Azərbaycanda iki vəkil HƏBS OLUNDU .....                     İrandan "Məkkə" sazişinə reaksiya: .....                     Suriyanın keçmiş kəşfiyyat rəhbəri Rusiyada yaşayır .....                     ETSN buralara niyə nəzarət etmir ki... .....                     Rusiyanın Güney Qafqazda sıxışdırılması... .....                     ŞAH İSMAYIL XƏTAİ İLƏ MÜSAHİBƏ .....                     Zelenski Belqrada niyə dəvət olundu? .....                     Naxçıvanda şəhid ailələrinə ÖGEYÇİLİK .....                     " 3 saat boyu istidən bir təhər olmuşuq..." .....                     Güney Qafqazda sülh... NƏ QƏDƏR YAXINIQ? .....                     "Bir bəsit suala cavab vermək bu qədərmi çətindir?" .....                     "Biz indi "Nəsimi ili" ilə bağlı verilişə Afət Fərmanqızını dəvət edək?" .....                     Bu adamın kürəyindəki əl... KİMİNDİR? .....                     "Hamı Şah İsmayıldan danışır…" .....                     Cənubi Qafqazdakı otuz illik dramın sonu .....                     Büdcə pulları ilə ŞÜBHƏLİ RƏFTAR .....                     Aktrisadan kədərli paylaşım .....                     AYNA şefi bax beləcə milyonçu olur... .....                     Cənubi Qafqazda böyük dəyişiklik başlayır .....                     Azərbaycan ilə Ermənistan arasında "sular durulur"? .....                     NVIDIA-dan Ermənistana nəhəng süni intellekt yatırımı .....                     Türkiyənin Ukrayna daxil olmaqla bir neçə ölkədə yeni səfirləri təyin olunub .....                     “İranı Qəzzanın gününə salmaq istəyirlər” .....                     Azərbaycanın ən çətin günlərində yanımızda idi... .....                     Bakı-Vaşinqton xəttində yeni mərhələ: .....                     Qazaxda taxıl biçini başa çatıb .....                     Azərbaycandan sonra Türkiyə də Ermənistan üçün məhdudiyyətləri qaldırdı .....                     "O, Rasim Balayevi tapıb kinoya gətirdi, onun üzərində dayandı, təkid etdi..." .....                     İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: .....                     Abxaziya və Cənubi Osetiyanın Rusiyada qalmasına imkan verməyəcəyik .....                     Vardanyan “yatır”, Taleb hürür: bir-birini tapan iki maliyyə spekulyantı .....                     ABŞ Ermənistandan Konstitusiyaya düzəlişlər üzrə öhdəliyinin icrasını tələb etməlidir .....                     Paşinyan İlham Əliyevə zəng edib .....                     Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir? .....                     Maliyyə Nazirliyi bu il dövlət qurumlarında .....                     "Qərbi Azərbaycanda 6000 illik yaşa malik nəsil var" .....                     Bunlara görə də Şah İsmayıl bizimdir, biz Səfəvilər dövlətinin varisiyik! .....                     Ermənistanda qalmaqallı həbs .....                     Hacıqabulda qayınata qızını döyən kürəkənini belə CƏZALANDIRDI .....                     Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: .....                 

BŞDYPİ-də yazılmış cərimə qərarı niyə ləğv olunub? - ŞİKAYƏT VAR
Tarix: 16-08-2016, 08:52 | Çap et
Orucov Şahbəddin: “Narkoloji Dispanserdən cərimə meydançasına gedib mühafizəçinin iştirakı ilə avtomobilimə baxış keçirərkən, gözlərimlə gördüklərim məni dəhşətə gətirdi”

BŞDYPİ-də yazılmış cərimə qərarı niyə ləğv olunub?
“Gündəm Xəbər” qəzetinin 22-28 iyul 2016-cı il tarixli sayında Suraxanı rayonu Qaraçuxur qəsəbəsi, Mədən küçəsi-16 ünvanında yaşayan II qrup Qarabağ müharibəsi əlili, Prezident təqaüdçüsü. Müdafiə Nazirliyinin xüsusi rütbəli zabiti Orucov Şahbəddin Möhyəddin oğlunun başına gətirilən müsibətlərin varlığından bəhs etmişdik. Yazıb bildirmişdik ki, o, 26 iyun 2016-cı il tarixdə döyüşçü yoldaşı Qayıbov Alı Hacı oğlu ilə birlikdə paytaxtın “20 Yanvar” ərazisində keçirilən tədbirdən evə qayıdarkən, şəhərin “Dərnəgül” yolu istiqamətində BŞYPİ-nin iki nəfər əməkdaşı Cəfərov Fərid Rafiq oğlu və Zeynalov Səbuhi Oqtay oğlu tərəfindən saxlanılır. İlk öncə yol polisi əməkdaşları onu sorğu-suala tuturlar və “LİFAN” markalı 90-TF-676 dövlət nişanlı nəqliyyat vasitəsini idarə etdiyi üçün, Şahbəddin Orucovdan sürücülük vəsiqəsini də tələb edirlər. Az sonra isə, sərxoş olub-olmadığını dəqiqləşdirmək məqsədilə, onu Zığ şossesində yerləşən Narkoloji Dispanserə də aparırlar. Şahbəddin Orucovun bildirdiyinə görə onu adıçəkilən ünvanda heç bir müayinədən keçirmirlər, sadəcə olaraq yol polisi əməkdaşı Narkoloji Dispanserin hansısa bir həkimi ilə ona kənardan baxış etməklə kifayətlənir. Xoşagəlməyən hal o olur ki, II qrup Qarabağ müharibəsi əlili həmin günün gecə saatlarında Narkoloji Dispanserdən təqribən 60-70 metr aralı məsafədə yol polisi əməkdaşının idarə etdiyi nəqliyyat vasitəsindən düşürdülür və yol kənarında da qoyulur. Onu da qeyd edək ki, həmin gün yol polisi əməkdaşları Şahbəddin Orucovdan lazımi sənədləri aldıqları üçün, onda heç bir sənəd olmur. Qəzetimizin 22-28 iyul 2016-cı il tarixli sayında onu da qeyd etmişdik ki, Şahbəddin Orucov saxlanılarkən sürücülük vəsiqəsi ilə bərabər, ona məxsus əlillik vəsiqəsi də ələ keçirilir və altı ay müddətində onun özünə geri qaytarılmır. II qrup əlilin bildirdiyinə görə o, bir neçə dəfə əlillik vəsiqəsinin geri qaytarılması ilə bağlı BŞYPİ-nin rəhbərliyinə, qurumda səllahiyyət sahibi olan vəzifə sahiblərinə müraciətlər etsə də, onu bir kimsə lazımınca dinləmir və əlillik vəsiqəsinin BŞDYİ-də olmadığını da bildirirlər.Yalnız Bakı şəhəri Nizami rayon Polis İdarəsinin müvafiq sorğusu əsasında Şahbəddin Orucova məxsus əlillik vəsiqəsi ( в„– 048997) BŞYPİ-dən Nizami rayon Polis İdarəsinə göndərilir və 10 dekabr 2015-ci il tarixdə də, adı çəkilən idarədən II qrup əlilin ünvanına göndərilir. O halda sual oluna bilər ki, Qarabağ müharibəsində sağlamlığını itirən və aldığı xəsarətlər nəticəsində II qrup əlil olan bir şəxsin əlillik vəsiqəsinin altı ay gizlədilməsi nə dərəcədə qanunauyğun haldır? Eyni zamanda yol polisi əməkdaşının əlil vəsiqəsinin ələ keçirilməsi və həmin şəxsi altı ay müddətinə dövlətin ona vermiş olduğu imtiyazdan məhrum etməsi, hansı qanunla tənzimlənir? Yaxud da tənzimlənirmi? Odur ki, belə bir olaylar ortaya çoxsaylı suallar çıxarır ki, həmin məqamların da araşdırılmasına ciddi ehtiyac duyulur. Yaşanan olaylarla bağlı Şahbəddin Orucovun həyat yoldaşı Orucova Təranə Şamil qızı Nərimanov rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etsə də, rayon prokurorluğunun müstəntiqi Ceyhun Mirzəyev apardığı araşdırmalar nəticəsində belə bir qənaətə gəlir ki, baş verən hadisələrdə heç bir cinayət əməli yoxdur və 19 sentyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə istinad edərək, cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar da qəbul edir. Amma çox keçmir ki, Nərimanov rayon prokuroru cənab Vüqar Əliyev, Azərbaycan Respublikası CPM-nin 84.5.8-ci maddəsini rəhbər tutaraq, prokurorluğun müstəntiqi Ceyhun Mirzəyevin 19 sentyabr 2015-ci il tarixdə 564-C-16 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qəbul etdiyi qərarın ləğvi haqda qərar qəbul edir və həmin material üzrə əlavə araşdırmaların aparılması rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas Niyazi Qəzənfərzadəyə də həvalə olunur. Bundan əlavə onu da qeyd edək ki, yol polisi əməkdaşları Şahbəddin Orucovu 26 iyun 2015-ci il tarixdə saxlayıb onu Zığ şossesindəki Narkoloji Dispanserə apardıqdan sonra, ona BŞDYPİ-nin rəisi Nuşirəvan Səfərovun 09 iyul 2015-ci il tarixli MYP 375991 saylı inzibati xəta haqqında qərarı ilə 500 manat cərimə də yazılır. Amma, onun müxtəlif instansiyalara ünvanladığı davamlı şikayətlərindən sonra, Nuşirəvan Səfərovun 09 iyul 2015-ci il tarixli MYP 375991 saylı inzibati xəta haqqında qərarı qanunsuz olduğuna görə, elə onun özünün 15 fevral 2016-cı il tarixdə imzaladığı qərarla, inzibati xəta haqqında icraata xitam verilir. Maraqlı hal odur ki, Şahbəddin Orucov nə qədər çalışsa da, yol polisi əməkdaşlarına heç bir cəza verdirə bilmir. Sadəcə olaraq II qrup Qarabağ müharibəsi əlilinin həyat yoldaşı Təranə Orucovaya, 21 iyul 2016-cı il tarixdə BŞDYPİ- nin rəisi Nuşirəvan Səfərovun imzası ilə verilən cavab məktubunda bildirilir ki, “ilkin müraciətlərinizi araşdıran icraçılar rəhbərlik tərəfindən intizam məsuliyyətinə cəlb olunmuşlar”. Belə bir cavabın verilməsi də, yəqin ki, gözdən pərdə asmaqdan başqa bir şey deyil. Şahbəddin Orucov onu da bildirir ki, “ölkə rəhbəri tərəfindən bir çox əlillərə, o cümlədən mənə də verilmiş “LİFAN” markalı 90-TF-676 dövlət nişanlı nəqliyyat vasitəsi cərimə meydançasına qoyularkən, maşının içərisindən bir çox avadanlıqlarım, o cümlədən bankdan kreditə götürdüyüm 4 min manat pulum da “qeybə çəkilmişdi”. Çünki, Narkoloji Dispanserdən cərimə meydançasına gedib mühafizəçinin iştirakı ilə avtomobilə baxış etdikdə, gözlərimlə gördüklərim məni dəhşətə gətirdi. Buna səbəb, cərimə meydançasında saxlanılan avtomobilimin qarət edilməsi, şüşələrinin açıq vəziyyətdə olması idi. Düzdür, bu günə qədər bir çox instansiyalara, məhkəmələrə müraciətlər etsəm də, hələ ki, haqqıma qovuşa bilməmişəm. Çünki, aparılan araşdırmalar qeyri-obyektiv aparılır. Aparılan araşdırmalar zamanı da BŞDYPİ-nin əməkdaşları ortaya saxta sənədlər, akt və protokollar çıxarırlar. Bir çox əşyalarımı, pulumu götürmədiklərini bildirirlər. Amma, əlillik vəsiqəm altı aydan sonra onlardan çıxdı. Hal-hazırda da avtomobilim cərimə meydançasında çürüməkdədir. Bu gün avtomobilimi mənə vermirlər, buna səbəb də avtomobilimin texniki pasportunun olmamasıdır”. Araşdırmamız davam edəcək. Açıqlamada adıçəkilən hər bir şəxsin mövqeyini dinləyə bilərik.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda iki vəkil HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 10:30
İrandan "Məkkə" sazişinə reaksiya: - Düzgün yolu tapmayıblar!
Bu gün, 10:23
Suriyanın keçmiş kəşfiyyat rəhbəri Rusiyada yaşayır - BBC
Bu gün, 08:55
ETSN buralara niyə nəzarət etmir ki... - “Necə oldu ki, bu qədər çox olan canlı yoxa çıxdı?”
Bu gün, 08:44
Rusiyanın Güney Qafqazda sıxışdırılması... - VƏ...
Bu gün, 08:35
ŞAH İSMAYIL XƏTAİ İLƏ MÜSAHİBƏ - Beş yüz il əvvələ gedən reportaj
Bu gün, 08:14
Zelenski Belqrada niyə dəvət olundu? – Vuçiçin gizli strategiyası
Bu gün, 08:01
Naxçıvanda şəhid ailələrinə ÖGEYÇİLİK - ETİRAZ VAR!
Bu gün, 07:59
" 3 saat boyu istidən bir təhər olmuşuq..." - "Park Cinema"dan şikayət...
Bu gün, 07:48
Güney Qafqazda sülh... NƏ QƏDƏR YAXINIQ? - AKTUAL
Bu gün, 07:37
"Bir bəsit suala cavab vermək bu qədərmi çətindir?" - GİLEY
Bu gün, 07:31
"Biz indi "Nəsimi ili" ilə bağlı verilişə Afət Fərmanqızını dəvət edək?" - ANIM
Bu gün, 07:22
Bu adamın kürəyindəki əl... KİMİNDİR? - İTTİHAM VAR...
Bu gün, 07:16
"Hamı Şah İsmayıldan danışır…" - keçmiş deputat
Bu gün, 07:10
Cənubi Qafqazdakı otuz illik dramın sonu - Kremlin mifinin üzərindən xətt çəkildi
Bu gün, 06:56
Büdcə pulları ilə ŞÜBHƏLİ RƏFTAR - BU NƏDİ BELƏ?
Bu gün, 06:51
Aktrisadan kədərli paylaşım - FOTO
Bu gün, 06:46
AYNA şefi bax beləcə milyonçu olur... - QƏPİK-QƏPİK QARƏT...
Bu gün, 06:40
Cənubi Qafqazda böyük dəyişiklik başlayır - GƏLİŞMƏ
Bu gün, 06:30
Azərbaycan ilə Ermənistan arasında "sular durulur"? - İNCƏLƏMƏ
Bu gün, 06:27
NVIDIA-dan Ermənistana nəhəng süni intellekt yatırımı – 250 MVt-lıq layihə
Bu gün, 06:22
Türkiyənin Ukrayna daxil olmaqla bir neçə ölkədə yeni səfirləri təyin olunub - “Resmi Gazete”
Bu gün, 06:18
“İranı Qəzzanın gününə salmaq istəyirlər” – Pezeşkian
Dünən, 13:41
Azərbaycanın ən çətin günlərində yanımızda idi... - Azərbaycan xalqı İmran Xanı niyə unutmur?
Dünən, 13:38
Bakı-Vaşinqton xəttində yeni mərhələ: - 7,5 milyard dollarlıq müqavilələr nə vəd edir?
Dünən, 13:35
Qazaxda taxıl biçini başa çatıb
Dünən, 13:31
Azərbaycandan sonra Türkiyə də Ermənistan üçün məhdudiyyətləri qaldırdı - Rubinyan
Dünən, 13:29
"O, Rasim Balayevi tapıb kinoya gətirdi, onun üzərində dayandı, təkid etdi..." - Xalq artisti
Dünən, 12:55
İlon Mask Ukraynanın xahişinə "YOX" deyir: - Səbəb Rusiya ilə bağlıdır
Dünən, 12:53
Abxaziya və Cənubi Osetiyanın Rusiyada qalmasına imkan verməyəcəyik - Gürcüstan Prezidenti
Dünən, 12:47
Vardanyan “yatır”, Taleb hürür: bir-birini tapan iki maliyyə spekulyantı - ARAŞDIRMA
Dünən, 12:44
ABŞ Ermənistandan Konstitusiyaya düzəlişlər üzrə öhdəliyinin icrasını tələb etməlidir - Şaffer
Dünən, 12:40
Paşinyan İlham Əliyevə zəng edib
Dünən, 12:37
Aprel döyüşlərinin bütün iştirakçıları niyə veteran statusu ala bilmir? – Hüquqşünasdan AÇIQLAMA
Dünən, 12:35
Maliyyə Nazirliyi bu il dövlət qurumlarında - 91 milyon manat yeyinti tapıb
Dünən, 12:32
"Qərbi Azərbaycanda 6000 illik yaşa malik nəsil var" - Görün, kimin nəsli imiş...
Dünən, 12:31
Bunlara görə də Şah İsmayıl bizimdir, biz Səfəvilər dövlətinin varisiyik! - İqbal Ağazadə
Dünən, 12:29
Ermənistanda qalmaqallı həbs - Keçmiş baş nazirin oğlu saxlanıldı
Dünən, 12:26
Hacıqabulda qayınata qızını döyən kürəkənini belə CƏZALANDIRDI - TƏFƏRRÜAT
Dünən, 12:24
Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: - "Əgər..."
Dünən, 12:21
4 azərbaycanlı cinayət başında yaxalandı: - Məsciddən 150 minlik oğurluq (FOTO)
Dünən, 12:17
“Fazil Mustafa saytların dost siyahısındadır” - Ləman Ələşrəfqızı
Dünən, 12:15
Blogerin əri xanımının ad günündə vəfat edibmiş
Dünən, 12:14
DOST Agentliyinin TENDERYEYƏN "dostu"... - "İnnova İnşaat" 11 milyonluq tenderlərin qalibi olub
Dünən, 12:02
Səfərbərliyə cavabdeh generalın qızı pul müqabilində səfərbərlikdən yayınmağa kömək edir... —"MEDUZA"
Dünən, 11:49
“Bakı Metropoliteni” əlilliyi olan əməkdaşını vəzifəsindən əsas gətirmədən azad etdi - Vüsal Aslanov da kömək etmədi
Dünən, 11:43
Həbs edilən vəkil məhkəmə sədrinin qayınıdır - TƏFƏRRÜAT
Dünən, 11:25
Xocavənddə traktor minaya düşdü
Dünən, 11:06
8 avqustun əsl nəticəsi imzalanan sənədlər deyil, daha böyükdür - ŞƏRH
Dünən, 11:04
Azərbaycan - Gürcüstan sərhədində nə baş verir? - AKTUAL
Dünən, 11:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru