla Hüseynova məxsus evin aldadılaraq banka girov qoyulduğunu, daha sonra isə satıldığını bildirdi. Beytulla Hüseynovla iş yerində görüşdük.

Beytulla Hüseynov dedi ki, yeznəsi Taryel Zamanovun adına rəsmiləşdirdiyi evini 1,2 milyon manata Murad adlı şəxsə satmağa razılaşıb. Muradın nağd şəkildə pulu olmadığı üçün evi banka girov qoyub. Pul götürüb həmin məbləği ödəməli imiş.

Beytulla Hüseynov etibarnamə verdirdiyini, amma evi banka qoyduqdan sonra pul ala bilmədiyini dedi. Bu görüşdən sonra məlum olanları rəisim Ceyhun müəllimə məruzə etdim. O, da dedi ki, dələduzluq olduğu üçün bizim səlahiyyətimizdə deyil. Ancaq bu işi nazirin şifahi göstərişi ilə həll edilməli olduğunu bildirdilər. Bundan sonra bu işdə adı çəkilən şəxslərin dindirilməsini başladıq.

Beytulla Hüseynovun adamı Bayramın ofisində baş tutan görüşdə Murad, Vaqif, Mehbalı görüşdülər. Hər biri üzərlərinə düşən pulu banka ödəməklə evi girovdan çıxarıb Beytullaya qaytaracaqları barədə qərara gəldilər”.

R.Abdullayev bu işdə adı keçən iş adamlarından MTN-də pul alınması haqda heç nə danışmayıb.
\\qafqazinfo.az\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Regionu qarışdıran bəyanat: bu şəhərə işarə edildi – Yeni müharibə
Bu gün, 16:33
“Narkomanların sayı statistikadan çoxdur” - Nail Kəmərli
Bu gün, 16:30
“Paşa Sığorta”nın İdarə Heyətinin üzvlərindən biri vəzifəsindən ayrılır - BUNDAN SONRA...
Bu gün, 16:26
Xanım deputat qadın qətli törədənlərə ömürlük həbs cəzası verilməsini təklif edib
Bu gün, 16:24
Ermənistan İctimai Radiosunun təxribatı - Sülhə arxadan zərbə
Bu gün, 16:19
AİHM-in qərarı Ermənistanın hüquqi-siyasi tarixində yeni mərhələdir - AKTUAL
Bu gün, 16:14
Mourinyo “Qarabağ”a məğlubiyyətdən danışıb - Olmamalı idi...
Bu gün, 16:09
Hərbi prokurorun müavini işdən çıxarıldı - Yeni təyinat
Bu gün, 16:00
Böyürtkənli torpaq haqqında sevgi dolu kitab
Bu gün, 15:55
Məktəblilərin gündəlik həyatına baxanda görünən mənzərə - Saysız-hesabsız tapşırıqlar altında əzilmək...
Bu gün, 15:50
Məktəblərdə rüşvətlə bağlı şok açıqlama: Günahkar VALİDEYNLƏRDİR - Günahkar VALİDEYNLƏRDİR
Bu gün, 15:48
Manatın məzənnəsi 2030-cu ilə kimi sabit qalacaq - “The Economist"
Bu gün, 15:45
Mikayıldan Tolikə CAVAB - “O, sözümü səhv çatdırıb...”
Bu gün, 15:44
Təhsil nazirliyinin QARA-QURA İŞLƏRİ - Büdcəni gəmirirlər...
Bu gün, 15:32
Paşinyandan ermənilərə siyasi mesaj - "Geri çəkilməyəcəm, çünki..."
Bu gün, 15:28
Separatçı Şahramanyan Xankəndindəki son terror cəhdinə belə münasibət bildirdi... -VİDEO
Bu gün, 15:27
“Fransa dünyanın harasındasa demokratiyanın olub-olmaması ilə bağlı fikir səsləndirən zaman əvvəlcə öz davranışlarına baxsın” - deputat
Bu gün, 15:25
Mehdiyevin bankında DƏYİŞİKLİK GÖZLƏNİLİR - DETALLAR
Bu gün, 15:22
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Bakıda keçiriləcək beynəlxalq forumda iştirak edəcək - KİV
Bu gün, 15:20
Türkiyənin ÖN BAXÇASINDA nə işlər çevrilir... - İNCƏLƏMƏ
Bu gün, 15:18
AZAL donanmasına yeni “Airbus A320neo” təyyarəsini əlavə etdi - FOTO
Bu gün, 15:13
Abbas Bağırov yeni mövsümü BELƏ AÇDI - VİDEO
Bu gün, 15:10
Tovuz İcra Hakimiyyəti 194 minə zibil daşıyan maşın alır
Bu gün, 13:09
Bərdədə gənclərin ölümlə zarafatı: Maşını qatar yolunda saxlayıb.. - VİDEO
Bu gün, 13:07
"Biz şokda idik" - İranlı general
Bu gün, 13:02
Şirkət Azərbaycan Mərkəzi Bankına müraciət etdi: - səhmlərini dövriyyədən çıxarır
Bu gün, 12:45
Məktəbini dəyişmək istəyən müəllim "tamada"ya ÜZ TUTDU - Bakıda DƏLƏDUZLUQ
Bu gün, 12:35
2 saylı İxtisaslaşdırılmış Neft-Mədən Xüsusi Texnika İdarəsində NARAZILIQ - "Dəstə rəisi nə ilə məşquldur?"
Bu gün, 12:29
Azərbaycanda gizli qumar imperiyaları – 2 əməliyyatla 30 milyon manatlıq dövriyyə üzə çıxarıldı
Bu gün, 12:20
SEPAH terrorçu təşkilat kimi tanındı - nə vaxtsa Azərbaycan da...
Bu gün, 12:18
Birinci sinifdən on birinci sinifə kimi repetitor yanında keçən təhsil dövrü... - Problemin kökü haradadır?
Bu gün, 12:16
Komitə sədri vətəndaş qəbulu adı ilə mollalarla görüşüb - DƏLİXANADIR, VALLAH...
Bu gün, 12:13
“Süni intellekt bəzi məmurlardan yaxşı işləyər” – Razi Nurullayev BELƏ DEYİR...
Bu gün, 12:06
Saxta diplomlu MƏKTƏB DİREKTORU... - BU NƏDİ BELƏ?
Bu gün, 12:04
Məhkəmə yeznəsini qoyun qayçısı ilə vuran şəxslə bağlı qərarı açıqladı
Bu gün, 11:59
Astroloq tarix AÇIQLADI: Güney Azərbaycan müstəqil olacaq - VİDEO
Bu gün, 11:55
Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında QALMAQAL… - Yeni direktor dərman firmalarını qovdu
Bu gün, 11:53
İrəvan hökuməti imza atdığı bütün maddələrə əməl etməlidir - Artıq geriyə yol yoxdur
Bu gün, 11:49
Şeyxin qızının klinikası borca düşdü - TƏFƏRRÜAT
Bu gün, 11:37
Təkliflər şərtlərə uyğun gəlmədi: TENDER LƏĞV EDİLDİ - DETALLAR
Bu gün, 11:31
"Yevlax görüşündə iştirak etməmişəm" - Şahramanyan
Bu gün, 11:27
“Deputat sorğusuna cavab verməyən nazir vətəndaşa cavab verərmi?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15
"Azərbaycanda pomidor-xiyar inqilabına hazırlaşırlar" - Şeyx Əbdül
Bu gün, 11:03
Şikayətlər artır, aktivlər azalır: “Yelo Bank”da nə BAŞ VERİR? - ARAŞDIRMA
Bu gün, 10:59
Əməkdar artist Türkiyəyə köçüb? - “Qızım burada yaşayır”
Bu gün, 10:54
Kişi ondan xəbərsiz övladını rayona göndərən keçmiş arvadını bıçaqladı - TƏFƏRRÜAT
Bu gün, 10:52
“Paşinyan bizi Əliyevin resepti ilə “müalicə edir” - Vardanyan
Bu gün, 10:46
Vətəndaş xəbəri olmadan borclanır... - GİLEY
Bu gün, 10:42
Bizə dərs keçən “Xudayar bəylər”... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:35
Azərbaycanlı politoloq erməni baş nazirə TƏRİFLƏR YAĞDIRDI - “Paşinyan bölgə üçün son dərəcə dəyərli siyasətçidir”
Bu gün, 10:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru