Cəlilabadda xanım bələdiyyə sədri yol təmirində FOTOSESSİYA ELƏTDİRDİ .....                     "İndi isə artıq konkret sənəd ortadadır..." .....                     TRIPP layihəsi işə düşür .....                     Trampın iki zəngi, Vaşinqtonun yeni hesabı .....                     Azərbaycanda iki vəkil HƏBS OLUNDU .....                     İrandan "Məkkə" sazişinə reaksiya: .....                     Suriyanın keçmiş kəşfiyyat rəhbəri Rusiyada yaşayır .....                     ETSN buralara niyə nəzarət etmir ki... .....                     Rusiyanın Güney Qafqazda sıxışdırılması... .....                     ŞAH İSMAYIL XƏTAİ İLƏ MÜSAHİBƏ .....                     Zelenski Belqrada niyə dəvət olundu? .....                     Naxçıvanda şəhid ailələrinə ÖGEYÇİLİK .....                     " 3 saat boyu istidən bir təhər olmuşuq..." .....                     Güney Qafqazda sülh... NƏ QƏDƏR YAXINIQ? .....                     "Bir bəsit suala cavab vermək bu qədərmi çətindir?" .....                     "Biz indi "Nəsimi ili" ilə bağlı verilişə Afət Fərmanqızını dəvət edək?" .....                     Bu adamın kürəyindəki əl... KİMİNDİR? .....                     "Hamı Şah İsmayıldan danışır…" .....                     Cənubi Qafqazdakı otuz illik dramın sonu .....                     Büdcə pulları ilə ŞÜBHƏLİ RƏFTAR .....                     Aktrisadan kədərli paylaşım .....                     AYNA şefi bax beləcə milyonçu olur... .....                     Cənubi Qafqazda böyük dəyişiklik başlayır .....                     Azərbaycan ilə Ermənistan arasında "sular durulur"? .....                     NVIDIA-dan Ermənistana nəhəng süni intellekt yatırımı .....                     Türkiyənin Ukrayna daxil olmaqla bir neçə ölkədə yeni səfirləri təyin olunub .....                     “İranı Qəzzanın gününə salmaq istəyirlər” .....                     Azərbaycanın ən çətin günlərində yanımızda idi... .....                     Bakı-Vaşinqton xəttində yeni mərhələ: .....                     Qazaxda taxıl biçini başa çatıb .....                     Azərbaycandan sonra Türkiyə də Ermənistan üçün məhdudiyyətləri qaldırdı .....                     "O, Rasim Balayevi tapıb kinoya gətirdi, onun üzərində dayandı, təkid etdi..." .....                     İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: .....                     Abxaziya və Cənubi Osetiyanın Rusiyada qalmasına imkan verməyəcəyik .....                     Vardanyan “yatır”, Taleb hürür: bir-birini tapan iki maliyyə spekulyantı .....                     ABŞ Ermənistandan Konstitusiyaya düzəlişlər üzrə öhdəliyinin icrasını tələb etməlidir .....                     Paşinyan İlham Əliyevə zəng edib .....                     Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir? .....                     Maliyyə Nazirliyi bu il dövlət qurumlarında .....                     "Qərbi Azərbaycanda 6000 illik yaşa malik nəsil var" .....                 

Qubanın ağ alması... - İTTİHAM VAR
Tarix: 12-11-2016, 09:35 | Çap et
Qubanın ağ alması...
27 yanvar 2015-ci il tarixdən etibarən Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində təmsil olunan Yaşar Məmmədovun fəaliyyəti adıçəkilən rayonun sakinlərinin, o cümlədən sahibkarların, iş adamlarının narazılığına səbəb olur. Belə ki, qubalıların əksəriyyətinin işsizlikdən əziyyət çəkdiyini, sosial problemlər məngənəsində qaldıqlarını iddia edən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, icra başçısı əhalinin problemlərilə maraqlanmaq əvəzinə şəxsi maraqlarını təmin etmək barədə düşünür. Beləliklə, Yaşar Məmmədovun 2010-2015-ci illərdə Ucar Rayon İcra Hakimiyyətinin başçısı postunda təmsil olunduğunu vurğulayan mənbənin sözlərinə görə, o, həmin dövrdə yol verdiyi nöqsanları bu gün Qubada təkrarlamaqdadır: В«Quba rayonunda əhalinin sosial durumu gün keçdikcə daha da pisləşir. Deyilənlərə görə, rayon hazırda üç məmurun əsarəti altındadır. Onlardan biri icra başçısı Yaşar Məmmədov, digərləri isə onun birinci müavini Yusif Abidov və maliyyə şöbəsinin müdiri Ruslan Hacıyevdir. Qeyd olunur ki, adıçəkilən şəxslər dövlət büdcəsindən Qubaya ayrılan vəsaitlərin bir hissəsinin təyinatdankənar istiqamətlərə sərf olunmasına rəvac verir və bu yolla xeyli gəlir götürürlər. Nəzərinizə çatdırım ki, Yusif Abidov bir neçə müddət rayonun təhsil şöbəsinə rəhbərlik edib. Lakin onun bu postdakı fəaliyyəti elə də uğurlu alınmayıb. Belə ki, o vəzifədə olduğu müddətdə adı çox vaxt pul yığımlarında, direktor və müəllimlərin incidilməsində hallandırılıb. Ruslan Hacıyevi isə bir neçə vəzifə dəyişib. Bu yaxınlara qədər icra hakiminin müavini vəzifəsində işləyirdi. Amma hansısa səbəblərə görə işdən kənarlaşdırıldı. Atasının var-dövləti və tanışları sayəsində maliyyə şöbəsinə müdir keçdi. Onun atası İsgəndər Hacıyev Xaçmaz Asfalt Zavodunun direktorudur. Deyilənlərə görə, Ruslan Hacıyev maliyyə şöbəsinə müdir keçdikdən sonra Qubada büdcədən maliyyələşən təşkilatların əksəriyyətində ciddi kəsirlər üzə çıxmağa başlayıbВ». Bu arada, son zamanlar sadə vətəndaşların, əsasən də Quba rayon sakinlərinin icra başçısı Yaşar Məmmədovun fəaliyyətindən, onun yol verdiyi nöqsanlardan aidiyyəti qurumlara, eyni zamanda müxtəlif kütləvi informasiya vasitələrinə şikayət xarakterli müraciətlər ünvanladıqlarını bildirən məlumatlı şəxs qeyd edir ki, onlardan biri də Ucar rayonu, 20 Yanvar küçəsi, döngə 15, ev 17-də qeydiyyatda olan Xəyal Müşfiq oğlu Qüddəsərovdur. Belə ki, Quba Rayon İcra Hakimiyyətinin başçısının ona qarşı etdiyi qanunsuzluğa görə 3 oktyabr 2016-cı il tarixdən aclıq aksiyasına başladığını deyən şikayətçinin sözlərinə görə, Yaşar Məmmədov Ucar rayonunda icra başçısı vəzifəsində olan zaman onun göstərişi ilə Ucar rayon bələdiyyəsi tərindən 3 sot ölçüdə fərdi mənzil tikintisi üçün torpaq sahəsi satılıb: В«Dövlət rüsumu olaraq 1200 manat В«Beynəlxalq BankВ»a ödədim qəbzi aldım. Bundan başqa, alqı-satqı müqaviləsi, sığorta və növbəmi 1292-ci yerdən 1-ci etdiyi üçün məndən 3200 manat əlavə pul aldılar. Həmin 3200 manat pulu icra başçısı Yaşar Məmədovun özü ilə Ağdaş rayonundan gətirdiyi sürücüsü Vüqar Əliyev və qohumu Ucar bələdiyyəsinin sədri Səhrab Kamilova vermişəm. Bunu təsdiq edən sübutlarımız var. Bələdiyyə sədri mənə 11.12.2012-cı il tarixli Torpaqların Alqı-Satqısına dair akt verdi. Getdim ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsindən torpağıma çıxarış alım. Mənə orada bildirdilər ki, bu torpaq sənə qanunsuz satılıb, bu alqı satqı aktı tam saxtadır. 2007-ci il tarixdən qüvvəyə minmiş qanuna əsasən bələdiyyələr vətəndaşlara torpağı hərrac yolu ilə sata bilərlər. Bu torpaq isə dövlətin balansındadır. Mən bu barədə dəfələrlə icra başçısı Yaşar Məmmədovun və bələdiyyə sədrinin qəbulunda olmuşam. Hər dəfə В«düzələr-düzələrВ» deyərək məni başlarından etdilər. İndi Yaşar Məmmədov Qubanın icra başçısıdır, Səhrab Kamilov isə Mənzil İstismar İdarəsində rəis müavinidir. 4700 manat pulumu alıb saxta akt verib məni aldadan icra başçısı Yaşar Məmmədovla sabiq bələdiyyə sədri Səhrab Kamilovun bu hərəkətləri cinayət əməlidir. Bu cinayətdə keçmiş Torpaq və Xəritəçəkmə Komitəsinin Ucar rayon şöbəsinin rəisi Rafiq Hacıyevin də rolu var. Çünki o da bilərəkdən saxta akta imza edib öz möhrünü vurub. Yaşar Məmmədov Ucar rayon icra başçısı vəzifəsində işləyən zaman öz sürücüsü Vüqar Əliyevin, qohumu bələdiyyə sədri Səhrab Kamilovun və torpaq şöbəsini müdiri Rafiq Hacıyevin əli ilə çoxlu sayda Ucar rayon sakinlərinə belə saxta sənədlərlə torpaqlar satıb insanları aldadıblar. Bu 4 nəfərin yeri törətdikləri cinayət əməllərinə görə həbsxana olmalıdır. İndi evsizəm, həyat yoldaşım atasının evində, mən isə küçələrdə qalıram. Himayəmdə iki azyaşlı uşağım var. Bu vəzifəli şəxslər tərəfindən aldanmasaydım indi yavaş-yavaş torpağımın üzərində bir otaqlı ev tikib yaşayardım, küçələrdə qalmazdımВ». Quba Rayon İcra Hakimiyyətinin başçısının əməllərindən şikayətçi olan şəxslərdən biri isə Ucar rayonu, Qarabörk kənd sakini Kütah Məhəmmədəli qızı Əliyevadır. Belə ki, В«Bir qrup vəzifəli şəxslər rüşvət alıb mənim sahibkarlıq fəaliyyəti məqsədi ilə aldığım torpaq sahəmi əlimdən almaq istəyirlərВ» deyən şikayətçi iddia edir ki, bütün bunların başında Yaşar Məmmədov dayınır: В«2014-cü ildə Yaşar Məmmədov Ucar rayon icra başçısı vəzifəsində olan zaman öz maddi marağına görə 60 mənzilli 4 mərtəbəli 3 böyük binanı saxtakarlıqla Etibar Qasımov adlı imkanlı şəxsə satanda pulun çoxluğundan başları gicəllənib deyə bizim yerimizi də həmin şəxsə qanunsuz olaraq satıblar. Həmin şəxs isə yeni inşa edilən 3 möhtəşəm binanı yerlə yeksan etdirib üzərində tikinti işləri aparan zaman müəyyən edildi ki, ona verilmiş reyestr çıxarışı bizim yerin üzərinə düşüb. 2014-cü ildən məhkəmələrdə çəkişirik ki, bundan da Şirvan İnzibati-İqtisadi Məhkəməsinin hakimi İxtiyar Abışov yararlanmaq istəyir. Bütün sənədlər, ekspert rəyləri bizim xeyrimizə gəlməsinə baxmayaraq, hakim İxtiyar Abışov açıq-aşkar deyir ki, yuxarıdan bizim məhkəmənin sədri Mehman Nuriyevə tapşırıq var ki, qərar Etibar Qasımovun xeyrinə çıxarılmalıdır. Qeyd edim ki, 1997-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün mənə 64 kv.metr torpaq sahəsi ayrılıb. Həmin torpaq sahəsinə dair 2005-ci il tarixdə Ucar bələdiyyəsindən qərar verildi və 2010-cu il tarixdə reyestr çıxarışı aldım. Bundan 10 il sonra mənim qanunu torpağımın başqasına satılması cinayət əməlidir. Hansı ki, 3 möhtəşəm çoxmənzilli yeni tikilmiş yaşayış binasının saxtakarlıqla satılması ən ağır bir cinayətdir. Dəyəri 500 min manatdan çox olan həmin 4 mərtəbəli 60 mənzilli 3 böyük binanı sənəddə cəmi 21 min manata qiymətləndirilib küllü miqdarda rüşvət alaraq Etibar Qasımova satıblar ki, bu cinayət faktıdırВ». Gördüyünüz kimi, bütün bunlar onu deməyə əsas verir ki, Yaşar Məmmədov Ucar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində ciddi nöqsanlara, çoxsaylı neqativ hallara rəvac verib və hazırda bu tip əməllərini Qubada davam etdirir. Ümid edirik ki, müvafiq dövlət qurumları tez bir zamanda sözugedən məsələni araşdıracaq və Yaşar Məmmədov barəsində lazımı ölçü götürəcəklər. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cəlilabadda xanım bələdiyyə sədri yol təmirində FOTOSESSİYA ELƏTDİRDİ - azyaşlı uşağı da qucağında...
Bu gün, 12:11
"İndi isə artıq konkret sənəd ortadadır..." - deputat
Bu gün, 11:41
TRIPP layihəsi işə düşür - Tramp müharibə riskinin üzərindən birdəfəlik xətt çəkdi
Bu gün, 11:36
Trampın iki zəngi, Vaşinqtonun yeni hesabı - ŞƏRH
Bu gün, 11:29
Azərbaycanda iki vəkil HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 10:30
İrandan "Məkkə" sazişinə reaksiya: - Düzgün yolu tapmayıblar!
Bu gün, 10:23
Suriyanın keçmiş kəşfiyyat rəhbəri Rusiyada yaşayır - BBC
Bu gün, 08:55
ETSN buralara niyə nəzarət etmir ki... - “Necə oldu ki, bu qədər çox olan canlı yoxa çıxdı?”
Bu gün, 08:44
Rusiyanın Güney Qafqazda sıxışdırılması... - VƏ...
Bu gün, 08:35
ŞAH İSMAYIL XƏTAİ İLƏ MÜSAHİBƏ - Beş yüz il əvvələ gedən reportaj
Bu gün, 08:14
Zelenski Belqrada niyə dəvət olundu? – Vuçiçin gizli strategiyası
Bu gün, 08:01
Naxçıvanda şəhid ailələrinə ÖGEYÇİLİK - ETİRAZ VAR!
Bu gün, 07:59
" 3 saat boyu istidən bir təhər olmuşuq..." - "Park Cinema"dan şikayət...
Bu gün, 07:48
Güney Qafqazda sülh... NƏ QƏDƏR YAXINIQ? - AKTUAL
Bu gün, 07:37
"Bir bəsit suala cavab vermək bu qədərmi çətindir?" - GİLEY
Bu gün, 07:31
"Biz indi "Nəsimi ili" ilə bağlı verilişə Afət Fərmanqızını dəvət edək?" - ANIM
Bu gün, 07:22
Bu adamın kürəyindəki əl... KİMİNDİR? - İTTİHAM VAR...
Bu gün, 07:16
"Hamı Şah İsmayıldan danışır…" - keçmiş deputat
Bu gün, 07:10
Cənubi Qafqazdakı otuz illik dramın sonu - Kremlin mifinin üzərindən xətt çəkildi
Bu gün, 06:56
Büdcə pulları ilə ŞÜBHƏLİ RƏFTAR - BU NƏDİ BELƏ?
Bu gün, 06:51
Aktrisadan kədərli paylaşım - FOTO
Bu gün, 06:46
AYNA şefi bax beləcə milyonçu olur... - QƏPİK-QƏPİK QARƏT...
Bu gün, 06:40
Cənubi Qafqazda böyük dəyişiklik başlayır - GƏLİŞMƏ
Bu gün, 06:30
Azərbaycan ilə Ermənistan arasında "sular durulur"? - İNCƏLƏMƏ
Bu gün, 06:27
NVIDIA-dan Ermənistana nəhəng süni intellekt yatırımı – 250 MVt-lıq layihə
Bu gün, 06:22
Türkiyənin Ukrayna daxil olmaqla bir neçə ölkədə yeni səfirləri təyin olunub - “Resmi Gazete”
Bu gün, 06:18
“İranı Qəzzanın gününə salmaq istəyirlər” – Pezeşkian
Dünən, 13:41
Azərbaycanın ən çətin günlərində yanımızda idi... - Azərbaycan xalqı İmran Xanı niyə unutmur?
Dünən, 13:38
Bakı-Vaşinqton xəttində yeni mərhələ: - 7,5 milyard dollarlıq müqavilələr nə vəd edir?
Dünən, 13:35
Qazaxda taxıl biçini başa çatıb
Dünən, 13:31
Azərbaycandan sonra Türkiyə də Ermənistan üçün məhdudiyyətləri qaldırdı - Rubinyan
Dünən, 13:29
"O, Rasim Balayevi tapıb kinoya gətirdi, onun üzərində dayandı, təkid etdi..." - Xalq artisti
Dünən, 12:55
İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: - Səbəb Rusiya ilə bağlıdır
Dünən, 12:53
Abxaziya və Cənubi Osetiyanın Rusiyada qalmasına imkan verməyəcəyik - Gürcüstan Prezidenti
Dünən, 12:47
Vardanyan “yatır”, Taleb hürür: bir-birini tapan iki maliyyə spekulyantı - ARAŞDIRMA
Dünən, 12:44
ABŞ Ermənistandan Konstitusiyaya düzəlişlər üzrə öhdəliyinin icrasını tələb etməlidir - Şaffer
Dünən, 12:40
Paşinyan İlham Əliyevə zəng edib
Dünən, 12:37
Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir? – Hüquqşünasdan AÇIQLAMA
Dünən, 12:35
Maliyyə Nazirliyi bu il dövlət qurumlarında - 91 milyon manat yeyinti tapıb
Dünən, 12:32
"Qərbi Azərbaycanda 6000 illik yaşa malik nəsil var" - Görün, kimin nəsli imiş...
Dünən, 12:31
Bunlara görə də Şah İsmayıl bizimdir, biz Səfəvilər dövlətinin varisiyik! - İqbal Ağazadə
Dünən, 12:29
Ermənistanda qalmaqallı həbs - Keçmiş baş nazirin oğlu saxlanıldı
Dünən, 12:26
Hacıqabulda qayınata qızını döyən kürəkənini belə CƏZALANDIRDI - TƏFƏRRÜAT
Dünən, 12:24
Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: - "Əgər..."
Dünən, 12:21
4 azərbaycanlı cinayət başında yaxalandı: - Məsciddən 150 minlik oğurluq (FOTO)
Dünən, 12:17
“Fazil Mustafa saytların dost siyahısındadır” - Ləman Ələşrəfqızı
Dünən, 12:15
Blogerin əri xanımının ad günündə vəfat edibmiş
Dünən, 12:14
DOST Agentliyinin TENDERYEYƏN "dostu"... - "İnnova İnşaat" 11 milyonluq tenderlərin qalibi olub
Dünən, 12:02
Səfərbərliyə cavabdeh generalın qızı pul müqabilində səfərbərlikdən yayınmağa kömək edir... —"MEDUZA"
Dünən, 11:49
“Bakı Metropoliteni” əlilliyi olan əməkdaşını vəzifəsindən əsas gətirmədən azad etdi - Vüsal Aslanov da kömək etmədi
Dünən, 11:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru