Naxçıvan gömrüyündə MONOPOLİST AB-HAVA... .....                     Yeddi uşağın ölüm işi: vəkillərə çıxış etmək üçün vaxt verildi .....                     Muzdlu lobbiçinin “ekspert rəyləri” .....                     Azərbaycanda və region ölkələrində iqtisadi vəziyyət necə dəyişir? .....                     Yeni sahibkar kimləri işdən çıxara bilər? .....                     “Bakcell” “Spark@LANDAU” proqramının innovasiya tərəfdaşıdır .....                     Prokuror gözdən əlil qaziyə 3 il cəza tələb etdi .....                     Rüşvətə görə həbs edilən məmurların işi Ali Məhkəmədə .....                     "Rusiya Ermənistana qarşı necə davranacağını bilmir..." .....                     Oğlunu xüsusi amansızlıqla öldürmək istəyən ataya .....                     “Space”in yeni rəhbəri onları kənarlaşdıracaqmı? .....                     Eldar Əzizov rəisi işdən çıxardı .....                     Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb .....                     Bu baş versə, Rusiya Azərbaycanla yeni müharibə başladacaq .....                     “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub .....                     Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur .....                     Azər Mursaqulov mərkəz direktorunu işdən çıxardı .....                     Avropa İttifaqı Zəngəzur dəhlizindən pay istəyir .....                     “Mehdiyev işi”ndə yeni gəlişmə .....                     "Cənubtikintiservis"in səhmdarlarının yığıncağı keçiriləcək .....                     İtaliya Nazirlər Şurasının sədri Corcia Meloninin Bakıya səfəri mühüm əhəmiyyət daşıyır .....                     Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsindədir .....                     Rusiya artıq müharibəni uduzub, çünki Putin... .....                     "İlhamə Novruzova bizi boğaza yığıb..." .....                     ABŞ-nin “Azadlıq layihəsi” əməliyyatı Hörmüz boğazını açmaya bilər .....                     Pasiyentinin çılpaq görüntülərini paylaşan həkim intihara cəhd etdi .....                     Naxçıvanda Milyonluq tender təxirə salındı .....                     Artmayan maaş... İNDİ DƏ TOTAL İXTİSARLAR... .....                     Çin və İran XİN rəhbərləri Pekində danışıqlara başlayıb .....                     ABŞ ordusu Sakit okeanda daha bir qayığa zərbə endirib .....                     Başçıdan kömək istəyənin AĞZINDAN VURURLAR .....                     Ali Məhkəmə məmur özbaşınalığını BELƏ RƏSMİLƏŞDİRİR .....                     Məmurlardan şikayətlər almaq üçün portal yaradacağam .....                     Burda pulun varsa... ÇALIŞ ÖLMƏ! .....                     86 yaşlı qadını evindən çıxarmağa çalışan "Lux Residence" məhkəmə ilə "anlaşıb"? .....                     İcra başçısının TAMAHI DAŞ KƏSİR... .....                     “Körpü Bina Tikinti”dən şikayət: Məcburi iş... ağır xəsarət... .....                     Bağışlanan 1 milyard ADY-də nəyi, necə dəyişdi? .....                     Rusiya Ukrayna ilə bağlı məhsuldar danışıqlara hazırdır .....                     APARAT RƏHBƏRİ SEKTOR MÜDİRİ TƏYİN EDİLDİ .....                 

Keçmiş deputatın da universiteti bağlana bilər - İDDİA
Tarix: 30-01-2017, 09:26 | Çap et
Keçmiş deputatın da universiteti bağlana bilər
Son günlərdə Azərbaycanda ard-arda Təfəkkür və Qafqaz Universitetlərinin fəaliyyətini dayandırması digər ali təhsil ocaqlarının da eyni taleyi yaşayacağı məsələsini gündəmə gətirib.

Təhsil eksperti Kamran Əsədov ölkədə ali məktəblərin bağlanması məsələsindən danışıb.
AZXEBER.COM xəbər verir ki, K. Əsədov qafqazinfo-ya açıqlamasında bildirib ki, bu mövzuda zaman böyük rol oynayır: "Bilirsiz, artıq Azərbaycan 90-cı illərdəki ölkə deyil. O zaman müstəqilliyi təzə əldə etmişdik. O dönəmdə elmi dərəcəsi və müəyyən əlaqəsi, maliyyəsi olan biri bina götürüb universitet açırdı. Amma onların, demək olar ki, böyük əksəriyyətinin maddi-texniki bazası yox idi, amma bütün ixtisaslar üzrə kadr hazırlığını həyata keçirirdilər. Lakin son illər ölkə rəhbərliyi tərəfindən təhsilin inkişafı üçün ciddi tədbirlər görüldüyünü nəzərə alsaq, daha Azərbaycana rəqabətə davamlı universitetlər lazımdır. Azərbaycan insanı dəfələrlə özəl universitetlərin yaratdığı problemlərlə qarşılaşıb. Onların insanımızın başına açdığı oyunlar hələ çətin ki, uzun müddət unudulsun. Son belə ağır zərbəni Azərbaycan Beynəlxalq Universiteti vurmuşdu. Beynəlxalq Universitetin tələbələrə yaratdığı problem hələ də davam edir. Ondan sonra insanların özəl ali təhsil müəssisələrinə inamı azalmışdı. Daha sonra bağlanan digər universitetlərin tələbələri başqa özəl universitetlərə köçürüldülər. Bu siyahıya bu gün Təfəkkür Universiteti də daxil oldu. Bu, gözlənilən idi. 2016-ci il ali məktəblərə qəbul imtahanlarından sonra plan yerlərinə yetərincə abituriyent toplaya bilməyən universitetin bağlanacağı qaçılmaz idi. Təsəvvür edin ki, Odlar Yurdu Universitinin 2016-cı ildə elan etdiyi plan yerinin cəmi 11 faizinə tələbə qəbulu apara bildi və 89 faiz yer boş qaldı. Bu o deməkdir ki, həmin ali təhsil müəssisəsinin gəliri rəsmi olaraq tələbələrin təhsil haqqı olduğuna görə onlar bundan məhrum olacaq. Digər Təfəkkür Universitetinin aqibətini gözləyən universitet Kooperasiya Universitetidir".
Ekspert qeyd edib ki, apardığı sorğulardan da məlum olub ki, tələbələrin böyük əksəriyyətinin Odlar Yurdu Universiteti, Təfəkkür Universitetinin və Kooperasiya Universitetinin semestr imtahanlarından böyük narazılığı var: "Demək olar ki, bu ali təhsil müəssisələrində tələbələrin öz savadları ilə imtahandan müsbət qiymətlər alması mümkün deyil. Amma xarici ölkələrdən tələbələrin böyük hissəsinin bu universitetlərə köçürmə alması bunları ayaqda saxlayan amillərdən idi. Bu ildən etibarən Azərbaycan ərazisində tələbə köçürülməsi vahid qaydada Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcəyinə görə onlar bu gəlirdən də məhrum oldular. Dünyada ali təhsil müəssisələrinin gəlirinin böyük hissəsini onların ixtiraları təşkil edirsə, bizdə ancaq tələbənin təhsil haqqı təşkil edir. Hazırda Azərbaycanda 54 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Hesab edirəm ki, hələ bir neçə universitetinin bağlanması o qədər də böyük təsir göstərməyəcək. Bu digər universitetlərin rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək. Bilirsiz, özəl ali təhsil müəssisələrinin böyük əksəriyyəti ailə üzvlərinin idarə etdiyi qəbiləni xatırladır. Rektorundan tutmuş qapıçısına qədər hamısı qohumdur. Əlbəttə ki, belə mühitdə təhsil inkişaf edə bilməz. Hansısa ali təhsil müəssisəsi bağlanan zaman qarşıya çıxan ilk problem orada təhsil alan tələbələrin aqibəti ilə bağlı olur. Bu universitet bağlanması Azərbaycanda nə ilk, belə görünür ki, nə də sondur. Bundan əvvəl oxşar hadisələr baş verəndə özəl ali təhsil müəssisələrinin tələbələri elə digər özəl universitetlər arasında bölüşdürülürdü. Mən düşünürəm ki, bağlanmış Təfəkkür Universitetinin tələbələri Bakı Biznes Universitetinin, Odlar Yurdu Universitetinin, Kooperasiya Universitetinin aralarında bölüşdürüləcəklər. Burada başqa bir problem çıxacaq, o da təhsil haqları və keçilən fənlər məsələsində. Hesab edirəm ki, bu məsələdə tələbələrə güzəştlər tətbiq olunacaq".
Kamran Əsədov diqqətə çatdırıb ki, fəaliyyəti dayandırılan universitetlər sırasında Qafqaz Universitetinin ləğv olunması tamam fərqli bir nəticəyə səbəb olacaq: "Qafqaz Universitetinin bağlanması cəmiyyət üçün şok effekti verəcək. Tədris ilinin ortasında universitetin bağlanması qanunvericiliyə ziddir. Qafqaz Universitetinin tələbələri əvvəllər aldıqları keyfiyyətli təhsili ala bilməyəcəklər. Yaxşı olardı ki, tədris ilinin sonunda bu addım atılardı. Bilirsiz, Qafqaz Universiteti heç də digər özəl universitetlər kimi aşağı balla tələbə qəbulunu həyata keçirmirdi. Bu təhsil ocağını hətta maksimum 700 bal toplayan abituriyentlər də seçirdilər. Hesab edirəm ki, ali təhsil müəssisələrinin ləğv edilməsi prosesi davam edəcək. Bunu qaçılmaz edən faktlar var. Belə ki, Bakı şəhərinin qəbul edilmiş Baş Planına əsasən, universitetlərin paytaxtdan kənar ərazilərə köçürülməsi planı var. Bundan əlavə, universitetlərin gəlirləri ciddi şəkildə aşağı düşüb. Düşünürəm ki, tədris ilinin sonuna qədər hətta dövlət universitetlərindən də bağlananlar olacaq. Düşünürəm ki, Slavyan Universiteti ləğv olunub Dillər Universiteinə, Menecment və Turizm Universiteti İqtisad Universitetinə, Texniki Universitet Memarlıq və İnşaat Universitinə, Neft və Sənaye Universiti Ali Neft Məktəbinə birləşəcək. Bizim bir neçə özəl ali təhsil müəssisələri binadan, partadan və tələbədən ibarətdir. Heç bir potensial fəaliyyəti yoxdur. Bu sırada Avrasiya Universiteti də var. Bəlkə də çoxları adını ilk dəfə oxuyacaq, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, bu tipli ali təhsil müəssisələrinin fəaliyyəti ancaq qəbul prosesində iştirak etməkdən ibarətdir. Heç bir elmi tədqiqat işləri aparılmır, ictimai fəaliyyətlə məşğul olmurlar. Sadəcə olaraq, say təşkil edirlər. Hesab edirəm ki, 2017-ci il adlarını çəkdiyim ali təhsil ocaqları üçün son il olacaq. Çünki Azərbaycana ADA, Ali Neft Məktəbi kimi yeni yaranmış və rəqabətə davamlı, beynəlxalq reytinq cədvəlində yer tuta biləcək universitetlər lazımdır".
AZXEBER.COM-un məlumatına görə, bu açıqlamadan sonra "Odlar Yurdu" Universitetinin rəhbərliyi təşvişə düşüb və qısa müddətdə universitetin reklamına başlanıb. Bir neçə televiziyada eyni anda universitetlə bağlı təbliğat materialları işıqlandırılıb.

Ancaq tez-tələsik hazırlanan bu süjetlər universiteti daha da pis vəziyyətdə qoyub. Belə ki, ATV-yə açıqlama verən Qafqaz Universitetinin tələbələrindən birinin sözləri təhrif edilibmiş. Tələbənin sosial şəbəkədə yayılan açıqlaması universiteti pis vəziyyətdə qoyub.
Ceyhun adlı tələbə deyib ki, onun sözləri təhrif edilib.
Bu məlumatdan sonra universitetə onsuz da az olan inam, tamamən sıfıra yaxınlaşıb.
Qeyd edək ki, Qafqaz Universitetinin tələbələri Odlar Yurdu köçürülmə xəbəri çıxandan sonra sosial şəbəkədə qrup yaradıblar və orada oxumaq istəmədiklərini qeyd ediblər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvan gömrüyündə MONOPOLİST AB-HAVA... - AXI NİYƏ?
Bu gün, 11:06
Yeddi uşağın ölüm işi: vəkillərə çıxış etmək üçün vaxt verildi - MƏHKƏMƏ
Bu gün, 10:57
Muzdlu lobbiçinin “ekspert rəyləri” - NATO-nun imicinə zərbə
Bu gün, 10:48
Azərbaycanda və region ölkələrində iqtisadi vəziyyət necə dəyişir? - ARAŞDIRMA
Bu gün, 10:45
Yeni sahibkar kimləri işdən çıxara bilər? - Ali Məhkəmənin QƏRARI
Bu gün, 10:39
“Bakcell” “Spark@LANDAU” proqramının innovasiya tərəfdaşıdır
Bu gün, 10:37
Prokuror gözdən əlil qaziyə 3 il cəza tələb etdi - DETALLAR
Bu gün, 10:29
Rüşvətə görə həbs edilən məmurların işi Ali Məhkəmədə - TƏFƏRRÜAT
Bu gün, 10:25
"Rusiya Ermənistana qarşı necə davranacağını bilmir..." - "Armtimes"
Bu gün, 10:19
Oğlunu xüsusi amansızlıqla öldürmək istəyən ataya nə qədər cəza verilib?
Bu gün, 10:18
“Space”in yeni rəhbəri onları kənarlaşdıracaqmı? - GÖZLƏNTİ
Bu gün, 10:12
Eldar Əzizov rəisi işdən çıxardı - Yeni təyinat
Bu gün, 10:07
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Bu gün, 10:06
Bu baş versə, Rusiya Azərbaycanla yeni müharibə başladacaq - Melkonyan
Bu gün, 10:00
“Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - SİYAHI
Bu gün, 09:56
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur - MƏQALƏ
Bu gün, 09:53
Azər Mursaqulov mərkəz direktorunu işdən çıxardı - ƏMR
Bu gün, 09:49
Avropa İttifaqı Zəngəzur dəhlizindən pay istəyir - GƏLİŞMƏ
Bu gün, 09:41
“Mehdiyev işi”ndə yeni gəlişmə - TƏFƏRRÜAT
Bu gün, 09:40
"Cənubtikintiservis"in səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:29
İtaliya Nazirlər Şurasının sədri Corcia Meloninin Bakıya səfəri mühüm əhəmiyyət daşıyır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:24
Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsindədir - MƏQALƏ
Bu gün, 08:21
Rusiya artıq müharibəni uduzub, çünki Putin... - Admiral
Bu gün, 08:06
"İlhamə Novruzova bizi boğaza yığıb..." - ETİRAZ VAR!
Bu gün, 08:00
ABŞ-nin “Azadlıq layihəsi” əməliyyatı Hörmüz boğazını açmaya bilər - KİV
Bu gün, 07:43
Pasiyentinin çılpaq görüntülərini paylaşan həkim intihara cəhd etdi
Bu gün, 07:42
Naxçıvanda Milyonluq tender təxirə salındı - SƏBƏB
Bu gün, 07:38
Artmayan maaş... İNDİ DƏ TOTAL İXTİSARLAR... - BU NƏDİ BELƏ?
Bu gün, 07:19
Çin və İran XİN rəhbərləri Pekində danışıqlara başlayıb
Bu gün, 07:03
ABŞ ordusu Sakit okeanda daha bir qayığa zərbə endirib - KİV
Bu gün, 06:42
Başçıdan kömək istəyənin AĞZINDAN VURURLAR - MÜRACİƏT
Bu gün, 06:39
Ali Məhkəmə məmur özbaşınalığını BELƏ RƏSMİLƏŞDİRİR - NARAZILIQ VAR...
Bu gün, 06:34
Məmurlardan şikayətlər almaq üçün portal yaradacağam - Vuçiç
Bu gün, 06:22
Burda pulun varsa... ÇALIŞ ÖLMƏ! - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:12
86 yaşlı qadını evindən çıxarmağa çalışan "Lux Residence" məhkəmə ilə "anlaşıb"? – ŞOK İDDİALAR
Bu gün, 06:00
İcra başçısının TAMAHI DAŞ KƏSİR... - BU NƏDİ BELƏ?
Bu gün, 05:49
“Körpü Bina Tikinti”dən şikayət: Məcburi iş... ağır xəsarət... - NARAZILIQ VAR...
Bu gün, 05:35
Bağışlanan 1 milyard ADY-də nəyi, necə dəyişdi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:28
Rusiya Ukrayna ilə bağlı məhsuldar danışıqlara hazırdır - Zaxarova
Bu gün, 05:26
APARAT RƏHBƏRİ SEKTOR MÜDİRİ TƏYİN EDİLDİ - ƏMR
Bu gün, 05:24
Qarabağın quruculuğunda LEYSAN ƏNGƏLİ - ARAŞDIRMA
Bu gün, 05:22
"Müəllim psixoloqun işini görməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 05:17
İflasdan sonra müəmmalı satışlar – milyonluq əmlaklar hara yoxa çıxdı?
Bu gün, 05:14
"Güneyin gələcək taleyi ilə bağlı yekdil fikir və həmrəylik yoxdur" - ŞƏRH
Bu gün, 05:03
Lalə Azərtaşdan yeni veriliş
Bu gün, 05:01
Paşinyan hökuməti üçün sınaq DÖVRÜ - İNCƏLƏMƏ
Bu gün, 04:58
Ermənistan böyük güclərin oyun meydanına çevrilib - FAKT BUDUR!
Bu gün, 04:56
Sülhü sabotaj cəhdinə SON - GƏLİŞMƏ
Bu gün, 04:54
Qalmaqallı "Qaya Nəqliyyat"ın vergi borcu 350 min manatı ötdü - TƏFƏRRÜAT
Bu gün, 04:48
Deputatın PENSİYA ARTIMI manipulyasiyası - İFŞA
Bu gün, 04:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru