Eldar Əzizov rəisi işdən çıxardı .....                     Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb .....                     Bu baş versə, Rusiya Azərbaycanla yeni müharibə başladacaq .....                     “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub .....                     Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur .....                     Azər Mursaqulov mərkəz direktorunu işdən çıxardı .....                     Avropa İttifaqı Zəngəzur dəhlizindən pay istəyir .....                     “Mehdiyev işi”ndə yeni gəlişmə .....                     "Cənubtikintiservis"in səhmdarlarının yığıncağı keçiriləcək .....                     İtaliya Nazirlər Şurasının sədri Corcia Meloninin Bakıya səfəri mühüm əhəmiyyət daşıyır .....                     Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsindədir .....                     Rusiya artıq müharibəni uduzub, çünki Putin... .....                     "İlhamə Novruzova bizi boğaza yığıb..." .....                     ABŞ-nin “Azadlıq layihəsi” əməliyyatı Hörmüz boğazını açmaya bilər .....                     Pasiyentinin çılpaq görüntülərini paylaşan həkim intihara cəhd etdi .....                     Naxçıvanda Milyonluq tender təxirə salındı .....                     Artmayan maaş... İNDİ DƏ TOTAL İXTİSARLAR... .....                     Çin və İran XİN rəhbərləri Pekində danışıqlara başlayıb .....                     ABŞ ordusu Sakit okeanda daha bir qayığa zərbə endirib .....                     Başçıdan kömək istəyənin AĞZINDAN VURURLAR .....                     Ali Məhkəmə məmur özbaşınalığını BELƏ RƏSMİLƏŞDİRİR .....                     Məmurlardan şikayətlər almaq üçün portal yaradacağam .....                     Burda pulun varsa... ÇALIŞ ÖLMƏ! .....                     86 yaşlı qadını evindən çıxarmağa çalışan "Lux Residence" məhkəmə ilə "anlaşıb"? .....                     İcra başçısının TAMAHI DAŞ KƏSİR... .....                     “Körpü Bina Tikinti”dən şikayət: Məcburi iş... ağır xəsarət... .....                     Bağışlanan 1 milyard ADY-də nəyi, necə dəyişdi? .....                     Rusiya Ukrayna ilə bağlı məhsuldar danışıqlara hazırdır .....                     APARAT RƏHBƏRİ SEKTOR MÜDİRİ TƏYİN EDİLDİ .....                     Qarabağın quruculuğunda LEYSAN ƏNGƏLİ .....                     "Müəllim psixoloqun işini görməməlidir" .....                     İflasdan sonra müəmmalı satışlar .....                     "Güneyin gələcək taleyi ilə bağlı yekdil fikir və həmrəylik yoxdur" .....                     Lalə Azərtaşdan yeni veriliş .....                     Paşinyan hökuməti üçün sınaq DÖVRÜ .....                     Ermənistan böyük güclərin oyun meydanına çevrilib .....                     Sülhü sabotaj cəhdinə SON .....                     Qalmaqallı "Qaya Nəqliyyat"ın vergi borcu 350 min manatı ötdü .....                     Deputatın PENSİYA ARTIMI manipulyasiyası .....                     Kollec bitirən bütün müəllimlər işdən çıxarılacaq? .....                 

“MTN əməkdaşı Eldar Mahmudovun adını çəkərək 500 min manat pul tələb etdi” - Zərərçəkmiş
Tarix: 5-01-2017, 09:09 | Çap et
“MTN əməkdaşı Eldar Mahmudovun adını çəkərək 500 min manat pul tələb etdi”
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri general-mayor Sübahir Qurbanov, general-mayor Teymur Quliyev, general-mayor Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə “Met-Ak” MMC-nin təsisçisi və rəhbəri Kərimov Alik Kainbəy oğlu zərərçəkmiş şəxs qismində tanınıb.
"Report"un xəbərinə görə, A.Kərimov istintaqa verdiy ifadəsində göstərib ki, 2015-ci ilin sentyabr ayının 29-30 tarixlərində onun istifadəsində olan mobil telefon nömrəsinə tanımadığı telefondan zənglər gəlməyə başlayıb.
O, həmin nömrənin MTN əməkdaşlarına məxsus olduğunu güman edib: “Şirkətin maliyyə direktoru Fuad Zülfüqarovdan həmin ilin yanvar ayında hədə-qorxu gəlməklə külli miqdarda pul alınıb. Buna görə də Fuad Zülfüqarovdan MTN-in VI Baş İdarənin əməkdaşı Akif Əliyev vasitəsi ilə həmin nömrənin sahibinin kimliyini və onların nə istədiyini öyrənməyini tapşırdım. Bir müddətdən sonra Akif Əliyev Fuad Zülfüqarova zəng edib, həmin nömrənin MTN-nin 4-cü Baş İdarənin əməkdaşı Natiq Alıyevin istifadəsində olduğunu dedi. Akif Əliyev bildiridi ki, Natiq Alıyev Baş idarənin rəisi Sübahir Qurbanovla yaxındır və o, hamını bezdirir, fikri yalnız pul toplamaqdır və onun zənglərinə cavab verməməyi məsləhət gördü”.
A.Kərimovun sözlərinə görə, bir müddət həmin şəxsin zənglərinə cavab verməyib, bundan sonra N.Alıyevin istifadəsindəki nömrədən oğlu Aydın Kərimovun telefonuna zənglər gəlməyə başlayıb: ”Məcbur olub MTN-də onların kuratoru İlkin Əsgərovla əlaqə saxlayıb, bu barədə məlumat vermək üçün onu ofisə dəvət edik. Ona baş verənlərin hamısını danışıb köməklik etməsini xahiş etdik. İlkin Əsgərov isə bu barədə rəisinə məruzə etdikdən sonra cavab verəcəyini bildiridi. Səhəri günü İlkin Əsgərov Natiq Alıyevlə bağlı hər hansı bir tədbir görə bilməyəcəyini söyləyib”.
Zərərçəkmiş söyləyib ki, N.Alıyev onun oğlu A.Kərimov və F.Zülfüqarovdan MTN-ə gəlmələrini tələb edib: “Həmin gün Rusiya Federasiyasının Mineralnıye Vodı şəhərinə getdim. 08.10.2015-ci il tarixdə Fuad Zülfüqarov mənə zəng edib, oğlumun avtomobilinin Baksol yolunda həyəcan işıqları qoşulu vəziyyətdə qaldığını, özünün isə itdiyi barədə məlumat verdi. Narahat olduğum üçün Bakıda olan tanışlarıma zəng vurdum. 2-3 saatdan sonra Fuad Zülfüqarov yenidən zəng edərək Aydını Natiq Alıyevin MTN-ə apararaq orada saxladığını bildirdi. Həmin ayın 11-də Bakıya qayıtdıb, Natiq Alıyevin mobil telefonuna zəng etdim. O, mənə sabah MTN-ə gəlməyimi söylədi. Mən isə ona birlikdə nahar etməyimizi təklif etdim. Razılaşıb, MTN-nin yaxınlığında olan “Naxçıvan” restoranında görüşdük”.
A.Kərimov təxminən 3 saata yaxın söhbət etdiklərini, söhbət əsnasında N.Alıyevin onu hədələdiyini bildirib: “O, mənə “dövlət mənə silah verib, bu dövlətin obaxeysi mənəm, mən kimə qarşı istəsəm bu silahı işlədə bilərəm” dedi. Bundan başqa, Natiq Alıyev oğlumu 3 aylıq həbs edə biləcəyini, MMC-nin 5 illik fəaliyyətini yoxlatdıracağını, Fuadın da başına oyun açacağını, dizi üstə qoyacağını bildirdi. Bu sözlərdən sonra Natiq Alıyev işləri yoluna qoymaq və MTN-nin nəzərində təmizə çıxarmaq üçün 500 min manat pulumu alacağını söylədi. Bu məbləğin çox olduğunu dedikdə, Natiq Alıyev mənə “nazir Eldar Mahmudov deyib ki, bir yerə bir dəfə girib, bir dəfəlik götürmək lazımdır, nazirliyin adı var. Ona görə 500 min manatı hazırla” dedi. Ona fikirləşəcəyimi deyərək 2 gün möhlət istədim. Səhərisi yenidən “Naxçıvan” restoranında görüşüb, toplaya bildiyim 50 min manat olduğunu Natiq Alıyevə bildiridim. O, rəisi Fizuli Əliyevə zəng edib məlumat verdi. 15-20 dəqiqədən sonra Fizuli Əliyev bizim masasına yaxınlaşıb, ona verə biləcəyim 50 min manat pulu çox rahat qəbul etdi. Daha sonra o, 35 min manatlıq materialların siyahısını verib, sabaha göndərməyimi xahiş etdi və “eybi yoxdur sən bunu et, mən də sənə köməklik edərəm, bir təhər bunu general Sübahir Qurbanovdan keçirərik” dedi. 2-3 saatdan sonra Natiq Alıyev mənə zəng edib, işi həll etdiklərini, 50 min manatın razılığını Sübahir Qurbanovdan aldıqlarını bildirərək, pulu nə vaxt gətirəcəyimi soruşdu. Ona ayın 14-də pulu gətirib verə biləcəyini dedim”.
A.Kərimov ifadəsində qeyd edib ki, ötən il oktabr ayının 14-də N.Alıyev ona MTN-in yaxılığında olan “Sultan” kafesində görüş təyin edib: “Orada Natiq Alıyevlə görüşüb, 50 min manat pulu verdim. Natiq Alıyev pulu götürməyə tək gəlmişdi, lakin söhbətin sonuna yaxın onun evində istilik sistemlərini quraşdıran Oqtay adlı türk usta da bizim yanımıza yaxınlaşdı. Onlarla birgə çay içib, istilik sistemlərinə dair bəzi detalları soruşdular. İki gün sonra isə istehsalat sahəsindən iki yük avtomobili ilə Fizuli Əliyevin verdiyi siyahı üzrə materialları yola saldım. Həmin materialları Fizulinin mühəndisi Vəli gəlib anbardan apardı”.
İstintaq zamanı keçirilən üzləşdirmələrdə zərərçəkmiş şəxs qismində tanınan A.Kərimov ifadəsini təqsirləndirilən şəxslər F.Əliyev və N.Alıyevin üzlərinə təsdiq edib. F.Əliyev ifadə verməkdən imtina edib, N.Alıyev isə A.Kərimovun ifadəsini qismən təsdiq edib. N.Alıyev F.Əliyevin nazirin göstərişi ilə onun A.Kərimova zəng etməsini tapşırdığını, dəfələrlə sonuncuya və oğlu Aydına zəng etsə də cavab vermədiklərini, sonradan F.Əliyevin ona “sən onlara zəng etmə, onlar özləri sənə zəng edəcəklər” deyib.
Qeyd edək ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülməklə onların barəsində cinayət işi ayrıca icraata ayrılaraq cinayət-prosesual qanunvericiliyin tələblərinə müvafiq olaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərər çəkmiş şəxslər, onların hüquqi varis və nümayəndələri cinayət işinin materialları ilə tanış olublar.
İş üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək dekabrın 21-də aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Cinayət işi Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun icraatına verilib. Yasamal Rayon Məhkəməsində keçiriləcək iclas yanvarın 19-na təyin edilib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Eldar Əzizov rəisi işdən çıxardı - Yeni təyinat
Bu gün, 10:07
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Bu gün, 10:06
Bu baş versə, Rusiya Azərbaycanla yeni müharibə başladacaq - Melkonyan
Bu gün, 10:00
“Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - SİYAHI
Bu gün, 09:56
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur - MƏQALƏ
Bu gün, 09:53
Azər Mursaqulov mərkəz direktorunu işdən çıxardı - ƏMR
Bu gün, 09:49
Avropa İttifaqı Zəngəzur dəhlizindən pay istəyir - GƏLİŞMƏ
Bu gün, 09:41
“Mehdiyev işi”ndə yeni gəlişmə - TƏFƏRRÜAT
Bu gün, 09:40
"Cənubtikintiservis"in səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:29
İtaliya Nazirlər Şurasının sədri Corcia Meloninin Bakıya səfəri mühüm əhəmiyyət daşıyır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:24
Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsindədir - MƏQALƏ
Bu gün, 08:21
Rusiya artıq müharibəni uduzub, çünki Putin... - Admiral
Bu gün, 08:06
"İlhamə Novruzova bizi boğaza yığıb..." - ETİRAZ VAR!
Bu gün, 08:00
ABŞ-nin “Azadlıq layihəsi” əməliyyatı Hörmüz boğazını açmaya bilər - KİV
Bu gün, 07:43
Pasiyentinin çılpaq görüntülərini paylaşan həkim intihara cəhd etdi
Bu gün, 07:42
Naxçıvanda Milyonluq tender təxirə salındı - SƏBƏB
Bu gün, 07:38
Artmayan maaş... İNDİ DƏ TOTAL İXTİSARLAR... - BU NƏDİ BELƏ?
Bu gün, 07:19
Çin və İran XİN rəhbərləri Pekində danışıqlara başlayıb
Bu gün, 07:03
ABŞ ordusu Sakit okeanda daha bir qayığa zərbə endirib - KİV
Bu gün, 06:42
Başçıdan kömək istəyənin AĞZINDAN VURURLAR - MÜRACİƏT
Bu gün, 06:39
Ali Məhkəmə məmur özbaşınalığını BELƏ RƏSMİLƏŞDİRİR - NARAZILIQ VAR...
Bu gün, 06:34
Məmurlardan şikayətlər almaq üçün portal yaradacağam - Vuçiç
Bu gün, 06:22
Burda pulun varsa... ÇALIŞ ÖLMƏ! - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:12
86 yaşlı qadını evindən çıxarmağa çalışan "Lux Residence" məhkəmə ilə "anlaşıb"? – ŞOK İDDİALAR
Bu gün, 06:00
İcra başçısının TAMAHI DAŞ KƏSİR... - BU NƏDİ BELƏ?
Bu gün, 05:49
“Körpü Bina Tikinti”dən şikayət: Məcburi iş... ağır xəsarət... - NARAZILIQ VAR...
Bu gün, 05:35
Bağışlanan 1 milyard ADY-də nəyi, necə dəyişdi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:28
Rusiya Ukrayna ilə bağlı məhsuldar danışıqlara hazırdır - Zaxarova
Bu gün, 05:26
APARAT RƏHBƏRİ SEKTOR MÜDİRİ TƏYİN EDİLDİ - ƏMR
Bu gün, 05:24
Qarabağın quruculuğunda LEYSAN ƏNGƏLİ - ARAŞDIRMA
Bu gün, 05:22
"Müəllim psixoloqun işini görməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 05:17
İflasdan sonra müəmmalı satışlar – milyonluq əmlaklar hara yoxa çıxdı?
Bu gün, 05:14
"Güneyin gələcək taleyi ilə bağlı yekdil fikir və həmrəylik yoxdur" - ŞƏRH
Bu gün, 05:03
Lalə Azərtaşdan yeni veriliş
Bu gün, 05:01
Paşinyan hökuməti üçün sınaq DÖVRÜ - İNCƏLƏMƏ
Bu gün, 04:58
Ermənistan böyük güclərin oyun meydanına çevrilib - FAKT BUDUR!
Bu gün, 04:56
Sülhü sabotaj cəhdinə SON - GƏLİŞMƏ
Bu gün, 04:54
Qalmaqallı "Qaya Nəqliyyat"ın vergi borcu 350 min manatı ötdü - TƏFƏRRÜAT
Bu gün, 04:48
Deputatın PENSİYA ARTIMI manipulyasiyası - İFŞA
Bu gün, 04:46
Kollec bitirən bütün müəllimlər işdən çıxarılacaq? - AKTUAL
Bu gün, 04:39
"Qaya-İnşaat" MMC-nin dövlətə yarım milyon manata yaxın vergi borcu yaranıb - FOTO
Bu gün, 04:36
ABŞ danışıqlar başa çatana qədər Hörmüz boğazından gəmilərin keçidini dayandırır - Tramp belə deyir..
Bu gün, 04:25
Azərbaycanda dollar əllərdə qalıb? - NƏ BAŞ VERİR?
Bu gün, 04:21
Anası uşaqdan imtina etdi, barəsində cinayət işi açıldı – Şok detallar
Dünən, 20:54
"İkiqat mühasibatlıq" qalmaqalı – “Bulvar işi" böyüyür
Dünən, 20:52
İcra başçısının köməkçisi vəfat etdi
Dünən, 18:21
"Sevən onsuz da hər halı ilə sevir"
Dünən, 17:27
Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq - KİV
Dünən, 17:23
İrəvandan Pezeşkiana zəng edəcək
Dünən, 17:14
Bakı və İrəvan arasında yeni vəziyyət: - Paşinyanın səfəri tezləşdirilə bilər
Dünən, 17:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru