Anası uşaqdan imtina etdi, barəsində cinayət işi açıldı .....                     "İkiqat mühasibatlıq" qalmaqalı .....                     İcra başçısının köməkçisi vəfat etdi .....                     "Sevən onsuz da hər halı ilə sevir" .....                     Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq .....                     İrəvandan Pezeşkiana zəng edəcək .....                     Bakı və İrəvan arasında yeni vəziyyət: .....                     Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir .....                     Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib .....                     Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub .....                     "Bütün şagirdlər bu kitabdan şikayət edir" .....                     Rəfiqələr 8 min manata görə adam öldürdülər .....                     Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib .....                     BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... .....                     Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş .....                     Turizm sektorunda MÜƏMMA .....                     İrəvanda Zirvə görüşü: .....                     Pezeşkian müharibədə .....                     “Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər .....                     Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi .....                     Expressbankda yeni təyinatlar .....                     Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? .....                     Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib .....                     Sadıqlı-“Müsavat” davası yenidən qızışır .....                     Moskvadan Paşinyana xəbərdarlıq gəldi: .....                     "Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" .....                     Rüfət Səfərov şahidlə üzləşdirildi .....                     "Xarı Bülbül" restoranında ofsiantlar arasında dava .....                     Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb .....                     Bura səhiyyə ocağıdır, YOXSA? .....                     Əfvlə bağlı mühüm açıqlama: .....                     Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi .....                     ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ .....                     Azərbaycan-Ermənistan xəttində 28 min ton yük .....                     “Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” .....                     AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi .....                     AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi .....                     Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb .....                     Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? .....                     "Səxavətin qorxusundan gözü açıq yatırdım" .....                 

“Zaminbank”ın divan tutduğu müştəriləri - Özbaşınalıq...
Tarix: 2-08-2016, 08:54 | Çap et
“Zaminbank”ın divan tutduğu müştəriləri
Ötən həftə “Zaminbank” ASC-yə bank əməliyyatlarının aparılması üçün verilmiş lisenziyalar ləğv edilib. Artıq bankın filialları rəsmi olaraq bağlanıb. Bankın baş ofisində isə təhvil-təslim işləri aparılır. Bank bağlanmamışdan əvvəl çoxsaylı şikayətlər olmuşdu. Bununla bağlı banka qarşı da çoxsaylı məhkəmə faktları ortaya çıxıb. Bankın müştərilərini aldatması ilə bağlı çoxlu sayda cinayət işləri mövcuddur. Bunlardan bir çoxu barəsində məhkəmə hökmləri elan edilsə də, hələ də məhkəmədə bankın fəaliyyəti ilə bağlı cinayət işlərinin araşdırması davam edir. “Zaminbank" ASC-də filial müdiri vəzifəsində işləmiş Müşfiq Bayramovun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. Müşfiq Bayramov sənədləri saxtalaşdırmaqla ayrı-ayrı şəxslərin adından banka depozit kimi qoyulmuş külli miqdar pulu mənimsəməkdə təqsirli bilinir. O, Cinayət Məcəlləsinin 179.2.3-cü (mənimsəmə və ya israf etmə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4 (mənimsəmə və ya israf etmə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur. Qeyd edək ki, Müşfiq Bayramov bankın “Cənub” filialının müdiri olub. Onun barəsində hələ 2013-cü ildə cinayət işi başlanıb. O, bir qrup işçisi ilə birlikdə 2014-cü ildə mühakimə olunub. Sonradan aparılan istintaq zamanı başqa cinayətləri yenidən üzə çıxıb. Bundan başqa, bankın rəhbər şəxsləri barəsində çoxlu sayda şikayətlər ortaya çıxıb. Bank rəhbərliyi saxta arayışlar təqdim etməklə vətəndaşların əmlaklarını da ələ keçirməsi iddia olunur. Qarabağ əlilinin ölümü və ailəsinin başına açılan oyunlar İkinci qrup Qarabağ əlili olan Qənimət Rəhmanova ilə “Zaminbank”ın Göyçay filialının müdiri Ilqar Fərzəliyev arasında hazırda məhkəmə çəkişməsi olub. Səbəb də budur ki, Qənimət Rəhmanovanın və ailənin digər üzvlərinin razılığı, imzası olmadan girov qoyulmuş və dəyəri təxminən 90-100 min manat olan evi əlindən alınıb. İndi Qənimət Rəhmanova bilmir ki, kirayə pulunu versin, birinci qrup Qarabağ əlili olmuş, evlənəndən cəmi il yarım sonra dünyasını dəyişən oğlunun həyat yoldaşı və körpə uşağını saxlamaq üçün çörək pulu tapsın, yoxsa notariat kontoru və digər qurumlarla əlaqələr vasitəsilə qanunsuzluq edib evini əlindən alanların cəzalandırılması, mülkünün geri qaytarılması üçün hüquq-mühafizə orqanlarının, məhkəmələrin yolunda qalsın…
Qənimət xanım deyir ki, Qarabağ döyüşlərində yaralanmış oğlu faktiki acından ölürdü. Ona görə də dövlət tərəfindən verilmiş torpaq sahəsində kiçik bir köşk tikdirib, xırda ticarətlə çörəkpulu qazanmaq istəyib. Bu məqsədlə də atası “Zaminbank”ın Göyçay filialının müdiri Ilqar Fərzəliyevin qəbulunda olub: “Yoldaşım deyib ki, oğlumun və özümün pensiya kartlarımızı girov qoyaq, bizə kredit ayırın. Ilqar Fərzəliyev deyib ki, yox, mümkün deyil. Yoldaşıma təklif eləyib ki, evini oğlunun adına keçir, girov qoyaq, pul verim. Yoldaşım deyib ki, mənim evimdə o qədər külfətim var, necə eləyim? Ev kitabında 16 nəfərin qeydiyyatı var. Deyib ki, sən sadəcə, razılıq ərizəsi yaz, notarius-filan məsələləri mənlikdi. Beləcə, ev kitabında qeydiyyatda olanların heç birinin razılığı, imzası olmadan ev üç illik baş etibarnamə ilə oğlumun adına keçib və girov qoyulub, amma evdə qeydiyyatı olanların heç birinin imzası, razılığı olmadan. Evə Bankın sənədlərindən görünür ki, evimə 60 min pul qoyulub, 25 min verilib. O 25 minin də 500-ünü elə pulu götürəndə xidmət haqqı adıyla alıblar. Iki aylıq kredit ödənişini də elə pulu götürən kimi ödəyib. Köşk yarımçıq tikilmişdi ki, oğlum tamamilə yatağa düşdü, tikili yarımçıq qaldı. Materiallara verdiyimiz pul da arada getdi. 8 ay oğlum yataqda qaldı, bulyonu qaynadıb süzüb verməklə həmin müddətdə onu saxlayırdım. Oğlum evlənəndən düz il yarım sonra dünyasını dəyişdi. Onu da deyim ki, bankda ödəniləndən əlavə, sonradan da müəyyən məbləği banka ödəmişdik. Oğlum rəhmətə gedəndən sonra Ilqar Fərzəliyevə gedib yalvardım ki, qurban olum, cavan gəlinlə, körpə uşaqla bizi küçəyə atma, pulu ödəyəcəyik. Axı o körpənin atası bu vətənin yolunda canını qoyub… Dedim ki, həyat yoldaşım Əmək veteranıdır, yaxşı pensiya alır, həm onun, həm də özümün pensiya kartımı qoyum, banka olan borcumuz qurtarana qədər götürməyəcəm. Evimdə də nəyim varsa, satıb, pulunu ödəyəcəm. Dedi ki, sən nə danışırsan, evdən çıxmalısız. Hazırda 90-100 min qiyməti olan, bankın özünün də 60 minə dəyərləndirdiyi evimi 20 min 500 manata guya, satdı. Bizi polislər sürüyə-sürüyə evimizdən çıxarıb atdılar. Ilqar Fərzəliyevin yanına getdim, mənə dedi ki, get, kimə istəyirsən şikayət elə, lap elə prezidentinə də, mən heç kimdən qorxmuram…”

“Belə Allahsızlıq olar?!”

Qeyd edək ki, Qənimət Rəhmanova Göyçay rayon məhkəməsinin onun evinin əlindən alınması haqda qərarından Şəki Apelyasiya Məhkəməsinə şikayət verib. Müvafiq qurumlara şikayət ediləndən sonra Şəki Apelyasiya Məhkəməsi onun xeyrinə qərar çıxarıb. Qarşı tərəf – “Zaminbank”ın Göyçay filialının rəhbərliyi bu qərardan Ali Məhkəməyə kasasiya şikayəti verib. Ali Məhkəmə işi yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərib. Şəkidə bu dəfə də – 2015-ci ilin avqustun 28-də Qənimət Rəhmanovanın xeyrinə qərar çıxarılıb və iş yenidən baxılması üçün Göyçay rayon məhkəməsinə qaytarılıb. Hazırda bu iş üzrə məhkəmə araşdırması davam edir. “Zaminbank”ın filial müdiri vətəndaşın evini əlindən alıb, öz işçisinə verib “Zaminbank” vasitəsilə evindən məhrum edilən Səidə Babayeva da dövlət başçısına, eləcə də hüquqmühafizə orqanlarının rəhbərlərinə ünvanladığı məktubda bankın Göyçay filialının müdiri İlqar Fərzəliyevin qanunsuzluğundan şikayətlənib. Hazırda bir azyaşlı qız uşağı və 75 yaşlı anası ilə qohum-əqrəbanın küncündə sığınacaq tapan Səidə xanım yazır ki, “Zaminbank”dan 3000 manat kredit götürmək üçün Göyçay rayon filialına müraciət edib. Rayonda yerləşən iki otaqlı evinə baxış keçirilsə də, filialın müdiri ona işləmədiyini əsas gətirərək, kredit ayırmaqdan imtina edib. Təxminən iki ay sonra “Aqrokredit” MMC-nin işçisi Tural Şıxəliyev və qohumu Cahan Babayeva ona zəng edərək, “Zaminbank”dan pul götürə biləcəklərini deyib və ondan Göyçaydakı notariusa gəlməyini istəyiblər. Səidə Babayeva əmindir ki, bu məsələdə filial müdiri Ilqar Fərzəliyevlə Tural Şıxəliyev əlbir olub.

Hüquq-mühafizə orqanları dələduzluğa göz yumur

Maraqlıdır ki, Səidə Babayeva dələduzluğa məruz qaldığı haqda hüquq-mühafizə orqanlarına müraciət etsə də, onun şikayətinə əhəmiyyət verən yoxdur: “Dəfələrlə Göyçay Rayon Polis Şöbəsinə müraciət etmişəm ki, Tural Şıxəliyev dələduzluğa görə cəzalandırılsın. Amma polis faktiki onu cəzalandırmaqdan imtina edir. Bu adamı gətirib dindirmirlər, mənimlə üzləşdirmirlər, onu tapmağın mümkün olmadığını deyib, bu əsasla da cinayət işi başlamaqdan imtina edirlər. Savadsızlığımdan istifadə edib məni süründürürlər. Göyçay polisində rəis Islam Hümbətov mənə deyir ki, Tural Şıxəliyev Sumqayıtdadır, ”Ford” maşını sürür, get, tap gətir, dindirək. Məgər onu tapıb gətirməyə mənim səlahiyyətim var? Yerini, maşınını bilirlər, amma gətirib cəzalandırmaq istəmirlər. Inanın, azyaşlı qız uşağı ilə, 75 yaşlı qoca anamla küçələrdə qalmışam”. Qeyd edək ki, son vaxtlar bankdan edilən şikayətlərlə bağlı çoxsaylı məhkəmə araşdırmaları aparılıb. Bununla bağlı yüzlərlə məhkəmə qərarı və qətnaməsi bankın rəhbərliyi tərəfindən icra edilməyib










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Anası uşaqdan imtina etdi, barəsində cinayət işi açıldı – Şok detallar
Dünən, 20:54
"İkiqat mühasibatlıq" qalmaqalı – “Bulvar işi" böyüyür
Dünən, 20:52
İcra başçısının köməkçisi vəfat etdi
Dünən, 18:21
"Sevən onsuz da hər halı ilə sevir"
Dünən, 17:27
Ermənistan ordusu üçün Fransadan nəqliyyat helikopterləri alacaq - KİV
Dünən, 17:23
İrəvandan Pezeşkiana zəng edəcək
Dünən, 17:14
Bakı və İrəvan arasında yeni vəziyyət: - Paşinyanın səfəri tezləşdirilə bilər
Dünən, 17:04
Avropa Parlamenti Gürcüstanda xaos yaratmaq istəyir - Kobaxidze
Dünən, 17:01
Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoruna müavin təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:57
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub - MƏQALƏ
Dünən, 16:51
"Bütün şagirdlər bu kitabdan şikayət edir" - Tarix müəllimi sərt danışdı
Dünən, 16:41
Rəfiqələr 8 min manata görə adam öldürdülər - Təlim itinin köməyi ilə üzə çıxan QƏTLİN DETALLARI
Dünən, 16:38
Sumqayıt Dövlət Universitetinə rektor təyin edilib - SƏRƏNCAM
Dünən, 16:35
BU NƏDİ BELƏ: Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... - NARAZILIQ VAR...
Dünən, 16:28
Abit Əliyevin rəhbəri olduğu MMC-dən "Xezer-Construction"a daha bir sifariş - 23,4 milyon...
Dünən, 16:18
Turizm sektorunda MÜƏMMA – Turist sayı azalıbsa, hotellərin gəliri NECƏ ARTIB?
Dünən, 16:12
İrəvanda Zirvə görüşü: - Avropa, Tramp və Putinin Qafqaz uğrunda rəqabəti güclənir
Dünən, 16:08
Pezeşkian müharibədə SEPAH-ı günahlandırdı
Dünən, 16:05
“Qanun”u pisləyirlər, amma yenə də “Qanun”la işləyirlər - Şahbaz Xuduoğlu
Dünən, 16:00
Erməni jurnalist azərbaycanlı nümayəndələri narahat etdi - “Sputnik Armenia”
Dünən, 15:53
Expressbankda yeni təyinatlar - DOSYE
Dünən, 15:47
Böyük şirkətlər 1 milyon dolları neçə dəqiqəyə qazanırlar? - SİYAHI
Dünən, 15:45
Naxçıvanda nazirlikdə struktur dəyişikliyi edilib
Dünən, 15:41
Sadıqlı-“Müsavat” davası yenidən qızışır - AÇIQLAMA
Dünən, 15:37
Moskvadan Paşinyana xəbərdarlıq gəldi: - Ölkəni fəlakətə aparırsan
Dünən, 15:33
"Mən düşünmürəm ki, Şəfiqə Məmmədova sədr seçilməsə, incik qalsın" - Şeyx Əbdül
Dünən, 15:29
Rüfət Səfərov şahidlə üzləşdirildi
Dünən, 15:26
"Xarı Bülbül" restoranında ofsiantlar arasında dava - 6 ay əvvəl meyit tapılmışdı
Dünən, 15:22
Ermənistan Fransa ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb
Dünən, 15:19
Bura səhiyyə ocağıdır, YOXSA? - GİLEY
Dünən, 15:09
Əfvlə bağlı mühüm açıqlama: - Noyabrda...
Dünən, 15:01
Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi - SƏBƏB
Dünən, 14:55
ABŞ-dən Azərbaycanla bağlı müəmmalı MESAJ - NƏ BAŞ VERİR?
Dünən, 14:52
Azərbaycan-Ermənistan xəttində 28 min ton yük - sülh artıq işləyir
Dünən, 14:39
“Əbülfəs Qarayev kimə gəldi fəxri ad payladı” – Natiq Fərzəliyev
Dünən, 14:37
AB və İrəvan arasında 44 bəndlik sazişin Bakı ilə bağlı bəndi - TƏFƏRRÜAT
Dünən, 14:36
AAYDA-nın daha üç qurumu ləğv olunduğunu elan etdi - Onların rəhbərləri isə...
Dünən, 14:30
Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb - KİV
Dünən, 14:28
Tikinti materiallarının qiyməti son bir ildə necə dəyişib? - SİYAHI
Dünən, 14:05
"Səxavətin qorxusundan gözü açıq yatırdım" - Qonşularını öldürən ər-arvadın MƏHKƏMƏSİ
Dünən, 13:59
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - FOTO
Dünən, 13:56
Paşinyan Bakıya belə gələcək - Maraqlı DETALLAR
Dünən, 13:54
Aİ Azərbaycanla daha strukturlaşdırılmış tərəfdaşlığı müzakirə etməyə hazırdır - Kallas
Dünən, 13:48
Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb - FOTO
Dünən, 13:36
Ukrayna PUA-sı Rusiyada yaşayış binasına düşüb
Dünən, 13:00
Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib
Dünən, 12:59
Prezidentin Sammitdəki çıxışı erməniləri qorxuya salıb - KİV
Dünən, 12:57
300 min manatlıq dələduzluq edən aktyora hökm oxundu
Dünən, 12:54
Ermənistan və Azərbaycan arasında sülh məcburi hüquqi qüvvəyə malik sənədə əsaslanır - Paşinyan
Dünən, 12:50
Dövlətə məxsus “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - BUNDAN SONRA...
Dünən, 12:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru