Azərbaycanda iki vəkil HƏBS OLUNDU .....                     İrandan "Məkkə" sazişinə reaksiya: .....                     Suriyanın keçmiş kəşfiyyat rəhbəri Rusiyada yaşayır .....                     ETSN buralara niyə nəzarət etmir ki... .....                     Rusiyanın Güney Qafqazda sıxışdırılması... .....                     ŞAH İSMAYIL XƏTAİ İLƏ MÜSAHİBƏ .....                     Zelenski Belqrada niyə dəvət olundu? .....                     Naxçıvanda şəhid ailələrinə ÖGEYÇİLİK .....                     " 3 saat boyu istidən bir təhər olmuşuq..." .....                     Güney Qafqazda sülh... NƏ QƏDƏR YAXINIQ? .....                     "Bir bəsit suala cavab vermək bu qədərmi çətindir?" .....                     "Biz indi "Nəsimi ili" ilə bağlı verilişə Afət Fərmanqızını dəvət edək?" .....                     Bu adamın kürəyindəki əl... KİMİNDİR? .....                     "Hamı Şah İsmayıldan danışır…" .....                     Cənubi Qafqazdakı otuz illik dramın sonu .....                     Büdcə pulları ilə ŞÜBHƏLİ RƏFTAR .....                     Aktrisadan kədərli paylaşım .....                     AYNA şefi bax beləcə milyonçu olur... .....                     Cənubi Qafqazda böyük dəyişiklik başlayır .....                     Azərbaycan ilə Ermənistan arasında "sular durulur"? .....                     NVIDIA-dan Ermənistana nəhəng süni intellekt yatırımı .....                     Türkiyənin Ukrayna daxil olmaqla bir neçə ölkədə yeni səfirləri təyin olunub .....                     “İranı Qəzzanın gününə salmaq istəyirlər” .....                     Azərbaycanın ən çətin günlərində yanımızda idi... .....                     Bakı-Vaşinqton xəttində yeni mərhələ: .....                     Qazaxda taxıl biçini başa çatıb .....                     Azərbaycandan sonra Türkiyə də Ermənistan üçün məhdudiyyətləri qaldırdı .....                     "O, Rasim Balayevi tapıb kinoya gətirdi, onun üzərində dayandı, təkid etdi..." .....                     İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: .....                     Abxaziya və Cənubi Osetiyanın Rusiyada qalmasına imkan verməyəcəyik .....                     Vardanyan “yatır”, Taleb hürür: bir-birini tapan iki maliyyə spekulyantı .....                     ABŞ Ermənistandan Konstitusiyaya düzəlişlər üzrə öhdəliyinin icrasını tələb etməlidir .....                     Paşinyan İlham Əliyevə zəng edib .....                     Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir? .....                     Maliyyə Nazirliyi bu il dövlət qurumlarında .....                     "Qərbi Azərbaycanda 6000 illik yaşa malik nəsil var" .....                     Bunlara görə də Şah İsmayıl bizimdir, biz Səfəvilər dövlətinin varisiyik! .....                     Ermənistanda qalmaqallı həbs .....                     Hacıqabulda qayınata qızını döyən kürəkənini belə CƏZALANDIRDI .....                     Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: .....                 

Bir şirkət 3 ayda 28 tenderi necə udur? - Maxinasiya ittihamı
Tarix: 26-08-2016, 10:59 | Çap et
Bir şirkət 3 ayda 28 tenderi necə udur?
В«Tenderi udmaq üçün В«yuxarıdaВ» adamın olmalıdırВ», В«dövlətin keçirdiyi tenderin qalibi əvvəldən bəllidirВ», В«bu işdə В«oyun qaydalarıВ» başqadır - yedirtməsən, yeməzsən, yəni məbləğin bir hissəsin, öz dilərində desək, В«otkatВ» kimi təşkilatçıyaВ» verməlisənВ». Dövlət satınalmaları ilə bağlı rəyini soruşduğumuz iş adamlarının ortaq mövqeyi belədir. Hərçənd ki, bəzi şirkətlər üçün, dövlət satınalmalarında iştirak olduqca asan başa gəlir.

3 aya 28 müqavilə və 17 milyon manat

В«Kontakt-FВ» MMC və В«Star Construktion-12В» MMC eyni gündə - bu ilin mart ayının 4-də təsis olunub. Onların bir-biri ilə bağlılığı məlum olmasa da, dövlət satınalmalarında sinxron iştirak etdikləri faktdır. Satınalmalara dair müsabiqələrin yekun protokollarına görə В«Kontakt-FВ» MMC yarandığı vaxtdan ümumi məbləği 17 milyon 199 min 829 manat olan 28 müqavilə imzalayıb.

В«Star Construktion-12В» MMC də bu dövrdə (2016-cı ilin ilk 6 ayında) müqavilə sayına görə (27) В«Kontakt-FВ» MMC-yə yaxınlaşsa, onların məbləğinə görə xeyli geridə qalıb - cəmi 4 milyon 983 min 944 manatlıq. Qanunvericiliyin mal və xidmət təklif edən şirkətlər qarşısına qoyduğu tələblər bu yeni yaranan şirkətlər tərəfindən necə yerinə yetirilib? Bu, müəmma olaraq qalır.

Qanun nə tələb edir?

Milli qanunvericilik tenderlərə qeyri-peşəkar şirkətlərin yol tapmasının qarşısını alan müddəalar var. В«Dövlət satınalmaları haqqındaВ» qanunda, eləcə də kotirovka sorğusunun keçirilməsinə dair təlimatda iştirakçıların ixtisas göstəriciləri və potensial imkanları onlara qarşı irəli sürülən ən vacib şərtlərdir.

Iqtisadçi Rəşad Həsənovun fikrincə, beynəlxalq praktikaya söykənən bu norma dövlət vəsaitlərinin təsadüfi əllərə düşməsini önləməkdən ötrü, işin peşəkar səviyyədə və keyfiyyətlə görülməsinin təminatı kimi düşünülüb.

Qanun deyir, çörəyi ver çörəkçiyə

В«Qanunda açıq-aydın yazılıb ki, satınalma prosedurunda iştirak etmək iddiasında olan şirkət və ya sahibkarlıqla məşğul olan fiziki şəxs müvafiq sahədə peşəkarlığını, təcrübəsini, texniki və maliyyə imkanlarını, işçi qüvvəsini, idarəetmə səriştəsini təsdiq etməlidir. Ən əhəmiyyətli məqam ondan ibarətdir ki, ixtisas göstəricilərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi tender prosedurunun istənilən mərhələsində tətbiq oluna bilər. Di gəl ki, nə sirdirsə, müşahidələrə, eləcə də mediada gedən yazılara görə, qaliblər arasında yeni yaradılmış şirkətlərə daha çox təsadüf edilirВ», - ekspert R. Həsənov deyir.

В«StellВ» MMC bu ilin iyun ayının 29-da rəsmi dövlət qeydiyyatına alınıb. Cəmi 5 manat kapitalı olan bu şirkət iyulun 21-də dövlətə məxsus В«Sumqayıt Kimya Sənaye ParkıВ» MMC-nin (SKSP) texniki avadanlıqların satın alınması ilə əlaqədar keçirdiyi kotirovka sorğusunun qalibi olub. Bunadək heç bir təchizat səriştəsi olmayan, maliyyə imkanları şübhə döğuran bir şirkətin digər rəqiblərini arxada qoyadaq qalib gəlməsi heyrət doğurur. SKSP-nin tender komissiyası və onun tabe olduğu İqtisadiyyat Nazirliyi bu fenomeni AzadlıqRadiosuna şərh edə bilmədilər.

Bu, SKSP-nin təcrübəsiz şirkətlərlə əməkdaşlıq qurmasında nə birinci, nə də sonuncu örnəkdir. Bunadək, iyulun 19-da sənaye parkının administrasiyası buradakı üçmərtəbəli inzibati binanın əsaslı təmiri, eləcə də parkın ərazisinin hasarlanması və nəzarət buraxılış məntəqələrinin tikintisi işlərinin layihə-smeta sənədlərinin hazırlanması məqsədilə keçirilən 2 təkliflər sorğusunda bir neçə şirkət arasından В«AZİN ConstructionВ» MMC-ni seçmişdi. Bu şirkət də bu ilin fevralında yaradılıb və SKSP ilə bağladığı iki müqavilə onun ilk işi olacaq.

İqtisadçı Zöhrab İsmayıl deyir ki, tenderlərə ictimai etimad aşağıdır. Dövlətin yüz milyonlarla manat vəsaitlərinin istifadə olunduğu tenderlərdə adı heç kəsə bəlli olmayan şirkətlər В«at oynadırВ».

Şirkətlər etibarlılığını sübut etmirlər

Qanunda etibarsız şirkətlərin, eləcə də onların rəhbərlərinin dövlət satınalmalarına qatılmasını mümkünsüz edən normalar da var. Tender komissiyalarının onlara əməl-edib etməməsi haqda bir bilgi yoxdur. Belə ki, tender elanlarında, vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərinin olmaması tələbi irəli sürülsə də, bir qayda olaraq, ödəmə qabiliyyəti, satınalmalara görə məhkumluq, peşə fəaliyyəti ilə məşğul olmağa məhkəmə qadağasının olub-olmaması soruşulmur.

Tender elanlarının təhlili göstərir ki, əksər dövlət təşkilatları bağlanacaq müqavilənin icrası məqsədilə iştirakçıların zəruri maliyyə və texniki imkanlarına malik olmasını həmin tender elanlarında qeyd edir. Amma bunu sənədli sübut kimi təqdim etməyi tələb etmirlər. Halbuki, qanunda tenderin əsas şərtlər toplusuna olan məcburi tələb var ki, malgöndərənlərin (podratçıların) ixtisas göstəricilərinin qiymətləndirilməsi üçün onların mövcudluğunu təsdiq edən sənədlər də təqdim olunmalıdır.

Tenderə dəvət elanında da ixtisas göstəricilərinin qiymətləndirilməsi və müqayisəsi üçün üstünlük veriləcək meyar və prosedurların yazılışını qanun satınalan təşkilatdan tələb edir. Çünki ixtisas uyğunluğu şərtinə əməl etməyən iştirakçılar növbəti mərhələyə - iddiaçılar sırasına buraxılmaya bilər (maddə 36.5.1).

Tender komissiyalarının yol verdiyi və təcrübədə daha çox rast gəlinən qanun pozuntularından biri də elanların yarımçıqlığıdır. Alınan malların adı, miqdarı (həcmi), çatdırılacağı yer, görüləcək işlərin xüsusiyyəti və yeri, xidmətlərin təsviri və yeri ilə bağlı məlumat elanlarda əksini tapmır. Dövlət qurumlarının tam əksəriyyəti, o cümlədən Ədliyyə Nazirliyi bu məqamı görməməzliyə vururlar. Ekspertlər, natamam sifarişlərin də pərdəarxası sövdələşmələrə gətirib çıxardığını söyləyir.

Yeni yaranan şirkətlərin tender kommissiyasına təqdim etmək üçün bank təminatını necə aldığı da ortada olan suallardan biridir.

Banklar kimlərə təminat verir?

Dövlət satınalmalarında iştirakla bağlı tələblərdən biri də tender təklifinin 1-5 faizi arası bank təminatının alınmasıdır. Rusiya mənbələri yazır ki, bu ölkədə kredit götürmək bank təminatı almaqdan daha asandır.

Alınan malların adı, miqdarı, çatdırılacağı yer, görüləcək işlərin xüsusiyyəti və yeri, xidmətlərin təsviri və yeri ilə bağlı məlumat elanlarda əksini tapmır. Ekspertlər, natamam sifarişlərin də pərdəarxası sövdələşmələrə gətirib çıxardığını söyləyirlər.
Axı, bank təminatı müəyyən ödəniş qarşılığında versə də, müəyyən amilləri ölçüb-biçir: müştərinin dövlət satınalmalarında təcrübəsi varmı, maliyə vəziyyəti yaxşıdırmı, adı etibarsız malgöndərənlərin reyestrinə salınmayıb ki? Bəzən şirkət bankdan təminat məktubu almadan qayıtmalı olur.

Azərbaycandan fərqli olaraq Rusiyada 2014-cü ildən Bank Təminatlarının Vahid Reyestri var. Amma bununla belə bu ölkədə bankların Reyestrdəki şəxsi kabinetlərinin açarını sındırıb saxta bank təminatı sənədini tender komissiyasına təqdim edən fırıldaqçılar da tapılır.

“Kontakt-F” və başqaları bank təminatını necə alır?

Azərbaycanda saxta bank təminatı sənədi hazırlayanlar aşkara çıxarılmayıb. Amma nə işdirsə, yeni yaranan yüzlərlə şirkət bankdan daşdan keçən təminat ala bilir. Hərçənd, Hesablama Palatasının audit hesabatlarında ara-sıra qeyd olunur ki, təqdim olunan tender sənədlərinin içərisində hətta qalib şirkətlərin belə bank təminatlarını tapa bilməyiblər.

Yazının əvvəlində adı keçən Kontakt-F və Star Konstrakşn şirkətləri Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Yasamal, Sabunçu və Xətai rayon Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin, Ucar Rayon Mərkəzi Xəstəxanasının və mədəniyyət və turizm şöbəsinin, eləcə də M.F.Axundov adına Milli Kitabxananın çoxsaylı tenderlərinin qalibi olub.

Təkcə В«Kontakt-FВ» MMC qalib gəldiyitenderlər üzrə ən azından 344 000 manat bank təminatını təqdim etməli olduğunu ehtimal etmək olar. Yeni yaranmış şirkətlərin bank təminatını necə əldə etdiyi məlum deyil.

Amma suallar bununla bitmir. Dövlət qurumlarının gənc podratçıları holdinq olmasalar da, çoxşaxəli istehsalat sahələrinə malik olmasalar da, büdcə hesabına satdıqları xidmətlərin və malların çeşidi bol olur.

Təmir də edir, paltar da tikir

Məsələn, “Kontakt-f” və “Star Construction-12”-nin udduğu tenderlər üzrə təqdim etdiyi xidmətlər əsaslı və cari təmirdən tutmuş, abadlaşdırma, müxtəlif avadanlıq, inventar, dəftərxana və təsərrüfat mallarının, ehtiyat hissələrinin təchizatı, xüsusi geyimlərin hazırlanması və s əhatə edib.

Təkcə Bakıda və Ucarda deyil, həm də Tərtər və Bərdədə yerinə yetiriləcək işlərin görülməsi üçün şirkətlərə çoxsaylı işçi personalı, texniki və maliyyə imkanları tələb olunur. Amma bu, artıq təfərrüatdır.

Sual isə budur: В«Kontakt-FВ» və В«Star Construktion-12В» şirkətləri, eləcə də В«StellВ» MMC müxtəlif dövlət təşkilatlarının keçirdiyi tenderlərdə ixtisas seçimi prosedurundan necə yayına bilib? Bəlkə belə bir prosedur heç keçirilmir?

Bu və eləcədə yuxarıda sadalanan digər suallarla bağlı adı çəkilən şirkətlərin özlərinin hər hansı şərhini əldə etmək mümkün olmadı.

İqtisadçı Zöhrab İsmayılın qənaətinə görə, təcrübə qanunvericiliyin tələblərinin tez-tez pozulduğunu göstərir. Hərçənd, dövlət satınalmalarını tənzimləyən qanun 2001-ci ildə qüvvəyə minəndən bəri heç kəs, nə tender komissiyası üzvləri, nə də qalib şirkətlərin əməkdaşları, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya məmurları ələalma ittihamı ilə məsuliyyətə cəlb olunmayıb.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda iki vəkil HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 10:30
İrandan "Məkkə" sazişinə reaksiya: - Düzgün yolu tapmayıblar!
Bu gün, 10:23
Suriyanın keçmiş kəşfiyyat rəhbəri Rusiyada yaşayır - BBC
Bu gün, 08:55
ETSN buralara niyə nəzarət etmir ki... - “Necə oldu ki, bu qədər çox olan canlı yoxa çıxdı?”
Bu gün, 08:44
Rusiyanın Güney Qafqazda sıxışdırılması... - VƏ...
Bu gün, 08:35
ŞAH İSMAYIL XƏTAİ İLƏ MÜSAHİBƏ - Beş yüz il əvvələ gedən reportaj
Bu gün, 08:14
Zelenski Belqrada niyə dəvət olundu? – Vuçiçin gizli strategiyası
Bu gün, 08:01
Naxçıvanda şəhid ailələrinə ÖGEYÇİLİK - ETİRAZ VAR!
Bu gün, 07:59
" 3 saat boyu istidən bir təhər olmuşuq..." - "Park Cinema"dan şikayət...
Bu gün, 07:48
Güney Qafqazda sülh... NƏ QƏDƏR YAXINIQ? - AKTUAL
Bu gün, 07:37
"Bir bəsit suala cavab vermək bu qədərmi çətindir?" - GİLEY
Bu gün, 07:31
"Biz indi "Nəsimi ili" ilə bağlı verilişə Afət Fərmanqızını dəvət edək?" - ANIM
Bu gün, 07:22
Bu adamın kürəyindəki əl... KİMİNDİR? - İTTİHAM VAR...
Bu gün, 07:16
"Hamı Şah İsmayıldan danışır…" - keçmiş deputat
Bu gün, 07:10
Cənubi Qafqazdakı otuz illik dramın sonu - Kremlin mifinin üzərindən xətt çəkildi
Bu gün, 06:56
Büdcə pulları ilə ŞÜBHƏLİ RƏFTAR - BU NƏDİ BELƏ?
Bu gün, 06:51
Aktrisadan kədərli paylaşım - FOTO
Bu gün, 06:46
AYNA şefi bax beləcə milyonçu olur... - QƏPİK-QƏPİK QARƏT...
Bu gün, 06:40
Cənubi Qafqazda böyük dəyişiklik başlayır - GƏLİŞMƏ
Bu gün, 06:30
Azərbaycan ilə Ermənistan arasında "sular durulur"? - İNCƏLƏMƏ
Bu gün, 06:27
NVIDIA-dan Ermənistana nəhəng süni intellekt yatırımı – 250 MVt-lıq layihə
Bu gün, 06:22
Türkiyənin Ukrayna daxil olmaqla bir neçə ölkədə yeni səfirləri təyin olunub - “Resmi Gazete”
Bu gün, 06:18
“İranı Qəzzanın gününə salmaq istəyirlər” – Pezeşkian
Dünən, 13:41
Azərbaycanın ən çətin günlərində yanımızda idi... - Azərbaycan xalqı İmran Xanı niyə unutmur?
Dünən, 13:38
Bakı-Vaşinqton xəttində yeni mərhələ: - 7,5 milyard dollarlıq müqavilələr nə vəd edir?
Dünən, 13:35
Qazaxda taxıl biçini başa çatıb
Dünən, 13:31
Azərbaycandan sonra Türkiyə də Ermənistan üçün məhdudiyyətləri qaldırdı - Rubinyan
Dünən, 13:29
"O, Rasim Balayevi tapıb kinoya gətirdi, onun üzərində dayandı, təkid etdi..." - Xalq artisti
Dünən, 12:55
İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: - Səbəb Rusiya ilə bağlıdır
Dünən, 12:53
Abxaziya və Cənubi Osetiyanın Rusiyada qalmasına imkan verməyəcəyik - Gürcüstan Prezidenti
Dünən, 12:47
Vardanyan “yatır”, Taleb hürür: bir-birini tapan iki maliyyə spekulyantı - ARAŞDIRMA
Dünən, 12:44
ABŞ Ermənistandan Konstitusiyaya düzəlişlər üzrə öhdəliyinin icrasını tələb etməlidir - Şaffer
Dünən, 12:40
Paşinyan İlham Əliyevə zəng edib
Dünən, 12:37
Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir? – Hüquqşünasdan AÇIQLAMA
Dünən, 12:35
Maliyyə Nazirliyi bu il dövlət qurumlarında - 91 milyon manat yeyinti tapıb
Dünən, 12:32
"Qərbi Azərbaycanda 6000 illik yaşa malik nəsil var" - Görün, kimin nəsli imiş...
Dünən, 12:31
Bunlara görə də Şah İsmayıl bizimdir, biz Səfəvilər dövlətinin varisiyik! - İqbal Ağazadə
Dünən, 12:29
Ermənistanda qalmaqallı həbs - Keçmiş baş nazirin oğlu saxlanıldı
Dünən, 12:26
Hacıqabulda qayınata qızını döyən kürəkənini belə CƏZALANDIRDI - TƏFƏRRÜAT
Dünən, 12:24
Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: - "Əgər..."
Dünən, 12:21
4 azərbaycanlı cinayət başında yaxalandı: - Məsciddən 150 minlik oğurluq (FOTO)
Dünən, 12:17
“Fazil Mustafa saytların dost siyahısındadır” - Ləman Ələşrəfqızı
Dünən, 12:15
Blogerin əri xanımının ad günündə vəfat edibmiş
Dünən, 12:14
DOST Agentliyinin TENDERYEYƏN "dostu"... - "İnnova İnşaat" 11 milyonluq tenderlərin qalibi olub
Dünən, 12:02
Səfərbərliyə cavabdeh generalın qızı pul müqabilində səfərbərlikdən yayınmağa kömək edir... —"MEDUZA"
Dünən, 11:49
“Bakı Metropoliteni” əlilliyi olan əməkdaşını vəzifəsindən əsas gətirmədən azad etdi - Vüsal Aslanov da kömək etmədi
Dünən, 11:43
Həbs edilən vəkil məhkəmə sədrinin qayınıdır - TƏFƏRRÜAT
Dünən, 11:25
Xocavənddə traktor minaya düşdü
Dünən, 11:06
8 avqustun əsl nəticəsi imzalanan sənədlər deyil, daha böyükdür - ŞƏRH
Dünən, 11:04
Azərbaycan - Gürcüstan sərhədində nə baş verir? - AKTUAL
Dünən, 11:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru