Cəlilabadda xanım bələdiyyə sədri yol təmirində FOTOSESSİYA ELƏTDİRDİ .....                     "İndi isə artıq konkret sənəd ortadadır..." .....                     TRIPP layihəsi işə düşür .....                     Trampın iki zəngi, Vaşinqtonun yeni hesabı .....                     Azərbaycanda iki vəkil HƏBS OLUNDU .....                     İrandan "Məkkə" sazişinə reaksiya: .....                     Suriyanın keçmiş kəşfiyyat rəhbəri Rusiyada yaşayır .....                     ETSN buralara niyə nəzarət etmir ki... .....                     Rusiyanın Güney Qafqazda sıxışdırılması... .....                     ŞAH İSMAYIL XƏTAİ İLƏ MÜSAHİBƏ .....                     Zelenski Belqrada niyə dəvət olundu? .....                     Naxçıvanda şəhid ailələrinə ÖGEYÇİLİK .....                     " 3 saat boyu istidən bir təhər olmuşuq..." .....                     Güney Qafqazda sülh... NƏ QƏDƏR YAXINIQ? .....                     "Bir bəsit suala cavab vermək bu qədərmi çətindir?" .....                     "Biz indi "Nəsimi ili" ilə bağlı verilişə Afət Fərmanqızını dəvət edək?" .....                     Bu adamın kürəyindəki əl... KİMİNDİR? .....                     "Hamı Şah İsmayıldan danışır…" .....                     Cənubi Qafqazdakı otuz illik dramın sonu .....                     Büdcə pulları ilə ŞÜBHƏLİ RƏFTAR .....                     Aktrisadan kədərli paylaşım .....                     AYNA şefi bax beləcə milyonçu olur... .....                     Cənubi Qafqazda böyük dəyişiklik başlayır .....                     Azərbaycan ilə Ermənistan arasında "sular durulur"? .....                     NVIDIA-dan Ermənistana nəhəng süni intellekt yatırımı .....                     Türkiyənin Ukrayna daxil olmaqla bir neçə ölkədə yeni səfirləri təyin olunub .....                     “İranı Qəzzanın gününə salmaq istəyirlər” .....                     Azərbaycanın ən çətin günlərində yanımızda idi... .....                     Bakı-Vaşinqton xəttində yeni mərhələ: .....                     Qazaxda taxıl biçini başa çatıb .....                     Azərbaycandan sonra Türkiyə də Ermənistan üçün məhdudiyyətləri qaldırdı .....                     "O, Rasim Balayevi tapıb kinoya gətirdi, onun üzərində dayandı, təkid etdi..." .....                     İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: .....                     Abxaziya və Cənubi Osetiyanın Rusiyada qalmasına imkan verməyəcəyik .....                     Vardanyan “yatır”, Taleb hürür: bir-birini tapan iki maliyyə spekulyantı .....                     ABŞ Ermənistandan Konstitusiyaya düzəlişlər üzrə öhdəliyinin icrasını tələb etməlidir .....                     Paşinyan İlham Əliyevə zəng edib .....                     Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir? .....                     Maliyyə Nazirliyi bu il dövlət qurumlarında .....                     "Qərbi Azərbaycanda 6000 illik yaşa malik nəsil var" .....                 

Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada HƏKİM TERRORU - şəhid bacısını yarımcan etdilər
Tarix: 8-11-2016, 09:24 | Çap et
Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada HƏKİM TERRORU
Azərbaycanda həkim məsuliyyətsizliyi ucbatından onlarla insan dünyasını dəyişib və şikəst qalıb. Hadisələrdən bəziləri mətbuatda işıqlandırılsa da, məsuliyyətsizliyə yol verənlər cəzalandırılsa da, xəstəxanalardakı olayların ardı-arası kəsilmir.

Bu dəfə isə həkim məsuliyyətsizliyi ilə aprel döyüşlərində şəhid olan İnqilab Quliyevin bacısı Filyar Usubova qarşılaşıb.

Zərərçəkənin BakiPost.az-a verdiyi məlumata görə, yanvarın 15-də doğuş üçün üz tutduğu Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada həkim ciftlə birlikdə onun bağırsaqlarını da kəsib: "Həmin gün xəstəxanada 53 nəfər əməliyyat etdirirdi. Mənim doğuşum da təbii yolla, heç bir problemsiz başa çatdı. Amma əməliyyatdan sonra bir anlıq kəskin ağrı hiss etdim və qışqırmağa başladım. Həkim müayinəsindən sonra məlum oldu ki, doğuşdan sonra cift gec düşüb, əməliyyatı həyata keçirən Səkinə Cənnətova digər əməliyyatlara gecikməmək üçün ciftin düşməyini gözləməyib. Qarnımdan bərk basdığı üçün bütün bağırsaqlarım çölə çıxıb və həkim ciftlə bərabər mənim bağırsağımı da kəsib”.

F. Usubova deyir ki, həkim doğuş prosesindən sonra baş verənləri heç kimə deməyib və problemi özü aradan qaldırmaq istəyib: "O, heç kimə demədən bağırsağımın kəsilən hissəsinə tikiş qoyub. Kəsdikdən sonra tikiş qoyduğu üçün sağolsun, amma gərək, etdiyini bizə deyərdi ki, ailəm ona uyğun müalicə etdirərdi. Tikiş qoyub gizlətdiyi üçün mənim vəziyyətim daha da ağırlaşıb”.

S.Cənnətova bağırsağına tikiş qoyduğu xəstəyə 3 gün sonra heç nə olmamış kimi evə çıxmağa icazə verib. Şəhid bacısı evə getdikdən sonra qanaxmaya düşüb: "Qanaxmayla bərabər qızdırma başladı. Həkimlər mənə qızdırmanı salmaq üçün iynələr vurdurmağımı məsləhət gördülər. 10 gün sonra yüksək qanaxma ilə çox ağır vəziyyətdə həmin xəstəxanaya yerləşdirildim. Məni Ədnam həkimin əməliyyat edəcəklərini dedilər. Ədnam həkim qarnımı yardıqdan sonra görüb ki, bağırsaqlarım və digər orqanlarım bir-birinə qarışıb. Səkinə həkimin kəsib daha sonra tikiş qoyduğu bağırsaq da zədələndiyi yerdən çürüyüb. Əməliyyatla çürüyən yer götürüldü. Cərrah həmin hissəni yalnız sağaldıqdan sonra əməliyyatla içəri salmağın mümkün olduğunu dedi. Şəhid qardaşım əvvəl qanaxmam davam etdiyi müddətdə mənə nə qədər qan lazım oldusa, verdi. Elə onun sayəsində sağ qaldım”.

Həkim törətdiyi xətanın ortaya çıxdığını bildikdən sonra şikayət etməməsi üçün Filyar Usbovanı yola gətirməyə çalışıb: "Mənə dedi ki, siz heç bir yerə şikayət etməyin, mən bütün xərcləri öz üzərimə götürürəm. Hətta söz verdi ki, həyatının sonuna qədər lazım olan bütün xərcləri özü çəkəcək, məni sağaldacaq. Biz də Səkinə həkimə inanıb, heç bir orqana şikayət etmədik”.

Şikayətçinin sözlərinə görə, bu hadisələrdən sonra qardaşı şəhid olub, nənəsi isə rəhmətə gedib. Elə yas səbəbindən əməliyyat gecikib: "Biz yenidən əməlyyata hazır olduğumuzu bildirəndə isə Ədnam həkim əməliyyatı həyata keçirməkdən imtina etdi. Atama deyib ki, əməliyyat çox təhlükəlidir və ölüm baş verə bilər. Amma əvvəl yarım saatlıq iş olduğunu demişdi. Şəhid ailəsi olduğumuz üçün icra hakimiyyəti bizim problemlə maraqlandı. Şəhər rəhbərliyindən tapşırığı ilə əməliyyat Gəncə şəhər səhiyyə şöbəsinin müdiri Əlikram həkim tərəfindən edildi. Əlikram həkim əməliyyatı uğurla həyata keçirdi. Reanimasiyada qaldığım 8 gün ərazində müayinələri özü apardı”.

Zərərçəkən onu şikəst edən həkimlə bağlı aidiyyəti qurumlara müraciət edib, sübutlar təqdim edib. Gəncə Şəhər Prokurorluğu Filyar Usubovanın Səkinə Cənnətova ilə bağlı şikayətinə baxıb. Lakin heç bir nəticəsi olmayıb: "Səkinə həkim bizimlə əlaqəni kəsdikdən sonra prokurorluğa müraciət etdik. Düzdür, müraciətimə baxıldı. Ekspertiza diaqnoz qoydu ki, guya, əməliyyata girməmişdən əvvəl qarnımda vəz olub, əməliyyat zamanı isə partlayıb. Bəs qarnımda vəz var idisə, niyə əməliyyatdan əvvəl aparılan müayinələrdə görünməmişdi? Daha sonra bütün sənədlərlə birlikdə Bakıya Respublika Prokurorluğunun ekspertiza şöbəsinə göndərildim. Amma mənim üzərimdə heç bir müayinə aparılmadı. Prokurorluğa gedən diaqnoz bir həftə-on gün arasında qayıtmalıdır. Amma 21 iyulda ekspertizaya göndərilmişəm, cavab 20 sentyabrda gəlib. Yoldaşım prokurorluğun eksperti Ədalət həkimə zəng vurub. Ədalət həkim isə yoldaşıma deyib ki, mənim bu məsələyə aidiyyətim yoxdur. Mən heç bir diaqnoza rəy bildirməmişəm. Bu işdə mənim adımı hallandırmayın”.

Şəhid bacısı həmçinin bu iş üzrə Ədnam həkimin ifadəsinin alınmalı olduğunu bildirir: "Hadisədən sonra mənim qarnımın hansı vəziyyətdə olduğunu ilk dəfə Ədnam həkim görüb. O, bütün həqiqətləri bilir. Amma iş bağlansa da, həmin həkimdən izahat alınmayıb. Çünki Ədnam həkim əvvəldən deyir ki, mən başqasının cinayətini üzərimə götürə bilmərəm”.

Şikayətçi hazırda çox ağır vəziyyətdə olduğunu deyir: "Mən hazırda heç bir əmək fəaliyyəti ilə məşğul ola bilmirəm. Qaraşım da şəhiddir. Anamın və yoldaşımın heç bir köməyi yoxdur. Ona görə də gələcəyimlə bağlı çox bədbin fikirdəyəm. Səkinə həkimdən 100 min manat mənəvi təzminat tələb edirəm”.

Filyar Usubovanın anası Sədaqət Ağayeva isə qızının başına gələnlərlə bağlı bunları deyib: "Yanvarın 15-i qızım ikinci dəfə ana olmağa hazırlaşanda, biz də xəstəxanada gözləyirdik. Birdən qızımın harayını eşitdim. Bir az keçdi həmin o Səkinə həkim qaça-qaça gəldi ki, gedin aptekdən filan dərmanları alıb gətirin. Gecəylə hərəmiz bir yana səpələndik. Dediyi dərmanları, iynələri, pambığına qədər alıb gətirdik. Qızımı orda qan aparır, bu həkim isə onu palataya köçürmürdü. Filyarı dəhlizdə saxlamışdılar. Bizdən 250 manat doğuş pulunu almayınca, onu palataya yerləşdirmədi. Nə qədər yalvar-yaxar etdim ki, başqalarından 150 alırsan, bizdən niyə 250 manat istəyirsən? Dedi ki, üst-başımız qanın içindədir, bu qədər iş görmüşük. Sonra qızı palataya köçürdilər. Bu, həkim deyil, cəlladdır, özü bilir ki, səhv edib, qızımın bağırsağını kəsib və ondan sonra da 23 yaşlı zahı gəlini götürüb, heç nə olmamış kimi evə yazıb, deməyib ki, mən bu səhvi etmişəm. Biz də qızı evdə yedirdirik ki, südü olsun, uşağı yedirsin. Sən demə, bunun bağırsağıını kəsib. Yediyi-içdiyinin də artığı qarın boşluğuna yığılır. Ona görə də balamın qarın boşluğundakı qadınlıq orqanlarını kəsib götürdülər. Əri də oğlum İnqilabın yanında hərbi hissədə işləyirdi. Qızım xəstə olduğundan işdən çıxdı ki, ona baxacaq. Bu gün o da işsizdir. Qızım da yarımcan...”

S.Ağayevanın sözlərinə görə, qızını yarımcan qoyan həkim nəinki verdiyi sözə əməl etməyib, heş oğlu İnqilab şəhid olanda yas yerinə də gəlməyib: "Bütün Gəncə tökülüb şəhid oğlum üçün 7 gün həyətdə qurulan yas çadırına gəlib, bizə başsağlığı verdi. Bircə Səkinə həkim gəlmədi. Uşaqlı-böyüklü, tanıyan-tanımayan qapıma gəldi, mənim dərdimə şərik oldu... Bunu Allah götürməz. İndi o Səkinə həkimin havadarları onu müdafiə edir, xəstənin onun məsuliyyətsizliyi ucbatından həyatı puç olub. Bizə çox mənəvi ziyan dəyib, əslində qızımın istədiyi məbləğ, onun bir gün çəkdiyi iztirabın haqqı deyil. Onun gəncliyini əlindən alıblar”.

Məsələ ilə bağlı hadisədə təqsirli bilinən Səkinə Cənnətova ilə əlaqə saxladıq. O, söhbətin Filyar Usubovanın şikayətindən getdiyini biləndə qışqırmağa başladı: "Bu məsələ prokuroluqda araşdırılıb, cavab da verilib. Mən bu haqda nə deyim ki? Deyirsə ki, səhv araşdırma aparılıb, o zaman yenidən şikayət etsin. Nə deyirəm ki? Araşdırma səhv olubsa, bu, onların səhvidir. Bir də araşdırsınlar onda. Güllələyərlər, gedərik bu Filyarın yolunda”.

S. Cənnətova əməkdaşımızın "necə olub ki, belə bir hadisə baş verib” sualından sonra isə əməlli başlı özündən çıxıb: "Hadisə qurtarıb. Hadisəni deməkdən ürəyimin arxa divarında infarkt əmələ gəlib. Filyarın da meyitini ağlayım, onu yazıb öyrədənlərin də. Gedin prokurorluğa. O prokurorluq, o Filyar, o da siz”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Cəlilabadda xanım bələdiyyə sədri yol təmirində FOTOSESSİYA ELƏTDİRDİ - azyaşlı uşağı da qucağında...
Bu gün, 12:11
"İndi isə artıq konkret sənəd ortadadır..." - deputat
Bu gün, 11:41
TRIPP layihəsi işə düşür - Tramp müharibə riskinin üzərindən birdəfəlik xətt çəkdi
Bu gün, 11:36
Trampın iki zəngi, Vaşinqtonun yeni hesabı - ŞƏRH
Bu gün, 11:29
Azərbaycanda iki vəkil HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 10:30
İrandan "Məkkə" sazişinə reaksiya: - Düzgün yolu tapmayıblar!
Bu gün, 10:23
Suriyanın keçmiş kəşfiyyat rəhbəri Rusiyada yaşayır - BBC
Bu gün, 08:55
ETSN buralara niyə nəzarət etmir ki... - “Necə oldu ki, bu qədər çox olan canlı yoxa çıxdı?”
Bu gün, 08:44
Rusiyanın Güney Qafqazda sıxışdırılması... - VƏ...
Bu gün, 08:35
ŞAH İSMAYIL XƏTAİ İLƏ MÜSAHİBƏ - Beş yüz il əvvələ gedən reportaj
Bu gün, 08:14
Zelenski Belqrada niyə dəvət olundu? – Vuçiçin gizli strategiyası
Bu gün, 08:01
Naxçıvanda şəhid ailələrinə ÖGEYÇİLİK - ETİRAZ VAR!
Bu gün, 07:59
" 3 saat boyu istidən bir təhər olmuşuq..." - "Park Cinema"dan şikayət...
Bu gün, 07:48
Güney Qafqazda sülh... NƏ QƏDƏR YAXINIQ? - AKTUAL
Bu gün, 07:37
"Bir bəsit suala cavab vermək bu qədərmi çətindir?" - GİLEY
Bu gün, 07:31
"Biz indi "Nəsimi ili" ilə bağlı verilişə Afət Fərmanqızını dəvət edək?" - ANIM
Bu gün, 07:22
Bu adamın kürəyindəki əl... KİMİNDİR? - İTTİHAM VAR...
Bu gün, 07:16
"Hamı Şah İsmayıldan danışır…" - keçmiş deputat
Bu gün, 07:10
Cənubi Qafqazdakı otuz illik dramın sonu - Kremlin mifinin üzərindən xətt çəkildi
Bu gün, 06:56
Büdcə pulları ilə ŞÜBHƏLİ RƏFTAR - BU NƏDİ BELƏ?
Bu gün, 06:51
Aktrisadan kədərli paylaşım - FOTO
Bu gün, 06:46
AYNA şefi bax beləcə milyonçu olur... - QƏPİK-QƏPİK QARƏT...
Bu gün, 06:40
Cənubi Qafqazda böyük dəyişiklik başlayır - GƏLİŞMƏ
Bu gün, 06:30
Azərbaycan ilə Ermənistan arasında "sular durulur"? - İNCƏLƏMƏ
Bu gün, 06:27
NVIDIA-dan Ermənistana nəhəng süni intellekt yatırımı – 250 MVt-lıq layihə
Bu gün, 06:22
Türkiyənin Ukrayna daxil olmaqla bir neçə ölkədə yeni səfirləri təyin olunub - “Resmi Gazete”
Bu gün, 06:18
“İranı Qəzzanın gününə salmaq istəyirlər” – Pezeşkian
Dünən, 13:41
Azərbaycanın ən çətin günlərində yanımızda idi... - Azərbaycan xalqı İmran Xanı niyə unutmur?
Dünən, 13:38
Bakı-Vaşinqton xəttində yeni mərhələ: - 7,5 milyard dollarlıq müqavilələr nə vəd edir?
Dünən, 13:35
Qazaxda taxıl biçini başa çatıb
Dünən, 13:31
Azərbaycandan sonra Türkiyə də Ermənistan üçün məhdudiyyətləri qaldırdı - Rubinyan
Dünən, 13:29
"O, Rasim Balayevi tapıb kinoya gətirdi, onun üzərində dayandı, təkid etdi..." - Xalq artisti
Dünən, 12:55
İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: - Səbəb Rusiya ilə bağlıdır
Dünən, 12:53
Abxaziya və Cənubi Osetiyanın Rusiyada qalmasına imkan verməyəcəyik - Gürcüstan Prezidenti
Dünən, 12:47
Vardanyan “yatır”, Taleb hürür: bir-birini tapan iki maliyyə spekulyantı - ARAŞDIRMA
Dünən, 12:44
ABŞ Ermənistandan Konstitusiyaya düzəlişlər üzrə öhdəliyinin icrasını tələb etməlidir - Şaffer
Dünən, 12:40
Paşinyan İlham Əliyevə zəng edib
Dünən, 12:37
Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir? – Hüquqşünasdan AÇIQLAMA
Dünən, 12:35
Maliyyə Nazirliyi bu il dövlət qurumlarında - 91 milyon manat yeyinti tapıb
Dünən, 12:32
"Qərbi Azərbaycanda 6000 illik yaşa malik nəsil var" - Görün, kimin nəsli imiş...
Dünən, 12:31
Bunlara görə də Şah İsmayıl bizimdir, biz Səfəvilər dövlətinin varisiyik! - İqbal Ağazadə
Dünən, 12:29
Ermənistanda qalmaqallı həbs - Keçmiş baş nazirin oğlu saxlanıldı
Dünən, 12:26
Hacıqabulda qayınata qızını döyən kürəkənini belə CƏZALANDIRDI - TƏFƏRRÜAT
Dünən, 12:24
Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: - "Əgər..."
Dünən, 12:21
4 azərbaycanlı cinayət başında yaxalandı: - Məsciddən 150 minlik oğurluq (FOTO)
Dünən, 12:17
“Fazil Mustafa saytların dost siyahısındadır” - Ləman Ələşrəfqızı
Dünən, 12:15
Blogerin əri xanımının ad günündə vəfat edibmiş
Dünən, 12:14
DOST Agentliyinin TENDERYEYƏN "dostu"... - "İnnova İnşaat" 11 milyonluq tenderlərin qalibi olub
Dünən, 12:02
Səfərbərliyə cavabdeh generalın qızı pul müqabilində səfərbərlikdən yayınmağa kömək edir... —"MEDUZA"
Dünən, 11:49
“Bakı Metropoliteni” əlilliyi olan əməkdaşını vəzifəsindən əsas gətirmədən azad etdi - Vüsal Aslanov da kömək etmədi
Dünən, 11:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru